Month: November 2020

  • Hikmət Hacıyev: “Azərbaycanın işğal olunmuş torpaqlarındakı bütün kilsələr yenilənəcək” – FOTO

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Qəbələ rayonundakı kilsənin bərpası barədə paylaşım edib.

    O, “Twitter”dəki hesabında ermənilərdən fərqli olaraq, Azərbaycanda dini abidələrə hörmət qoyulduğunu bildirib:

    “Qəbələ bölgəsindəki XII əsrə aid Müqəddəs Mariya Kilsəsi Azərbaycandakı qürurlu Xristian İcmasının istifadəsi üçün tamamilə təmir edilib. Yeniləməyə bir müddət əvvəl Heydər Əliyev Fondu tərəfindən başlanılıb. Azərbaycanın işğal olunmuş torpaqlarındakı bütün kilsələr və məscidlər də yenilənəcək”.


  • Hikmət Hacıyevdən etnik erməni nümunəsi – VİDEO

    Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ermənilər və azərbaycanlıların Qarabağda birgə yaşaya bilməsinə dair daha bir nümunə çəkib.

    O, “Twitter” hesabında Azərbaycan vətəndaşı olan etnik erməninin APA TV-yə müsahibəsini paylaşıb:

    “Donara Rəhimova etnik ermənidir və Azərbaycan vətəndaşıdır. Azərbaycanda xoşbəxt yaşamağa davam edir. Azərbaycan hakimiyyəti Qarabağın erməni icması üçün eyni şəraiti yaratmağa hazırdır. Ermənilər və azərbaycanlıların birgə yaşaya bilməməsi barədə irqçi bəyanat cəfəngiyyatdır”.


  • Fransanın “Le Monde” qəzeti: “Ermənistan hərbiçiləri Şuşanı tərk edərək Xankəndiyə qaçıblar”

    Azərbaycan Silahlı Qüvvələri Qarabağın qədim tarixi şəhəri hesab olunan Şuşaya çatıb.

    Bu barədə Fransanın nüfuzlu “Le Monde” nəşri məlumat yayıb.

    Xəbərdə qeyd olunur ki, Ermənistan ordusunun məğlubiyyətə uğradılmış hərbiçiləri yaralı halda Şuşanı tərk edərək Xankəndiyə qaçıblar.

    Fransa nəşri yazır ki, bu artıq müharibənin taleyinin həll edilməsi anlamına gəlir.

    “Belə görünür ki, döyüşlər artıq noyabrın 6-da bütünlüklə Azərbaycan silahlı Qüvvələrinin xeyrinə dönüb”, – “Le Monde” yazır.

  • Baş Prokurorluq düşmən atəşi nəticəsində Tərtərdə yaralanan mülki şəxsin kimliyini açıqladı

    Azərbaycan Respublikası Baş Prokurorluğu Tərtərə edilən hücumla bağlı məlumat yayıb.

    Məlumatda Tərtərdə yaralanan mülki şəxs barədə açıqlanıb:

    “Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. 07.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur.

    Bu gün saat 17.00 radələrində Tərtər rayonu Əski Para kəndində fərdi yaşayış evinin yaxınlığına mərmi düşməsi nəticəsində 1962-ci il təvəllüdlü Osmanov Nüsrət Qurban oğlu xəsarət almışdır. Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir”.

  • Anar Eyvazov: “Sübut edilib ki, ordumuz muzdlu əcnəbilərlə mübarizə aparır”

    Zəngilanda və işğaldan azad edilmiş digər ərazilərə baxış zamanı əldə olunan materiallardan sübut edilib ki, Azərbaycan Ordusu yalnız Ermənistan silahlı qüvvələri ilə deyil, həm də muzdlu əcnəbilərdən ibarət hərbi qruplaşmalarla mübarizə aparır.

    Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

    “Düşmən bilməlidir ki, nə əcnəbi döyüşçülər, nə də hansısa könüllü dəstələr Azərbaycan əsgərini durdura bilməz. Həyatda qalmaq üçün onların bir yolu var: vaxt itirmədən silahı yerə qoyaraq döyüş meydanını tərk etmək”, – deyə A.Eyvazov qeyd edib.

