Month: November 2020

  • Ərdoğan: “İlham Əliyevlə danışdım, zəfərə yaxınlaşırıq” – VİDEO

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Kahramanmaraşda keçirilən iclasında Prezident İlham Əliyevlə telefon danışığından bəhs edib.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    “Səhər İlham Əliyev qardaşımla telefonda danışdıq. İrəliləyişlər barədə danışdı. Müsbət irəliləyişləri eşidəndə çox xoşbəxt oldum. Zəfərə yaxınlaşırıq.

    30 il işğaldakı torpaqlarından ayrı qaldılar. Amma indi torpaqlarına yenidən qovuşurlar”, – deyə Türkiyə prezidenti bildirib.

  • Düşmən yenidən Bərdəni atəşə tutdu: 16 yaşlı yeniyetmə həlak oldu – RƏSMİ

    Bu gün Ermənistanın silahlı qüvvələrinin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat yayıb.

    Bildirilib ki, bu gün saat 16:00 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

  • Минобороны АР: Информация об обстреле территории Армении – это очередная провокация противника

    Распространенная армянской стороной информация о якобы обстреле с территории Губадлинского района Азербайджана села Давид Бек вблизи города Кафан Армении является провокацией.

    Об этом сообщает Минобороны АР

    Напротив, подразделения вооруженных сил Армении в течение дня подвергали интенсивному обстрелу освобожденные от оккупации села Губадлинского района и позиции азербайджанской армии с территории Армении.

    ВС Азербайджана предпринимают адекватные меры только против огневых точек противника в пределах наших границ.

    В очередной раз заявляем, что Азербайджан не имеет никакой военной цели на территории Армении.

  • Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır – RƏSMİ

    “Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı xəbər təxribat xarakterli dezinformasiyadır”.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan ərazisindən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusu bölmələrinin mövqelərini gün ərzində intensiv atəşə tutub:

    “Ordumuz yalnız sərhədlərimiz çərçivəsində düşmənin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görür.

    Bir daha bildiririk ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur”.

  • В Азербайджане выявлены 1 410 новых случаев инфицирования COVID-19, скончались еще 13 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 410 новых случаев инфицирования коронавирусом, еще 779 человек вылечились и были выписаны домой.

    Об этом 7 ноября сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 13 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 63 748 человек, 824 из них скончались, 48 049 – излечились, 14 875 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 1 429 508 тестов (за последние 24 часа – 12 140) на COVID-19.

  • Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü: 1410 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 1410 yeni yoluxma faktı qeydə alınıb, 779 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 13 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 14875 nəfərdir.

    Ölkədə son sutka ərzində 12140, hazırkı dövrədək isə 1429508 test aparılıb.

    Ümumi ölənlərin sayı 824 nəfərdir.

    Ümumi yoluxanların sayı 63748 nəfər, ümumi sağalanların sayı 48049 nəfərdir.

  • Xoşqədəmin verilişi bağlandı

    “Xəzər” TV Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Atəş xətti” verilişinin yayımını dayandırıb.

    Axşam.az xəbər verir ki, məlumatı X.Hidayətqızının özü də təsdiqləyib:

    “Atəş xətti”nə ziyalıları, ictimai siyası xadimlərimizi dəvət etdik. Hər kəs öz fikrini dedi.

    Komandamızda məcburi köçkün statusunu daşıyanlar bu hadisələrdən kənar qala bilməzdi.

    İndi isə “Atəş xətti” ilə sağollaşıram, “Səni axtarıram”la tamaşaçıları salamlayacam”.

  • В боях под Шушой уничтожены несколько армянских офицеров – ФОТО

    Победоносная армия Азербайджана уничтожила несколько офицеров противника.

    Об этом на своей странице в Facebook написал военный блогер Тофиг Шахмурадов.

    Сообщается, что в боях под Шушой подразделениями наших Вооруженных сил были уничтожены полковник Артем Мирзоян, командиры разведгруппы Гнел Фиданян и Михаил Сирунян, а также старший лейтенант Гамлет Ованнес Григорян и капитан Вардан Иликинян.

  • Ordumuz işğalçı qüvvələrin yüksək rütbəli hərbçilərini məhv etdi – FOTO

    Azərbaycanın müzəffər ordusu düşmənin bir neçə yüksək rütbəli hərbçisini məhv edib.

    Bu barədə məlumatı hərbi bloqer Tofiq Şahmuradov “Facebook” səhifəsində paylaşıb.

    O bildirilib ki, silahlı qüvvələrimiz tərəfindən Şuşa ətrafında gedən döyüşlərdə polkovnik Artyom Mirzoyan, kəşfiyyat qrupunun komandirləri – Gnel Fidanyan və Mixayıl Sirunyan, həmçinin, baş leytenant Hamlet Hovhanes Qriqoryan və kapitan Vardan İlikinyan məhv edilib.

  • Azərbaycanda deputata töhmət verildi

    Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

    Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata əsasən, noyabrın 7-dəki iclasda deputat Bəhruz Məhərrəmov barəsində intizam tədbirinin tətbiq edilməsi məsələsinə baxılıb.

    Komissiyanın üzvləri qeyd ediblər ki, parlamentin 2020-ci il noyabrın 6-da keçirilən plenar iclasında İran və İranın ali rəhbərinin ünvanına deputat B.Məhərrəmovun səsləndirdiyi fikirlər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir. Deputat öz çıxışlarında məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını daim nəzərə almalıdır.

    Komissiyanın üzvləri bildiriblər ki, deputat Bəhruz Məhərrəmovun səsləndirdiyi fikirlər heç bir halda parlamentin mövqeyini ifadə etmir. Onlar əmin olduqlarını bildiriblər ki, xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə heç kəs xələl gətirə bilməz.

    Müzakirələrin yekunu olaraq, İntizam komissiyası deputat Bəhruz Məhərrəmov barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib.