Month: November 2020

  • Aİ Lukaşenkoya sanksiya tətbiq etdi

    Avropa İttifaqı Belarus Prezidenti Aleksandr Lukaşenkoya sanksiya tətbiq edib.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Qara siyahıya A.Lukaşenko ilə yanaşı daha 14 Belarus rəsmisi daxil edilib. Onların Avropadakı aktivləri dondurulacaq, Aİ ərazisinə girişi qadağan ediləcək. Sanksiyalar həmçinin ölkə başçısının oğlu Viktor Lukaşenkoya da şamil edilib.

  • Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM

    Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılması ilə bağlı Sərəncam imzalayıb.

    AZƏRTAC-ın məlumatına görə, Sərəncamda deyilir:

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılsın:

    Dövlət Komissiyasının sədri

    Əli Əsədov – Azərbaycan Respublikasının Baş naziri

    Dövlət Komissiyasının sədr müavini

    Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini

    Dövlət Komissiyasının üzvləri

    Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi

    Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri

    Şahmar Mövsümov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

    Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

    Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

    Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

    Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

    Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

    Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

    Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

    Kamran Əliyev – Azərbaycan Respublikasının Baş prokuroru.

    2. Dövlət Komissiyası:

    2.1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    2.2. bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan qiymətləndirmənin nəticələrinə əsasən dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.3. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının yaradılmasını, habelə həmin məlumatların daim yenilənməsini təmin etsin;

    2.4. görülmüş işlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılmasını təmin etsin.

    3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 2.3-cü bəndində nəzərdə tutulmuş məlumatların beynəlxalq ictimaiyyətə, o cümlədən beynəlxalq təşkilatlara çatdırılması üçün tədbirlər görsün.

    4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  • Prezidentin köməkçisi erməni vandalizminə daha bir sübutu nümayiş etdirdi

    Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonunda qəbiristanlıq ermənilər tərəfindən yer üzündən silinib.

    Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

    “Hətta qəbiristanlıqlara da rəhm etməyiblər, erməni vandalizminə və barbarlığına məruz qalıb. İşğaldan azad edilmiş ərazilərə baxış zamanı Ermənistanın törətdikləri ilə bağlı daha çox faktlar və hərbi cinayətlər ortaya çıxacaq. Ermənistan bu ərazilərdə Azərbaycanın bütün izlərini silməyə çalışıb”, – deyə H.Hacıyev bildirib.

  • Минобороны АР: Враг выдвигает вперед иностранных наемников, но даже не забирает их тела с поля боя

    Враг, который понес за последние сутки большие потери в ходе боев на агдеринском направлении фронта, не в состоянии их восполнить. Есть у противника и проблемы в управлении подразделениями.

    Об этом сказал 6 ноября на брифинге пресс-секретарь Министерства обороны Азербайджана, полковник-лейтенант Анар Эйвазов.

    Он отметил, что по приказу Верховного главнокомандующего азербайджанская армия разрушает укрепления, которые противник строил 30 лет.

    “Задача наших Вооруженных сил в условиях контрнаступления – освободить оккупированные земли. Нашей армии противостоят и наемники из-за рубежа. Это в основном иностранные боевики армянской национальности. Враг выдвигает вперед наемников, а потом даже не забирает их тела с поля боя. Есть сведения о том, что действующие разрозненные группировки отказываются идти в бой. Иностранные боевики должны осознать, что попали в ловушку армян и должны сложить оружие. Сегодня азербайджанский солдат побеждает на поле боя”, – сказал А.Эйвазов.

  • Azərbaycan MN: “Düşmən əcnəbi muzdluları qabağa verir, onların meyitinə də sahib çıxmır”

    “Ötən sutka ərzində Ağdərə istiqamətində xeyli itki verən düşmən bunun yerini doldura bilmir, bölmələrin idarə olunmasında problem var”.

    Bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib.

    O, deyib ki, Ali Baş Komandanın əmri ilə Azərbaycan əsgəri düşmənin 30 il ərzində tikdiyi istehkamları yarır və hədəfə yaxınlaşır: “Əks-hücum şəraitində ordumuzun qarşısında duran vəzifə işğal olunmuş torpaqlarımızı azad etməkdir. Ordumuzun qarşısında tək düşmən deyil, əcnəbi muzdlular da var. Bu döyüşçülər, əsasən, erməni əsilli əcnəbi döyüşçülərdir. Düşmən bu əcnəbi muzdluları qabağa verir, onların meyitinə də sahib çıxmır. Pərakəndə şəkildə fəaliyyət göstərən bu qruplaşmaların döyüşə girməkdən imtina etməsi barədə məlumatlar var. Əcnəbi döyüşçülər də düşmənin tələsinə düşdüyünü dərk etməli və silahı yerə qoymalıdır. Bu gün Azərbaycan əsgəri döyüşdə zəfər qazanır. Qələbə biziməldir!”

  • Кадры из освобожденных от оккупации сел Физулинского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило кадры освобожденных от оккупации сел Физулинского района.

  • Füzuli rayonunun işğaldan azad edilmiş kəndlərinin yeni görüntüləri – VİDEO

    Füzuli rayonunun işğaldan azad edilmiş kəndlərinin yeni görüntüləri yayılıb.

    Bununla bağlı Müdafiə Nazirliyi video paylaşıb.

  • YUNESKO və İSESKO Qubadlıda erməni vandalizmi ilə üzləşmiş məscidə dair qərar verməlidir – VİDEO

    İşğaldan azad edilmiş rayonlarımızın dini ibadətgahlarının – məscidlərin, mədrəsələrin, türbələrin erməni vandalizmi tərəfindən pis vəziyyətə salınmasına dəfələrlə rast gəlmişik.

