Month: October 2020

  • Fuad Muradov: “Uşaqların qətlə yetirilməsi əsl müharibə cinayətidir”

    “Ermənistan silahlı qüvvələrinin Bərdə, Gəncə, Mingəçevir, Naftalan şəhərlərini, Abşeron, Sabirabad, Kürdəmir, Goranboy, Xızı, Qəbələ rayonlarını dəfələrlə raket atəşinə tutması, mülki şəxsləri və azyaşlı uşaqları qətlə yetirməsi əsl müharibə cinayətidir”.

    Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsrailin Diaspor İşləri naziri Omer Yankeleviçlə keçirdiyi videogörüşdə deyib.

    Görüşdə Bakıdakı yəhudi icması və İsraildəki Azərbaycan icmasının 100-dən çox üzvü iştirak edib.

    Komitə sədri Prezident İlham Əliyevin “Biz dinlər, mədəniyyətlər, ölkələr arasında körpülərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk” fikrini xatırladıb və diqqətə çatdırıb ki, ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşaması Azərbaycanın dövlət siyasətinin prioritetlərindəndir.

    Omer Yankeleviç Azərbaycan ərazisində müharibə getməsindən böyük təəssüf hissi ilə danışaraq qeyd edib:

    “Öz tariximizdən dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik, həmişə sizin yanınızdayıq və bu çətin vaxtda dualarımız sizinlədir. Bu Şabatda sizlərə sülh və əmin-amanlıq arzu edirəm”.

    O, eyni zamanda, Azərbaycanda yəhudi icmasına olan qayğıdan, dini tolerantlıqdan böyük məmnunluq hissi keçirdiyini diqqətə çatdırıb, İsraildəki Azərbaycan icmasının fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.

    Avropa Yəhudilərinin Bakı Dini icmasının baş ravvini Şneor Seqal çıxışında Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycandakı yəhudi icması ilə sıx əməkdaşlıq etməsini xüsusi vurğulayıb, iki xalqın dostluq və qardaşlıq münasibətlərinin daimi olacağına inamını ifadə edib.

    Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski bildirib ki, hər iki ölkə onun vətənidir və burada həyat çox gözəl keçir:

    “Bu gün İsrailin, haqlı mübarizəsində, Azərbaycanın yanında olması və onu müdafiə etməsi çox vacibdir”.

    İsraildəki Azərbaycan Evinin rəhbəri Şirin Nexamiya Ermənistan ordusunun Azərbaycan ərazisində törətdiyi qanlı cinayətlər və terror aktlarından ciddi narahat olduqlarını və ölkəmizin haqlı mövqeyini İsrail cəmiyyətinə daim çatdırdıqlarını bildirib.

    Qeyd olunub ki, Azərbaycanda sinaqoqların və yəhudi məktəblərinin fəaliyyətinə Azərbaycan dövlətinin diqqət və qayğısı bütün dünya üçün nümunəvi bir modeldir.

    Görüşdə Şabat duaları oxunub, Azərbaycan və İsrail xalqına əmin-əmanlıq arzulanıb.

  • Ekspert: “Tələ” bağlananda Yerevan konkret substantiv danışıqlar aparmaq istəyəcək”

    Rusiya Dağlıq Qarabağ məsələsində bitərəf mövqe tutur. Rusiya Prezidenti Vladimir Putin “Rossiya zovyot” VTB investisiya forumundakı çıxışında qeyd edib ki, ATƏT-in Minsk qrupunun bu hərbi münaqişədən əvvəlki fəal işi dövründə əvvəlcə beş rayonun, sonra daha iki rayonun Azərbaycana qaytarılması məsələsi gündəlikdə idi. Bu, vəziyyətin sadələşdirilməsi üçün siyasi addımlardan biri idi. Bu gün Azərbaycan Ordusu de-fakto bu məsələləri özü yerinə yetirir.

    “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.

    Hərbi ekspert qeyd edib ki, Azərbaycan hər bir halda yeddi rayonu azad edəcək:

    “Əgər Ermənistan məsuliyyətli olsaydı, bu əraziləri Azərbaycana siyasi yolla qaytarmağa razılaşardı. Lakin bu gün Azərbaycan həmin torpaqları hərbi yolla qaytarır, hər iki tərəfdən insanlar həlak olur.

