Month: November 2020

  • Hikmət Hacıyev: “Füzuli rayonundakı qəbiristanlıq yerlə bir edilib”

    “Azərbaycanın Füzuli rayonundakı qəbiristanlıq ermənilər tərəfindən yerlə bir edilib. Hətta qəbiristanlıqlara belə rəhm etməyiblər, vandalizmə və barbarlığa məruz qalıb”.

    Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.

    “Ermənistanın törətdiyi daha çox faktlar və hərbi cinayətlər işğal altındakı torpaqlara baxış zamanı ortaya çıxacaq. Ermənistan bu ərazilərdə Azərbaycanın bütün izlərini silməyə çalışıb”, – o əlavə edib.


  • Azərbaycanda ardıcıl 3 gün İŞ OLMAYACAQ

    9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür.

    Bu günlə əlaqədar gələn həftənin birinci günü ölkədə iş günü sayılmayacaq.

    Şənbə və bazar günlərini də əlavə etdikdə Azərbaycanda ardıcıl 3 gün iş olmayacaq.

  • Bayden Pensilvaniya ştatında 1000-dən çox səslə Trampdan irəlidədir

    Demokratlardan olan namizəd Cozef Bayden seçki bülletenlərinin 98 faizi yoxlanıldıqdan sonra ABŞ-ın Pensilvaniya ştatında prezidentliyə namizədlik uğrunda yarışda Respublikaçı Donald Tramp üzərindəki liderliyini artırıb.

    Bu barədə Fox News telekanalı bildirib.

    Məlumata əsasən, Cozef Bayden əlavə 1 min səs toplayaraq üstünlüyünü daha da artırıb.

    C.Bayden 3 297 614 səs toplayır, rəqibi D.Trampa isə 3 290 788 nəfər səs verib. Beləliklə, ABŞ-ın keçmiş vitse-prezidenti 6 826 səslə irəlidədir.

    ///Trend

  • 9 ноября поезда по маршруту Баку-Сумгайыт будут ходить в ограниченном количестве

    В связи с тем, что 9 ноября – День Государственного флага в Азербайджане считается нерабочим, в этот день по маршруту Баку-Сумгайыт будет ходить лишь ряд электропоездов, сообщили в ЗАО «Азербайджанские железные дороги».

    Отмечается, что курсировать будут поезда номер 6606, отправляющийся 9 ноября из Сумгайыта в 07.40, поезд номер 6614 – в 09.20, поезд номер 6611, отправляющийся из Баку в 16:55, поезд номер 6613 – в 17.20, поезд номер 6621 – в 18.50, поезд номер 6625 – в 19.50.

    Согласно постановлению Кабинета Министров, поезда не будут ходить 7 и 8 ноября (суббота и воскресенье), пишет Азертадж.

  • Türkiyədə koronavirusdan sağalanların sayı 334 mini keçib

    Türkiyədə son 24 saat ərzində daha nəfər yeni növ koronavirusdan (COVİD-19) 83 nəfər dünyasını dəyişib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

    Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 10 772 nəfərə çatıb.

    Onun sözlərinə görə, ölkədə 2 436 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 389 256 nəfərə çatıb.

    Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 914 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 334 293 nəfər təşkil edir.

  • Böyük Britaniyada koronavirusun müalicəsində aspirindən istifadə olunacaq

    Böyük Britaniyada koronavirusun müalicəsində aspirindən istifadə olunacaq.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni koronavirusa yoluxmuş xəstələrdə qanı durultmaq üçün aspirinin istifadəsinə başlanılıb.

    Qan duruldan təsirli dərman preparatı antitrombosit vasitədir və laxtalanma riskini azaldır.

    Mütəxəssislər dərmanın təhlükəsiz və faydalı olduğunu iddia edirlər.

  • Bu rayonlarda işsiz şəxslərə 190 manat veriləcək

    Nazirlər Kabineti yanında Operativ Qərargah Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib.

    Dəyişikliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi tapşırılıb.

  • İşğaldan azad olunmuş ərazilərdəki keçmiş erməni postlarından reportaj – VİDEO

    CBC kanalı işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparıb.

    Kanalın müxbiri qəhrəman əsgərlərimiz tərəfindən azad olunmuş, bir zamanlar Ermənistan silahlı qüvvələri tərəfindən post olaraq istifadə edilən istehkamlarda çəkiliş apararkən düşmənin necə möhkən və beton istehakmlar yaratdığını müşahidə edib.

    Bu da ordumuzun gücünün, qəhrəmanlığını bir daha sübutudur ki, nə qədər keçilməz hesab edilən, bir neçə dəfə möhkəmləndirilmiş sədd olsa da, əsgərlərimizin haqq savaşının qarşısında bütün bunların hamısı acizdir.

    Süjeti təqdim edirik:

  • “Haber Global” “İti qovan”ın istehsal prosesindən süjet hazırladı – VİDEO

    Türkiyənin “Haber Global” televiziya kanalı Azərbaycanın silah istehsalı zavodunda çəkiliş aparıb.

    Belə ki, ölkə başçısı İlham Əliyevin “Erməniləri öz torpaqlarımızdan iti qovan kimi qovuruq” sözünün şərəfinə adlandırılmış “İti qovan” pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə yaxından tanış olan çəkiliş qrupu bununla bağlı maraqlı süjet hazırlayıb.

    Sözügedən kadrları təqdim edirik:

  • BANM-da təhsil alan Türkiyə və Pakistan vətəndaşlarının yataqxana borcları silindi – FOTO

    Bakı Ali Neft Məktəbində (BANM) təhsil alan Türkiyə və Pakistan vətəndaşlarının yataqxana borclarını ləğv edilib.

    Bununla bağlı BANM-ın rektoru Elmar Qasımov paylaşım edib.

    O bildirib ki, eyni zamanda bu tələbələrin ümumiyyətlə yataqxanada BANM hesabına qalmaları haqqında qərar qəbul olunub.