Month: November 2020

  • Tramp: “Seçki günündən sonra daxil olan bülletenlər sayılmayacaq”

    ABŞ Prezidenti Donald Tramp ölkədə 3 noyabr – seçki günündən sonra poçt vasitəsilə daxil olmuş seçki bülletenlərinin sayılmayacağını qeyd edib.

    Bu barədə ABŞ lideri “Twitter” hesabında yazıb.

    “Seçki günündən sonra daxil olan səslər sayılmayacaq”, – deyə D.Tramp yazıb.

  • Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib – RƏSMİ

    Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.

  • Духовные лидеры Азербайджана обратились к миру

    Духовные лидеры мусульман, евреев и христиан Азербайджана обратились к миру.

    Как передает Report, текст статьи “Едины в вере за будущее Карабаха” опубликован в издании NewsWeek.

    Целью обращения послужила попытка ряда СМИ и политических деятелей представить армяно-азербайджанский нагорно-карабахский конфликт религиозным, в то время, как таковым он никогда не являлся.

    “Мы можем быть разных вероисповеданий, но для всех нас Азербайджан – это наша страна. Эскалация конфликта между Арменией и Азербайджаном, свидетелем которой является мир, не носит религиозного характера, как бы это ни хотели представить другие. При этом Азербайджан не играет роль “мусульманского захватчика” в международных фантазиях. Наша многорелигиозная, многоэтническая нация с процветающей еврейской общиной ашкенази, нашей собственной уникальной общиной горских евреев и христиан католической, православной и армянской конфессий. Даже ислам здесь не представлен одной ветвью, среди наших сограждан есть и сунниты, и шииты. Азербайджан – пример толерантности и мультикультурализма”.

    В статье также отмечается, что оккупация Арменией азербайджанских земель лишила Нагорный Карабах многоконфессиональности.

    “Там, где когда-то наряду с мечетями процветали армянская и русская православные церкви, сегодня в Нагорном Карабахе открыты только армянские церкви. Другие культовые сооружения были присвоены, повреждены или разрушены. Тем не менее, Азербайджан показал, что у него могут быть церкви, синагоги и мечети, мирно функционирующие в одних и тех же городах”.

    Также особо подчеркивается, что Азербайджан предлагает не изгнание тех, кто сегодня живет в Нагорном Карабахе, а возвращение тех, кто когда-то сам был оттуда изгнан, чтобы жить там в мире, в бок о бок с разными религиями, культурами и этническими группами.

  • Azərbaycanın dini liderləri: “Qarabağ münaqişəsi dini mahiyyət daşımır”

    Azərbaycanın müsəlman, yəhudi, xristian ruhani liderləri dünyaya birgə müraciət ediblər.

    Median.Az xəbər verir ki, Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin imzaları ilə “NewsWeek”də dərc edilən “Qarabağın gələcəyi naminə inam vəhdəti” adlı müraciətdə qeyd olunur:

    “Biz müxtəlif dini etiqadlara mənsub olsaq da, Azərbaycan hamımızın ölkəsidir. Dünyanın şahid olduğu Azərbaycanla Ermənistan arasındakı münaqişəyə başqaları necə don geydirmək istəsələr də, dini mahiyyət daşımır, Azərbaycan da “müsəlman işğalçısı” kimi beynəlxalq nağılların parçası deyil. Ölkəmiz çoxdinli, çoxmillətlidir, burada firavan aşkenazi yəhudiləri icması, yalnız bizə məxsus nadir dağ yəhudiləri icması, habelə katolik, ortodoks, erməni xristian məzhəbləri mövcuddur. Hətta islam təkcə bir qolu ilə təmsil olunmur, vətəndaşlarımız arasında sünnilər də, şiələr də var. Ermənistan isə sadəcə xristian ölkəsidir”.

    Müraciətdə Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarında çoxdinli mühitin məhv olduğu göstərilir:

    “Əvvəllər məscidlərlə yanaşı, erməni və rus ortodoks kilsələrinin də bərq vurduğu Dağlıq Qarabağda bu gün yalnız erməni kilsələri açıqdır. Digər ibadətgahlar mənimsənilib, zədələnib, yaxud uçurulub. Azərbaycan isə kilsə, sinaqoq, məscidlərin bir şəhərdə dinc şəkildə tam əhatəli fəaliyyət göstərə bildiklərini nümayiş etdirir.

