Month: November 2020

  • İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

    Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son dövrdə 13 kiloqram 927 qram narkotik vasitəyə və 1 334 ədəd psixotrop maddəyə bənzər həbin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə qanunsuz keçirilməsinin qarşısı alınıb.

    DSX-dən “Report”a verilən məlumata görə, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazinin sıx qamışlıq və meşəlik olmasından istifadə edərək geriyə qaçan sərhəd pozucusu tərəfindən atılmış bağlamada ümumi çəkisi 3 kq 853 qram narkotik vasitə “heroin” və 762 ədəd “metadon-40” həbi aşkarlanaraq götürülüb.

    Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə hərəkətdə olan və hadisə yerindən uzaqlaşmağa çalışan “Mersedes” markalı 44-CB-402 dövlət nömrə nişanlı avtonəqliyyatda Astara rayon sakinləri 1986-cı il təvəllüdlü İskəndərov İskəndər Cabir oğlu və 1987-ci il təvəllüdlü İskəndərov Elnur Cabir oğlu saxlanılıb, araşdırma zamanı E.İskəndərov törətdiyi cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiyini bildirib.

    Fakt üzrə cinayət işi başlanılıb, E.İskəndərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində “həbs” qətimkan tədbiri seçilib.

    “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyitli, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Sərxanlı və Yardımlı rayonunun Arus kəndlərinin yaxınlığında yerləşən sərhəd zastavalarında dövlət sərhədinin gücləndirilmiş mühafizəsi üzrə qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə 3 ədəd sahibsiz halda bağlamalar aşkar edilib, baxış zamanı ümumi çəkisi təxminən 10 kiloqram 74 qram narkotik vasitəyə və 572 ədəd psixotrop həbə oxşar maddələr götürülüb.

    Adıçəkilən faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Avropa Şurası Platformasının fransalı jurnalistin ermənilər tərəfindən təhqir olunması ilə bağlı MƏRUZƏSİ

    Jurnalizmin Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyi üzrə Avropa Şurası Platforması Fransa televiziya kanalı TF1-in müxbiri Liseron Budulun 22 oktyabrda Dağlıq Qarabağdakı vəziyyətlə bağlı reportaj yayımladıqdan sonra sosial şəbəkələrdə təhqir olunmasına dair məruzə hazırlayıb.

    Məruzədə deyilir:

    “Reportajda cəbhənin Azərbaycan tərəfindəki gündəlik həyatı göstərilib. Axşam bülletenində yayımlandıqdan qısa müddət sonra Budul bir neçə gün davam edən nifrət və təhqir axını ilə üzləşib.

    Şərhlərdən birində o, “soyqırım fahişəsi” adlandırılıb. Şəxsi telefon nömrəsini almağa müvəffəq olan bir nəfərdən “WhatsApp”da bir mesaj da alıb. TF1-ə gələn elektron ünvanları, telefon zəngləri və sosial mediadakı mesajlarla da təqib olunub.

    Bir “Facebook” şərhində deyilir: “TF1-in yüksək səviyyəli işçilərinin bir neçəsinin başını kəsməklə daha yaxşı və daha aydın düşünmələri mümkündür”.

    23 oktyabrda erməni icmasının 300 üzvü TF1-in Parisdəki mənzil-qərargahının qarşısında telekanalın qərəzli yayımları kimi qəbul etdiklərinə etiraz olaraq nümayiş keçirib. Kanal hesabatı veb saytından çıxarmaq qərarına gəlib”.

  • Messi Maradonaya dəstək oldu

    İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi Argentinanın “Ximnasiya və Esqrima” komandasının baş məşqçisi Dieqo Maradonaya dəstək olub.

    “Report”un məlumatına görə, 33 yaşlı hücumçu bu barədə instaqramda paylaşım edib.

    Messi əməliyyat olunan 55 yaşlı mütəxəssisin tezliklə sağalmasını arzulayıb: “Ailəm və mən sizi ən qısa müddətdə görmək istəyirik. Sizi qəlbimlə qucaqlayıram”.

    Qeyd edək ki, Dieqo Maradonaya xroniki subdural hematoma diaqnozu qoyulub. Onun əməliyyatı uğurlu alınıb.

    Maradona sonuncu dəfə oktyabrın 30-da “Ximnasiya və Esqrima” komandasının “Patronato”nu 3:0 hesabı ilə yendiyi çempionat matçında ictimaiyyət qarşısına çıxıb. Bu qələbə əfsanəvi futbolçunun 60 illik yubileyinə təsadüf edib. O, oyundan öncə xatirə lövhəsi alıb, amma özünü piss hiss etdiyini deyərək qarşılaşmanı sonadək izləməyib. Sabiq hücumçu paytaxt Buenos-Ayresdən bir saatlıq məsafədə olan klinikaya yerləşdirilib.

