Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” hesabında paylaşım edib.
O, “Instagram” hesabında Ali Baş Komandan İlham Əliyevin ordumuzun uğuru ilə bağlı “Twitter” statusunu paylaşıb.
Month: November 2020
-
Президент Ильхам Алиев: Еще 16 сел освобождены от оккупации – ФОТО
Президент Азербайджана, Верховный главнокомандующий Вооруженными силами Ильхам Алиев в своем аккаунте в Twitter опубликовал список очередных населенных пунктов, освобожденных от армянской оккупации.
“Победоносная азербайджанская армия освободила от оккупации села Юхары Вейсалли, Юхары Сеидахмедли, Горган, Учунджу Махмудлу, Гаджар, Диваналилар Физулинского района, села Юхары Мазра, Янархадж – Джебраильского, села Гязьян, Баласолтанлы, Марданлы – Губадлинского, село Бешдели – Зангиланского, села Гарабулаг, Мошхмаат – Ходжалинского, а также села Атакут, Цакури – Ходжавендского района.Да здравствует азербайджанская армия!
Карабах – это Азербайджан!”, – говорится в публикации.
Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli,
— İlham Əliyev (@azpresident) November 7, 2020
Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli,
— İlham Əliyev (@azpresident) November 7, 2020
-
İlham Əliyev daha 16 kəndimizin işğaldan azad olunduğunu bəyan etdi: İkisi Xocalının kəndidir – FOTO
Prezident İlham Əliyev bir sıra ərazilərimizin işğaldan azad olunması ilə bağlı paylaşım edib.
Dövlət başçısı “Twitter” hesabında yazıb:“Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”
Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli,
— İlham Əliyev (@azpresident) November 7, 2020
Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli,
— İlham Əliyev (@azpresident) November 7, 2020
-
“Bakı Metropoliteni” xətlərdə tətbiq edilən yenilikləri açıqladı
Bütün metropoliten xətlərinin mərhələlərlə yeni idarəetmə sistemlərinə keçilməsinə başlanılıb.
Bu barədə “Bakı Metropoliteni”nin 8 noyabr – Bakı metropoliteni işçilərinin peşə bayramı günü və 53 illik inkişaf tarixi münasibətilə yaydığı açıqlama bildirilib.Məlumatda qeyd edilir ki, metropolitendə işarəvermənin ən yeni sisteminin tətbiqinə hərəkətin təşkilində təməl sahə olan “Nərimanov” elektrik deposundan başlanılıb. Yenilik nəticəsində yollardakı çoxsaylı elektromexaniki avadanlıqlar ləğv olunub. Bu işlərin yerinə yetiriləcəyi mərkəz – beşmərtəbəli mərkəzləşmə məntəqəsi binasından həyata keçirilir.
Bu isə gələcəkdə CBTC sistemlərinin mövcud xətlərdə yenidənqurma işlərini davam etdirməklə həyata keçirilməsinə yol açır. Eyni zamanda, metropolitendə yüksək etibarlığı olan fiberoptik şəbəkənin çəkilməsi də başa çatdırılıb, bununla yeni tipli şəbəkənin qurulması, yeni tipli server, kommunikasiya sistemləri və avadanlıqlarına keçilməsi üçün zəmin yaradılıb. Artıq bu istiqamətdə ən mühüm yeniliklərin bir qismi də reallaşdırılıb.
Gələcəkdə qatar dispetçeri mərkəzinin SCADA sistemində sabit işlək vəziyyətinin təminatı yeni dövrün texnologiyalarına sürətli keçidin ardıcıl və mərhələli işləridir. Hazırda “Elmlər Akademiyası” stansiyasında yerləşən inzibati binada ən müasir şərait və idarəetmə funksiyalarını özündə cəm edən vahid dispetçer mərkəzinin qurulması sürətlə davam edir.
Həmçinin, “Xocəsən” deposunda birinci mərhələ üzrə əsas obyektlərin tikintisi davam edir. Deponu “Avtovağzal” stansiyası ilə birləşdirən tunellərdə qazıntı işləri başa çatıb. Sağ tunelin yolu hazırdır, sol tuneldə yol-tikinti işləri davam edir. Xüsusilə əsaslı təmirə kəskin ehtiyacı yaranmış “Cəfər Cabbarlı” stansiyasının bir yolunda bərpa, yenidənqurma işləri aparılıb və pandemiya şəraitinin tələbləri şəraitində aparılan işlər sonuncu mərhələsindədir.
