Month: November 2020

  • Tramp: “Səslərin sayılmasını dayandırın” – FOTO

    ABŞ Prezidenti Donald Tramp ölkədə keçirilən seçkilər çərçivəsində səslərin sayılması prosesinin dayandırılmasını tələb edib.

    Bu barədə Donald Tramp sosial media hesabında yazıb.

    “Səslərin sayılmasını dayandırın”, – deyə D.Tramp bildirib.

  • Tanınmış futbolçuda koronavirus aşkarlandı

    Danimarka millisinin sabiq futbolçusu Yon Dal Tomasson koronavirusa yoluxub.

    “Report” xəbər verir ki, hazırda İsveç “Malmö”sünə başçılıq edən 44 yaşlı mütəxəssisin analizinin nəticəsi müsbət çıxıb. Məlumatı klubun rəsmi saytı yayıb.

    Xəstəliyi simptomsuz keçirən baş məşqçi dərhal karantinə alınıb.

    Qeyd edək ki, 2020-ci ilin əvvəlindən “Malmö”nün sükanı arxasında olan Yon Dal Tomasson futbolçu karyerasında İngiltərənin “Nyukasl”, Niderlandın “Feyenoord”, İtaliyanın “Milan”, Almaniyanın “Ştutqart” və İspaniyanın “Vilyarreal” klublarında çıxış edib.

  • Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib – RƏSMİ

    Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edilib.

  • Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA – VİDEO

    Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirib.

    Konfransda nazirliyin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov iştirak edib.

    O, gün ərzində cəbhədə baş vermiş hadisələr haqqında məlumat verib.

  • Далай-лама призвал не обвинять всех мусульман в терактах в Европе

    Далай-лама прокомментировал недавние теракты исламистов во Франции и других европейских странах, призвав не путать отдельных экстремистов и всех мусульман, пишет РИА Новости

    “Недавно в Европе произошло несколько вооруженных нападений исламских фундаменталистов, но мы не можем возлагать вину за это несчастье на всех мусульман. Это было бы ошибкой”, – заявил Далай-лама.

    По его словам, если один экстремистски настроенный мусульманин совершил преступление, неверно обвинять в нем всех последователей ислама.

    “Например, и среди последователей тибетского буддизма бывают те, кто создает конфликты, но было бы неправильно говорить из-за этого, что все буддисты такие”, – пояснил духовный лидер.

    В целом же, по его мнению, страны Европы, создав после мировых войн Евросоюз, используют “хороший подход” – накапливают опыт в решении различных проблем и “движутся в сторону прогресса”.

    “После создания ЕС не было военных конфликтов между его членами. Я постоянно говорю о том, что было бы хорошо, если бы все больше государств, например, страны Африки, Латинской Америки и многие другие, брали пример с объединенной Европы”, – добавил Далай-лама.

  • Dalay Lama müsəlmanları müdafiə etdi

    Tibetin dini lideri Dalay Lama Fransa və digər Avropa ölkələrində terror hücumlarını şərh edərkən ayrı-ayrı ekstremistləri bütün müsəlman dünyasına aid etməyi doğru olmadığını deyib.

    “RİA Novosti” xəbər verir ki, D.Lama bu barədə buddistlərin onlayn təlimində çıxışında bildirib.

    “Son vaxtlar Avropada İslam fundamentalistləri tərəfindən bir neçə silahlı hücum təşkil edildi, ancaq biz baş verən bu faciələrə görə bütün müsəlmanları günahlandıra bilmərik. Bu, səhv olardı”, – deyə Tibetin dini lideri söyləyib.

    O, əlavə edib ki, Tibet Buddizminin ardıcılları arasında müxtəlif münaqişələrə səbəb olmuş insanlar var, amma buna görə bütün buddistlərin belə olduğunu söyləmək səhvdir.

  • Уничтожена военная инфраструктура противника в Тонашене – ВИДЕО

    В результате операции, проведенной подразделениями азербайджанской армии на тертерском направлении фронта, был нанесен серьезный ущерб военной инфраструктуре противника.

    Об этом сообщает Министерство обороны АР.

    Отмечается, что в результате артиллерийских ударов по врагу были уничтожены штаб 7-го горнострелкового полка 10-й горнострелковой дивизии, солдатские казармы, несколько единиц автомобильной техники с боеприпасами и другая военная инфраструктура вооруженных сил Армении в селе Тонашен.

  • Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdılıb – VİDEO

    Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.

  • Türkiyədə koronavirus peyvəndinin birinci klinik mərhələsi başladı

    Türkiyə koronavirus peyvəndinin birinci klinik mərhələsinə başlayıb.

    Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb:

    “Bu gün Türkiyədə yerli koronavirus əleyhinə peyvəndin insanlarda sınaqdan keçirilməsinə başlandı. Peyvəndin klinik sınaqlarının ilk mərhələsi Kayseri şəhərində aparılır”.

    Qoca daha əvvəl qeyd edib ki, Türkiyədə koronavirus pandemiyası ikinci pik həddə çatıb. Çərşənbə günü aşkar olunan koronavirus infeksiyasının sayı 2391 olub, bu, aprel ayının sonundan bəri ən yüksək göstəricidir.

  • Kiyev Azərbaycanlıları Konqresindən yaralı döyüşçülərə dəstək

    Azərbaycan dövlətinin diqqət və qayğısı sayəsində ordumuzun təminatının yüksək səviyyədə olmasına baxmayaraq, xaricdəki diaspor təşkilatları da orduya və ermənilərin terror aktlarından zərər çəkmiş mülki əhaliyə mənəvi və maddi dəstəklərini əsirgəmirlər.

    Bununla bağlı Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Belə ki, Kiyev Azərbaycanlıları Konqresi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə yaralanan, hərbi hospitallarda müalicə olunan hərbçilərimiz üçün nəzərdə tutulmuş 10 ədəd əlil arabasını Diasporla İş üzrə Dövlət Komitəsinə göndərib.

    Qeyd edilən əlil arabaları çatdırılması üçün aidiyyəti quruma təhvil verilib.