    Azərbaycanın təklif etdikləri Dağlıq Qarabağda bu gün yaşayanları çıxartmaq yox, oradan daha əvvəl çıxarılmış olanları geri qaytarmaqdan ibarətdir. Ölkəmiz qanuni sərhədlərin içərisində müxtəlif dinlər, mədəniyyətlər, millətlərlə birlikdə dinc şəkildə yaşamaq istəyənlər üçün muxtariyyət imkanı təklif edir”.//report.az

  • Bir qrup azərbaycanlı Almaniyadan deportasiya edilib

    Almaniya hökuməti bir qrup azərbaycanlını ölkədən deportasiya edib.

    “Report”un Avropa bürosunun məlumatına görə, buna səbəb yerli miqrasiya qanunlarının tələblərinin pozulması, miqrasiya orqanlarına yaşamaq icazəsi ilə bağlı düzgün məlumat verilməməsi olub.

    Deportasiya olunanlardan 2-si Azərbaycan, 3-ü Rusiya, 3-ü isə Türkiyə vətəndaşıdır. Onlardan bir qismi 6, digər qismi isə 1 ilə yaxındır Almaniyada qeyri-qanuni yaşayıblar.

  • В Ираке прогремел взрыв, погибли 3 женщины, 3 полицейских ранены

    По меньшей мере три женщины погибли, трое полицейских получили ранения в результате двух взрывов в провинции Дияла на востоке Ирака.

    Как сообщает Report со ссылкой на INA, первый взрыв произошел, когда мотоцикл подорвался на бомбе, погибли три женщины, которые находились в нем.

    Второе самодельное взрывное устройство сработало, когда на место инцидента прибыли правоохранительные органы, в результате трое полицейских получили ранения.

  • İraqda partlayış olub, 3 qadın ölüb, 3 polis yaralanıb

    İraqın şərqində yerləşən Diyala əyalətində törədilən iki partlayış nəticəsində azı 3 qadın ölüb, 3 polis əməkdaşı yaralanıb.

    “Report” İNA-ya istinadən xəbər verir ki, məlumatı İraq təhlükəsizlik orqanlarının mətbuat xidməti yayıb.

    Bildirilib ki, birinci partlayış motoskletdə baş verib. Motoskletə minmiş 3 qadın partlayışın qurbanı olub. İkinci partlayış polis əməkdaşları hadisə yerinə gələrkən baş verib. Əldəqayırma partlayıcı qurğu hadisə yerində partladılıb. Nəticədə 3 polis əməkdaşı yaralanıb.

  • Ombudsman: “Ermənistanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 11 uşaq ölüb, 48 uşaq yaralanıb”

    Noyabrın 5-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Uşaq Hüquqları Ombudsmanlarının Avropa Şəbəkəsinin (ENOC) sədri və Şotlandiyanın uşaq hüquqları Ombudsmanı Bryus Adamson ilə onlayn görüş keçirib.

    Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Müvəkkil Bryus Adamsonu sözü gedən şəbəkənin rəhbəri seçilməsi münasibəti ilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

    S. Əliyeva daha sonra Avropa regionunda uşaq hüquqları sahəsində fəaliyyət göstərən Ombudsmanların birliyi qismində çıxış edən bu qurumun uşaq hüquqlarının səmərəli müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyətinin önəmindən danışıb və qeyd edib ki, dünyanı cənginə alan COVID-19 infeksiyası ilə mübarizə zamanı əhalinin həssas qrupları içərisində yer alan uşaqların hüquqlarının təmininə xüsusi diqqət yetirilməlidir.

    Müvəkkil, həmçinin pandemiya dövründə uşaq hüquqlarının səmərəli müdafiəsi istiqamətində görülmüş tədbirlər, bununla əlaqədar müvafiq dövlət qurumlarına müraciət ünvanladığı barədə məlumat verib.