    Xatırladaq ki, son illər Dieqo Maradona səhhəti sarıdan çoxlu problem yaşayıb.

  • МО: Обстрел ведется только по легитимным военным объектам

    “Обстрел ведется только по легитимным военным объектам в строгом соответствии с принципами международного гуманитарного права”.

    Как передает Report, об этом сообщил пресс-секретарь пресс-службы Министерства обороны Анар Эйвазов.

    “Вражеские группировки, ведущие асимметричную войну против нашей армии, обнаруживаются и уничтожаются нашими подразделениями в глубине фронта. Азербайджанские солдаты, храбро сражающиеся в горах, лесах и траншеях ведут борьбу с противником, скрывающимся в детских садах, школах и других гражданских объектах”, – сказал он.

  • MN rəsmisi: “Düşmən cəbhənin dərinliklərində belə darmadağın edilir”

    “Beynəlxalq humanitar hüququn prinsiplərinə ciddi riayət edilərək yalnız legitim obyektlərə atəş açılır”.

    Median.Az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

    “Ordumuza qarşı asimmetrik müharibə aparan düşmən qruplaşmaları bölmələrimiz tərəfindən cəbhənin dərinliklərində belə aşkarlanır və darmadağın edilir. Dağlarda, meşələrdə və səngərlərdə mərdliklə vuruşan Azərbaycan əsgəri bağçalar, məktəblər və digər mülki obyektlərdə gizlənən düşmənə qarşı mübarizə aparır”, – o qeyd edib.

  • Еще 7 сёл Азербайджана освобождены от оккупации

    “Доблестная Азербайджанская армия освободила от оккупации села Миряк, Кавдар Джабраильского района, Машадиисмаиллы, Шафибейли Зангиланского района, Башарат, Гаракишиляр и Гараджаллы Губадлинского района. Слава Азербайджанской армии! Карабах – это Азербайджан!”

    Как сообщает Report, об этом президент Ильхам Алиев написал на своей странице в Twitter.

  • Daha 7 kənd işğaldan azad edildi

    “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

    “Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev özünün rəsmi tvitter hesabında yayıb.

    Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

    — İlham Əliyev (@azpresident) November 4, 2020

  • Türkiyə Gənclər Fondu Bərdə və Gəncə terrorunun nəticələri ilə yerində tanış olub – FOTO

    Azərbaycan Respublikasının Gənclər Fondunun dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Gənclər Fondunun nümayəndə heyəti səfərin ikinci günü Bərdə və Gəncə şəhərlərini ziyarət edib.

    Bu barədə Azərbaycan Respublikasının Gənclər Fondunun yaydığı məlumatda qeyd olunub.

    Otuz ilə yaxındır ki, Azərbaycanda yüz minlərlə dinc sakin Ermənistanın davamlı təcavüzündən əziyyət çəkir. Düşmən döyüş meydanındakı məğlubiyyətinin acısını mülki əhalimizə terror törətməklə çıxmağa davam edir.

    Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğuları və qadağan olunmuş raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərin ölümünə və yaşayış məntəqələrinin yararsız vəziyyətə düşməsinə səbəb olmuş terrorun nəticələrinə şahidlik etmək üçün Bərdə və Gəncə şəhərlərinə səfər edən Türkiyə Gənclər Fondunun (TÜGVA) nümayəndə heyəti gördüklərindən dərin təsirləndiklərini bildirib, törədilmiş müharibə cinayətləri qarşısında kədər hisslərini gizlədə bilməyiblər.

    Bərdə şəhərinə səfər zamanı cəbhəyanı bölgələrdən sığınacaqlara yerləşdirilmiş ailələri də ziyarət edən nümayəndə heyəti oradakı azərbaycanlı ailələrlə söhbət edərək, ehtiyaclarını öyrənib, bu hadisələrdən zərər görmüş ailələrə öz dəstək bağlamalarını təqdim ediblər.
    Türkiyə Cümhuriyyəti Gənclik Vəqfinin baş direktoru Enes Eminoğlu bildirib ki, Ermənistanın yüz illər boyu türk dünyasına, ələlxüsus Türkiyə və Azərbaycana qarşı apardığı düşmənçilik siyasətini qınayır.

    Bundan sonra da iki qurumun qeyd edilən məsələlərə qarşı beynəlxalq arenada birgə mübarizə aparacaqlarını bəyan edən Enes Eminoğlu, gələcəkdə baş tutacaq birgə fəaliyyətin daha da genişləndirilməsi məqsədilə iki qurum arasında işçi qrupunun yaradıldığını qeyd edib. Bu qrupun əsas məqsədi Azərbaycan və Türkiyənin haqq səsinin bütün dünyaya çatdırılmasıdır.

