Month: November 2020

  • Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib – RƏSMİ

    Noyabrın 8-si gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

    Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd T-72 tankı, 1 ədəd D-30 topu, 1 minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb.

    Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

  • Polşada həmyerlilərimiz Şuşanın azad edilməsini qeyd etdi – VİDEO

    Polşada yaşayan həmyerlilərimiz Şuşa şəhərinin 28 il sonra işğaldan azad edilməsini böyük sevinclə qeyd edib.

    Azərbaycanlılar Polşa paytaxtında toplaşaraq qələbəni bayram edib. Şuşa şəhərinin azad edilməsi münasibətilə atəşfəşanlıq təşkil edilib.

  • Şuşanın azad edilməsini şəhid general Polad Həşimovun evinin qarşısında qeyd etdilər – VİDEO

    Sumqayıtda sakinlər Şuşa şəhərinin işğaldan azad olunmasını şəhid general Polad Həşimovun evinin qarşısında qeyd ediblər.

    Bununla bağlı videolar sosial şəbəkədə paylaşılıb.

    Polad Həşimovun evinin qarşısına toplaşanlar “Başını dik tut, şəhid anası” şüarını səsləndiriblər.

    Həmin görüntüləri təqdim edirik:

  • Şuşanın azadlıq xəbərinə sevinən gənclər şəhid anasının ayağından öpdülər – VİDEO

    Şuşanın işğaldan azad edilməsi xəbərini Azərbaycan xalqı böyük coşğu ilə qarşılayıb.

    Qələbə sevinci ilə yanaşı vətən uğrunda şəhid olanları da unutmayan gənclərimizin bir qrupu isə şəhid anasını alqışlarla qarsalayıblar.

    “Başını dik tut, şəhid anası!” şüarı səsləndirən gənclərdən biri hətta şəhid anasının ayaqlarını öpüb.

    Gözəl və qürurlu anları təqdim edirik:

  • Освобождение Шуши предопределило исход войны – ВИДЕО

    Шушинская наступательная операция азербайджанских войск, завершившаяся освобождением сердца Карабаха, предопределила исход войны не только в плане важности этого города с оперативно-тактической точки зрения, но и морально-психологического значения.

    Об этом отмечается в обзоре YouTube канала Caliber.

    “О Ходжавенде мы говорили как о направлении, где действия азербайджанских войск сведены фактически к зачистке и мы не исключаем, что в ближайшие дни будет объявлено об освобождении этого важного пункта”, – отмечается в обзоре.

    Канал отмечает, что ВС Азербайджана начали наращивать давление и на Агдамском направлении.

    “Если армянская сторона и далее будет сопротивляться, то азербайджанские войска могут начать наступление на Ханкенди, комбинируя действия в агдаринском и Агдамском направлениях”, – отмечается в обзоре.

  • Şuşanın azad edilməsi bu müharibənin sonunu müəyyən edir – VİDEO

    Qarabağın ürəyi sayılan Şuşanın azad edilməsi bu müharibənin sonunu müəyyən edir, cünki bu şəhərin həm taktiki, həmdə psixoloji cəhətdən çox vacib əhəmiyyəti var.

    Bu fikirlər “Caliber” “YouTube” kanalında yerləşdirilən videoda yer alır.

    “Xocavənddə Azərbaycan qüvvələrinin fəaliyyəti əsasən şəhərin təmizlənməsinə yönəlib və yaxın zamanda bu məntəqənin işğaldan azad edilməsi xəbəri elan olunaçağı istisna edilmir. Bundan başqa, Azərbaycan ordusu Ağdam və Ağdarə istiqamətində əməliyyatları fəallaşdırıb. Erməni tərəfi yenə də inadkarlığına davam ersə, Azərbaycan silahlı qüvvələri Xankəndiyə hücuma başlaya bilər”, – kanalın təhlilində bildirilir.

  • Радость победы не знает границ – ВИДЕО

    Азербайджанский народ с большим восторгом и радостью встретил новость об освобождении от оккупации города Шуши.

    Не случайно, что жители всех регионов страны празднуют это знаменательное событие.

    Радуются все, даже люди с ограниченными возможностями.

    Вчера в Баку наряду со всеми, освобождение Шуши праздновал житель столицы в инвалидной коляске с турецким флагом в руках.

    Представляем вам данные кадры.

  • Qələbə sevinci məhdudiyyət tanımır – VİDEO

    Şuşa şəhərinin işğaldan azad edilməsi xəbəri Azərbaycan xalqında böyük sevinc hissi yaradıb.

    Təsadüfi deyil ki, zəfər xəbərini duyan cəmiyyətin hər kəsimindən olan şəxslər bunun bayram ab-havasında qeyd etmək üçün istər paytaxt Bakıda, istərsə də bölgələrdə küçələrə axışdılar, müxtəlif nümayişlər, aksiyalar və yürüşlərlə sevinclərini büruzə verdilər.

    Şuşa şəhərinin işğaldan azad olunması o qədər böyük sevinc yaradıb ki, hətta fiziki məhdudiyyətli şəxslər də bu bayramdan kənarda qalmaq istəmirlər.

    Ötən gün Bakı küçələrində qeydə alınan görüntülərdəki kimi. Fiziki məhdudiyyəti olan və əlil arabasında hərəkət edən vətəndaşlarımız bayram sevincini avtomobillərlə birlikdə qeyd edir.

    Gözəl və duyğulu görüntüləri siz də izləyin:

  • Ermənistan bir həftə sonra məhv edilmiş hərbçilərinin sayını açıqladı

    Ermənistan Qarabağda Azərbaycan Silahlı Qüvvələrini dayandırmağa çalışan daha 44 hərbçisinin öldürüldüyünü etiraf edib.

    Bu barədə Aysor.am xəbər yayıb.

    Qeyd edək ki, bu göstərici düşmən tərəfin həftələr sonra yeniləmədən verdiyi xəbərdir.

    Bu rəqəmlərə inansaq, məhv edilən düşmən hərbçilərinin ümumi sayı 1221 nəfər olur.

    Həqiqətdə isə erməni separatçılarının şanlı ordumuz qarşısında verdiyi hərbçi itkilərinin sayı onların göstərdiyindən dəfələrə çoxdur.

  • Ermənistan terrorçu PKK-ya üzv olan yezidiləri ordusuna qəbul edir – VİDEO

    Ermənistanın münaqişələrin həlli zamanı terrora üstünlük verməsi hamıya bəllidir.

    İndi görəcəyiniz videoda Ermənistanın PKK qruplaşmasına üzv olan yezidilərin xidmətindən yararlandığı görünür. Onlar terrorçular kimi Azərbaycan Ordusu ilə döyüşə cəlb olunur.

    Baku TV-nin bu mövzu ilə bağlı hazırladığı materialı diqqətinizə təqdim edirik: