Month: November 2020

  • Putin bir gündə beş naziri istefaya göndərdi

    Rusiya Prezidenti Vladimir Putin beş naziri istefaya göndərib.

    RBK bu barədə hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

    V.Putinin fərmanına əsasən, təbii ehtiyatlar və ekologiya naziri Dmitri Kobılkin, tikinti və mənzil kommunal təsərrüfatı naziri Vladimir Yakuşev, nəqliyyat naziri Yevqeni Ditrix, energetika naziri Aleksandr Novak və Uzaq Şərqin inkişaf naziri Aleksandr Kozlov tutduqları vəzifədən azad edilib.

    Həmçinin, qeyd olunur ki, energetika naziri Aleksandr Novak Energetika Nazirliyində tutduğu vəzifədən kənarlaşdırılaraq, baş nazirin müavini vəzifəsinə təyin ediləcək.

    Bununla da Rusiya Prezidenti Vladimir Putin Baş nazir müavinlərinin sayını 10 nəfərə çatdırıb.

  • Azərbaycanda internetə qoyulan məhdudiyyət nə zaman aradan qaldırılacaq? – FOTO+RƏSMİ AÇIQLAMA

    Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə hərbi vəziyyət şəraitində olan ölkəmizdə internetin verilməsi ilə bağlı tətbiq edilən məhdudiyyətlər davam edir.

    Bu barədə Oxu.Az-ın suallarına cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova açıqlamasında bildirib.

    Onun sözlərinə görə, məqsəd, kibermühitdə ermənilərin təxribatlarının, eyni zamanda bəzi vətəndaşların Azərbaycan ordusunun uğurlu əks-həmlə tədbirləri gedişində hərbi sirr daşıyan məlumatların yayılmasının qarşısını almaqdır:

    “Siz də bilirsiniz ki, düşmən xüsusən sosial şəbəkələrdə saxta profillərlə Azərbaycan dilində yalan məlumatlar paylaşır və məqsəd vətəndaşlar arasında təşviş yaratmaqdır. Bununla yanaşı Azərbaycan Ordusunun düşmənin hərbi təxribatlarının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün uğurlu əks-həmlə tədbirləri gedişində bəzi vətəndaşlar hərbi sirr daşıyan, hərbi texnika barədə məlumatları əks etdirən paylaşımlar edirlər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəfələrlə əhaliyə bu barədə xəbərdarlıq olunub. İnternetin müvafiq sahələrdə məhdudlaşdırılması qanunvericilik əsasında həyata keçirilir. Sözsüz ki, məhdudlaşdırılmanı zəruri edən hallar aradan qalxdıqdan sonra internetin fəaliyyəti bərpa ediləcək”.

    G.Gözəlova açıqlamasında VPN-dən istifadə edən şəxslərlə bağlı məsələyə də münasibət bildirib:

    “VPN-dən istifadənin məhdudlaşdırılması, onun istifadəçilərinin müəyyənləşdirilməsi və cəzalandırılması ilə bağlı hər hansı bir qanunvericilik mövcud deyil. Sadəcə hər bir vətəndaş öz informasiya təhlükəsizliyinə məsuliyyətlə yanaşmalı, fərdi məlumatlarının əldə olunmasına imkan yaratmamalıdır. Biz, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olaraq bu kimi məsələlərlə bağlı ictimaiyyəti mütəmadi məlumatlandırırıq. Sizin vasitənizlə bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, informasiya müharibəsinin də böyük önəm kəsb etdiyi bir zamanda informasiya təhlükəsizliyimizə qarşı maksimum ehtiyatlı olaq, təxribatın qurbanına çevrilməyək.

    Yüzlərlə pulsuz VPN tətbiqləri mövcuddur. Hətta “Google Play” tərəfindən təsdiq edilsə belə, onların hamısı təhlükəsiz deyil. Pulsuz VPN provayderləri məlumatlarınızı marketinq məqsədləri üçün sata bilər. Adətən bu cür provayderlərin tətbiqdən qazanc əldə etmək üçün istifadəçilərin onlayn fəaliyyətini qeydə alır və üçüncü tərəf reklam şirkətlərinə satır. Xidmət provayderi siz onların tətbiqindən istifadə edərkən onlayn axtarış fəaliyyətinizi izləyə bilər. VPN-dən əlavə mobil telefonlarınızda “Snapchat”, “Picsart”, “Tamable”, “Codesignalcom”, “Renderforest”, “Zangi Messenger”, “Sololearn”, “Zoomerang”, “Shadowmatic” tətbiqləri varsa, onları dərhal silin. Çünki bu proqramlar fərdi məlumatlarınız üçün təhlükə mənbəyi hesab oluna bilər. Belə ki, düşmən tərəf bu proqramlar vasitəsilə fərdi məlumatlarınızı ələ keçirə və çirkin məqsədlər üçün istifadə edə bilər.