    Əgər Yerevan özünü məsuliyyətli aparsaydı, əgər o, Madriddə və Kazanda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsəydi, bu cür qurbanlar olmazdı. Prezident Vladimir Putin də təsdiq edib ki, bu məsələ müzakirə edilmişdi və reallaşdırılmalı idi. Lakin Yerevanın inadkarlığı ucbatından bu məsələ sülh yolu ilə həll edilmədi”.

    “Azərbaycan bir-birinin ardınca qələbələr qazanır. Bu, Yerevanın daha konstruktiv olması üçün ona təsir edəcəkmi? Zənnimcə, çətin ki, belə olacaq. Mənim fikrimcə, Laçın alınmayınca, Laçın dəhlizi bağlanmayınca, Yerevan öz qoşunlarını Qarabağdan çıxarmaq barədə siyasi saziş imzalamaq məsələsini heç nəzərdən keçirməyəcək.

    “Tələ” bağlananda və erməni qruplaşması mühasirəyə alınanda, bax o vaxt ola bilsin ki, müəyyən siyasi razılaşmalar əldə ediləcək. Hələlik isə düşünürəm ki, erməni qoşunlarının müqaviməti davam edəcək”, – ekspert əmindir.

    İ.Korotçenko vurğulayıb ki, Yerevan hələ də üçüncü tərəfi hərbi qarşıdurmaya cəlb etməyə çalışır. O deyib:

    “Hazırda Paşinyan hərbi iflas həddindədir. Paşinyan artıq Türkiyəni münaqişəyə cəlb etmək, sonra isə kömək üçün Moskvaya müraciət etmək kimi cəhdlər göstərib, lakin ona rədd cavabı verilib. Bu fakt barədə sadəcə KİV-lərdə məlumat verilməyib.

    Paşinyan Putindən qoşun yeridilməsini xahiş edib və ona rədd cavabı verilib. Moskvadakı erməni lobbisi müvafiq informasiya mənzərəsi yaratmaq üçün 10 milyonlarla dollar sərf edib. Onlar qışqırırdılar ki, Rusiya desant əməliyyatı, artilleriya zərbələri və ya qoşun yeridilməsi yolu ilə Ermənistanı müdafiə etməlidir.

    Bu cür hay-küyün xeyri olmadı və bu gün də yoxdur. V.Putin çox səliqəli, sağlam mövqe tutdu. O dedi ki, münaqişə Ermənistanın ərazisində getmir, buna görə də Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməsi üçün əsas yoxdur.

    Paşinyan isə belə əsaslar yaranması üçün Azərbaycanın şəhərlərinə zərbə endirir. O ümid edir ki, Bakı buna dözməyəcək, cavab zərbəsi endirəcək və bu, Ermənistanın hərbi kömək üçün KTMT-yə müraciət etməsinə imkan verəcək. Prezident İlham Əliyev isə deyib ki, biz vicdanla, döyüş meydanında vuruşacağıq. Beləliklə, Paşinyan öz problemləri ilə tək qalır”.

    “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib:

    “Azərbaycan işğalçıları öz ərazisindən güc tətbiq etməklə sıxışdırıb çıxardığı şəraitdə yeni siyasi reallıq yaranıb. Prezident İlham Əliyev bu yeni siyasi reallığı bəyan edərək deyib ki, ermənilər Dağlıq Qarabağda siyasi muxtariyyət alacaqlar. Azərbaycanın ərazisində ikinci erməni dövləti olmayacaq. Hər şey tamamilə açıq-aydın deyilib. Ermənistan məğlubiyyətə uğrayan tərəfdir. Lakin o, məğlub olduğunu etiraf etmək istəmir.

    Məğlubiyyət elə olmalıdır ki, Ermənistan real olaraq hansısa sazişləri imzalamaq istəsin. Bir daha təkrar edirəm, hazırda hər şey hərbi yolla həll edilir. Erməni hərbi qruplaşmalarının ətrafındakı “tələ” bağlananda Yerevan artıq konkret substantiv danışıqlar aparmaq istəyəcək ki, erməni qoşunlarının Qarabağı tərk etmələrindən ötrü dəhliz açılsın.

    Yəqin ki, o vaxt bu cür danışıqlar mümkün olacaq. Lakin onda danışıqlar artıq Azərbaycanın irəli sürdüyü şərtlər daxilində aparılacaq”.

  • Sürixdə Gəncə və Bərdə terroruna etiraz edilib – FOTO

    İsveçrənin Sürix şəhərində Rathausbrücke körpüsünün üzərində topalaşan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terror aktlarına qarşı icazəli etiraz aksiyası keçirib.

    Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Aksiya İsveçrədə yaşayan azərbaycanlı icmasının təşəbbüsü və Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri və İdarə Heyətinin üzvlərinin dəstəyi ilə keçirilib.

    Aksiya iştirakçıları bildiriblər ki, Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin, eləcə də, digər yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması, dinc sakinlərin hədəf alınması, Ermənistan silahlı qüvvələri tərəfindən bir ay ərzində cəbhə bölgəsindən kənar rayon və şəhərlərdə yaşayan 91 mülki şəxsin, o cümlədən, uşaqların qətlə yetirilməsi insanlıq əleyhinə yönəlmiş müharibə cinayətidir.

    Azərbaycanın dövlət himninin oxunduğu aksiyada erməni vandalizmini əks etdirən bir sıra plakatlar nümayiş olunub, erməni terroru qurbanlarının xatirəsi yad edilib.

    İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Mülki insanlar toxunulmazdır!”, “Biz terrora yox deyirik”, “Erməni terrorçuluğuna son!”, “Uşaq ölümünə son!”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan – BMT qətnamələrinə əməl et!” və başqa şüarlar səsləndiriblər.

  • Ermənilər qəsdən Şuşa meşələrini yandırır – RƏSMİ

    “Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Şuşa meşələrində yanğın törədilir”.

    Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    Onun sözlərinə görə, Ermənistanın məqsədi ekoloji terror vasitəsilə Azərbaycan silahlı qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır:

    “Ermənistanın Şuşa meşələrində yanğının törədilməsi üçün qadağan olunmuş ağ fosfordan istifadə etməsi istisna deyildir”.

    “Azərbaycan Respublikasının Müdafiə nazirliyi kəşfiyyat məlumatlarına əsasən, Ermənistanın böyük həcmdə fosfor tərkibli yükü Xocavənd istiqamətinə gətirdiyi barədə məlumat verib”, – deyə H.Hacıyev qeyd edib.

  • Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTO

    Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edilib.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Bildirilib ki, TƏBİB idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Fərid Vahid oğlu Təqdirov Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunub.

  • Moskva növbəti dəfə İrəvana kömək etməkdən imtina etdi – RF XİN-in rəsmi cavabı

    Rusiya “Dostluq müqaviləsi” çərçivəsində Ermənistana hərbi yardım göstərməkdən bir daha imtina edib.

    Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək üçün göstərə biləcəyi yardımın növü və həcmini müəyyənləşdirmək üçün məsləhətləşmələrə başlamaq xahişinə Rusiya Xarici İşlər Nazirliyinin cavabından nəticə çıxarmaq olar.

    “Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında 29 Avqust 1997-ci il tarixli “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Fəaliyyət haqqında” Müqavilədən irəli gələn vəzifələr də daxil olmaqla, Ermənistan Respublikasına qarşı müttəfiqlik öhdəliklərinə sadiqliyi təsdiqləyirik. Bu Müqavilənin bir sıra maddələri silahlı hücum təhlükəsi olduqda və ya ərazilərinə qarşı təcavüz aktı olduqda konkret hərəkətləri nəzərdə tutur. Müqaviləyə uyğun olaraq, qarşıdurmalar birbaşa Ermənistan ərazisinə köçürülərsə, Rusiya İrəvana bütün lazımi yardımları verəcək”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi şərhində deyilir.

    Beləliklə, Rusiya xarici işlər qurumu Azərbaycanın Ermənistan ərazisinə hücum etmədiyini təsdiqləyir.

    Azərbaycan ordusunun əks-hücum əməliyyatı beynəlxalq miqyasda tanınmış sərhədlər daxilində Azərbaycanın suveren ərazisində aparılır və Ermənistanın işğal etdiyi torpaqları işğaldan azad etmək məqsədi daşıyır.

  • Buraxılmış dərslər necə kompensasiya ediləcək? – Kamran Əsədovdan aktual suallara CAVAB

    Ölkədə korornavirusa yoluxma hallarının artması və hərbi vəziyyəti nəzərə alsaq yaxın aylarda dərslərin ənənəvi formada yenidən başlayacağını gözləməyə dəyməz.

    Median.Az-ın məlumatına görə, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.

