Month: November 2020

  • Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub – RƏSMİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Noyabrın 5-dən 6-na keçən gecədən başlayaraq səhər saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

  • “WhatsApp” çoxdan gözlənilən funksiyanı işə salır

    “WhatsApp” tətbiqi yeddi gündən sonra mesajların itməsi ilə bağlı rejimi işə salıb.

    TASS-ın məlumatına görə, bu barədə şirkətdən bildirilib.

    “WhatsApp” mesajları adətən telefonlarımızda əbədi olaraq qalır. Sevdiklərimizin və dostlarımızın xatirələri bizim üçün çox vacib olsa da, göndərdiyimiz mesajların çoxu o qədər də önəmli deyil. Bu səbəbdən “WhatsApp”da “yoxa çıxan mesajlar” rejimini sizə təqdim etməkdən məmnunuq”, – deyə məlumatda vurğulanıb.

    Bildirilir ki, rejim işə salındıqda, çatdakı yeni mesajlar yeddi gündən sonra yox olacaq.

    Şəxsi çatda hər kəs yoxa çıxan mesajları aktivləşdirə və ya söndürə bilər. Qrup söhbətlərində bunu admin edə bilər.

    “Biz yeddi gün aralığı təyin etdik, çünki bunu optimal hesab edirik… Bir neçə gün əvvəl etdiyiniz alış-veriş siyahısı və ya mağaza ünvanı zəruri olduğu müddətdə əlinizdə olacaq, sonra isə yoxa çıxacaq”, – deyə mesajda izah edilib.

    Yeni rejim bu ay ərzində dünyanın hər yerindəki “WhatsApp” istifadəçiləri üçün əlçatan olacaq.

  • Бизнесмен пообещал в будущем году запустить туры на “Титаник”

    Бизнесмен из США сообщил о своих планах доставлять туристов к “Титанику” с мая 2021 года. Еще в 2018 году глава OceanGate Expeditions Стоктон Раш планировал опуститься к легендарному лайнеру, но тогда ему помешали обстоятельства.

    Как сообщает “Московский комсомолец” со ссылкой на Bloomberg, Раш хочет сделать регулярные рейсы к затонувшему судну еженедельно с мая по сентябрь. Стоимость тура – 125 тыс. долларов. Раш уверяет, что места зарезервированы уже 30 желающими.

    Туристам предстоит добираться до канадского острова Ньюфаундленд. Затем они опустятся на глубину более трех тысяч метров на частном глубоководном корабле.

    Под водой им предстоит пробыть от шести до восьми часов. В каждом туре на субмарине будут находиться три клиента, капитан и исследователь.

    По словам Раша, если все пойдет по плану, его туристы будут одними из первых, кто увидит затонувший лайнер за последние 15 лет.

  • “Titanik” gəmisinə sualtı tur təşkil ediləcək

    ABŞ-dan olan biznesmen 2021-ci ilin may ayından etibarən suyun altında olan “Titanik” gəmisinə səyahət təşkil etmək planlarının olması barədə açıqlama verib.

    Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

    Qeyd olunur ki, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş hələ 2018-ci ildə layneri görmək üçün suyu dibinə enməyə hazırlaşmışdı, lakin müəyyən şəraitlə əlaqədar buna nail ola bilməyib.

    S. Raş suyun altındakı gəmiyə səyahəti may-sentyabr ayları aralığında təşkil etməyi nəzərdə tutur.

    Turun qiyməti 125 dollar (212 manat) təşkil edəcək.

    Biznesmen artıq 30 nəfərlik yerin əvvəlcədən sifariş edildiyini bildirib.

    Əvvəlcə səyahətçilər Kanadanın Nyufaundlend adasında gedəcək, sonra isə sualtı gəmi ilə 3 min metrlik dərinliyə enəcəklər.

    Suyun altında ekspedisiya altı-səkkiz saata qədər davam edəcək.