    Təcrübə göstərir ki, hətta “Play Store”-da təsdiq olunan tətbiqlər belə zərərli kodlar ehtiva edə bilər. Adətən bu kodlar tətbiqin “source” kodunda yerləşdirilir və yalnız üçüncü tərəf skan tətbiqlər tərəfindən aşkar edilə bilir. Bu zərərli kodların məqsədi sizin onlayn fəaliyyətinizi izləmək və məlumatlarınızı üçüncü tərəf serverlərə göndərməkdir. Pulsuz VPN xidmətləri internet bağlantısını qorumaq üçün güclü şifrələməyə malik olmur və istifadəçinin IP ünvanı sızdırıla bilər. Pulsuz VPN xidmətləri adətən zəif şifrələmə sisteminə malik olur və haker hücumlarına həssas olur. Fərdi məlumatlar ələ keçirilə bilər”.

    Xatırladaq ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1-ci maddəsinə əsasən, fövqəladə hallarda, fövqəladə və ya hərbi vəziyyət şəraitində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səlahiyyətli dövlət hakimiyyəti orqanları zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malikdirlər və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilərlər. Fövqəladə və hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 noyabr tarixli 517 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın 3.1.2-ci maddəsinə əsasən, telekommunikasiya və poçt şəbəkələrinin fəaliyyəti Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hərbi idarəetmə orqanları ilə razılaşdırılmaqla, müvəqqəti məhdudlaşdırıla və dayandırıla bilər.

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müntəzəm olaraq vətəndaşlarımızı kibertəhlükəsizlik qaydalarına əməl etməyə səsləməkdə, bununla bağlı müvafiq xəbərdarlıqlar ünvanlamaqda və metodiki, texniki dəstək göstərməkdədir.

  • Поздравление от посольства Латвии в Азербайджане по случаю Дня Государственного флага – ФОТО

    Посольство Латвии в Азербайджане поздравило нашу страну с Днем Государственного флага.
    Поздравительное сообщение опубликовано в Twitter-аккаунте диппредставительства.

    “Поздравляем Азербайджан с Днем Государственного флага!”- говорится в сообщении.


  • Latviyanın Azərbaycandakı səfirliyindən Bayraq Günü təbriki – FOTO

    Latviyanın Azərbaycandakı səfirliyi Bayraq Günü münasibəti ilə dövlətimizi təbrik edib.

    Bu barədə diplomatik nümayəndəliyin “Twitter” hesabında yazılıb.

    “Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edirik!” – deyə ismarıcda bildirilib.


  • İordaniyada hotel binası üçrəngli Azərbaycan bayrağına büründü – FOTO

    İordaniya Haşimilər Krallığının Əmman şəhərində Azərbaycan Respublikasının bayrağı göz oxşayıb.

    Bununla bağlı Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Belə ki, İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Əmman şəhərindəki “Le Royal” hoteli Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.


  • Ильхам Алиев: Если Азербайджан столкнется с агрессией, тогда мы рассмотрим вариант военной поддержки Турции

    Не хочу забегать далеко вперед. Потому что это будет зависеть от ситуации на поле боя. Это будет зависеть от поведения Армении и других стран.

    Об этом заявил Президент Азербайджанской Республики Ильхам Алиев в интервью телеканалу BBC News, отвечая на вопрос корреспондента о том, наступит ли тот день, когда он попросит Турцию быть в большей степени вовлеченной в конфликт.

    “Потому что во многих случаях я говорил, что мы против интернационализации конфликта. Мы попросили все страны – соседние, не соседние – держаться подальше от этого конфликта. Мы сражаемся на наших землях, признанных на международном уровне. Это наша позиция.

    Думаю, что происходящее в настоящее время будет продолжаться, и таким образом какого-либо военного участия Турции не понадобится. Но много лет назад мы подписали с этой страной документ, который обеспечит военную поддержку на случай возникновения агрессии.

    Таким образом, у нас с Турцией в той или иной степени есть такой же формат, законная база, как у Армении с Россией. Если Азербайджан столкнется с агрессией и ему понадобится военная поддержка Турции, тогда мы рассмотрим этот вариант”, – сказал Президент Ильхам Алиев.

