Month: October 2020

  • Şəhriyar Məmmədyarov bir pillə gerilədi

    Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

    FIDE-nin saytında açıqlanan reytinq cədvəlinin ilk “10-luğ”unda Azərbaycanın iki təmsilçisi də yer alıb.

    Şəhriyar Məmmədyarov bir pillə geriləyərək səkkizinci sıraya düşüb. Onun aktivində 2770 xal var.

    2765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdəki mövqeyini qoruyub.

    Qadın şahmatçılarımızdan ən yüksək xala malik Günay Məmmədzadədir. 2443 xalı olan Günay Məmmədzadə 28-ci sıradan 31-ci mövqeyə geriləyib. 2382 xala malik Gülnar Məmmədova yeddi pillə geriləyərək, 80-ci sırada yer alıb. 2376 xalı olan Xanım Balacayeva da eyni sayda geriləmə ilə 89-cu yerə enib.

    Qeyd edək ki, reytinq cədvəlinə yenə norveçli dünya çempionu Maqnus Karlsen 2862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2823 xalla ikinci, çinli Dinq Liren 2791 xalla üçüncüdür.

  • Ombudsman dünya ictimaiyyətinə müraciət etdi – VİDEO

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə şəhərini atəşə tutması nəticəsində qədim tarixə malik dini-mədəniyyət abidələrinin dağıntılara məruz qalması əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, milli insan hüquqları təsisatlarına, həmçinin, müxtəlif dini icma və konfessiyalara videomüraciət edib.

    Ombudsman Aparatından verilən məlumata görə, müraciətdə təcavüzkar Ermənistanın Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə ballistik raket zərbələri endirməklə təkcə Azərbaycanın deyil, eyni zamanda, dünya mədəni irsinə aid dini-mədəni abidələri, ziyarətgahları və ümumbəşəri dəyərləri hədəf aldığını, beynəlxalq humanitar hüququn, o cümlədən, “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” UNESCO-nun 1954-cü il Haaqa Konvensiyasını, “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasını, Müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 1949-cu il Cenevrə Konvensiyasını, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasını və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozması qeyd olunub.

    Milli, mənəvi, dini terroru həyata keçirən, tarixi, dini-mədəni abidələri məhv edən, insan hüquq və azadlıqlarını kobud şəkildə pozaraq müharibə cinayətləri törədən işğalçı Ermənistan dövlətinin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində ciddi səy göstərməyə çağırılıb.

  • Генпрокуратура Азербайджана о последствиях армянской агрессии – ФОТО

    Генеральная прокуратура Азербайджана обнародовала информацию о погибших и раненых в результате армянских обстрелов.

    С 27 сентября по 13:00 31 октября в результате ударов вооруженных сил Армении по населенным пунктам АР погиб 91 и ранения получили 404 мирных жителя.

    Кроме того, нанесен серьезный ущерб 2 456 частным и 97 многоквартирным жилым домам, а также 455 гражданским объектам.

  • Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı – RƏSMİ

    Erməni təxribatı nəticəsində Azərbaycanda ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında qeyd olunub.

    Bildirilib ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb.

    Eyni zamanda, 455 mülki obyekt, 97 yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binası və 2465 yaşayış evi yarasız vəziyyətə düşüb.

  • Deputat: “Erməni terrorundan sonra düşmənin qətlə yetirdiyi Aysunun babası ilə danışdım, dedi ki…”

    “Rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qətiyyətlə irəliləyir, düşmənə sarsıdıcı zərbələr endirir. Qəhrəman hərbçilərimizin qarşısında duruş gətirə bilməyən Ermənistan hərbi birləşmələri mülki insanları hədəfə alır.

    Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi bunu təsdiqləyir. Bu qətliam erməni vəhşiliyinin və barbarlığının növbəti göstəricisidir”.

    Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

    Fatma Yıldırım bildirib ki, döyüş bölgəsindən xeyli uzaqda yerləşən Bərdədə törədilən terror aktı miqyası baxımından çox dəhşətlidir:

    “Gündüz saatlarında insanların sıx olduğu şəhərin mərkəzinə qadağan olunmuş ağır silahla hücum etmək bütün bəşəriyyətə və insanlığa qarşı cinayətdir. Ermənilərin bu vəhşi terroru neçə-neçə ailələrin faciəsinə çevrilir, uşaqların arzuları, ümidləri məhv olur. Bu yaşananlar əsl insanlıq dramıdır”.

