Month: November 2020

  • Prezident İlham Əliyev Cozef Baydeni ABŞ Prezidenti seçilməsi münasibətilə təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cozef Baydeni Amerika Birləşmiş Ştatlarının yeni Prezidenti seçilməsi münasibətilə təbrik edib.

    Təbrikdə deyilir:

    “Hörmətli cənab Bayden.

    Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

    Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında siyasi, təhlükəsizlik, enerji, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulmuşdur. Ölkələrimiz beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizədə və NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası çərçivəsində əməkdaşlıq edirlər.

    İnanırıq ki, Sizin prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcəkdir.

    30 ilə yaxın dövr ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal altında saxlayan Ermənistan bu ilin 27 sentyabr tarixindən başlayaraq Azərbaycan Ordusunun mövqelərini, dinc sakinləri və obyektləri iriçaplı silahlardan atəşə tutmaqla ölkəmizə qarşı növbəti hərbi təcavüz törətmişdir.

    Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinin qəsdən və məqsədyönlü şəkildə atəşə tutulması nəticəsində aralarında çoxlu sayda azyaşlı olmaqla 93 mülki şəxs qətlə yetirilmiş, 400-dən çoxu yaralanmış, mülki obyektlər dağıdılmışdır. Digər ölkələrdən minlərlə insan Ermənistana gətirilmiş və bu ölkənin silahlı qüvvələrində muzdlu kimi xidmətə cəlb edilmişdir. Ermənistan ABŞ-ın da iştirakı ilə ərsəyə gəlmiş mühüm regional enerji və nəqliyyat infrastrukturlarını hədəfə almışdır.

    Azərbaycan ABŞ və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrindən münaqişənin ədalətli həlli istiqamətində səylərini daha da artıracağını gözləyir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarmaqla bağlı dəqiq vaxt cədvəli təqdim etməlidir. Azərbaycan münaqişənin həlli üzrə mahiyyətli danışıqlara bu əsasda hazır olduğunu dəfələrlə bəyan etmişdir.

    Azərbaycanın indiyə qədər işğaldan azad etdiyi və hələ də işğal altında qalan ərazilərində mülki infrastruktur Ermənistan tərəfindən tamamilə məhv edilmişdir. Biz həmin ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirəcək, bütün tarixi, dini və mədəni abidələri bərpa edəcəyik.

    Azərbaycan Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının sülh, təhlükəsizlik və qarşılıqlı hörmət əsasında birgə yaşayışını təmin etməyə hazırdır.

    Bir daha Sizə səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, dost Amerika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

  • На ходжавендском направлении фронта уничтожена живая сила противника – ВИДЕО

    9 ноября точным огнем наших подразделений была уничтожена живая сила врага на Ходжавендском направлении фронта.

    Об этом сообщает Министерство обороны Азербайджана.

  • Cəbhənin Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi məhv edilib – VİDEO

    Noyabrın 9-da cəbhənin Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

  • Азербайджанская армия освободила десятки населенных пунктов: три относятся к Лачыну – ФОТО

    9 ноября Президент Ильхам Алиев сделал публикацию в Twitter об освобождении от армянской оккупации ряда населенных пунктов Азербайджана.

    “Победоносная азербайджанская армия освободила села Мец Таглар, Салакетин, Зогалбулаг, Арагюль, Тагавард, Беюк Тагавард, Зерданашен, Шехер Ходжавендского района, Шушакенд, Мухтар, Дашалты Ходжалинского района, Ашагы Гюздек, Говшатлы, Мирзеджамаллы, Шекерджик, Мердинли, Шыхлы, Гарамамедли, Довлетярлы Физулинского района, Собу, Гарагез, Искендербейли Зангиланского района, поселок Бартаз, стратегическую высоту Бартаз (2 300 метров), высоту Сыгырт (1 370 метр), высоту Шюкюратаз (2000 метров), а также пять безымянных высот, село Галаджыг, Гаджылы, Гусейнбейли, Сараджыг Моллагасанли, Аскерханлы, Йухары Нюсюс, Ашыг Меликли, Нифталылар, Герер, Челебилер Джебраильского района, Гараманлы, Хендек, Хемзели, Махрызлы, Хал, Баллыгая, Улашлы, Тинли, Ходжахан, Бойунакар, Гарагойунлу, Черели Губадлинского, Гюлябурд, Сефиян, Тюркляр Лачинского района”, – говорится в публикации.

    Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı,
    — İlham Əliyev (@azpresident) November 9, 2020

    Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq,
    — İlham Əliyev (@azpresident) November 9, 2020

    Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq,
    — İlham Əliyev (@azpresident) November 9, 2020Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli,
    — İlham Əliyev (@azpresident) November 9, 2020Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
    — İlham Əliyev (@azpresident) November 9, 2020

  • Azərbaycan Ordusu daha 41 yaşayış məntəqəsini, o cümlədən Laçının kəndlərini işğaldan azad edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev daha bir neçə məntəqənin işğaldan azad olunması ilə bağlı paylaşım edib. 
    Paylaşımda deyilir: 
    “Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

    Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı,
    — İlham Əliyev (@azpresident) November 9, 2020Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli,
    — İlham Əliyev (@azpresident) November 9, 2020Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
    — İlham Əliyev (@azpresident) November 9, 2020

  • Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanı aradan qaldırmaq üçün Komissiyanın ilk iclası keçirilib – FOTO

    Bu gün Azərbaycan Respublikası Prezidentinin “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının ilk iclası keçirilib.

    Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda komissiyanın sədri tərəfindən bildirilib ki, Sərəncamdan irəli gələn tapşırıqlar qısa müddətdə yerinə yetirilməlidir.

  • Ermənistanın yalan dolu şərhlərlə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq cəhdləri uğursuzluğa düçardır

    Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Azərbaycan Respublikası Prezidentinin BBC Agentliyinə müsahibəsinə dair açıqlaması ilə bağlı şərh verib.

    Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti BBC Xəbər Agentliyinə müsahibəsində növbəti dəfə Azərbaycanın beynəlxalq hüquqa və BMT TŞ-nin qətnamələrinin tələblərinin həyata keçirilməsinə əsaslanan mövqeyini açıqlayıb, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki ermənilərin Azərbaycanın vətəndaşları kimi qəbul olduqlarını və müharibənin buradakı erməni əhalisinə deyil, qanunsuz xunta rejiminə qarşı aparıldığını vurğulayıb. Azərbaycan dövlət başçısının kifayət qədər aydın şəkildə ifadə etdiyi fikirlərinin təhrif edilməsi Ermənistan XİN-in beynəlxalq ictimaiyyəti yanıltmaq üçün növbəti uğursuz cəhdidir.

    Azərbaycan ərazilərinin işğalı zamanı yerli azərbaycanlı əhalinin etnik təmizləməyə məruz qalması, dinc insanlara qarşı müharibə cinayətlərinin törədilməsi, eləcə də Ermənistanın yeni təcavüzü çərçivəsində cəbhə bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrinin və mülki şəxslərin məqsədli şəkildə atəşə tutularaq insanlıq əleyhinə cinayət kimi tövsif ola biləcək aktların törədilməsinin məsuliyyəti bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərindədir.

    Ermənistanın yalan dolu şərhlərlə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq və Azərbaycanlı əhaliyə qarşı törədilən çoxsaylı müharibə cinayətləri məsuliyyətindən boyun qaçırmaq cəhdləri uğursuzluğa düçardır.

  • Anar Eyvazov: “Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraqla növbəti hədəfə doğru irəliləyir”

    ​Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bu gün keçirilən brifinqdə bildirib ki, mənəvi-psixoloji vəziyyəti və maddi-texniki təminatı yüksək səviyyədə olan Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraqla növbəti hədəfə doğru irəliləyir.

    Mətbuat katibi qeyd edib:

    “Biz bu cəsarəti və döyüş ruhunu müzəffər Ali Baş Komandanımız və sarsılmaz xalqımızdan alırıq. Hazırda Xocavənd istiqamətində hücumu genişləndirən Azərbaycan Ordusu əməliyyat şəraitini nəzərdə saxlamaqla döyüşləri böyük ruh yüksəkliyi və mətinliklə davam etdirir. Qələbə bizimlədir!”

  • Cəbhənin Xocavənd istiqamətində düşmənin “Tor-M2KM” ZRK-sı vurulub

    Bu gün saat 15:50-də cəbhənin Xocavənd istiqamətində düşmən tərəfindən fərdi yaşayış evlərinin arasında yerləşdirilmiş və aviasiya vasitələrimizə qarşı tətbiq olunan “Tor-M2KM” zenit-raket kompleksi (ZRK) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

  • Meksikada daşqınlar: onlarla ölü var

    Meksikanın cənubunda leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 27 nəfər həlak olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, 22 nəfər Çiapas ştatında, daha 5 nəfər Tabasko ştatında həyatını itirib.

    Bu bölgələrdə 157 mindən çox sakin təbiət hadisəsindən zərər çəkib. 54 min ev dağılıb.

    Hazırda iki ştat ərazisində zərər çəkənlər üçün 208 müvəqqəti düşərgə salınıb. Burada 8 min nəfər yerləşdirilib.