    S. Əliyeva 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin məqsədli şəkildə Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutması nəticəsində 11 uşağın həyatını itirdiyini, 48 uşağın yaralandığını, 4 uşağın isə hər iki valideynini itirdiyini qeyd edib.

    Müvəkkil Ermənistan tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinin raket hücumlarına məruz qalması faktlarını beynəlxalq humanitar hüququn tələblərinin kobud pozuntusu kimi diqqətə çatdırıb. Qeyd olunub ki, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri nəticəsində dağılan mülki obyektlərin yerləşdiyi ərazilərdə Müvəkkil tərəfindən fakt-araşdırıcı missiyalar həyata keçirilib və araşdırmalar nəticəsində əldə olunan faktoloji materiallar əsasında 5 aralıq hesabat hazırlanaraq aidiyyəti beynəlxalq qurumlara göndərilib.

    Bildirilib ki, mülki şəxslərə qarşı yönəlmiş hücumların beynəlxalq ictimaiyyət tərəfindən qınanmaması, belə hallara düzgün hüquqi qiymət verilməməsi cavabdeh tərəfi daha da azğınlaşdırır. Müvəkkil Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin və beynəlxalq humanitar hüququn, insan hüquq və azadlıqlarının kobud pozulmasının qarşısını almaq məqsədilə bəyanatlar verdiyini və mövcud vəziyyətlə bağlı aidiyyəti beynəlxalq qurumları məlumatlandırdığını qeyd edib.

    Müvəkkil, həmçinin Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərər çəkən uşaqlarla bağlı yerində araşdırma aparmaq məqsədi ilə sözügedən qurumun rəhbərini və onun tövsiyə edə biləcəyi uşaq hüquqları sahəsində ixtisaslaşmış ekspertləri Azərbaycana dəvət edib.

    Sonda Səbinə Əliyeva qeyd edib ki, beynəlxalq ictimaiyyət baş verən bu insan hüquqları pozuntularına biganə qalmamalı və müvafiq reaksiya verməlidir.

  • Ermənilərin istifadə etdiyi fosfor tərkibli silah – Dərinin soyulmasına və dəhşətli yaralara yol açır

    Müzəffər ordumuzun qarşısında məğlubiyyətə uğrayan düşmən hər yola əl atır. Heç bir qayda tanımayan bu terrorçuların qadağan olunmuş fosforlu silahlardan istifadə etdiyi məlum olub. Üstəlik çirkin əməllərini etiraf etmək yerinə onların deyil, Azərbaycanın bu cür silahdan istifadə etdiyini iddia edirlər.

    Median.Az ted.az-a istinadən bildirir ki, bu silahların əsas tərkibi, gücü və qorxulu tərəfi ağ fosfordur.

    Yunanca işıqdaşıyan mənasını verən Fosfor (P) D.İ.Mendeleyevin elementlərin dövri sistemində 15-ci elementdir. Fosforun təbiətdə ağ, qara və qırmızı olmaqla 3 allotropik modifikasiyası bilinməkdədir. Ağ fosfor zəhərlidir. Onu qızdırdıqda qırmızı fosfora çevrilir. Qırmızı fosfor kükürd və şüşə qırıntıları ilə birlikdə kibrit istehsalında istifadə olunur. Bombalarda isə ağ fosfordan istifadə edilir. Ağ fosfor atmosferdəki oksigen ilə birləşdikdə yanğın əmələ gəlir və bu zaman istilik min dərəcəni keçir. Yanğın ağ tüstü ilə müşahidə edilir və fosforun və ya oksigenlə təmasın bitməsinə qədər davam edir. Ağ fosforun 0,05 qramı yetərlidir ki, insanı öldürsün.

    Bu kimyəvi silah insan orqaniziminə daxil olan kimi tez həll olur. Mədə-bağırsaq sisiteminin fəaliyyətini dərhal sıradan çıxarır, ürək sisteminin fəaliyyətinə güclü təsir edir və insanda halsızlıq, təngnəfəslik yaradır. Bu, təkcə fosfor məzmunlu bombaların tüstüsünün insanlara etdiyi təsirdir.

