Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Akademik Zərifə Əliyeva küçəsi ilə Məmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadının bir hissəsinin qara və qızılı rəngə boyanması haqqında sosial şəbəkədə yayımlanan məlumata münasibət bildirib.
BŞİH-dən verilən xəbərə görə, paytaxtın müvafiq xidmətlərinin və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal həmin ərazinin əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilib, binadakı obyektin icarədarı və sahibkar cəzalandırılıb.
Month: November 2020
-
Bakıda tarixi binanın fasadını boyayanlar cəzalandırıldı
-
Террористы из “Союза добровольцев Крыма” служили в качестве наемников в “армии” сепаратистов – ОФИЦИАЛЬНО

Генеральная прокуратура Азербайджана продолжает принимать неотложные меры в целях разоблачения на международной арене агрессивной сущности Армении, поддерживающей терроризм на государственном уровне и использующей его в качестве одного из основных инструментов своей агрессивной политики.
Об этом сообщает надзорное ведомство АР.В этой связи Генпрокуратурой проведено расследование на основании материалов в связи с уголовными деяниями, совершенными лидером группировки “Союз добровольцев Крыма” Мартояном Арменом Гамлетовичем (также известный как “Самвел”) и другими лицами против АР.
Установлено, что Мартоян и члены данной группировки, обсудив в октябре 2020 года свое участие в военных операциях с лицами, находящимися в Армении и на оккупированных территориях Азербайджана, а также с главарями марионеточного режима “НКР” и вступив с ними в преступную связь, незаконно пересекли международно признанную государственную границу АР, проникли на территорию города Ханкенди и другие оккупированные территории и были использованы военно-политическим режимом Армении в качестве наемников против гражданского населения и участвующих в антитеррористических операциях азербайджанских Вооруженных сил.
Также было установлено, что члены упомянутого преступного сообщества участвовали в террористической деятельности, направленной против граждан Азербайджана, используя боеприпасы и военную технику, совершили многочисленные преступления против гражданских лиц, не участвующих в боевых действиях, устраивали взрывы, пожары или предпринимали другие действия, угрожающие общественно опасными последствиями.
По факту генпрокурором АР возбуждено уголовное дело по статьям 100.2 (ведение агрессивной войны), 120.2.1 (умышленное убийство, совершенное преступной организацией или сообществом), 318.2 (незаконное пересечение государственной границы АР) и другим статьям УК. Следствие поручено Следственному управлению Генпрокуратуры.
В настоящее время по указанному уголовному делу надзорным ведомством подготавливается запрос в соответствующие государственные органы Российской Федерации о правовой помощи.
Генпрокуратура АР заявляет, что будут приняты все возможные меры для привлечения к ответственности виновных в этих и других подобных преступлениях лиц в соответствии с нормами международного права, направлены обращения в международные организации.


-
“Krım könüllüləri birləşməsi” terrorçuları Qarabağdakı separatçı rejimə muzdlu kimi xidmət edib – RƏSMİ + FOTO

Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Baş Prokurorluqdan verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, “Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Martoyan Armen Hamletoviç (Samvel) və digərlərinin Azərbaycan Respublikasına qarşı törətdiyi cinayət əməllərinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunda toplanmış material üzrə araşdırma aparılıb.Araşdırmalarla qeyd olunan “Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Rusiya Federasiyasının vətəndaşı Martoyan Armen Hamletoviç (Samvel ləqəbli) və həmin qruplaşmanın digər üzvlərinin 2020-ci ilin oktyabr ayında Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə, həmçinin, qondarma “Dağlıq Qarabağ” rejiminin rəhbər şəxsləri ilə görüşüb döyüş əməliyyatlarında iştiraklarına dair müzakirələr aparmaqla cinayət əlaqəsinə girmələri, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın rəhbərliyi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.
Bundan başqa, cinayətkar birlik üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, döyüş əməliyyatlarında iştirak etməyən dinc sakinlərinə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Hazırda qeyd edilən cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən Rusiya Federasiyasının aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatət hazırlanır.
Baş Prokurorluq bəyan edir ki, qeyd edilən və bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlər görülməklə beynəlxalq təşkilatlara müraciət edilməsi təmin ediləcəkdir.