    “Sentyabrın 27-dən etibarən ermənilərin qətlə yetirdiyi məktəblilərin siyahısına təəssüf ki, Aysu İsgəndərovanın da adı əlavə olundu. Hadisə sonra Aysunun babası ilə danışdım. Ağrılı vəziyyətdə olan baba telefonda mənə dedi ki, Vətən sağ olsun, təki torpaqlarımız işğaldan azad olunsun.

    Onun bu cavabı, məncə, törədilən terror aktlarına qarşı millətimizin düşmənə və bu cinayətlərə susan bütün dünyaya verdiyi cavab idi. Bizim xalqımızda olan milli kimlik, milli iradə, milli ruh budur və bu iradəni heç bir qüvvə qıra bilməyəcək.

    Günahsız körpələrimizin qanına əli bulaşmış terrorçular bu cinayətlərə görə mütləq cavab verməlidirlər” – deyən, millət vəkili əlavə edib ki, bu qanlı hadisə nəinki Azərbaycan, bütövlükdə bəşəriyyət, sülh, təhlükəsizlik üçün böyük təhdiddir.

    Deputat qeyd edib ki, dünya birliyi bu faciəyə ciddi reaksiya verməlidir: “Amma biz görürük ki, nüfuzlu beynəlxalq təşkilatlar, böyük dövlətlər yenə də səssiz qalırlar. Doğrudur, hadisə yerində olan xarici jurnalistlər bu qətliamı öz gözləri ilə görüb təmsil etdikləri kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayırlar.

    Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin hadisə yerinə səfəri təşkil olunub. Bütün bunların nəticəsində bəzi ölkələrin və təşkilatların rəsmi nümayəndələri hadisəni pisləyiblər. Hətta ermənipərəst mövqeyi ilə tanınan “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatları da Bərdədə mülki əhaliyə qadağan olunmuş silahlarla hücum edildiyini etiraf etməyə məcbur olub.

    Amma bu qətliama görə sadəcə təəssüflənmək kifayət deyil. Bu qanlı hadisəni törədən cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılması tələb olunmalıdır. Yalnız pisləmək bizi qane etmir, illərdir belə içiboş açıqlamaları eşidirik. İnsanlığa qarşı hərbi cinayət törədən təcavüzkar Ermənistan dövlətinə qarşı dərhal sanskiyalar tətbiq olunmalıdır. Bunların ancaq belə qarşısını almaq olar”.

    Fatma Yıldırım söyləyib ki, bu cür hadisələr insanların, o cümlədən, qəhrəman bərdəlilərin vətənpərvərlik ruhunu sındırmaq iqtidarında deyil:

    “Bərdə bizim ən qədim şəhərlərimizdən biridir, İmamzadə torpağıdır. Bu torpaq çox igidlər yetişdirib, çox döyüşlərə şahidlik edib. Canımız vətən üçün fəda olsun deyən mərd, qorxmaz bərdəlilərin əzmini sındıra bilməzlər. Qətliamdan sonra cənab Prezident, Ali Baş Komandan İlham Əliyev bəyan etdi ki, həlak olan günahsız Bərdə sakinlərinin qisası döyüş meydanında alınacaq.

    Belə də oldu! Bərdəyə hücum edən düşmənin canlı qüvvəsi və texnikası yerlə-yeksan edildi! Həm düşmən, həm də onların havadarları bilməlidir ki, heç nə və heç kim bizi öz haqq yolumuzdan çəkindirə bilməz. Bizim ədalətli savaşımız Qarabağımız işğaldan tam azad edilənə qədər davam edəcək!”

  • Hikmət Hacıyev: “Düşmənin mövqelərimizə davamlı olaraq atəş açması dözülməzdir”

    “Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Respublikasının Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur. Azərbaycan Ordusu Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edir”.

    Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib:

    “Ermənistan ərazisindən və işğal olunmuş ərazilərdən beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları tərəfindən bəyan edildiyi kimi ballistik, qadağan edilmiş kasetli reaktiv raketlər və ağır artilleriya ilə Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi, Naftalan, Daşkəsən Qəbələ, Kürdəmir, Siyəzən, Xızı və digər şəhər və rayonlarının dinc sakinləri və mülki obyektlər bombardman edilib”.