    Xatırladaq ki, fosfor təyinatlı silahın istifadəsi düşmənin canlı qüvvəsinin gizləndiyi hər hansı bir hərbi obyektdən çıxarılması üçün istifadə edilir. Belə ki, tüstü və tərkibində güclü yanğın nəticəsində düşmənin canlı qüvvəsi gizləndiyi ərazidən çıxmağa məcbur qalır.

    Ağ fosforlu bombalardan istifadə zamanı dinc əhali arasında tələfat riski böyükdür. Həmçinin fosforlu bombaların təsirindən yaralananları xilas etmək çətin olur. Onların bədənlərində ağ fosforun təsirindən əmələ gələn yanıqlar dərinin soyulmasına və dəhşətli yaralara yol açır.

    Bundan başqa, bu cür mərmilərin qəlpələri insanların bədənində dəhşətli yanıqlar əmələ gətirir. Mərminin qəlpələri, hətta suda belə sönmür. Belə mərmilərin partlayışı nəticəsində insan bədəninin dərisi öz-özünə soyulur, yaralıları müalicə etmək isə mümkün olmur.

    Bu silahın istifadə edilməsinin qadağası ilə bağlı ilk olaraq 1868-ci ildə Sankt-Peterburq deklarasiyası qəbul edilib. Bundan başqa, fosforlu bombalardan istifadəni qadağan edən Cenevrə konvensiyasının üçüncü protokolu mövcuddur.

  • “Newsweek”: “Ermənistanla Azərbaycan arasında şiddətlənən qarşıdurma dini mahiyyət daşımır”

    “Newsweek” nəşrində Dağlıq Qarabağdakı son hadisələrlə bağlı məqalə dərc edilib.

    Məqalədə Azərbaycanın müsəlman, yəhudi və xristian dini liderləri dünyaya müraciət edərək, ölkəmizin tolerantlıq, çoxetiqadlılıq və multikulturalizm nümunəsi olduğunu bəyan ediblər:

    “Ölkəmizin yəhudi, xristian pravoslav və müsəlman icmalarından olan dini liderlər kimi, beynəlxalq mediada “xristianların təhlükə altında olduğu” ilə bağlı yazılanlara görə, danışmağımızın vaxtı gəldi. Biz fərqli inanclara sahib ola bilərik, amma hamımız bir xalqıq – azərbaycanlıyıq”.

    Məqalədə vurğulanıb ki, Ermənistanla Azərbaycan arasında şiddətlənən qarşıdurma dini mahiyyət daşımır.

    “Aşkenazi yəhudi icması, dağ yəhudi icması, katoliklər, pravoslavlar, Azərbaycanın müsəlman, yəhudi və xristian dini liderləri dünyaya müraciət edirlər. Azərbaycan tolerantlıq, çox etiqadlılıq, multikulturalizm nümunəsidir”.

    Məqalədə qeyd olunub ki, 30 ildən çox müddətdə – 1988-94-cü illərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə nəticələnən münaqişə zamanı – 300 mindən çox azərbaycanlı Ermənistandan didərgin düşüb. İşğal altında olan Dağlıq Qarabağ və ətraf ərazilərdən qovulanların sayı isə 700 mindən çoxdur. Bu gün Qarabağda yalnız erməni kilsələri açıqdır. Digər ibadət yerlərinin ya təyinatı dəyişdirilib, ya da dağıdılıb, zədələnib. Azərbaycanın şəhər və qəsəbələrində isə kilsələr, sinaqoqlar, məscidlər ibadət üçün açıqdır.

    Diqqətə çatdırılıb ki, Azərbaycanın bu gün təklif etdiyi Dağlıq Qarabağda yaşayanların oranı tərketməsi deyil, əksinə, bir vaxtlar özlərinin qovduqları insanların geri qayıtmasıdır. Ölkəmiz orada fərqli din, mədəniyyət, etnik mənsubiyyətə malik, sülh şəraitində yaşamaq istəyənlər üçün Azərbaycanın qanuni sərhədləri daxilində muxtariyyət şansı verir. Təklif olunan bir geridönüşdür.

    Bundan əlavə, məqalədə ermənilərin Gəncədə dinc əhalini hədəf almasından da söz açılıb.