Eləcə də, metropolitenin öz bazasında istehsal edilən beton blokların tətbiqinə başlanılıb. Həmin bloklar ilk dəfə metropoliten tunellərində istifadə olunaraq Bənövşəyi xəttin “Memar Əcəmi-B-03”, “Xocəsən elektrik deposu-Avtovağzal” mənzillərində, eləcə də “Xətai” və “Cəfər Cabbarlı” stansiyalarının yollarından birində tətbiq edilib.
“Bakı Metropoliteni” QSC-nin dəmir-beton konstruksiyaları istehsalatı sahəsində Almaniyanın “Vollert” şirkətinin quraşdırdığı yeni istehsal sexində yerli mütəxəssislər çalışır və yalnız yerli xammaldan istifadə olunur. Bu isə həm də “Made in Azerbaijan” brendinə bir töhfədir.
2020-ci ildə 10 yeni ventilyator alınıb və onların mərhələli quraşdırılması aparılır. Pandemiya dövrünün tələbləri nəzərə alınmaqla hazırda bu işlər mərhələli şəkildə davam etdirilir.
-
Dalay Lamadan pandemiya AÇIQLAMASI
Dalay Lama insanları koronavirusa görə kədərlənməməyə çağırıb.
O, rus buddistləri üçün keçirdiyi ilk onlayn təlimlərdə bu barədə danışarkən deyib ki, pandemiyaya görə kədərlənməkdənsə onu dəf etməyə çalışmaq lazımdır.“Biz başa düşməliyik ki, bütün əzablar müəyyən səbəblərdən və şəraitdən yaranır. Pandemiya da bu səbəblərdən və şəraitdən ortaya çıxıb. Buna görə də onları aradan qaldırmaq üçün səy göstərməliyik. Öz-özümüzə fikirləşməliyik: bu əzablardan qurtulmaq mümkündürmü? Əgər mümkündürsə, onda kədərlənməyə dəyməz, əksinə, bu çətinlikləri və əzabları aradan qaldırmaq üçün çalışmaq lazımdır”, – deyə Dalay Lama dini ayinlərin köməyi ilə koronavirusa qalib gəlməyin mümkün olub-olmadığı barədə sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, təbiətdə qocalıq, ölüm kimi qaçılmaz hadisələr var və bunu dəyişdirmək mümkün deyil. “Əgər əlinizdən gələni etdiyiniz halda yenə də problem aradan qalxmırsa, onda fikirləşin ki, bu sizin karmanızdır”, – deyə dini lider bildirib. (publika.az)
-
Gürcüstan DTX: Ölkədə hakimiyyəti zorla devirmək planı olub
Gürcüstanda hakimiyyəti devirmək faktı üzrə istintaq aparılır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.Qeyd olunub ki, bir sıra şəxslər parlament seçkilərində arzuolunmayan nəticələr əldə ediləcəyi təqdirdə hakimiyyəti zorla devirməyi planlaşdırıblar və bu məqsədlə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları, hərbi qulluqçulardan ibarət mobil qruplar formalaşdırıblar.
DTX oktyabrın 1-dən başlanılan istintaq çərçivəsində sübutların əldə edilməsi və təqsirkarların müəyyən olunması üçün intensiv araşdırma işlərini davam etdirir.
-
CNN: Трамп не намерен признавать поражение

Президент США Дональд Трамп заявил помощникам, что не намерен признавать поражение на выборах, сообщает CNN.
При этом чиновники не решаются сказать Трампу, что он может проиграть выборы, и ждут, когда это сделает кто-нибудь другой, например, его дочь Иванка или зять Джаред Кушнер, утверждает телеканал.Признание поражения само по себе не имеет юридической силы, но сигнализирует, что кандидат не будет оспаривать итоги выборов.
Трамп публично заявлял, что выигрывает выборы и что имеют место масштабные фальсификации против него, однако подтверждений этому нет.
Соперник Трампа Джо Байден лидирует в достаточном числе штатов для переизбрания, хотя в ключевых штатах Пенсильвания, Джорджия и Невада его отрыв минимален.
-
Azərbaycanda daha 36 dövlət əmlakı hərraca çıxarılır
Dekabrın 1-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.
Bu barədə “Ölkə.Az”a nazirlikdən bildirilib.Məlumata görə, hərraca 36 əmlak çıxarılacaq. Bunlardan 28-i kiçik dövlət müəssisəsi və obyekti, 8-i isə nəqliyyat vasitəsidir.
Əmlakların tam siyahısı ilə burada tanış omaq mümkündür: //bit.ly/34V6Wr5, //bit.ly/2HXwMS6, //bit.ly/3jXcPYM.
Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.
Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.
-
Karantin rejiminin tələblərini pozan ictimai iaşə obyektləri aşkarlandı
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 2020-ci il 5 noyabr tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 337 ictimai iaşə obyektində 572 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.Reyd keçirilən 19 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.