Month: November 2020

  • Milli Məclisdən bəyanat: “Bəhruz Məhərrəmovun İranla bağlı fikirləri şəxsi xarakterlidir”

    Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bəyanat yayıb.

    Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin adından yayılan bəyanatda deyilir:

    “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər dostluq və mehriban qonşuluq xarakteri daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin qarşılıqlı səfərləri, çoxsaylı görüşləri, ölkələrimiz arasında imzalanmış və həyata keçirilməkdə olan ikitərəfli sənədlər bu münasibətlərin inkişafında mühüm rol oynayir. Eyni zamanda, iki ölkənin parlamentləri arasında da dostluq və əməkdaşlıq münasibətləri mövcuddur.

    Biz Qarabağın işğaldan azad olunması üçün aparılan əks-hücum əməliyyatları dövründə İran İslam Respublikasının Ali rəhbəri cənab Əli Xameneyinin və İran rəsmilərinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, həmçinin, İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı fikir və bəyanatlarını yüksək qiymətləndiririk.

    Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 6 noyabr tarixli iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmovun İran və İranın Ali rəhbəri haqqında söylədiyi fikirləri qətiyyətlə pisləyir və bunların yalnız onun şəxsi fikirləri olduğunu vurğulayırıq.

    Bəyan edirik ki, Azərbaycan Respublikasının yaxın səmimi münasibətlər saxladığı qonşu və dost ölkə və onun rəhbəri barəsində bu cür fikirlər tamamilə qəbuledilməzdir. Heç kəs xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə xələl gətirə bilməz”.

  • Ordumuzun işğaldan azad etdiyi Qəzyan kəndi Azərbaycana “Tikanlı zəmi” şəhidi Əliyar Əliyevi bəxş edib

    Bu gün Prezident İlham Əliyevin işğaldan azad olunduğunu elan etdiyi kəndlərdən biri də Qubadlının Qəzyan kəndidir.

    Bu kənd Azərbaycana Milli Qəhrəman və Birinci Qarabağ Müharibəsinin iştirakçısı, vətənimiz yolunda canını fəda edən mayor Əliyar Əliyevi bəxş edib.

    Ə.Əliyev Qubadlının Qazyan kəndində 1957-ci ildə anadan olub. Qarabağ Müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulub.

    Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilib. Onun təşkil etdiyi tabor camaat arasında “Pəhləvanlar taboru” kimi da tanınırdı.

    Ə.Əliyev Başarat, Susuz dağ, Suarası mövqelərini ələ keçirərkən xüsusilə fərqlənib, 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. 1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoyub.

    Əliyar Əliyevin rəhbərlik etdiyi alayın topçuları Xocalı soyqırımından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirib, Moskva və İrəvan KİV-ləri bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazıb. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilib, İrəvanda keçirilən mitinqlərdə Əliyar Əliyevə və onun üç döyüşçüsünə ölüm hökmü çıxarılıb.

    1992-ci ilin aprel ayının 16-da “Qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diversiya qrupu Lalazar körpüsünü partladıb Qubadlının sərhəd kəndlərinin rayon mərkəzi ilə əlaqəsini kəsmək, strateji yüksəklikləri ələ keçirmək üçün hücuma keçib.

    Kəşfiyyat məlumatları nəticəsində bundan xəbər tutan və onların yolunu gözləyən Əliyar Əliyev və döyüşçüləri onları mühasirəyə alaraq dəstəbaşıları da daxil, 11 düşmən əsgərini məhv edib, həmin meyitləri azərbaycanlı əsirlərə dəyişiblər.

    1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu vurub salan da Əliyar Əliyevin döyüşçüləri olub. 1992-ci ilin avqust ayında həyata keçirilən “Şurnuxu” əməliyyatında iştirak edib.

    Əliyar Əliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib.

    Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.

