Month: October 2020

  • Psixi pozğunluq yaşlı adamlarda koronavirusun əlaməti ola bilər

    Koronavirusa yoluxan yaşlı insanlarda ən çox rast gəlinən əlamət psixi pozğunluq (Deliriya) halıdır.

    Bu barədə “Cursorinfo” məlumat yayıb.

    London Kral Kollecinin alimlərinin apardığı yeni tədqiqata əsasən, bəzi hallarda yaşlı insanlarda kornavirusun əsas sipmtomları olan öskürək və ya hərarət olmasa da, şüur dolaşıqlığı- psixi pozğunluq müşahidə olunur.

    Alimlər bu halın 65 və daha yuxarı yaş qrupuna aid şəxslərdə tez-tez müşahidə etdiklərini bildiriblər.

  • Посол Израиля посетил Мингячевир, подвергшийся ракетному обстрелу со стороны армян

    Посол Израиля в АР Джордж Дик 23 октября посетил Мингячевир. В ходе визита он побывал и на Азербайджанской ТЭС – крупнейшей тепловой электростанции на Южном Кавказе.

    Об этом сообщает ОАО “Азерэнержи”.

    Дипломат осмотрел станцию и места падения ракет, выпущенных по городу вооруженными силами Армении.

    Специалисты ОАО проинформировали посла о работе электростанции, проводимой реконструкции и подробностях террористических актов.

    Затем Д.Дик посетил Мингячевирскую ГЭС и ознакомился с ситуацией на данном объекте.

    В октябре армянские формирования неоднократно наносили удары баллистическими ракетами по Мингячевиру, прежде всего по энергетическим объектам.

    Большая часть этих снарядов была уничтожена силами ПВО, обломки двух упали на территорию Азербайджанской ТЭС 4 и 11 октября.

  • Cəbhədə şəhid olan Denis Proninin həyat yoldaşı: “Müharibəyə tərəddüd etmədən, könüllü olaraq getdi” – FOTO

    “Sosial şəbəkələrdə ailəmizə maddi yardım göstərmək xahişi ilə fotolar yayımlayırlar, amma bizim buna heç bir ehtiyacımız yoxdur. Dövlət bizə lazımi dəstəyi göstərir. Yoldaşımın xatirəsinə hörmətini ifadə etmək üçün bizə çox adam baş çəkir. Bu cür dəstəyi gözləmirdim, çox təsirlənirəm”.

    Bu sözləri erməni işğalçıları ilə döyüşdə şəhid olan Azərbaycan vətəndaşı Denis Proninin həyat yoldaşı Aynur Pronin-Əliyeva Media.Az-a deyib.

    Həyat yoldaşı barədə xatirələrini danışan A.Pronin-Əliyeva onun mehriban, səmimi və həyat dolu bir insan olduğunu söyləyib.

    “Bilirsiniz, həyata optimist baxan insan idi. Ölkəsini çox sevirdi və heç bir tərəddüd etmədən könüllü olaraq cəbhəyə getdi!”, – deyə A.Pronin-Əliyeva söyləyib.

    Onun sözlərinə görə, Denis 8 oktyabrda sevimli qızı, doqquz yaşlı Alinanın ad günündən bir gün sonra şəhid olub.

    “İnanın, onunla istədiyimiz kimi vidalaşa da bilmədik. Gedərkən sadəcə tezliklə qayıdacağına söz verdi. Hələ ki, onun yoxluğuna öyrəşmək olmur… Ancaq indi müharibə dövründə yaşayırıq və bu qədər vətənpərvərliyin olmasından məmnunam. Hər kəs doğma torpaqlarının azad edilməsi üçün cəbhədə döyüşə getməyə hazırdır. Xalqın vətənpərvərlik ruhu yüksəkdir. Mənim ərim də vətənpərvər idi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını verdi”, – deyə A.Pronin-Əliyeva vurğulayıb.

    Həyat yoldaşı qeyd edib ki, Denis 1989-cu ildə Həzi Aslanov qəsəbəsində anadan olub, 59 saylı orta məktəbi bitirib, orduda xidmət etmək və hərbçi olmaq uşaqlıqdan arzusu olub:

    “Lakin arzusu reallaşmayıb və sonrakı illərdə qaynaqçı işləyib. Ancaq müharibə başlayan kimi könüllü olaraq qeydiyyatdan keçib.


    Gözəl həyat yoldaşı və mehriban ata idi. Bu il ailə həyatı qurmağımızın on ili tamam olur”, – deyə A.Pronin-Əliyeva sözünü yekunlaşdırıb.

  • Mikayıl Cabbarov Latviyanın Azərbaycandakı səfiri ilə görüşüb – FOTO

    İqtisadiyyat naziri Mikayıl Cabbarov Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs ilə görüşüb.

    İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, görüşdə Azərbaycanla Latviya arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin əməkdaşlığın inkişafında rolu qeyd edilib.

    Bildirilib ki, ölkələrimiz iqtisadiyyatın bir sıra istiqamətləri üzrə səmərəli əməkdaşlıq edir. Ticarət əlaqələrinin şaxələndirilməsi və artırılması da prioritet istiqamətlərdəndir. Bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yeni mexanizmlər tətbiq olunur.

    Belə ki, Latviyanı da əhatə etməklə Mərkəzi Avropanın 10 ölkəsi üzrə Azərbaycan Ticarət nümayəndəliyi və Riqada “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Bununla yanaşı, iki ölkənin iş adamları arasında çoxsaylı biznes forumlar, işgüzar görüşlər keçirilib, Riqaya ixrac missiyası təşkil olunub. Azərbaycan Latviya ilə həmçinin, Avropa İttifaqının Tvinninq aləti çərçivəsində də uğurlu əməkdaşlıq edir.

