Month: October 2020

  • Azərbaycan QHT-lərindən müraciət: “Ermənistan muzdlu döyüşçüləri cəlb etməklə beynəlxalq hüququ pozur”

    Azərbaycan QHT-ləri Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə muzdlu döyüşçülərin gətirilməsi haqqında bir sıra beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

    Müraciət BMT-nin İnsan Hüquqları Şurasının prezidenti Elizabet Tichy-Fisslbergera, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Prezidenti Peter Maurera, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Ariana Baurera, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisiİnsan hüquqlarını pozma və xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə mane olmaq məqsədilə muzdlulardan istifadə məsələləri üzrə İşçi Qrupunun sədri M.A.Kvaya, Terrora qarşı mübarizə zamanı insan hüquqlarının təşviqi və qorunması üzrə BMT-nin Xüsusi Məruzəçisi Fionnuala Ni Aolaina ünvanlanıb.

    Müraciətdə bildirilir:

    “Biz böyük narahatçılıq hissi ilə bildiririk ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun araşdırmaları zamanı son günlərdə Ermənistanın müxtəlif terror təşkilatlarının üzvlərini, o cümlədən xarici ölkə vətəndaşlarını muzdlu döyüşçü qismində Azərbaycanın işğal olunmuş ərazilərinə gətirərək ölkəmizə qarşı istifadə etməsi faktı təsbit olunmuşdur.

    Belə ki, hərbi əməliyyatlar zamanı zərərsizləşdirilmiş döyüşçülər arasında çoxlu sayda Suriya, Livan, ABŞ, Kanada, Yunanıstan və Fransadan gələn muzdlular müəyyən edilmiş və onların Ermənistan tərəfindən münaqişə bölgəsinə gətirilməsi haqqında sübut və dəlillər aşkarlanmışdır.

    Bundan başqa Ermənistanın təşəbbüsü ilə PKK terror təşkilatının işğal olunmuş Azərbaycan torpaqlarında hərbi bazalar qurması və Azərbaycana qarşı vuruşması ilə bağlı əsaslı məlumatlar mövcuddur.

    Bildiyimiz ki, muzdlu anlayışı 1949-cu il Beynəlxalq Silahlı Münaqişələrdə Qurbanların Müdafiəsi haqqında I Cenevrə Konvensiyasının I Əlavə Protokolun (1977) 47-ci maddəsində əksini tapıb. Həmin maddəyə əsasən muzdlunun kombatant və ya hərbi əsir statusu almaq hüququ yoxdur. Yəni muzdluların hərbi münaqişədə iştirakı beynəlxalq humanitar hüquqa ziddir.

    BMT Baş Məclisinin 44-cü sessiyasında 4 dekabr 1989-cu il tarixli qətnamə (44/34) ilə qəbul edilmiş “Muzdlunun cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təlimi ilə mübarizə haqqında” Beynəlxalq Konvensiya” muzdluluqla mübarizədə əsas hüquqi alət olaraq muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, onlardan istifadə edilməsi və onlara təlim keçirilməsini cinayət hesab edir.

    Göründüyü kimi, muzdlular beynəlxalq hüquq normalarına görə cinayətkar kimi tanınır və məhkəmə qarşısından beynəlxalq cinayətkar qismində cavab verməlidirlər. Muzdluluğa münasibətdə “aut dedere aut judiciare” (mühakimə öhdəliyi) prinsipinə müvafiq olaraq universal yurisdiksiya müəyyən edilib.

    Ermənistan hazırda Azərbaycana qarşı muzdlu döyüşçüləri aktiv cəlb etməklə növbəti dəfə beynəlxalq hüququn normalarını kobud şəkildə pozmaqdadır.

    Azərbaycanın QHT-ləri olaraq sizə müraciət edir və sizdən Ermənistanın muzdluları munaqişəyə cəlb etməklə beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozması faktını qəti şəkildə pisləməyə və bunun qarşısını almaq üçün müvafiq addımlar atmağa çağırırıq”.

  • Müdafiə Nazirliyi: “Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir”

    Ermənistan tərəfinin Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) guya vurularaq Ermənistan ərazisinə düşməsi barədə yaydığı məlumat yalandır.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bildirilir.

    Bildiririk ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir.

  • Düşmənin könüllü dəstələri və döyüş texnikaları məhv edildi

    “Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib”.

    Bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    “Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq” deyə, məlumatda qeyd olunub.

