Month: October 2020

  • Ermənistan ordusunun real mənzərəsi: Dişləri tökülmüş “qoca qvardiya” – VİDEO

    Ermənistan ordusunun real mənzərəsi göz qabağındadır.

    Müharibənin ciddiyyəti ilə ziddiyyət təşkil edən yaşlıların, yorğun və bitkin insanların müharibədə məğlub olmaqdan başqa yolunun olmadığını Paşinyan indi daha yaxşı başa düşər.

    Ermənistan ordusunda hərbi geyim isə, ümumiyyətlə, tapılmır.

  • BBC ailəsini itirmiş üç yaşlı Xədicə ilə bağlı reportaj hazırladı: “Deyir, baba, anamı gətir” – VİDEO

    Nüfuzlu BBC agentliyi Ermənistan ordusunun Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket hücumu nəticəsində doğmalarını itirmiş üç yaşlı Xədicə barədə reportaj hazırlayıb.

    Qeyd edək ki, oktyabrın 17-də Ermənistan daha bir müharibə cinayəti törədərək, döyüş bölgəsindən uzaqda yerləşən mülki yaşayış yerinə gecə vaxtı SCUD tipli raketlərlə hücum edib.
    Xain təcavüz zamanı uşaqlar da daxil olmaqla, 13 nəfər həlak olub. Qurbanlar arasında balaca Xədicənin atası, anası və böyük bacısı da var.

  • Hikmət Hacıyevdən erməni lobbisini narahat edən fransız jurnalistin süjeti ilə bağlı paylaşım – VİDEO

    Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransanın TF1 televiziya kanalı ilə bağlı paylaşım edib.

    Bununla əlaqədar H.Hacıyev “Twitter” hesabında məlumat yayıb.

    “Ermənistanın hərbi təcavüzünün qərəzsiz işıqlandırılmasına görə Fransanın TF1 jurnalistlərinin erməni lobbisi tərəfindən təzyiqlərə məruz qalmasını və təhdid olunmasını kəskin şəkildə pisləyirik. Bu, peşəkar jurnalistikaya və söz azadlığına qarşı hücumdur”, – deyə o bildirib.

    Qeyd edək ki, Fransanın məşhur TF1 televiziya kanalında Dağlıq Qarabağdan cəbhə xəttindən yayımlanan reportajda Azərbaycandakı vəziyyət, ermənilərin mülki insanları hədəfə alması, Gəncənin yaşayış massivini bombardıman etməsindən bəhs edilib.

    Kanalın müxbiri Liseron Budul cəbhə xəttində olub və əsgərlərimiz ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləyiblər. Azərbaycan ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini vurğulayıblar.

    Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Qadın və uşaqların yeraltı xəndəklərdə sığınacaq tapdığı diqqətə çatdırılıb.

  • Karantin rejiminin tələblərini pozan mehmanxanalar aşkarlandı

    Koronavirusla mübarizə çərçivəsində 19-22 oktyabr tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 122 mehmanxanada reydlər keçirilib.

    Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatda qeyd olunub.

    Reydlərin keçirildiyi 15 mehmanxanada Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə əməl olunmaması və kobud pozuntu faktları aşkarlanıb. Fəaliyyətində nöqsanlar müəyyən edilən mehmanxanalar barədə qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb.

    Keçirilən reydlər zamanı sahibkarlıq subyektlərinə, orada çalışan işçi heyətə qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər, maarifləndirici tövsiyələr verilib və mehmanxanaların ictimai iaşə zonalarına xəbərdaredici, maarifləndirici lövhələr yerləşdirilib.

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara müraciət edərək bir daha bildirir ki, istehlakçıların və işçi heyətin sağlamlığının qorunması istiqamətində mehmanxanaların ictimai iaşə məkanlarında xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.

  • У жителя Астары изъяли наркотики

    Сотрудники южного регионального отдела Главного управления по борьбе с наркотиками МВД Азербайджана в результате оперативно-разыскных мероприятий в Лянкяране по подозрению в незаконном обороте наркотических средств задержали ранее судимого П.Гасанова, сообщает пресс-служба Министерства внутренних дел АР.