  • Hikmət Hacıyev: “Ermənistanın yaydığı saxta məlumatların ifşası üçün Azərbaycanın müdaxiləsinə gərək qalmır”

    Ermənistan və qondarma rejim tərəfindən biri digərinə zidd olan çoxlu sayda yalan və saxta məlumatlar yayılır. Nəticədə bu kimi saxta məlumatların ifşası üçün Azərbaycan tərəfinin müdaxiləsinə ehtiyac qalmır.

    Bu barədə prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mediaya açıqlamasında deyib.

    O qeyd edib ki, Ermənistan müdafiə nazirinin AR Dövlət Sərhəd Xidmətinin hərbi geyimində olan erməni hərbçilərlə fotoşəkli Ermənistanın muzdlularla bağlı saxta kampaniyasını alt-üst etdi:

    “Ermənistanın Müdafiə Nazirliyi və digər qurumları yeni muzdlu barədə məlumat verəcəklərini bəyan etdikləri halda, Ermənistanın Ədliyyə Nazirliyi üçüncü muzdlunun olmadığını etiraf etdi. Yəqin ki, səhnələşdirilmiş teatr üçün müvafiq şəxsi tapa bilməyiblər. Süni ruh yüksəkliyi yaratmaq üçün özünü bloqer adlandıran şəxslər cəlb olunaraq Ermənistan tərəfindən həmçinin saxta döyüş səhnələri hazırlanır.

    İşğaldan azad edilmiş ərazilərimizdə mülki insanın öldürülməsi barədə qondarma rejimin yaydığı məlumat növbəti dezinformasiyadır. Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biri də odur ki, Azərbaycan mülki insanlarla savaş aparmır. Xocalı soyqırımı insanlıq əleyhinə cinayətinin bariz nümunəsi olaraq, Ermənistanın siyasi-hərbi rəhbərliyinin əsil mahiyyətini nümayiş etdirdi. İrqi ayrı-seçkilik əsasında Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycan xalqına qarşı etnik təmizləmə törədilib.

    Tərtər, Gəncə, Bərdə və digər şəhərlərin mülki əhalisinin, o cümlədən azyaşlı uşaqların raket hücumları ilə qətlə yetirilməsi Ermənistanın Xocalı soyqırımı siyasətinin davamıdır. Dəyişən yalnız istifadə olunan vasitələrdir. Ermənistan silahlı qüvvələrinin doktrinasında və döyüş hazırlığında mülki Azərbaycan əhalisinin hədəfə alınması müəyyən edilmiş məqsədlərdən biridir”.

    H.Hacıyev onu da əlavə edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan mülki insanlar üçün ən böyük təhlükə Ermənistan və kriminal xunta rejimidir:

    “Onlar tərəfindən mülki insanlara qarşı cinayətlərin törədilməsi və sonra buna görə Azərbaycanın günahlandırılması halları istisna edilməməlidir. İşğal olunmuş ərazilərimizdə yaşayan mülki erməni əhalisini ayıq-sayıq olmağa və hərbi əməliyyatların getdiyi ərazilərdən kənar durmağa çağırırıq. Azərbaycanın nəzarətində olan əraziyə keçmək istəyən mülki insanlara beynəlxalq humanizm prinsipləri əsasında bütün lazımi yardım və dəstək göstəriləcəkdir”.

  • Sumqayıtda karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib – FOTO

    Sumqayıtda karantin qaydalarına əməl olunmasını təmin etmək üçün polislər tərəfindən reydlər davam etdirilir. Paytaxt Bakı ilə yanaşı Sumqayıt şəhərində də polis əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə gündəlik olaraq gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumatda qeyd olunub.

    Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarından təşkil edilən mobil qruplar vasitəsi ilə şəhərin hər bir küçə və prospektində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

    Reydlər zamanı mağazalara maskasız daxil olan alıcılar və buna biganə qalan obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə cərimələniblər. Tədbir zamanı polislər tərəfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.

    Reyd zamanı həmçinin ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər. Belə hallara yol verən avtobus sürücüləri barəsində ciddi tədbirlər görülüb. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb. Həmçinin taksilərdə sərnişinlərlə sürücülər arasında quraşdırılmalı olan şəffaf arakəsmələrdən istifadə etməyən şəxslər də cərimə ediliblər.

    Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Sumqayıt şəhər sakinləri ilə fərdi profilaktik söhbətlər aparılıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah edilib.
    Bir daha vətəndaşlarımızdan xahiş olunur ki, koronovirusun daha geniş miqyasda yayılmasına imkan verməmək üçün krantin qaydalarına əməl etsinlər.

    Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.