-
Hikmət Hacıyevdən 80 jurnalistin Xankəndidən çıxa bilməməsi məsələsi ilə bağlı AÇIQLAMA
“Sərhədsiz reportyorlar təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndidən təhlükəsiz çıxa bilməməsi ilə bağlı açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır”.
Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.“Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirib.
Ümumiyyətlə, Xankəndindən Ermənistana iki yol var. Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək, Ermənistanın Vardenis rayonuna doğru gedir.
Digər yol isə Laçın dəhlizi vasitəsilədir. Bu günə olan məlumata görə, hər iki yol Ermənistan Silahlı Qüvvələrinin nəzarətindədir”, – deyə H.Hacıyev qeyd edib.
-
Su Polisindən uğurlu əməliyyat: Komendant saatında balıq ovlayanlar tutuldu – VİDEO
Müvafiq icazələri olmadan qanunsuz olaraq balıqçılıqla məşğul olan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktik və nəzarət tədbirlər davam etdirilir. Həyata keçirilən sonuncu tədbir zamanı Bakı buxtası ərazisində gecə saatlarında komendant saatının tələblərini kobud şəkildə pozaraq, balıq ovunun qadağan edildiyi xüsusi strateji obyektlərin yaxınlığında bu əməllərlə məşğul olan iki nəfər saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.Belə ki, Su Nəqliyyatında Polis İdarəsinə həmin şəxslərin xüsusi motorla təchiz edilmiş qayıqla Dənizkənarı Milli Parkın sahilində dövrə vuraraq, şübhəli hərəkətlər etməsi barədə məlumat daxil olub.
Dərhal idarənin əməkdaşları tərəfindən həmin şəxslərin saxlanılması istiqamətində operativ tədbirlər görülüb. İdarədə araşdırma aparılan zaman onların Astara rayon sakinləri Vüsal Quliyev və qohumu Natiq İsgəndərov olduğu müəyyən edilib. Həmin şəxslər ifadələrində Suraxanı rayonu Hövsan qəsəbəsində yaşadıqlarını və Dənizkənarı Milli Parkın sahilinə balıq ovlamaq üçün gəldiklərini bildiriblər.
Baxış zamanı həmin şəxslərdən qanunsuz balıq ovu ilə məşğul olan zaman istifadə etdikləri qayıq, 350 metr tor, balıqovlama alətləri və qanunsuz olaraq tutduqları 100-ə yaxın müxtəlif növ balıq aşkar olunaraq götürülüb. Sorğu zamanı bu şəxslərin heç birinin balıqovlama biletinin və idarə etdikləri qayığın isə qeydiyyatının olmadığı da məlum olub.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyən edilən çəkidə və qaydalarda balıq tutmaqla məşğul olmaq mümkündür.
Dənizdə və su hövzələrində tor qurmaq və elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq isə qanunla qəti qadağan olunub. Qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq ediləcək.
Sonda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.
-
Жизнь, пропахшая порохом: враг выпустил тысячи снарядов по селу в зоне военных действий – ВИДЕО
Армянские вооруженные силы продолжают вести огонь из тяжелой артиллерии по населенным пунктам Агджебединского района, расположенным в зоне боев.
Как сообщает Baku TV, больше всего от обстрелов пострадало село Гиямеддинли.За весь период военных действий, начавшихся 27 сентября, по его территории было выпущено около 2 000 снарядов.
-
“Barıt qoxulu” həyat: Cəbhə xəttindəki kəndə minlərlə mərmi düşüb – VİDEO
Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun cəbhə xəttinə yaxın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.
Baku TV xəbər verir ki, ermənilərin atdığı mərmilərdən ən çox ziyan çəkən Ağcabədinin Qiyaməddinli kəndidir.Bu kəndə 27 sentyabrdan bu günə qədər 2000 mərmi düşüb.
-
В Азербайджане растет число инфицированных COVID-19, скончались еще 14 человек – ФОТО
В Азербайджане за минувшие сутки выявлены 1 364 новых случая инфицирования коронавирусом, еще 768 человек вылечились и были выписаны домой.
Об этом 5 ноября сообщает оперативный штаб при Кабинете министров.За минувшие сутки от COVID-19 скончались еще 14 пациентов.
До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 60 873 человека, 794 из них скончались, 46 465 – излечились, 13 614 – находятся в активной фазе лечения в больницах особого режима.
В республике на сегодня проведены 1 404 543 теста (за последние 24 часа – 13 290) на COVID-19.