  • Sosial yardım 1 il müddətinə təyin olunacaq – Qaydalarda dəyişiklik

    “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilib

    AZXEBER.COM-un məlumatına görə, Nazirlər Kabinetininin 445 № li Qərara dair İzahında bildirilir ki, layihədə əsasən texniki dəyişikliklər və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 2 iyun tarixli 125-VIQD nömrəli Qanununa uyğunlaşdırılmalar öz əksini tapmışdır.

    Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Dəyişikliyə qədər bu müddət 2 il müəyyən edilmişdi.

    Sosial yardım almaq üçün müraciət edilən zaman ailənin sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməsi və sosial yardım təyin edildikdən sonra gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailənin bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməsi üçün 15 (on beş) iş günü müddəti müəyyən edilmişdir.

    Bu məlumatlar düzgün verilmədiyi aşkar olunduqda həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

    Qərarda edilən əsas dəyişikliklər:

    – Ailənin adambaşına düşən kommunal xidmətlərə görə limitinin 10 faizdən 15 faizə artırılması;

    – Ailənin orta aylıq gəlirinin hesablanmasında kreditin nəzərə alınmaması;

    – Elektron qaydada əldə olunması mümkün olmayan məlumatlar barədə aidiyyəti qurumların arayışlarının nəzərə alınması imkanının yaradılması.

  • XİN-dən Bərdədə erməni təxribatı nəticəsində yeniyetmənin həlak olması ilə bağlı AÇIQLAMA

    Bu gün Azərbaycanın cəbhə zonasından kənarda yerləşən Bərdə rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutulub.

    Mövcud humanitar atəşkəsi kobud şəkildə pozan Ermənistan Azərbaycanlı dinc əhalini hədəfə almaqla, beynəlxalq humanitar hüququ və öz öhdəliklərini heçə sayaraq cinayət əməllərini davam etdirir.

    Bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bu gün Bərdə rayonunun Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində bir mülki şəxs, 16 yaşlı yeniyetmə həlak olub, beləliklə də 27 sentyabr tarixindən etibarən Ermənistanın Azərbaycana qarşı başlatdığı yeni təcavüzü nəticəsində həlak olan Axərbaycanlı mülki şəxslərin sayı 93-ə çatıb.

    Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq və beynəlxalq vasitəçilərin davamlı səylərinə hörmətsizlik nümayiş etdirərək təcavüz siyasətini davam etdirməsini və dinc insanları atəşə tutmasını şiddətlə qınayırıq. Ermənistandan beynəlxalq ictimaiyyətin, o cümlədən, BMT TŞ-nin qətnamələrinin tələblərinə uyğun olaraq, silahlı qüvvələrinin Azərbaycanın hələ də işğal altında olan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmasınl tələb edirik. Bölgədə dayanıqlı sülh təmin olunması üçün vacib şərt işğal faktının aradan qaldırılması və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasından ibarətdir.

  • Видеокадры освобожденных от оккупации сел Джебраильского района

    Минобороны Азербайджана распространило видеокадры освобожденных от оккупации сел Джебраильского района.

  • Cəbrayılın işğaldan azad olunan kəndlərinin görüntüləri – VİDEO

    Azərbaycanın Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Ukrayna polisi Azərbaycanın Ukraynadakı nümayəndəliyinin mühafizəsini gücləndirir

    Ukrayna polisi Xarkovdakı hadisədən sonra Azərbaycanın ölkədəki rəsmi nümayəndəliklərinin mühafizəsini gücləndirəcək.

    Bu barədə Ukrayna Milli Polis İdarəsinin rəisi İqor Klimenko məlumat verib.

    “Yaxın vaxtlarda Azərbaycan və Ermənistanın bütün rəsmi nümayəndəlikləri polisin himayəsinə götürüləcək. Hər kəsi, xüsusən diaspor nümayəndələrini Ukraynada olan hər iki dövlətin vətəndaşlarını tolerantlığa çağırırıq”, – Klimenko deyib.

    Onun sözlərinə görə, polis Azərbaycan konsulluğunun atəşə tutulmasında iştirak edənlərin tutulması üçün hər şeyi edəcək.

    Klimenko bu hadisəni “vəhşi cinayət” adlandırıb.

    Xatırladaq ki, iki naməlum şəxs Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun binasına atəş açıb.

    Faktla bağlı “xuliqanlıq” maddəsi ilə cinayət işi başladılıb.