Rusiyanın Çelyabinsk şəhərində tələbə poliklinikasında güclü partlayış olub.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Bildirilir ki, müəssisədə oksigen balonlarının saxlanıldığı yer partlayıb.
İlkin məlumata görə, zərərçəkən yoxdur.
Ölkəmizin tarixində və taleyində həlledici olan bu döyüş günlərində, ordumuza zəfər yürüşündə maddi və mənəvi dəstək olmaq, həmrəylik nümayiş etdirmək məqsədilə Respublika Xüsusi Tibb Xidmətinin nəzdində fəaliyyət göstərən Xüsusi Müalicə Sağlamlıq Kompleksinin kollektivi 118 000 manat dəyərində “Ford Tranzit” markalı, ən son hərbi təcili tibbi yardım avadanlıqları ilə təchiz edilmiş sanitar avtomobil və 20 000 manat dəyərində dərman və tibbi ləvazimat alaraq Müdafiə Nazirliyinin tibb xidmətinə ianə edib.

Bundan əlavə “Trokas Pharma” MMC şirkəti Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərdə Ordumuza, onun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat vəsait köçürüb.
Həmçinin “Elektrogas” MMC kombi istehsalı zavodu Silahlı Qüvvələrə Yardım Fonduna 10 000 manat vəsait köçürüb.
Страница Fact Chek Karabakh разоблачила очередную армянскую ложь.
Утверждения армянских сепаратистов об использовании Азербайджаном фосфорного оружия являются ложью:
1. На вооружении азербайджанской армии нет таких боеприпасов, и единственное “доказательство” – это некачественная видеозапись без указания времени и места;
2. По видеозаписи невозможно определить, какая из сторон конфликта применила предполагаемые боеприпасы;
3. Это обычные зажигательные снаряды, в состав которых входит термитная смесь, которые используются с целью выманить живую силу противника, занявшую позицию в густом лесу.
Отметим, что в 2016 году Армения применяла фосфорные боеприпасы против мирного населения.

“Fact Chek Karabakh” səhifəsi növbəti erməni yalanını üzə çıxarıb.
Erməni separatçılarının Azərbaycanın fosfor silahlarından istifadə etməsi barədə dedikləri yalandır:
1. Azərbaycanın silah-sursatında belə döyüş sursatı yoxdur və yeganə “sübut” vaxtı və yeri göstərilmədən qeydə alınmış keyfiyyətsiz bir videodur.
2. Videodan münaqişə tərəflərindən hansının iddia edilən sursatı istifadə etdiyini ayırd etmək mümkün deyil.
3. Bunlar, sıx bir meşədə yerləşən mövqelərdən düşmən canlı qüvvəsini çıxartmaq üçün istifadə olunan, daxilində termit qarışığı olan adi alovlandırıcı mərmilərdir.
Xatırladaq ki, 2016-cı ildə Ermənistan dinc əhaliyə qarşı fosfor sursatından istifadə etmişdir.