    Biznesmen bildirib ki, əgər hər şey istədiyi kimi getsə, onun turistləri son 15 ildə batmış gəmini görən ilk şəxslər olacaq.

  • Caliber: Азербайджанская армия активизировалась на Агдеринском направлении – ВИДЕО

    С точки зрения хода боевых действий в Нагорном Карабахе, наибольший интерес представляют события на северном – Агдеринском направлении. Линия фронта здесь с момента освобождения Суговушана и прилегающих участков 3 октября оставалась долгое время статичной. Боевые действия ограничивались работой артиллерии с обеих сторон, а также работой беспилотной авиации Азербайджана.

    Об этом говорится в видеоролике, размещенном на YouTube-канале Caliber.

    В материале также отмечается заявление Министерства обороны Азербайджана о том, что в результате засады, устроенной на участке дороги Агдере-Паправенд была полностью уничтожена военная колонна врага.

    Участок Агдере-Паправенд – часть важной рокадной дороги, идущей вдоль линии фронта на Агдам и позволяющая армянской стороне маневрировать силами между направлениями. Линия фронта проходит здесь в паре километров восточнее этой дороги, юго –западнее села Гапанлы.

    Отметим, что армянские вооруженные силы обстреливали Тертерский район и населенные пункты из села Папарванд и дороги Агдере-Паправенд.

  • “Caliber”: Azərbaycan Ordusu Ağdərə istiqamətində fəallaşıb – VİDEO

    Dağlıq Qarabağdakı döyüş əməliyyatları nöqteyi-nəzərindən bu gün əsas marağı hərbi əməliyyatların Ağdərə istiqamətində fəallaşması təşkil edir. Oktyabrın 3-də Suqovuşan və ətraf ərazilər işğaldan azad edildikdən sonra bu istiqamətdə sabit vəziyyət hökm sürürdü. Tərəflər daha çox artilleriya zərbələrindən, həmçinin Azərbaycan Ordusu pilotsuz uçuş aparatlarından istifadə edirdi.

    Bu fikirlər “Caliber” “YouTube” kanalında yerləşdirilən videoda yer alır.

    Materialda Azərbaycan Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolonun pusquya salınması, Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən hərbi kolonun tamamilə məhv edilməsi məlumatlara istinad edilib.

    Bildirilib ki, Papravənd yaşayış məntəqəsi Ağdam istiqamətində döyüş xəttinə paralel gedən yolun bir hissəsidir və bu yol vasitəsilə erməni silahlı qüvvələrinə manevr imkanı yaradırdı. Cəbhə xətti bu istiqamətdə Qapanlının şərq kəndlərinin bir neçə kilometrliyindən keçir.

    Yeri gəlmişkən, erməni silahlı bölmələri Papravənd kəndindən və Ağdərə-Papravənd yolundan Tərtər rayonunu və kəndlərini artilleriya atəşinə tuturdu.

  • Азербайджанская нефть продолжает дорожать

    Азербайджанская нефть марки Azeri Light вновь подорожала.

    Ее стоимость на мировом рынке выросла на 0,5%, или 0,2 доллара за баррель – до 40,98 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008 года (149,66 доллара за баррель).

  • Azərbaycan neftinin qiyməti bahalaşır

    Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.

    “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,2 dollar və ya 0,5 faiz bahalaşıb. Hazırda, Azərbaycan neftinin bir barelinin qiyməti 40,98 ABŞ dollarını təşkil edir.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

  • İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçiriləcək

    BMT-nin Baş Assambleyası Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüs göstərdiyi yeni növ koronovirusla əlaqədar BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının keçirilmə qaydası haqqında qərar qəbul edib.

    Bu barədə məlumat BMT Baş Assambleyasının Azərbaycan Nümayəndəliyinin rəsmi Tvitter səhifəsində qeyd edilib.

  • FED dollarla bağlı Qərar verdi

    ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) baza faiz dərəcəsini illik 0-0,25% səviyyəsində saxlayıb.

    Bu barədə qurumun saytında məlumat verilib.