Month: November 2020

  • Filadelfiyaya “Hummer”də saxta bülletenlər daşıyan silahlı şəxslər tutuldu

    ABŞ-da Pensilvaniya polisi Vircinia ştatından Filadelfiya şəhərinə prezident seçiləri üçün saxta bülletenlərini çatdırmağa çalışan iki silahlı şəxsi saxlayıb.

    Bu barədə CNN telekanalı yerli prokurorluğa istinadən xəbər yayır.

    Qeyd olunur ki, Çesapik (Virciniya ştatı) sakinləri olan 61 yaşlı Antonio LaMotta və 42 yaşlı Joşua Masias 5 noyabr axşamı Pensilvaniya ştatında icazəsiz olaraq odlu silah gəzdirmək şübhəsiylə hesablama mərkəzinin yaxınlığında tutulublar.

    Polis naməlum silahlı şəxslərin “Hummer” yük maşını ilə Pensilvaniya Konvensiya Mərkəzinə tərəf getmələri barədə məlumat aldıqdan sonra onları saxlayıb. Üzərlərindəki tapançalardan başqa avtomobildə bir tüfəng və təxminən 160 güllə də olub.

    Yerli hakimiyyət orqanları saxta bülletenlərin olması və ya onların yük maşınında tapılıb-tapılmaması barədə ətraflı məlumat verməyiblər.

  • Dumanlı havada “Bayraqdar” necə görəcək?

    Məlum olduğu kimi “Vətən Müharibəsi”nin ikinci, payızın isə sonuncu ayını yaşayırıq. Hava şəraiti artıq dəyişir, günəşli havalar öz yerini duman, çiskin,yağış və qara verir. Görmə şəraitinin məhdud olduğu hallarda düşmənə qan udduran “Bayraktar”lar necə çalışacaq?

    Median.Az techland.az-a istinadən bildirir ki, Baykar tərəfindən hazırlanmış Bayraktar Akıncı Attack PUA Sisteminin faydalı yükləri arasında yer alan “Sintetik Diyafram Radarı”nın köməyi ilə hər cür hava şəraitində şəkil çəkmək və ötürmək mümkündür.

    Yağışlı və dumanlı kameraların görüntü ala bilməməsinin həll yolu olaraq İnsansız hava vasitələrinə inteqrasiya olunmuş sintetik diyafram radarları, göndərdikləri radar dalğaları vasitəsilə əldə etdikləri məlumatları istifadəçi ilə bölüşür.

    Elektro-optik görüntü sistemlərindən fərqli olaraq, bulud üzərində də görüntüləmə apara bilən sintetik diyafram radarları da insansız hava vasitələrinin yüksək hündürlükdə işləməsinə imkan verərək uçuş təhlükəsizliyinə töhfə verir.

  • Azərbaycan Ordusu düşmənin Xankəndi istiqamətində hərəkət edən hərbi kolonunu məhv edib – RƏSMİ

    Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 4-cü motoatıcı alayının növbəti hərbi kolonu məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib.

    Bundan əlavə, düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralanıb və kolonda olan hərbi texnika yanıb.

  • DİN-dən məlumat bazasına kiber-hüçum barədə AÇIQLAMA

    Azərbaycan Daxili İşlər Nazirliyi onlara məxsus məlumat bazasına heç bir kiber hücumu olmadığını açıqlayıb.

    Qurum açıqladığı məlumatda bunun erməni təxribatı olduğunu bildirib:

    “Bu gün sosial şəbəkələrdəki bəzi səhifələrdə Daxili İşlər Nazirliyinin məlumat bazasındakı informasiyaların guya düşmən tərəfindən oğurlanması barədə məlumat paylaşılıb.

    Bununla əlaqədar internet istifadəçilərinin nəzərinə çatdırırıq ki, bu, ermənilərin növbəti təxribat xarakterli iddialarıdır. DİN-in məlumat bazasına heç bir kiber hücum olmayıb.

    Bir daha vətəndaşlarımızı müharibədə məğlub olan düşmən təxribatına uymamağa çağırır, qeyri-rəsmi qrup, səhifə, kanallardan qətiyyən heç bir linkə daxil olmamağı, faylları açmamağı və şəxsi məlumatları saxta mənbələrə daxil etməməyi məsləhət görürük.

    O ki qaldı sözügedən siyahıya, həmin siyahı ölkəmizdə bir müddət əvvəl keçirilən seçkilər zamanı şəffaflığın təmin olunması məqsədilə seçici məlumatlarının internet resurslarında yerləşdirilmiş informasiyalarıdır”.