    “Bu raket hücumları nəticəsində sıralarında 11 azyaşlı uşaq, 27 qadın olmaqla, 91 nəfər mülki insan həlak olub, 400-dən artıq mülki şəxs yaralanıb.

    Eyni zamanda, Ermənistan ərazisindən ağır artilleriya, ballistik və reaktiv raketlər, kasetli bombalar və digər atıcı silahlardan istifadə edərək, Azərbaycan Ordusunun mövqelərinə davamlı olaraq atəşlər açılır. Bu, dözülməzdir”, – deyə H.Hacıyev əlavə edib.

  • Армянскому солдату за отказ воевать в Карабахе прострелили ногу и оставили умирать – ВИДЕО

    Армянского солдата, отказавшегося воевать в Карабахе, ранили в ногу и бросили умирать.

    Видео об этом распространилось в социальных сетях.

    Сообщается, что Вага Абрамян, призывник из армянского города Чаренцавана, отказался воевать в Карабахе, после чего был намеренно переведен в самое опасное место, где его ждала неминуемая смерть. Поэтому Абрамян сбежал оттуда, бросив оружие в окопе.

    Пойманный беглец был ранен в ногу командиром и брошен в окоп умирать.

    Солдат, которому удалось выжить, снял видео с призывом не допустить отправки молодых граждан Армении на фронт в Карабах, чтобы спасти жизни молодых людей.

  • Qarabağda döyüşməkdən imtina edən erməni əsgəri ayağından güllələnərək ölümə tərk edilib – VİDEO

    Qarabağda döyüşməkdən imtina edən erməni əsgəri ayağından güllələnərək ölümə tərk edilib.

    Bu barədə sosial şəbəkələrdə video yayılıb.

    Bildirilir ki, Ermənistanın Çarentsavan şəhərindən hərbi xidmətə çağırılan Vaqa Abramyan, Qarabağda cəbhə bölgələrinin birində döyüşməkdən imtina etdikdən sonra, qəsdən ölümün onu gözlədiyi ən fəlakətli yerə köçürülüb. Buna görə Abramyan silahını orada qoyaraq səngərdən çıxıb.

    Bundan sonra komandir tərəfindən aşkarlanan gənc ayaqlarından güllələnib və qanaxmadan ölməsi üçün səngərə atılıb.

    Xilas olmağı bacaran Vaqa bir video hazırlayaraq, Ermənistanın gənc vətəndaşlarının Qarabağa cəbhəyə göndərilməsinə icazə verməməyə və gənclərin həyatını xilas etməyə çağırıb.

  • Pakistanlı politoloq: Paşinyan Dağlıq Qarabağdakı müharibəni uduzub

    “Azərbaycanın dostları” dünyanın hər yerindən, ölkənin həqiqi dostu olan həmfikirlərin sosial şəbəkəsidir. Bu sosial şəbəkənin məqsədi onları vahid bir platformada birləşdirməkdir ki, birlikdə dünyaya xəbər verə bilək – Azərbaycanın ədalətə ehtiyacı var!

    Media.Az-ın məlumatına görə, bu barədə pakistanlı politoloq, “Azərbaycanın Dostları” sosial şəbəkəsinin rəhbəri Malik Ayub Sumbal deyib.

    O, ədalətin bərqərar olması üçün Azərbaycanın 30 il gözlədiyini, ancaq dünyanın Ermənistanı BMT-nin dörd qətnaməsinə riayət etməyə məcbur edə bilmədiyini vurğulayıb:

    “Layihə iştirakçıları beynəlxalq aləmə müxtəlif dinlərin, millətlərin nümayəndələrinin sülh və harmoniyada yaşadıqları Azərbaycan haqqında məlumat verirlər. Biz multikulturalizm və tolerantlıq prinsiplərinə əsaslanan Azərbaycanın dövlətçilik modelindən nümunə götürməyə çağırırıq”.

    Beynəlxalq icmalçı bildirib ki, yaxın gələcəkdə dünyanın hər yerindən olan ziyalıların, elm adamlarının və gənclərin iştirakı ilə bir sıra tədbirlər, o cümlədən “Bakı debatları” və “Bakı dialoqları” təşkil ediləcək.

    ““Azərbaycanın dostları” Bakıda olduğum müddətdə şəxsən gördüklərimi dünyaya göstərməyə çalışır”, – deyə müsahib əlavə edib.

    O, Azərbaycanı insanların sülh şəraitində yaşamaq istədikləri bir ölkə olduğunu deyərək, Dağlıq Qarabağ işğal olunduqdan sonra bir milyon azərbaycanlı məcburi köçkünlə həmrəy olmağın vaxtı gəldiyini vurğulayıb.

    “Onlar erməni işğalından azad edilmiş doğma torpaqlarına qayıtmaq istəyirlər”, -deyə siyasi analitik əlavə edib.

    Pakistanlı politoloq Ermənistanın baş naziri Nikol Paşinyanın birmənalı olaraq Azərbaycan ordusunu, onun gücünü düzgün qiymətləndirmədiyini vurğulayıb.

    “Bu gün hamı Ermənistanın baş nazirinin əleyhinədir. O, demək olar ki, Dağlıq Qarabağdakı müharibəni uduzub. Ermənistan tərəfindən atəşkəs razılaşmalarının daima pozulması isə Paşinyanın regional güclərin etibarını itirməsinə gətirib çıxardı”, – deyə Malik Ayub Sumbal sözlərini yekunlaşdırıb.

  • Kəmaləddin Heydərov beynəlxalq təşkilatları məlumatlandırdı

    Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror xarakterli təxribatları barədə tərəfdaş ölkələrin uyğun qurumları və beynəlxalq təşkilatları məlumatlandırıb.

    FHN-dən verilən məlumata görə, 30-a yaxın ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul dövlət qurumları və 20-yə yaxın nüfuzlu beynəlxalq təşkilata, o cümlədən Birləşmiş Millətlər Təşkilatının uyğun qurumları (UN OCHA, UN DRR), Beynəlxalq Mülki Müdafiə Təşkilatı, NATO EADRCC (Avro Atlantik Fəlakətə Cavabın Əlaqələndirilməsi Mərkəzi), Avropa İttifaqının Avropa Mülki Müdafiəsi və Humanitar Yardım Əməliyyatları Baş İdarəsi, Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər aidiyyəti beynəlxalq strukturlara ünvanlanmış məktublarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər diqqətə çatdırılıb.

    Məktublarda Ermənistan silahlı qüvvələri tərəfindən tarixi Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın işğal altında saxlanılması, işğal olunmuş bölgədən bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan dərhal və qeyd-şərtsiz azad edilməsi tələbi barədə dörd qətnaməsinin hələ də kağız üzərində qalması barədə danışılıb.

    Ermənistanın terrorçu xislətli hərbi-siyasi rəhbərliyinin qərarı ilə Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabrda Azərbaycanın mülki əhalisini və hərbi obyektləri hədəf alaraq hərbi təxribata əl atması və buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən əks-həmlə əməliyyatına başlanılması, bu əməliyyatın yalnız Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən birmənalı tanınmış torpaqlarında aparılması diqqətə çatdırılıb.

    Ermənistan dövlətinin ənənəvi terrorçu davranışlarına uyğun olaraq, Ermənistan silahlı qüvvələri beynəxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, çoxsaylı sakinlərin həlak olmasına səbəb olur.

    Bu çərçivədə, xüsusilə razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini kobudcasına pozaraq döyüş bölgəsindən kənarda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Ağcabədi və digər şəhər və kəndlərinin mütəmadi olaraq ağır artilleriya və raket atəşlərinə məruz qalması, nəticədə çoxsaylı mülki şəxslərin ölümü və ciddi dağıntıların baş verməsi qəti şəkildə pislənilir, bu terrorçu addımlara dərhal son verilməsi üçün dünya birliyinin Ermənistanın hərbi-siyasi rəhbərliyinə ciddi təzyiqlər göstərməsinin vacibliyi bildirilir.

    Qeyd edək ki, məktublara Ermənistan dövlətinin terrorçu xislətini sübut edən foto və videomateriallar, habelə ingilis dilində broşür əlavə olunub.