  • Противник подвергает артиллерийскому обстрелу наши населенные пункты – ОФИЦИАЛЬНО

    Подразделения вооруженных сил Армении подвергают артиллерийскому обстрелу села Тертерского, Агдамского и Агджебединского районов.

    Об этом сообщает Минобороны АР.

    Подразделения азербайджанской армии предпринимают ответные действия против врага.

  • Düşmən yaşayış məntəqələrimizi artilleriya atəşinə tutur – RƏSMİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ordumuzun bölmələri tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür.

  • Ermənilərdən çirkin təxribat: Azərbaycanla Türkiyə səfirliklərinin önünə donuz başı qoydular – VİDEO

    Xəbər verdiyimiz kimi, bu gecə ermənilər Ukraynanın Xarkov şəhərində yerləşən fəxri konsulluğumuza silahlı hücum edib. Erməni terrorçular tərəfindən konsulluğun binası atəşə tutulub və məkana altı güllə dəyib.

    Qafqazinfo-nun verdiyi xəbərə görə, ermənilər artıq bir neçə xarici ölkədə Azərbaycana qarşı terror və təxribata cəhd ediblər.

    Bu qəbildən olan təxribatçı və terrorçu hərəkətlərin arxasında birbaşa Ermənistan hakimiyyətinin dayandığı artıq heç kimə sirr deyil.

    Bir müddət əvvəl Estoniyanın paytaxtı Tallin şəhərində maskalı naməlum bir şəxs İslam mərkəzinin qarşısına, eləcə də, Azərbaycan və Türkiyə səfirliklərinin önünə donuz başı qoyub.

    Qeyri-rəsmi məlumatlara görə, bu rüsvayçı hərəkət, dini radikalizm ilə seçilən bir nəfər tərəfindən “müsəlmanların xristianlara qarşı pis münasibətinə” və “Azərbaycanın Ermənistana qarşı Dağlıq Qarabağdakı hərəkətlərinə” cavab olaraq törədilib.

    Bu istiqamətdə Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri Tiqran Mkrtçyan tərəfindən təxribat xarakterli işlərin aparıldığını nəzərə alsaq, bu hərəkətdə Ermənistan xüsusi xidmət orqanlarının əli olduğu açıq şəkildə görünür.

    Ermənistan bu cür təxribatlarla dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin dəyərlərinə və hisslərinə toxunaraq təxribata çəkməyə çalışır. Həmvətənlərimizin bu cür təxribatlara uymaması, hər hansı bir təhlükə gördükdə dərhal həmin ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunur.

  • Abşeronda rüşvət alan məmurlar məhkəmə qarşısında

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Anar Poladov və həmin şöbənin əməkdaşları Səbuhi Rzayev, Afiq İbadovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    Report xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    İşə hakim Əli Məmmədovun sədrlik etdiyi kollegiya baxacaq.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi birgə yaydığı məlumata əsasən, İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıblar.

    Onlara Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə ittiham verilib və barələrində məhkəmənin müvafiq qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке снизилась на 2,54%, или 1,04 доллара за баррель – до 39,94 доллара.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008 года (149,66 доллара за баррель).

  • “Azeri Light” markalı neftin qiyməti yenidən ucuzlaşdı

    Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb.

    “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,54 faiz və ya 1,04 ABŞ dolları həcmində ucuzlaşıb.

    Hazırda dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 39,94 ABŞ dollarını təşkil edir.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimuma enərək, 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək, 149,66 dollar olub.

  • Противник обстреливает села Агдамского района – ОФИЦИАЛЬНО

    Вооруженные силы Армении обстреливают села Чуллу и Чираглы Агдамского района.

    Об этом сообщило Минобороны Азербайджана.

    Отмечается, что части нашей армии принимают меры по подавлению огневых точек противника.

  • Düşmən Ağdamın kəndlərini atəşə tutur – RƏSMİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Ağdam rayonunun Çullu və Çıraqlı kəndləri artilleriya atəşinə tutulur.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ordumuzun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.