Month: November 2020

  • Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşadan Ermənistana köçürülüb – RƏSMİ

    Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistana köçürülüb.

    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya faktı təsdiqləyib.

    Bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslər Ermənistana köçürülüb.
    Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistana köçürülməsi barədə mətbuatda məlumatlar yayılmışdı.

    Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub.

    “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Şuşa həbsxanasında saxlanılırdı.

  • Nazirlikdən ermənilərin Qubadlıdakı məscidi təhqir etməsi ilə bağlı BƏYANAT

    Mədəniyyət Nazirliyinin Qubadlı rayonundakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı bəyanat verib.

    Bəyanatda deyilir:

    “Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan Respublikasının tarixi ərazisi – Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar bu günlər şanlı Azərbaycan Ordusu tərəfindən qarış-qarış yağılardan təmizlənir.

    Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, həmçinin 200-dən çox qəsəbə və kənd işğaldan azad edilib.

    Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub.

    Ermənilər məscidlərin içərisində ev heyvanları saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ortaya qoyublar. İşğal olunmuş ərazilərdə yerləşən mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilməlidir.

    İşğaldan azad olunmuş ərazilərdə yerləşən abidələrin bir çoxu, o cümlədən Qubadlı rayonunun Məmər kəndindəki XVIII əsrə aid məscid də, gözlənildiyi kimi, acınacaqlı vəziyyətdədir. Bədnam ermənilər bu dini-mədəniyyət abidəsindən də Zəngilan rayonundakı məscid kimi donuz tövləsi olaraq istifadə ediblər. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir.

    Eyni zamanda, bu vandalizm faktı ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət olduğundan beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya birliyi tərəfindən kəskin qınaq obyektinə çevrilməli, hüquqi qiymətini almalıdır.

    Sivil dünya dövlətlərini və xalqlarını Ermənistan Respublikasının bəşəri dəyərlərə qarşı bu cür mənfur əməllərini pisləməyə çağırırıq.

    Xüsusilə diqqətə çatdırırıq ki, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya əsasən, işğalçı dövlət mədəni sərvətlərin dağılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidir”.

  • COVID-19-la mübarizədə çalışan kubalı tibb heyyəti Azərbaycana gəldi

    Yeni növ koronavirusla (COVID-19) mübarizə sahəsində çalışan Kubadan olan növbəti tibb heyyəti Azərbaycandadır.

    Bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) məlumat yayıb.

    Bildirilib ki, 120 nəfərdən ibarət kubalı tibb mütəxəssisi xüsusi reyslə noyabrn 6-da ölkəmizə gəlib. Bu heyət üç ay müddətində Azərbaycanda olacaq. Onlar yerli tibb işçiləri üçün məsləhətləşmələr aparacaq, xüsusi problemli bölgələrdə tibbi xidmətin göstərilməsi işinin təşkilinə köməklik göstərəcəklər. Həmçinin, ölkəmizdə epidemioloji vəziyyəti sabitləşdirmək üçün ambulator və xəstəxana mərhələlərində koronavirus infeksiyasının müalicəsi ilə məşğul olacaqlar.

    TƏBİB-in Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev bildirib ki, bu mütəxəssislər Azərbaycan hökumətinin dəvəti, Azərbaycan və Kubanın müvafiq qurumları arasında imzalanmış sazişə əsasən ölkəmizə gəliblər. Kuba Respublikasının İctimai Səhiyyə Nazirliyinin həkimlərindən, tibb bacı və qardaşlarından ibarət heyət müvvəqqəti olaraq modul tipli xəstəxanaya çevrilmiş Abşeron İdman Olimpiya Kompleksində koronavirusla mübarizə aparacaq.

    Qeyd edək ki, bundan əvvəl Kubadan olan bir qrup tibb işçisi COVID-19-la mübarizədə dəstək üçün Azərbaycanda olub. Ümumilikdə, bu ölkənin tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə dəstək göstərirlər.

  • Düşmən Tərtərin kəndlərini artilleriya atəşinə tutur – RƏSMİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qazyan, Qaynaq,Qapanlı və Hüsənli kəndlərini artilleriya atəşinə tutur.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ordumuz düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görür.

  • Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşı olduğumuz üçün fəxr edirik – Ali Baş Komandana müraciətlər

    Azərbaycanda və xaricdə yaşayan həmvətənlərimiz, eyni zamanda xarici ölkələrin vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

    Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.

    Müraciətlərdə bildirilir ki, bu gün dünyanın harasında olmasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının diqqəti Ali Baş Komandana yönəlib.

    Xalq qeyd edir ki, dövlət başçısı Ali Baş Komandan kimi xalqımızın torpaqlarının bütövlüyü, haqq və ədalət uğrunda mübarizəsinə rəhbərlik edir.

    Müraciət edənlər xalqımızın igid oğlu, dəyanətli dövlət başçımızın 30 illik həsrətə son qoyduğunu və onunla fəxr etdiklərini vurğulayırlar.

    Xalqın övladları Ali Baş Komandanın rəhbərlik etdiyi ölkənin vətəndaşı olduqları üçün fəxr etdiklərini qeyd edirlər.

  • Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirildi – VİDEO

    Tərtər rayonunun işğal olunmuş Göyarx (keçmiş Levonarx) kəndinin ərazisindəki düşmənin atış nöqtələrinə çıxarılan minaatanların heyəti bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

  • Азербайджан вновь обновил рекорд по числу инфицированных и умерших от COVID-19 за сутки – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 465 новых случаев инфицирования коронавирусом, еще 805 человек вылечились и были выписаны домой.

    Об этом 6 ноября сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 17 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 62 338 человек, 811 из них скончались, 47 270 – излечились, 14 257 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 1 417 368 тестов (за последние 24 часа – 12 825) на COVID-19.

  • Azərbaycanda koronavirusdan rekord ölüm: 1465 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 1465 yeni yoluxma faktı qeydə alınıb, 805 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 17 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 14257 nəfərdir.

    Ölkədə son sutka ərzində 12825, hazırkı dövrədək isə 1417368 test aparılıb.

    Ümumi ölənlərin sayı 811 nəfərdir.

    Ümumi yoluxanların sayı 62338 nəfər, ümumi sağalanların sayı 47270 nəfərdir.

  • Армяне превратили историческую мечеть в Губадлы в свинарник

    Мечеть XVIII века в освобожденном от оккупации селе Мамар Губадлинского района полностью разрушена.

    Об этом в Twitter-аккаунте написал помощник Президента АР – завотделом Администрации главы государства по вопросам внешней политики Хикмет Гаджиев.

    “В период оккупации религиозно-культурный памятник подвергся не только вандализму со стороны армян, но и был превращен ими в свинарник и объект надругательства”, – говорится в публикации.

    Х.Гаджиев призвал международные структуры, в частности ЮНЕСКО, ИСЕСКО и Организацию исламского сотрудничества, решительно осудить это варварство и принять меры.

  • Ermənilər Qubadlıda tarixi məscidi donuz tövləsinə çevirdi

    “Azərbaycanın işğaldan azad edilmiş Məmər kəndindəki XVIII əsrə aid məscid tamamilə dağıdılıb”.

    Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

    “Vandalizmlə bərabər, ermənilər tərəfindən Qubadlı rayonunun Məmər kəndini işğal edən zamandan XVIII əsr dini-mədəniyyət abidəsi təhqir əlamətinə və donuz tövləsinə çevirib”.

    H.Hacıyev məsələ ilə bağlı xarici təşkilatlara çağırış edib.