Month: November 2020

  • Separatçı rejimdən acı etiraf: “Şuşanı tam itirdik, Azərbaycan ordusu Xankəndi yaxınlığındadır”

    “Azərbaycan Silahlı Qüvvələri Xankəndinin yaxınlığındadır”.

    “RİA Novosti”nin məlumatına görə, Qarabağdakı cinayətkar rejimin “sözçüsü” Vaqram Poqosyan deyib.

    “Bu günə qədər təəssüf ki, uğursuzluq zəncirinin hələ də bizi müşayiət etdiyini və Şuşa şəhərinin tamamilə nəzarətimizdən çıxdığını etiraf etməliyik və bu barədə bütün ümidləndirici və təbliğat tezisləri bizə reallıq hissini itirməkdən başqa heç nə vermir.

    Kəmərləri növbəti dəfə sıxmaq lazımdır, çünki düşmən Xankəndinin ətrafındadır və artıq paytaxtın mövcudluğu təhlükə altındadır.

    Əgər biz Şuşanın yenidən bizim olmasını, Qarabağın saxlanılmasını istəyiriksə, bu gün bütün imkanlarımızı Xankəndinin və cəbhənin digər istiqamətlərinin etibarlı müdafiəsinin təşkilinə yönəltməliyik. Bu uğur üçün real və etibarlı zəmanətdir. Yalan qələbə çağırışları və “Facebook”dakı şayiələr addım-addım hər şeyin itirilməsinə gətirib çıxaracaq”, – deyə V.Poqosyan bildirib.

  • Neftin qiyməti 9 faiz bahalaşıb

    Dünya bazarında neft qiymətlərində artım müşahidə olunub.

    Oxu.Az-ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, hazırda “Brent” markalı neftin bir barelinin qiyməti gün ərzində 2,6 dollar və ya 9,13 faiz artıb. Belə ki, hazırda “Brent” markalı neftin bir barelinin qiyməti 43,05 ABŞ dollarını təşkil edir.

    WTI markalı yüngül neftin bir bareli isə 3,79 dollar və ya 10,20 faiz bahalaşıb. Hazırda WTI markalı neftin bir bareli 40,93 ABŞ dolları həcmindədir.

    Qlobal “Oil Price” portalının verdiyi məlumata görə isə hazırda Azərbaycan neftinin də dünya bazarındakı qiyməti artmaqda davam edir. Son göstəricilərə əsasən, “Azeri Light” markalı neftin bir bareli 1,8 faiz və ya 0,75 dollar həcmində bahalaşaraq 42,44 ABŞ dollarını təşkil edib

  • Düşmənin yaratdığı “hamimiz.com” saytı ilə bağlı araşdırma başlanıldı – RƏSMİ

    Döyüş meydanında Azərbaycan Ordusu qarşısında məğlub olan düşmən sosial media və digər rəqəmsal platformalarda müxtəlif saxta səhifələr, o cümlədən, saytlar yaradıb cəbhəboyu zonadakı vəziyyət, xüsusilə də hərbi-siyasi və əməliyyat şəraiti, hərbi texnika və onun hərəkəti haqqında, eləcə də, silah-sursat barədə saxta xəbərlər ictimailəşdirməklə vətəndaşlarımızda çaşqınlıq yaratmağa cəhd edir.

    Azərbaycan Ordusunun uğurlarının Ermənistan əhalisindən gizlədilməsinə, vətəndaşlarımızda təşviş yaratmağa yönələn bu cəhdlər ifşa olunmaqdadır.

    Bununla bağlı Baş Prokurorluğunun məlumatlnda deyilir.

    Bildirilib ki, Ermənistan tərəfindən həyata keçirilmiş növbəti təxribatlardan biri də “hamimiz.com” adlı saxta saytın yaradılmasıdır.

    Həmin “fake” saytda guya şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların siyahısına mülki şəxslərin,o cümlədən, qadınların da adları daxil edilib.

    Bununla da, qeyd olunan saytın düşmənin maraqlarına xidmət etməsi,əhalimiz arasında təşviş yaratmaq məqsədi daşıması müəyyən edilib.

    Hər kəsi vətəndaş məsuliyyətini dərindən dərk etməyə, ayıq-sayıq olmağa, bu kimi saxta saytlarda və digər informasiya daşıyıcılarında olan təxribat xarakterli məlumatlara inanmağa çağırır, şübhəli hər hansı saxta platforma ilə qarşılaşan zaman hüquq-mühafizə orqanlarına dərhal məlumat verilməsi xahiş olunur.

    Hazırda qeyd edilən saxta saytla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

  • В Азербайджане выявлены 635 новых случаев инфицирования COVID-19, скончались еще 12 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 635 новых случаев инфицирования коронавирусом, еще 503 человека вылечились и были выписаны домой.

    Об этом 9 ноября сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 12 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 66 046 человек, 852 из них скончались, 49 411 – излечились, 15 783 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 1 447 585 тестов (за последние 24 часа – 6 355) на COVID-19.

  • Azərbaycanda koronavirusa yoluxanların sayı 700-dən aşağı düşdü – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 635 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 12 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 15783 nəfərdir.

    Ölkədə son sutka ərzində 6355, hazırkı dövrədək isə 1447585 test aparılıb.

    Ümumi ölənlərin sayı 852 nəfərdir.

    Ümumi yoluxanların sayı 66046 nəfər, ümumi sağalanların sayı 49411 nəfərdir.

  • FHN işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturların təşkilinə başladı

    Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başlayıb.

    Nazirlikdən bildirilib ki, artıq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsi Füzuli şəhərində fəaliyyətə başlayıb.

    Həmçinin, Xocavənd rayonunun Hadrut qəsəbəsində FHN DYMX-nin yerli strukturunun xidməti təşkil olunub. Hər iki məntəqə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

  • Опубликованы первые кадры освобожденной от оккупации Шуши – ВИДЕО

    Министерство обороны Азербайджана опубликовало видеокадры освобожденного от армянской оккупации города Шуши.

  • 28 illik həsrətdən sonra Şuşanın ilk görüntüləri – VİDEO

    Azərbaycanın Müdafiə Nazirliyi işğaldan azad olunmuş Şuşa şəhərinin videogörüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Наносятся артиллерийские удары по позициям противника на ходжавендском направлении фронта – ВИДЕО

    Азербайджанская армия продолжает вести огонь по позициям и живой силе противника на ходжавендском направлении фронта.

    Об этом сообщает Министерство обороны АР.

    Отмечается, что артиллерийскими ударами разрушаются окопы и укрытия врага.

  • Cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə artilleriya zərbələri endirilir – VİDEO

    Azərbaycan ordusunun cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə və canlı qüvvəsinə atəşlə zərər vurması davam edir.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, düşmənin səngərləri və sığınacaqları artilleriya zərbəsi ilə dağıdılır.