  • Prezident: “Hərbi təcavüz olarsa, Türkiyənin dəstəyi variantını nəzərdən keçirəcəyik”

    “Mən çox irəliyə baxmaq istəmirəm. Çünki bu, döyüş meydanındakı vəziyyətdən asılı olacaq. Bu, Ermənistanın və digər ölkələrin davranışından asılı olacaq”.

    Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin “Türkiyənin birbaşa hərbi iştirakını istəyəcəyiniz günü gözləyirsinizmi” sualına cavab olaraq deyib.

    Prezident İlham Əliyev bildirib ki, mən bir çox hallarda demişəm ki, biz münaqişənin beynəlmiləlləşdirilməsinin əleyhinəyik:

    “Biz bütün ölkələrdən, qonşu ölkələrdən, qonşu olmayan ölkələrdən bu münaqişədən uzaqda durmağı xahiş etmişik. Biz beynəlxalq səviyyədə tanınan torpağımızda döyüşürük. Bu, bizim mövqeyimizdir. Mən düşünürəm ki, hazırda baş verənlər davam edəcək, beləliklə, Türkiyənin hər hansı hərbi iştirakına ehtiyac olmayacaq.

    Lakin uzun illər bundan əvvəl Türkiyə ilə təcavüz olacağı təqdirdə, həm də hərbi dəstəyi təmin edən sənəd imzalamışıq. Beləliklə, bizim Türkiyə ilə bu və ya digər dərəcədə Ermənistanla Rusiyanın malik olduğu kimi eyni formatımız, qanuni bazamız var. Əgər Azərbaycan təcavüzlə üzləşsə və Azərbaycan görsə ki, Türkiyənin hərbi dəstəyinə ehtiyac var, onda biz variantı nəzərdən keçirəcəyik”.

  • Yaralı əsgərimiz Şuşa qələbəsini xəstəxana pəncərəsində qeyd etdi – VİDEO

    Şuşanın işğaldan azad olunması ölkənin hər yerində bayram əhval-ruhiyyəsi ilə qeyd edilib.

    Ali Baş Komandan qələbə xəbərini elan edəndən sonra insanlar küçələrə çıxıb qələbəni qeyd ediblər.

    Sosial şəbəkələrdə yayılan görüntülərdə küçəyə çıxa bilməyən, haqq müharibəsində qolunun birini itirən hərbçinin pəncərədən baxaraq qələbə sevincini yaşaması hər kəsi təsirləndirib.

  • Путин принял предложение Эрдогана по решению кризиса в Нагорном Карабахе

    Президент Турции Реджеп Тайип Эрдоган в телефонном разговоре с российским коллегой Владимиром Путиным предложил создать рабочую группу по решению кризиса в Нагорном Карабахе, сообщил CNN Turk.

    Как утверждает дипломатический источник телеканала, Путин приветствовал предложение турецкого лидера.

    Утверждается, что скоро переговоры по карабахскому кризису могут перейти в двусторонний формат, который будет действовать вне работы Минской группы ОБСЕ.

    Также было отмечено, что президенты России и Турции в ходе телефонного разговора в субботу обсудили ситуацию и подтвердили обоюдную готовность к взаимодействию для достижения мирного решения конфликта в регионе.

    Собеседник телеканала также сообщил, что после переговоров Путина и Эрдогана пообщались и главы МИД обеих стран.

  • Putin Ərdoğanın Qarabağ probleminin həlli ilə bağlı təklifini qəbul edib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıqları zamanı Qarabağ probleminin həlli ilə bağlı İşçi Qrupunun yaradılmasını təklif edib.

    Bu barədə CNN Türk telekanalı diplomatik mənbəyə istinadən xəbər verib.

    Bildirilir ki, Vladimir Putin Türkiyə liderinin təklifini alqışlayıb.

    Telekanalın məlumatına görə, yaxın günlərdə Qarabağ məsələsi ilə bağlı danışıqlar ATƏT-in Minsk Qrupunun işindən kənar həyata keçiriləcək ikitərəfli formata çevrilə bilər. Yeni İşçi Qrupu atəşkəsdən sonrakı müddətdə tədbirlər və siyasi tənzimlənmə prosesinin aparılması üzərində işləyəcək.

    Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri Qarabağdakı vəziyyəti şənbə günü müzakirə ediblər. Tərəflər bölgədəki münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün əməkdaşlığa qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.

    Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasındakı danışıqlardan sonra hər iki ölkənin Xarici İşlər nazirlərinin də telefon danışıqları apardığı bildirilir.