    Bu yaxınlarda həmin mənzərəni işğaldan azad olunmuş Zəngilan rayonundakı məscidlərdən birində müşahidə etmişdik.

    Elə oxşar mənzərə Qubadlının Məmər kəndində də var. Oktyabrın 30-da işğaldan azad edildiyi açıqlanmış bu kəndin tarixi məscidi də erməni vandalizminin qurbanı olub. Burda da İslam dininə hörmətsizlik edilib, bu torpaqlardan bir daha çıxmayacaqlarmış kimi həmin məsciddə müsəlmanlar üçün Allahın haram buyurduğu donuz saxlanılıb.

    Məlumat üçün bildirək ki, bu məscid dini ibadətgah olmaqla bərabər, həm də tarixi kompleksdir. Çünki məscidin üç əsrlik yaşı var. XVIII əsrdə inşa olunmuş Məmər məscidi ateist baxışları dəstəkləyən sovet hakimiyyəti dövründə anbar binası kimi istifadə olunub. Azərbaycan müstəqillik əldə edəndən sonra bərpa edilərək öz əvvəlki funksiyasını yerinə yetirib. Lakin videodan da göründüyü kimi, Qubadlı rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra dağıdılıb və donuz tövləsinə çevrilib.

    Bu abidənin dini məscid və dini kompleks olduğunu nəzərə alsaq, təhsil məsələləri üzrə İslam təşkilatı olan İSESKO, həmçinin mədəni irs nümunəsi olduğunu nəzərə alsaq, BMT-nin elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan YUNESKO (UNESCO) məlumatlandırılmalıdır. Qoy, lazımi orqanlar vasitəsilə beynəlxalq ictimaiyyət bir daha ermənilərin vandalizminə, öz dinlərindən başqa dinlərə hörmət qoymadıqlarının şahidi olsunlar.

    Xüsusilə diqqətə çatdıraq ki, 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”ya əsasən, işğalçı dövlət mədəni sərvətlərin dağılmasına, talan edilməsinə, qeyri-qanuni mənimsənilməsi hərəkətlərinə yol verməməli, bu sərvətlərə qarşı yönəlmiş düşmənçilik hərəkətlərindən çəkinməlidir.

  • Əli Əsədov: “Bir qarış torpağımızın belə işğalı ilə heç vaxt barışmayacağıq”

    Azərbaycan tərəfi ardıcıl olaraq bütün səviyyələrdə gələcəkdə erməni və Azərbaycan icmalarının Dağlıq Qarabağ ərazisində dinc yaşamalı olduqlarını bildirib. Necə ki, minlərlə üzvü olan erməni icması Bakı da daxil olmaqla Azərbaycanın digər yaşayış məntəqələrində, eləcə də Rusiyada və MDB-nin, habelə dünyanın digər ölkələrində dinc yaşayırlar.

    Bu sözləri Özbəkistan Respublikasının təşəbbüsü ilə MDB Hökumət Başçıları Şurasının noyabrın 6-da videokonfrans formatında keçirilmiş iclasında Baş nazir Əli Əsədov deyib.

    Ə.Əsədov bildirib ki, biz erməni xalqına qarşı müharibə aparmırıq, beynəlxalq səviyyədə tanınmış torpaqlarımızı işğaldan azad edirik:

    “Yeganə hədəfimiz Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, Ermənistan tərəfindən işğal olunmuş bütün ərazilərin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq azad edilməsi və bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar edilməsidir. MDB-yə üzv olan dövlətlər tərəfindən bir-birlərinin ərazi bütövlüyünün və mövcud sərhədlərin toxunulmazlığının tanınması və hörmət edilməsi 1991-ci il Alma-Ata Bəyannaməsi də daxil olmaqla Birliyin təməl sənədlərində təsbit edilib”.

    Baş nazir həmçinin vurğulayıb ki, Azərbaycan heç vaxt bir qarış özgə torpağına iddiası olmayıb:

    “Eləcə də, bir qarış torpağımızın belə işğalı ilə heç vaxt barışmayacağıq. Bu, bizim prinsipial mövqeyimizdir və bu məsələdə biz sona qədər gedəcəyik”.

  • Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri müzakirə edilib – FOTO

    İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanovla görüşüb.

    Nazirlikdən verilən məlumata görə, Mikayıl Cabbarov ölkəmizdəki diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb və vurğulayıb ki, Azərbaycan-Özbəkistan əlaqələri inkişaf edir, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Qeyd edilib ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın inkişafı üzrə Tədbirlər Planının həyata keçirilməsi ikitərəfli əlaqələrin genişləndirilməsinə töhfə verəcək. Ölkələrimiz arasında əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşən iqtisadiyyat naziri Özbəkistan iş adamlarını birgə fəaliyyətə dəvət edib.

    Nazir Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti və son təxribatları, törətdiyi terror və müharibə cinayətləri, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması üçün öz ərazisində apardığı uğurlu əks-hücum əməliyyatları barədə məlumat verib, səfirin mülki əhaliyə və obyektlərə artilleriya və raket zərbələri endirilməklə müharibə cinayətlərinin törədildiyi şəhər və rayonlara səfərlərinin yüksək qiymətləndirildiyini bildirib, dost Özbəkistana mənəvi dəstəyə görə minnətdarlıq edib.

    İqtisadi əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirən Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov vurğulayıb ki, Azərbaycan Vətən müharibəsi aparır və Özbəkistan BMT qətnamələri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

    Görüşdə iqtisadi-ticarət əlaqələrin genişləndirilməsi, dövlət-özəl sektorunun tərəfdaşlığı, qarşılıqlı sərgilərin keçirilməsi və digər məsələlər müzakirə olunub.