“Biz onlardan istifadə etmirik. Biz özümüzü müdafiə edirik. Biz “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını Azərbaycana dəvət etmişik”.
Bunu Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibəsində jurnalistin Azərbaycanın kasetli raketlərdən istifadə ilə bağlı sualına cavabında deyib.
Prezident bildirib ki, adıçəkilən beynəlxalq təşkilatlar hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar:
“Onlar bura gəlmək üçün bizə müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr var.
Onlar bizim “Nəyə görə buraya gəlmirsiniz?” dediyimizə görə gəlirlər. Biz onlara “xahiş edirik, buraya gəlin” müraciətini etdikdən sonra onlar gəlməyə razılıq verdilər. Lakin onlar birinci növbədə niyə gəlmədilər?”
Prezidentin Azərbaycanın guya həmin təşkilatları ölkəyə buraxmaması ilə bağlı suala da cavabı birmənalı olub:
“Xeyr. Bu, mümkün deyil. Çünki biz elə dünən onların nəyə görə gəlmədiklərini, qoyun, gəlsinlər Gəncəyə, Tərtərə getsinlər demişik. Ermənilərin hücum etdiyi insanlarla görüşsünlər. Yenə də ballistik mərminin buraxılışı peykdən görünür.
Heç kim deyə bilməz ki, biz Dağlıq Qarabağda və ya Ermənistanda mülki şəxslərin yaşadığı istənilən yerə ballistik raket atmışıq”.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın kasetli silahlardan istifadəsi ilə bağlı heç bir sübut yoxdur.
“Bəli, əlbəttə ki. Bununla bağlı heç bir sübut yoxdur. Mən istərdim ki, onlar buraya gəlsinlər və o dəlilləri təqdim etsinlər. Eyni zamanda, Gəncəyə, Tərtərə, Bərdəyə getsinlər və ermənilərin hansı növ silahlardan istifadə etdiklərini görsünlər. Qərəzsiz olsunlar…”, – deyə İ.Əliyev əlavə edib.
Prezident bildirib ki, bu vaxtadək “Human Rights Watch” və “Amnesty International” təşkilatları Azərbaycana qarşı çox aqressiv idi:
“Onlar heç vaxt Ermənistanda insan haqlarının pozulması ilə bağlı heç bir şərh verməyiblər. Ermənistan həbsxanasında jurnalist öləndə onlar sakit idilər. Ermənistanın əsas müxalifət partiyasının rəhbəri həbs edildikdə onlar səssiz idilər. Sabiq prezidentlərin məhkəmə işi gedəndə onlar səssiz idilər.
Onlar görmək istəmirlər. Çünki onların təşkilatlarında erməni əsilli insanlar var və bu təşkilatlardan əsasən Azərbaycanın imicinə xələl gətirmək üçün istifadə olunur. Lakin buna baxmayaraq, biz onları dəvət etdik, qoyun, onlar gəlsinlər və gördüklərini desinlər”.
Мы их не используем, мы защищаемся. Мы пригласили Amnesty International и Human Rights Watch в Азербайджан.
Об этом заявил Президент Ильхам Алиев 28 октября в интервью немецкому телеканалу ARD, отвечая на вопрос журналиста о применении кассетных ракет в Азербайджане.
Президент сказал, что вышеупомянутые международные организации освещают события только из Армении:
“Они не обращались к нам с просьбой приехать сюда. Поэтому у нас есть большие сомнения в их объективности.
Они приезжают сюда потому, что мы говорим: “Почему вы не едете к нам?”. Они соглашаются приехать после нашего обращения с просьбой приехать. Но почему они сами первыми не приезжают?”
Ответ президента на вопрос о якобы отказе Азербайджана пускать эти организации в страну был однозначным:
“Нет, это невозможно. Потому что еще вчера мы сказали, почему они не приехали, пусть приезжают в Гянджу и Тертер. Пусть встретятся с людьми, которые подверглись атакам армян. Опять же, запуск баллистической ракеты виден со спутника.
Никто не сможет сказать, что мы выпустили баллистические ракеты по какому-либо району с мирным населением в Нагорном Карабахе или Армении”.
Глава государства подчеркнул, что никаких доказательств применения Азербайджаном кассетных боеприпасов нет.
“Да, конечно же. Никаких доказательств по этому поводу нет.
Я бы хотел, чтобы они прибыли сюда и представили доказательства. Заодно пусть поедут в Гянджу, Тертер, Барду и увидят, какое оружие используют армяне. Пусть будут беспристрастны…”, – добавил Ильхам Алиев.
Президент отметил, что до сих пор Human Rights Watch и Amnesty International были очень агрессивны по отношению к Азербайджану:
“Они никогда не делали заявлений в связи с нарушением прав человека в Армении. Они молчали, когда в армянской тюрьме умер журналист. Молчали, когда арестовали лидера основной оппозиционной партии Армении. Безмолствовали, когда шли судебные процессы над бывшими президентами.
Они не хотят видеть. Потому что в их организациях есть люди армянского происхождения, и эти организации в основном используются для нанесения ущерба имиджу Азербайджана. Тем не менее мы пригласили их, чтобы они пришли и рассказали о том, что видели”.
Уничтожаются члены террористической организации PKK, прибывшие из Сирии для участия в боевых действиях в Карабахе.
Как сообщает Ordu.az, Фират Пиран – лидер одной из группировок сирийского крыла террористической организации был убит во время контрнаступательной операции в Карабахе.
Он также участвовал в доставке террористов в Карабах.
Пиран принимал участие в террористических операциях против турецких вооруженных сил в составе одной из группировок, действующих на северо-востоке Сирии.
Suriyanın şimalından Qarabağdakı döyüşlərdə iştirak etməyə gələn PKK/YPG terror təşkilatının üzvləri məhv edilir.
Ordu.az-ın məlumatına görə, PKK-nın Suriya qanadı olan YPG terror təşkilatındakı qruplaşmaların birinin rəhbəri Fırat Piran Qarabağda həyata keçirilən əks-hücum əməliyyatları zamanı məhv edilib.
Məlumata görə, o, PKK/YPG terrorçularının Qarabağa gətirilməsi ilə də məşğul olub.
Qeyd edək ki, Piran Suriyanın şimal-şərqində fəaliyyət göstərən “Qamışlı Hərbi Şurası” qruplaşması tərkibində Türkiyə Silahlı Qüvvələrinə qarşı terror əməliyyatlarında iştirak edib.
В соответствии с распоряжением Президента Азербайджана Ильхама Алиева от 26 августа завершился очередной призыв на действительную военную службу.
Государственная служба по мобилизации и призыву на военную службу обеспечила исполнение распоряжения, и в октябре успешно завершилось укомплектование Вооруженных сил Азербайджана.
Госслужба предприняла необходимые шаги с целью организованного проведения призыва на срочную действительную военную службу и минимизации возможных рисков в рамках превентивных и неотложных мер, направленных на защиту здоровья граждан по предотвращению распространения в республике коронавирусной инфекции (COVID-19).
Призывники, строго соблюдая правила особого карантинного режима, все поручения и рекомендации Оперативного штаба при Кабинете министров, соответствующие инструкции Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB), были переданы на места службы.
В соответствии с распоряжением президента Ильхама Алиева с 1 по 30 октября 2020 года были отправлены на срочную действительную военную службу граждане Азербайджана 2002 года рождения, которым ко дню призыва (включая и этот день) исполнилось 18 лет, а также 1985-2001 годов рождения в возрасте до 35 лет, не прошедшие срочную действительную военную службу, не имеющие права отсрочки от призыва на срочную действительную военную службу или не освобожденные от призыва на срочную действительную военную службу в Вооруженных силах АР.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 26-da imzaladığı sərəncama uyğun olaraq, həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) məlumat yayıb.
Bildirilib ki, sərəncamın icrası təmin edilib və oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.
Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar xüsusi karantin rejiminin qaydalarına, Nazirlər Kabineti yanında operativ qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək, xidmət yerlərinə təhvil veriliblər.