    Mikayıl Cabbarov Ermənistanın ölkəmizə qarşı işğalçı siyasəti və bu ilin sentyabrın 27-dən Azərbaycana qarşı növbəti təxribatlara başlaması, günahsız mülki əhaliyə və mülki obyektlərə raket zərbələri endirərək törətdiyi terror və müharibə cinayətləri, Avropanın enerji təhlükəsizliyində önəmli rola malik boru kəmərlərini zədələmək cəhdləri barədə məlumat verib.

    Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyət istiqamətlərini qeyd edən İqtisadiyyat naziri post-pandemiya dövründə Latviya ilə qarşılıqlı investisiya qoyuluşlarının artırılmasının əhəmiyyətini, nəqliyyat, kənd təsərrüfatı, dövlət-özəl tərəfdaşlığı, əczaçılıq, turizm, rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

    Bildirilib ki, həm Azərbaycan, həm də Latviya, Avropa ilə Asiya arasında tranzit yükdaşımalarında mühüm yer tutur. Hər iki ölkədə inkişaf etmiş nəqliyyat infrastrukturunun mövcudluğu bu sahədə əməkdaşlığın genişləndirilməsinə yaxşı perspektivlər vəd edir. Görüşdə həmçinin, Latviya şirkətləri Ələt azad iqtisadi zonasının potensialından yararlanmağa dəvət edilib.

    Səfir Daynis Qarançs Latviyanın Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini qeyd edib.

    Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edən səfir iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

    Görüşdə iqtisadi-ticarət əməkdaşlığının inkişafı və digər məsələlər müzakirə edilib.

  • “Atamla anam yataqdan durmurlar…”: Azyaşlı uşaqlar üç gün ölmüş valideynləri ilə yaşadı – FOTO

    Azyaşlı uşaqlar üç gün vəfat etmiş valideynləri ilə birlikdə yaşayıblar.

    “Daily Storm” “Telegram” kanalının məlumatına görə, dəhşətli hadisə Rusiyanın Leninqrad vilayətində baş verib.

    İlkin məlumatlara görə, gənc cütlük evdə hazırlanan turşudan zəhərlənərək ölüb.

    Hadisə üç gün sonra üzə çıxıb: mərhumun bacısının telefon zənginə beş yaşlı uşaq cavab verərək, valideynlərinin yatdığını, atasının isə nəyə görə isə qap-qara qaraldığını deyib.

    Həyəcana düşən qadın dərhal onlara gedib və 30 yaşlı kişi ilə 25 yaşlı qadının öz yataqlarında öldüyünü görüb.

    İlkin məlumatlara görə, ər-arvadın ölümü gecə yemək yemələrindən sonra baş verib.

    Hadisədən bir gün əvvəl gənc nənəsini ziyarətə gedib və ondan konservləşdirilmiş xiyar turşusu götürüb. İstintaq hesab edir ki, onun tərkibində neyrotoksin ola bilərdi.



  • Sabahın hava proqnozu açıqlandı

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 20-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Oktyabrın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 24-də Abşeron yarımadasında mülayim cənub küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

  • В Баку прошли очередные рейды против нарушителей правил карантинного режима – ФОТО

    С целью предотвращения распространения коронавирусной инфекции сотрудники полиции Баку провели контрольно-профилактические рейды в местах массового скопления людей, в частности, в общественном транспорте, магазинах и на объектах общественного питания, сообщила пресс-служба МВД.

    Правоохранители проинформировали граждан о важности соблюдения социальной дистанции и использования медицинских масок.

    В отношении нарушителей санитарно-карантинных правил были составлены протоколы по соответствующей статье Кодекса об административных проступках.

  • Эрдоган: Турция имеет право на участие в мирном процессе по Карабаху – ВИДЕО

    Турция имеет такое же право на участие в мирном процессе по Карабаху, как и Россия. Об этом заявил 23 октября журналистам турецкий президент Реджеп Тайип Эрдоган, пишет агентство “Анадолу”.

    Он акцентировал внимание на высказываниях Президента Азербайджана Ильхама Алиева по участию Анкары в процессе урегулирования нагорно-карабахского конфликта.

    “Турция заинтересована в разрешении противоречий, а также в мире в регионе не меньше, чем Россия”, – подчеркнул президент.

    “Азербайджан заявляет, что если Ереван выступает за участие России в мирном процессе, то Баку предлагает вовлечь в него Турцию. То есть за столом переговоров должны быть как Москва, так и Анкара”, – сказал Эрдоган.

    По его словам, Россия не имеет каких-либо претензий по вопросу участия Анкары в процессе карабахского урегулирования.

  • Израиль оказал Азербайджану гуманитарную помощь – ФОТО

    Израиль оказал Азербайджану гуманитарную помощь.

    Об этом говорится в Twitter-аккаунте посольства этой страны в Баку.

    “Отправленные Израилем медикаменты доставлены в больницы АР. Оказание гумпомощи продолжается”, – говорится в сообщении.

  • Беззубая старая гвардия: реальное положение армянской армии – ВИДЕО

    Реальное положение армянской армии налицо.

    Пашинян теперь поймет, что пожилым, уставшим от жизни и изнеможденным людям, чей внешний вид идет вразрез с серьезностью войны, остается только смиренно принять свое поражение.

    Кроме того, в армянской армии также наблюдается катастрофическая нехватка военной формы.