    В ходе личного досмотра при нем была обнаружена марихуана.

    Задержанный признался, что приобрел наркотик у жителя Астаринского района М.Хакимова, который также был привлечен к следствию.

    В его доме правоохранители нашли более пяти килограммов марихуаны.

    По данному факту ведется расследование.

  • Astara sakinindən narkotik maddə götürüldü

    Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səpnəkəran kənd sakini, əvvəllər məhkum olunmuş P.Həsənov saxlanılıb.

    Şəxsi axtarış zamanı ondan marixuana götürülüb.

    Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Astara rayon sakini M.Həkimov da polis əməkdaşları tərəfindən saxlanılıb.

    Onun evindən isə 5 kiloqram 288 qram marixuana aşkar edilərək götürülüb.

  • ВАЖНОЕ ЗАЯВЛЕНИЕ полиции Баку в связи с мерами контроля

    Усилены меры контроля в местах с высоким риском заражения коронавирусом.

    Об этом заявил в эфире AzTV пресс-секретарь Главного управления полиции города Баку майор Эльшад Гаджиев.

    Он подчеркнул, что усиленные контрольно-профилактические мероприятия охватывают все районы столицы.

    “Наши сотрудники регулярно проводят проверки в общественном транспорте, закрытых помещениях, на предприятиях общественного питания, в целом во всех местах с высоким риском заражения коронавирусом, принимая соответствующие меры”, – сказал Э.Гаджиев.

    По его словам, также контролируется соблюдение требований военного положения в стране, в частности комендантского часа.

    “Призываем население безоговорочно соблюдать требования и рекомендации полиции. На каждом гражданине лежит серьезная ответственность и в связи с пандемией, и в связи с режимом военного положения”, – подчеркнул Э.Гаджиев.

  • Bakı Polisindən nəzarət tədbirləri ilə bağlı VACİB AÇIQLAMA

    “Koronavirusa yoluxma riski olan məkanlarda nəzarət tədbirləri gücləndirilib”.

    Bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AzTV-yə açıqlamasında deyib.

    O bildirib ki, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş nəzarət profilaktik tədbirlər davam etdirilir:

    “İctimai nəqliyyatda, qapalı məkanlarda, ictimai iaşə obyektlərində, ümumilikdə koronavirusa yoluxma riski olan bütün məkanlarda əməkdaşlarımız tərəfindən mütəmadi tədbirlər görülür”.

    Komendant saatı ilə bağlı vəziyyətdən danışan E.Hacıyev bildirib ki, bütövlükdə ölkədə hərbi vəziyyət rejimi ilə əlaqədar olaraq gün ərzində müvafiq tədbirlər görülür:

    “Zəruri olan bütün tədbirlər əməkdaşlarımız tərəfindən icra edilir. Axşam saat 21:00-dan başlayaraq, növbəti gün səhər saat 06:00-a qədər davam edən komendant rejimi çərçivəsində mövcud qayda və normalara uyğun olaraq (fəaliyyətinə icazə verilən sahələr istisna olmaqla) fiziki və hüquq şəxslərin sərbəst hərəkəti müvafiq icazə əsasında həyata keçirilir.

    Əhalidən qaydalara əməl etmələri xahiş edilir. Bütövlükdə istər pandemiya, istərsə də hərbi vəziyyət rejimi ilə bağlı hər kəsin üzərinə ciddi məsuliyyət düşür. Ön cəbhədə düşmənlə mübarizə aparan əsgərlərimizin gözü arxada qalmasın deyə, polisin tələb və tövsiyələrinə qeyri-şərtsiz əməl olunmalıdır”.

  • Уничтожен еще один БПЛА Армении – ОФИЦИАЛЬНО

    23 октября, около 12:00, нашими подразделениями был уничтожен еще один тактический БПЛА вооруженных сил Армении, пытавшийся совершить полет в направлении Агджебединского района.

    Об этом сообщает Минобороны АР.

  • Ermənistana məxsus daha bir PUA məhv edildi – RƏSMİ

    Oktyabrın 23-də saat 12:00 radələrində Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.