  • Xüsusi təyinatlılarımızın böyük bir bölməsinin məhv edilməsi barədə ermənilərin yaydığı xəbər xülyadır – RƏSMİ

    Ermənistan tərəfinin guya Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə yaydığı məlumat bu ölkənin müdafiə nazirliyinin nümayəndələrinin narahat gecə yuxularının məhsuludur.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənin yaydığı müxtəlif növ dezinformasiyalar döyüşlər zamanı aldığı zərbələrin təsirinə mütənasib olaraq dəyişir.

    “Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib. Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq” deyə, məlumatda qeyd olunub.

  • Минобороны: Информация армянской стороны об артиллерийском обстреле Ираном позиции Азербайджана является ложной

    Распространенная армянской стороной новость о якобы артиллерийском обстреле Ираном азербайджанских позиций после пересечения дрона-камикадзе Азербайджанской Армии воздушного пространства Ирана, является ложной и очередной дезинформацией противника.

    Как передает Report, об этом сообщает Министерство обороны Азербайджана.
    Армянская сторона, впавшая в панику от взятия нами под контроль ирано-азербайджанскую государственную границу, распространяя подобную ложную информацию, пытается нанести ущерб высокоуровневым отношениям между Азербайджаном и Ираном.
    Сотрудничество между Азербайджаном и Ираном, имеющее глубокие исторические корни, успешно развивается в политической, экономической, религиозной, культурной и других сферах.
    Не получив необходимой поддержки со стороны международного сообщества, и серьезно обеспокоившись также успешным развитием азербайджано-иранских отношений, военно-политическое руководство Армении выход из положения видит в распространении ложной и клеветнической информации.

  • Müdafiə Nazirliyi: “Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi barədə məlumat yalandır”

    Ermənistan tərəfinin guya Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə yaydığı məlumat bu ölkənin müdafiə nazirliyinin nümayəndələrinin narahat gecə yuxularının məhsuludur.

    Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, düşmənin yaydığı müxtəlif növ dezinformasiyalar döyüşlər zamanı aldığı zərbələrin təsirinə mütənasib olaraq dəyişir.

    “Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib. Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq” deyə, məlumatda qeyd olunub.

  • МО: Армия Азербайджана не обстреливает Ханкендинский и Ходжавендский районы

    Распространенная армянской стороной информация о якобы артиллерийском обстреле районов Ханкенди и Ходжавенд Азербайджанской армией не соответствует действительности и является ложью.

    Как передает Report, об этом сообщает Министерство обороны Азербайджана.
    Заявляется, что Азербайджанская армия полностью соблюдает режим гуманитарного прекращения огня.

  • MN: “Azərbaycan Ordusu Xankəndi və Xocavənd rayonlarını atəşə tutmur”

    Ermənistan tərəfinin Azərbaycan Ordusunun Xankəndi və Xocavənd rayonlarını guya artilleriya atəşinə tutması barədə yaydığı məlumat həqiqəti əks etdirmir və yalandır.

    Bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə tam əməl edir.

  • Xüsusi təyinatlılarımızın böyük bir bölməsinin məhv edilməsi barədə ermənilərin yaydığı xəbər xülyadır – RƏSMİ

    Ermənistan tərəfinin guya Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə yaydığı məlumat bu ölkənin müdafiə nazirliyinin nümayəndələrinin narahat gecə yuxularının məhsuludur.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmənin yaydığı müxtəlif növ dezinformasiyalar döyüşlər zamanı aldığı zərbələrin təsirinə mütənasib olaraq dəyişir.

    “Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib. Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq” deyə, məlumatda qeyd olunub.

  • Vaşinqtonda erməni təxribatının qarşısı alındı

    ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yaşayan Azərbaycan icmasının üzvləri Dövlət Departamenti binasının qarşısında erməni icmasının üzvləri ilə qarşı-qarşıya gəliblər.

    “Report”un xarici müxbiri xəbər verir ki, aksiya Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında görüş başlayan zamanı qeydə alınıb.

    Belə ki, erməni icmasının üzvləri Dövlət Departamentinin binasının önünə gələrək saxta iddialar səsləndirməyə çalışıblar.

    Lakin həmvətənlərimiz onların yalan iddialarına faktlarla cavab veriblər. Onlar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılan raketlər nəticəsində törədilən qanlı cinayətlərin fotoşəkillərini nümayiş etdiriblər.

    Aksiyaya Vaşinqton polisi müdaxilə edib və xüsusi aqressiv davranışlar nümayiş etdirən bir neçə ermənini həbs edib.