Month: November 2020

  • İşğaldan azad olunmuş ərazilərdəki keçmiş erməni postlarından reportaj – VİDEO

    CBC kanalı işğaldan azad olunmuş ərazilərdə çəkiliş aparıb.

    Kanalın müxbiri qəhrəman əsgərlərimiz tərəfindən azad olunmuş, bir zamanlar Ermənistan silahlı qüvvələri tərəfindən post olaraq istifadə edilən istehkamlarda çəkiliş apararkən düşmənin necə möhkən və beton istehakmlar yaratdığını müşahidə edib.

    Bu da ordumuzun gücünün, qəhrəmanlığını bir daha sübutudur ki, nə qədər keçilməz hesab edilən, bir neçə dəfə möhkəmləndirilmiş sədd olsa da, əsgərlərimizin haqq savaşının qarşısında bütün bunların hamısı acizdir.

    Süjeti təqdim edirik:

  • Грузинский СГБ сообщил о попытке свержения государственной власти

    По факту попытки госпереворота в Грузии ведется следствие.

    Как передает Report, об этом сообщила Служба государственной безопасности страны (СГБ).

    Отмечается, что в случае нежелательного результата на парламентских выборах отдельные лица планировали свергнуть власть силой, и для этого сформировали мобильные группы из бывших сотрудников правоохранительных органов и военнослужащих.

    СГБ соседней страны продолжает интенсивное расследование для получения доказательств и установления виновных в рамках расследования, начатого 1 октября.

  • Gürcüstan DTX: Ölkədə hakimiyyəti zorla devirmək planı olub

    Gürcüstanda hakimiyyəti devirmək faktı üzrə istintaq aparılır.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.

    Qeyd olunub ki, bir sıra şəxslər parlament seçkilərində arzuolunmayan nəticələr əldə ediləcəyi təqdirdə hakimiyyəti zorla devirməyi planlaşdırıblar və bu məqsədlə hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları, hərbi qulluqçulardan ibarət mobil qruplar formalaşdırıblar.

    DTX oktyabrın 1-dən başlanılan istintaq çərçivəsində sübutların əldə edilməsi və təqsirkarların müəyyən olunması üçün intensiv araşdırma işlərini davam etdirir.

  • Reza Deqati Qubadlıda gördüklərindən dəhşətə gəldi: “Məscid illərdi donuz tövləsi kimi istifadə olunub” – FOTO

    Dünyaca məşhur fotoqraf Reza Deqati Qubadlı rayonunun işğaldan azad edilmiş hissəsində çəkiliş aparıb.

    Bu barədə fotoqraf “Instagram” hesabında paylaşım edib.

    Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh içində yaşadığını, ölkəmizdə qadınlara səsvermə hüququnun Fransadan 20 il əvvəl verildiyini qeyd edən fotoqraf Qubadlıda məsciddə qarşılaşdığı mənzərədən bəhs edib.

    “Məscidə daxil oldum, ətrafa baxdım, döşəmə nəcislə örtülmüşdü, qoxusu ağır idi. Heyvanlara su vermək üçün istifadə olunan iki kasanın fərqinə vardım. Əsgərlər mənə dedilər ki, məscidi açanda donuzlarla dolu idi. Bu dini məkan illərdir erməni işğalçıları tərəfindən donuz tövləsi kimi istifadə olunub”, – deyə fotoqraf bildirib.

  • UWW dünya çempionatı ilə bağlı qərarı növbəti iclasda verəcək

    Bu gün Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib.

    “Report”un məlumatına görə, pandemiya ilə əlaqədar olaraq, bu dəfə də tədbir onlayn formatda təşkil olunub.

    UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin də iştirak etdiyi konfransın əsas mövzusu dekabrda Serbiyada keçirilməsi planlaşdırılan dünya çempionatı olub.

    Ancaq geniş müzakirələrdən sonra konkret qərar qəbul etmək mümkün olmayıb.

    Bu səbəbdən qərara gəlinib ki, noyabrın 10-da baş tutacaq növbəti iclasda yarışın taleyinə aydınlıq gətirilsin.

  • Niderland şahzadələrinin oxuduğu məktəbə sərt alətlə girən şəxs tutuldu

    Niderland polisi krallıq şahzadələri Amalia, Aleksiya və Ariananın təhsil aldığı məktəbə əlində sərt kəsici alətlə daxil olan şəxsi tutublar.

    Bu barədə “Shownieuws” telekanalı xəbər yayıb.

    Hadisənin keçən cümə baş verdiyi, ancaq bu barədə məlumatın yeni yayıldığı qeyd edilir.

    Bildirilir ki, kişi psixi pozğunluğu olan insanların müalicə edildiyi sığınacağa göndərilib.

    Hazırda həmin şəxsin məktəbdə ortaya çıxmasının Niderland şahzadələrinin orada təhsil almaları ilə əlaqəli olub-olmadığı məlum deyil.

    Xatırladaq ki, bu gün Fransanın Sen-Sen-Deni departamentində məktəb yaxınlığında bıçaqla silahlanmış kişi saxlanılıb.

  • Leyla Əliyevanın təşəbbüsü ilə Ermənistanın ekoloji terroru barədə dəyirmi masa keçirilib – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 6 noyabr 2020-ci il tarixində “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” adlı onlayn dəyirmi masa keçirilib.

    Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə təbii sərvətlərin məhvi, ölkəmizin müxtəlif rayonlarında yerləşən mülki obyektlərin atəşə tutulması nəticəsində baş verən meşə yanğınları fonunda keçirilən tədbir həmçinin 6 noyabr – Beynəlxalq Ətraf Mühitin Müharibə və Hərbi Münaqişələr Zamanı İstismar Edilməsinin Qarşısının Alınması Gününə təsadüf edilib.

    IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl şəbəkə” ekoloji hərəkatının gənc ekoliderləri və EkoSfera Sosial-Ekoloji Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil edilən dəyirmi masanın əsas məqsədi müzəffər Azərbaycanın ordusunun işğaldan azad etdiyi Qarabağ ərazisində və cəbhə boyu digər bölgələrdə erməni terrorçularının törətdiyi ekoloji cinayətlər, düşmənin torpağımızın təbii resurslarının vəhşicəsinə istismarı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması və məsələyə diqqətin cəlb edilməsidir.

    “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” onlayn dəyirmi masada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri müavini Vüqar Kərimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, EkoSfera Sosial-Ekoloji Mərkəzinin rəhbəri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə tərəfindən təqdimatlar və çıxışlar edilib.

    Dəyirmi masada iştirak edən KİV nümayəndələrinin, ekokönüllülərin və gənc ekoliderlərin diqqətinə Ermənistanın Azərbaycana qarşı ekoloji terror həyata keçirməsi, işğal edilmiş ərazilərimiz də daxil olmaqla, təbii resursları kortəbii şəkildə istismar etməsi, ətraf mühitin ekoloji tarazlığını pozması və istehsal tullantıları ilə içməli su hövzələrini çirkləndirməsi barədə məlumatlar çatdırılmışdır. Bununla yanaşı, tədbir zamanı Azərbaycanın təcavüzə məruz qalmış təbii resurslarının bərpa edilməsi, habelə gənclərin bu prosesə cəlb edilməsi və potensial rolu məsələləri müzakirə edilib.

    Tədbir iştirakçıları BMT-nin “6 noyabr – Müharibə və hərbi münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması Beynəlxalq Günü” ilə əlaqədar hər kəsi dünyanın bütün ekoloji təşkilatlarını və geniş ictimaiyyətin məlumatlandırılmasını həyata keçirməyə, Ermənistanın ekoloji aqressiv-terrorçu niyyətlərinə qarşı etirazınızı bildirməyə səsləyir.

  • Karantin rejiminin tələblərini pozan ictimai iaşə obyektləri aşkarlandı

    Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir.

    Belə ki, AQTA əməkdaşları tərəfindən 2020-ci il 5 noyabr tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 337 ictimai iaşə obyektində 572 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

    Reyd keçirilən 19 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

    Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.

  • Shell закрывает нефтеперерабатывающий завод в Луизиане

    Royal Dutch Shell заявила, что закрывает свой нефтеперерабатывающий завод в Конвенте (штат Луизиана). Это крупнейшее предприятие отрасли в США и первый НПЗ на побережье Мексиканского залива, который был закрыт из-за COVID-19.

    Как передает Report со ссылкой на Reuters, завод будет остановлен в этом месяце, поскольку Shell не смогла найти на него покупателя.

    Нефтеперерабатывающий завод в Конвенте стал девятым НПЗ в Северной Америке, который был закрыт или остановлен из-за коронавирусной пандемии, которая нанесла тяжелый удар по спросу на топливо во всем мире. Соединенные Штаты являются крупнейшим потребителем топлива в мире.

    Shell заявила, что не смогла найти покупателя на нефтеперерабатывающий завод мощностью 211 тыс. баррель/сутки после объявления о планах его продажи в июле.

    «Изучив все аспекты нашего бизнеса, включая финансовые показатели, мы приняли трудное решение закрыть объект», — написал в электронном письме представитель Shell Кертис Смит.

    Маржа переработки существенно снизилась с начала пандемии. В настоящее время она составляет 8,79 долларов США/баррелей, что ниже порога, при котором большинство производителей бензина могут получить прибыль.

    Отмечается, что Shell продолжит попытки продать уже закрытый завод. Компания планирует продать все, кроме шести нефтеперерабатывающих и химических заводов по всему миру, и рассматривает возможность закрытия предприятий, которые она не может продать, сообщила компания инвесторам в своем сообщении о квартальной прибыли на этой неделе.

    «Мы понимаем, что рынок сейчас не очень хорош с точки зрения продажи активов… Если это невозможно, мы рассмотрим возможность остановки и закрытия. В конечном счете, это последний вариант, который мы хотели бы использовать», — сказала финансовый директор Джессика Уль.

  • ABŞ-ın ən böyük neft emalı müəssisəsi bağlanır

    Luiziana ştatının Konvent sahil şəhərində yerləşən ABŞ-ın ən böyük neft emalı müəssisəsi bağlanır.

    “Report” “Reuters”ə istinadən xəbər verir ki, gündəlik istehsal gücü 211 min barel olan müəssisənin sahibi “Royal Dutch Shell” şirkəti iyul ayında obyekti satacağını açıqlamış, lakin ötən müddət ərzində müştəri tapılmamışdı.

    Qeyd edək ki, müəssisə koronavirus pandemiyası ucbatından yanacaq məhsullarına tələbatın kəskin azalması nəticəsində Şimali Amerikada bağlanan sayca 9-cu neftayırma müəssisəsidir. Pandemiya başlayandan bu yana müəssisədə istehsal səviyyəsi də kəskin azalaraq hazırda cəmi 8,79 USD/bareldir. Bu da benzin istehsalının ümumi gəlirlik səviyyəsindən aşağıdır.

    Müəssisə üçün müştəri axtarmağa davam edən “Royal Dutch Shell” dünyada sahibi olduğu altı neft emalı və kimya müəssisəsindən başqa, bütün sənaye aktivlərini satmaq niyyətindədir.