    Onun sözlərinə görə hazırda təhsil sistemi buraxılmış və keçirilməmiş dərslərin kompensasiyası, həmçinin 2021-ci ilə planlaşdırılan qəbul və buraxılış imtahanlarının aparılması problemi ilə üzləşib:

    “2020-ci il buraxılış və qəbul imtahanları testlərində martın 3-dək şagirdlərə öyrədilən mövzulardan istifadə olunduğunu nəzərə alsaq, 2021-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarda ciddi problemlər ola bilər. Buna görə bu gün ən vacib məqam buraxılmış dərslərin kompensasiya edilməsidir”.

    Onun sözlərinə görə, yaxınlaşan tətillər, məsələn Yeni il və ya Novruz bayramları ilə əlaqədar buraxılmış dərsləri kompensasiya etmək olar, ancaq bu da kifayət etməyəcək.

    “Buna görə yüksək keyfiyyətli distant təhsil təşkil etmək lazımdır. İndi “Microsoft”, “Zoom”, “Skype” kimi proqramlar sayəsində bu mümkündür”.

    Kamran Əsədov bununla belə vurğuladı ki, fövqəladə və ya hərbi vəziyyət kimi hallarda təhsil prosesinin davamlılığını təmin etmək üçün Təhsil Nazirliyi əvvəlcədən fəaliyyət platforması hazırlamalı idi.//media.az

  • Prezident: “Avropada etirazçıları atlarla döyürlər və bu, demokratiya hesab olunur”

    “Biz nümunə deyilik və özümüzü bu cür göstərmirik. Lakin özlərini sanki belə göstərən ölkələr var, amma onlar etirazçıları qətlə yetirirlər. Siz “sarı jiletlilərin” etirazlarında neçə nəfərin qətlə yetirildiyini bilirsinizmi? Bilirsiniz, 10-dan çox adam qətlə yetirilib”.

    Bunu Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibəsində deyib.

    Dövlət başçısı alman jurnalisti özlərini demokratiyanın mərkəzi kimi aparan Avropadan danışmağa dəvət edib:

    “Gəlin özlərini guya demokratmış kimi aparanlardan danışaq. Biz özümüzü elə aparmırıq. Bəli, bizim çatışmazlıqlarımız var”.

    “Fransada etirazçılar qətlə yetirilirlər, küçədə etirazçıları qətlə yetirirlər – 10 nəfər qətlə yetirilmişdi. Biz sizin Avropada etirazçıları necə döydüyünüzə baxırıq, siz onları atlarla döyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesab olunur”, – Prezident əlavə edib.

  • Prezidentdən Qarabağla bağlı qərəzli sual verən alman jurnalistə tarix dərsi: “Bavariya sizin üçün önəmlidir?”

    “Elzas-Lotaringiya sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir”.

    Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibəsində “Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualının cavabında bildirib.

    Prezident bildirib ki, bu, resurslar məsələsi deyil:

    “Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

    “Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”, – deyə İ.Əliyev qeyd edib.

    Prezident vurğulayıb ki, biz heç bir muxtar rayon razılığına gəlməmişik:

    “Xeyr. Əvvəla, biz heç bir muxtar rayon razılığına gəlməmişik. Bu, birincisi. Biz bu razılığa gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər.

    İndi ortalıqdakı reallıqlar dəyişib. Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə almalısınız. Yaxşı. Biz dəyişdik reallıqları. İndi onlar bunları nəzərə almalıdır və bu, 27 il ərzində bizim onlara təklif etdiklərimiz ola bilsin, artıq öz qüvvəsini itirib.

    Ona görə indi biz müzakirələr aparmalıyıq və yeri gəlmişkən, Ermənistan hazır olduğu təqdirdə biz danışıqların yeni mərhələsinə başlamaq və danışıqlar masasında Dağlıq Qarabağın gələcəyini müzakirə etmək üçün Xarici İşlər nazirimizi sabah Cenevrəyə göndərməyə hazırıq. Lakin bunun üçün Ermənistan dayanmalıdır. Onlar bu aylar ərzində həmişə bizim azad etdiyimiz əraziləri geri almaq istəyiblər və bu da onların məğlubiyyətinin əsas səbəbidir”.

  • В поликлинике в Челябинске взорвалась кислородная будка – ВИДЕО

    В поликлинике горбольницы №2 Челябинска взорвалась кислородная будка, сообщили в пресс-службе минздрава региона РФ.

    “В хозяйственной пристройке <…>, где хранились кислородные баллоны, произошел пожар, были слышны хлопки. Пострадавших нет”, – рассказали РИА Новости в экстренных службах.

    Из здания эвакуировали 150 человек. Их разместили в помещениях местного стадиона.