Month: October 2020

  • Yaralı və şəhid olmuş hərbçilərin ödənişləri necə təmin olunur? – AÇIQLAMA

    Hərbi əməliyyatlar zamanı xəsarət alan və ya şəhid olan hərbi qulluqçuların sığorta ödənişlərinin verilməsi təmin olunur.

    Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin şöbə rəisi Araz Qurbanov məlumat verib.

    Onun sözlərinə görə, hazırda şirkətə bununla bağlı müraciətlər daxil olur və müraciətlərə ən qısa müddətdə cavab verilir, maksimum 3 gün ərzində ödənişlərin verilməsi təmin olunur:

    “Qanunvericiliklə tələb olunan sənədlər təqdim edildikdən sonra bankda hesab açılır və həmin hesaba tərəfimizdən müvafiq məbləğ köçürülür”.

    Qeyd edək ki, müraciət edən vətəndaşa bank vasitəsilə ödəniş edilir.

    Hərbi qulluqçular 11 000 (on bir min) manat məbləğində müəyyən edilmiş həddə sığorta ilə təmin olunurlar.

  • Baş infeksionist əhaliyə müraciət etdi

    Əhali arasında yoluxma hallarının artması, yoluxmanın arealının genişlənməsi son nəticədə belə halların ordumuza da sirayət etməsi ilə nəticələnə bilər.

    Bunu “Report”a açıqlamasında Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.

    O bildirib ki, döyüş bölgələrinə yaxın ərazilərdə həm yerli əhali ilə hərbçilərin təması baş verir, həm də hərbi qulluğa çağırılan şəxslər arasında virusa yoluxanların olması mümkündür:

    “Bunu nəzərə alanda, o zaman təhlükənin nə qədər real olması aydın görünür. Bütün mümkün tədbirləri görmək lazımdır ki, bu baş verməsin, kütləvi hal almasın. Çünki məsələ müharibə vəziyyətində olan ordumuzun döyüş qabiliyyətinə təsir etməklə ölkənin təhlükəsizliyini müəyyən edir. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, bu gün arxa cəbhədə xəstələnən şəxs hansısa bir döyüşçümüzün yaxını ola bilər. Torpaqlarımızın azad edilməsi uğrunda ölüm-dirim savaşına atılan hər bir döyüşçümüz arxa cəbhədə öz ailəsindən, yaxınlarından arxayın olmalıdır. Buna görə də əminliklə demək olar ki, infeksiyanın yayılması ilə mübarizə, yoluxma hallarının azaldılmasına yönələn bütün tədbirlər və bunların müsbət nəticələri sonda Qarabağda qələbəmizi yaxınlaşdırır”.

    T.Eyvazov hesab edir ki, arxa cəbhədə koronavirus infeksiyasından qorunmanın ən effektiv yolu insanlar arasında təmasların minimuma endirilməsi və karantin qaydalarına ciddi əməl olunmasıdır:

    “Yəni, maskadan düzgün istifadə edilməsi, sosial məsafənin gözlənilməsi, asqırdıqda, öskürdükdə burun və ağzın örtülməsi, əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq, əllərin gigiyenası, xəstəlik əlamətlərini özündə hiss etdikdə həkimə dərhal müraciət etmək və s. lazımdır”.

    “Bilməliyik ki, qaydalara düzgün əməl etmək yoluxmanı azaldır. Özümüzün, yaxınlarımızın qayğısına qalaq, problemə qarşı birgə mübarizə edək. Buna öz nizam-intizamımız ilə nail olmaq mümkündür. Belə kollektiv məsuliyyət virusun yayılmasının qarşısını alır. Əgər bir nəfər maskada gəzəcəksə, çətin ki, problemi həll edək. Belə qlobal məsələlər birlikdə həll oluna bilər. Hamı üçün əsas tövsiyə insanlarla təmasları məhdudlaşdırmaqdır. Hələ ki, bundan təsirli vasitə icad olunmayıb. Hamılıqla riayət edək, birlikdə güclü olaq! Koronavirusa qalib gələk!”, – deyə baş infeksionist qeyd edib.

  • Кадры опустевшей Шуши: армяне покинули город – ВИДЕО

    В социальных сетях распространились кадры оккупированной Шуши.

    На них видно, что улицы и здания города практически опустели. Из этого можно сделать вывод, что армяне покинули Шушу.

  • Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib – VİDEO

    Azərbaycanın işğal altında olan torpağı Şuşadan görüntülər yayılıb.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

    Şuşada çəkilən görüntülərdə küçələrdə bir nəfər də olsa insan gözə dəymir. Ermənilər şəhəri tərk ediblər.

  • Большой удар по армянскому лобби во Франции: показан репортаж о провокации противника на линии фронта – ВИДЕО

    Популярный французский телеканал TF1 показал репортаж о ситуации на передовой в Нагорном Карабахе, обстрелах армянскими ВС мирных жителей, а также бомбардировках жилых массивов Гянджи.

    Корреспондент канала Лисерон Будул побывала в зоне боевых действий, где азербайджанские солдаты рассказали ей о том, как армяне бегут, бросив оружие и боеприпасы. Они подчеркнули, что армия нашей страны пойдет до конца и освободит каждую пядь родной земли.

    В репортаже освещены трудности, с которыми ежедневно сталкиваются жители прифронтовых населенных пунктов и обстрелы мирных жителей вооруженными силами Армении, когда женщинам и детям приходится прятаться в подземных укрытиях.

    Трехминутный материал об Азербайджане, показанный на TF1, стал большим ударом по армянскому лобби, представители которого разразились оскорблениями и угрозами в социальных сетях в адрес телеканала.

  • Fransada erməni lobbisinə böyük zərbə: Cəbhədə düşmən təxribatı ilə bağlı reportaj yayımlandı – VİDEO

    Fransanın məşhur TF1 televiziya kanalında Dağlıq Qarabağdan cəbhə xəttindən yayımlanan reportajda Azərbaycandakı vəziyyət, ermənilərin mülki insanları hədəfə alması, Gəncənin yaşayış massivini bombardman etməsindən bəhs edilib.

    Kanalın müxbiri Liseron Budul cəbhə xəttində olub və əsgərlərimiz ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləyiblər. Azərbaycan ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini vurğulayıblar.

    Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Qadın və uşaqların yeraltı xəndəklərdə sığınacaq tapdığı diqqətə çatdırılıb.

    TF1 televiziya kanalında Azərbaycanla bağlı yayımlanan üç dəqiqəlik reportaj erməni lobbisinə böyük zərbə olub. Erməni lobbisinin üzvləri sosial şəbəkələrdə TF1 televiziya kanalı haqqında təhqiramiz fikirlər, hədələr səsləndiriblər.

  • В Каспийском море произошло землетрясение

    В Каспийском море произошло землетрясение.

    По данным Республиканского центра сейсмологической службы при Национальной академии наук Азербайджана, подземные толчки магнитудой 3,2 были зафиксированы 23 октября, в 10:17.

    Очаг землетрясения залегал на глубине 54 км.

  • Xəzər dənizində zəlzələ oldu

    Oktyabrın 23-də Xəzər dənizində maqnitudası 3.2 olan zəlzələ baş verib.

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:17-də qeydə alınıb.

    Zəlzələnin ocağı 54 kilometr dərinlikdə yerləşib.

  • Президент Албании: Мы поддерживаем территориальную целостность Азербайджана – ФОТО

    Президент Албании Илир Мета принял верительные грамоты новоназначенного чрезвычайного и полномочного посла Азербайджана Анара Гусейнова.

    Об этом глава государства сообщил на своей странице в Facebook.

    “На встрече с послом я еще раз подтвердил, что Албания поддерживает территориальную целостность АР и возлагает надежды на мирное урегулирование нагорно-карабахского конфликта в рамках Минской группы ОБСЕ”, – написал И.Мета.

    Он также отметил, что ценит прекрасные политические отношения между двумя странами и желает, чтобы азербайджанские инвесторы были более широко представлены в сферах энергетики, туризма и сельского хозяйства Албании.



  • Albaniya prezidenti: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” – FOTO

    “Səfirlə görüşdə mən bir daha təsdiqlədim ki, Albaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həll olunmasına ümid edirəm”.

    Bunu Albaniya Prezidenti İlir Meta “Facebook” hesabında qeyd edib.

    O, Azərbaycanın ölkəyə təyin olunan yeni səfiri Anar Hüseynovun etimadnaməsini qəbul edərkən bildirib ki, iki ölkə arasında çox yaxşı olan siyasi münasibətlərə dəyər verir və xüsusilə də enerji, turizm və kənd təsərrüfatı sahələrində azərbaycanlı investorlarının daha geniş iştirakını diləyir.