Month: November 2020

  • Döyüşlər cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib – RƏSMİ

    Noyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib.

  • Минобороны: Уничтожено большое количество живой силы противника

    Противник, понеся потери в живой силе и военной технике на различных участках фронта, вынужден был отступить.

    Об этом сообщает пресс-служба Минобороны.

    В течение суток на различных направлениях фронта были уничтожены и выведены из строя большое количество живой силы, два танка Т-72, три пушки Д-30, зенитная установка “Застава М-55”, тактический БПЛА, три военные грузовые машины.

    В настоящее время наши войска контролируют оперативную обстановку.

  • İtkilər verən düşmən geri çəkilməyə məcbur edilib – RƏSMİ

    Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 haubitsa topu, 1 ədəd “Zastava M-55” zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilib və sıradan çıxarılıb.

    Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

  • Füzuli sakinlərinin 27 illik həsrətdən sonrakı sevinci – VİDEO

    İşğal altında olan torpaqlarımız azad edildikcə, həmin rayon və kəndlərin doğma sakinlərinin də ürəyində sevinc yaranır. Elə Füzuli sakinləri kimi… Onların da torpaqları işğaldan azad edilib.

    Baku TV xəbər verir ki, hazırda Mingəçevirdə yaşayan ailənin sevinci sözlə ifadə olunmayacaq qədərdir. Söhbət Füzuli şəhərindən məcburi köçkün olan Məmmədovlar ailəsindən gedir.

    Ailə başçısı Xudafir Məmmədov doğma elində kənd təsərrüfatı ilə, xüsusən də taxılçılıqla məşğul olurmuş. Onun həyat yoldaşı İradə xanım isə müəllim işləyib. Sevinci hədsiz olan ailə tezliklə doğma Füzuliyə qayıdacaqları günü gözləyirlər.

    Ailənin böyük övladı Erland Məmmədovun Füzulidən çıxanda 6 yaşı olub. Sevincindən həyəcanlanan, kövrələn Erland öz elində, doğma Füzulidə uşaqlıq xatirələrini də unutmayıb.

    Füzuliyə qayıdacaqları günə səbirsizlənən Xudafir Məmmədovun xanımı qaynanasından yadigar saxladığı şüşə meyvə qabını 27 ildir boş qoyub. İradə xanım həyətinə döndüyü gün onu meyvə ilə doldurub masaya gətirəcəyini deyir.

  • Vyana teraktında yaralıların rəsmi sayı açıqlanıb

    Vyanada ötən gecə baş verən terror aktı zamanı yaralıların sayı 22 nəfərdir.

    “Kurier”in məlumatına görə, bu barədə Avstriyanın Daxili İşlər naziri Karl Nexammer bildirib.

    “Hazırda Vyana xəstəxanalarında yaralıların sayı 22-dir”, – o deyib.

  • Bakıda “Shacman” yandı

    Bakı şəhərinin Sabunçu rayonunda “Shacman” markalı yük avtomobilinin mühərrik hissəsi yanıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • ABŞ-da prezident seçkiləri – CANLI YAYIM

    Bu dəqiqələrdə Respublikaçılar Partiyasının namizədi, ABŞ-ın hazırkı Prezident Donald Tramp canlı yayımda Birləşmiş Ştatlar vətəndaşlarına müraciət edir:

  • Враг подвергает интенсивному обстрелу села Агдамского района

    4 ноября, начиная с 10:00, вооруженные силы Армении ведут интенсивный артиллерийский обстрел сел Агдамского района.

    Об этом сообщает Министерство обороны Азербайджана.

    Отмечается, что подразделения азербайджанской армии предпринимают адекватные ответные меры.

  • Ermənilər Ağdamın kəndlərini intensiv atəşə tutur – RƏSMİ

    Noyabrın 4-ü, saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərini intensiv artilleriya atəşinə tutur.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür.

  • Мировые цены на нефть растут

    Мировые цены на нефть растут в ходе торгов в среду, 4 ноября, передает RT.

    Декабрьские фьючерсы на нефть WTI выросли на 2,18%, составив 38,48 доллара за баррель.

    Фьючерсы на нефть марки Brent с поставкой в январе увеличились на 2,17% – до 40,57 доллара за баррель.