  • Hikmət Hacıyev: “Qanunsuz məskunlaşma ilə bağlı müraciətlərimizə həmsədrlər laqeyid yanaşıb” – FOTO

    Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında Ermənistanın Qarabağda gedən döyüşlərdə Suriya ermənilərinin muzdlu kimi hərbi əməliyyatlara cəlb edilməsindən yazıb.

    “Qanunsuz məskunlaşma müharibə cinayətidir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binadan müsadirə olunan sənədlər Ermənistanın qanunsuz məskunlaşma siyasətini davam etdirdiyini və Suriya ermənilərindən muzdlu kimi istifadə etdiyini göstərir. Qanunsuz məskunlaşma ilə bağlı müraciətlərimiz həmsədrlər tərəfindən illərdir laqeydliklə qarşılanır”, – H.Hacıyev “Twitter”də qeyd edib.


  • Artıq çəkidən qısa müddətdə xilas olmaq üçün dadlı çay resepti

    Lazım olanlar:
    * su – yarım litr
    * zəncəfil – 2 xörək qaşığı
    * yaşıl çay – 1 desert qaşığı
    * təzə sıxılmış limon şirəsi – 2 xörək qaşığı
    * bal – 1 desert qaşığı
    * nanə – zövqə görə
    Hazırlanması:
    Yuxarıda adları yazılan bütün məhsullar termosa tökülür və üzrinə qaynar su əlavə edilb qarışdırırlır. 30 dəqiqə sonra dəmləmə hazır olur. Bu dəmləmə yatmazdan əvvəl içilir. Çayın uzun müddət qəbul edilməsi orqanizmdə yığılıb qalmış artıq piylərin əriuməsinə və immunitetin artmasına səbəb olur.

  • Azərbaycanın iqtisadi reytinqi sabit saxlanılıb

    Azərbaycanın reytinqləri BB+ səviyyəsində saxlanılıb.

    Bu barədə “RAEX Europe” reytinq agentliyi məlumat verib.

    Agentliyin Azərbaycanla bağlı iqtisadi reytinqində bildirilib ki, hazırda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri ölkədəki maliyyə vəziyyətini sabit saxlamağa kifayət edir. Pandemiya və hərbi qarşıdurmalara baxmayaraq hökumətin ARDNF-də güclü maliyyə resursları mövcuddur.

    ARDNF-nin aktivlərinin 2020-ci ilin III rübündə əsasən valyuta dəyişikliyi ilə əlaqəli büdcədənkənar gəlirlər hesabına bərpa olunduğu vurğulanıb.

    Bundan əlavə, Azərbaycan Mərkəzi Bankının (AMB) beynəlxalq ehtiyatlarının səviyyəsi də məqbul hesab edilib.

    Eyni zamanda qeyd edilib ki, 2020-ci ildə Azərbaycanın bank sistemindəki göstəricilər indiyə qədər maliyyə sabitliyi baxımından ən yaxşı göstəricilər hesab edilə bilər.

  • Bayden ABŞ-da prezidentlik yarışını qazandı

    ABŞ-da demokratların prezidentliyə namizədi Cozef Bayden respublikaçı Donald Trampı məğlub etmək üçün lazım olan 270 seçici kollegiyası səsini qazanıb.

    Bu barədə CNN telekanalı proqnoz verib.

    Qiymətləndirmələrə əsasən, C.Bayden Pensilvaniya ştatında qalib gəlib.

    Namizəd seçkini qazanmaq üçün 538 seçici kollegiyası səsindən 270-ni yığmalıdır.

    Beləliklə, indi Bayden 273, Tramp isə 213 seçici səsi qazanıb.

  • Ordumuzdan Ağdamda düşmənə sarsıdıcı zərbə

    Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi ziyan vurulub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bu istiqamətindəki 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasına endirilən artilleriya zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib.

    Alayın gücləndirilməsi məqsədilə buraya gətirilən və içərisində könüllülər olan avtobus qəzaya uğrayıb. Nəticədə 30 nəfərədək ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin xəsarət aldığı məlum olub.

    62-ci artilleriya briqadasının 4-cü reaktiv divizionunun atəşə tutulması nəticəsində bir BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb, şəxsi heyət arasında ölən və yaralanan var.

  • Tramp prezident seçkilərində böyük fərqlə qələbə qazandığını elan etdi

    ABŞ-ın hazırkı prezidenti Donald Tramp prezident seçkilərində böyük fərqlə qalib gəldiyini açıqlayıb.

    Bu barədə respublikaçıların namizədi öz “Twitter” səhifəsində yazıb.

    “Bu seçkiləri böyük fərqlə qazandım!” – D. Tramp öz “Twitter” hesabında böyük hərflərlə yazıb.