Month: November 2020

  • Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları məhv edilib – VİDEO

    Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib.

    Düşmən tanklarının məhv edilməsi anlarını əks etdirən videogörüntünü təqdim edirik.

  • Paşinyanın son cəhdləri də iflasa uğrayır

    Ermənistan baş naziri Nikol Paşinyan xarici ölkələri dəstəyə çağırır. Zatən bu onun ən yaxşı bacardığı işdir. Hansısa ölkə başçısına telefonla zəng etmək, hansısa dövlət xadiminin qapısının önündə yatmaq, hansısa prezidentə məktub ünvanlamaq – bunlar hamısı məhz Ermənistanın baş nazirinin timsalında cəmləşən xüsusiyyətlərdəndir.

    İndi “kiçik qardaşı” Araik Arutyunyanın Rusiya prezidenti Vladimir Putinə sosial şəbəkə vasitəsilə etdiyi müraciətdən sonra Paşinyan “Facebook” fenomeninə çevrilmək qərarına gəlib. O, bu gün üç dildə yenə Azərbaycanın terrorçu qruplaşmalardan istifadə etdiyini bildirməyə çalışıb. Hətta irəli gedərək bundan bölgədə nəinki xristianların, eləcə də yəhudi və müsəlmanların zərər görəcəyini bildirib.

    Belə desək, “meymun baxar güzgüyə, adın qoyar özgəyə” məsəli yada düşür. Bəli, məhz Paşinyanın hər müsahibəsində Suriyadan Azərbaycana gəlmiş terrorçularla və ya Türkiyə Ordusu ilə döyüşdüklərini vurğulamaq istəyi meymunluqdan başqa bir şey deyil. Təəssüflər olsun ki, Ermənistan tərəfinin muzdlu ərəblərlə bağlı yaydığı saxta videolara beynəlxalq ictimaiyyət də tez inanır. Və yaxud azərbaycanlı əsiri danışdıraraq onun dilindən “türklər bizə təlim keçirdi” sözünü əllərində bayraq edirlər. Bu bədbəxtlər anlamırlar ki, Azərbaycan heç vaxt Türkiyə Ordusu ilə birgə təlim keçdiyini gizlətməyib və bunu hər iki ölkə arasında müdafiə sahəsində olan əməkdaşlıq müqaviləsi ilə əlaqələndirib.

    Deyir, qonşu mənimdir, kəramətinə də bələdəm. Beynəlxalq ictimaiyyət bilməyə bilər. Amma Ermənistan rəhbərliyinin illərdir, saxta informasiyalarını görən Azərbaycan xalqından yaxşı erməni siyasi elitasını tanıyan olmaz.

    Muzdlu məsələsinə qayıtdıqda, Paşinyan “Rossiya-1” telekanalına müsahibəsində Dağıstanda baş vermis hansısa hadisənin terror olduğunu deyir, Azərbaycanda guya yaraqlıların olduğunu iddia edir və bu iki məsələni çox primitiv, hətta orta statistik jurnalistdən də aşağı səviyyədə sübut etməyə çalışır. O, İrana terror təhlükəsi haqqında mesajlar ötürür, İsraili şeytanla əməkdaşlıqda ittiham edir.

    “The Jerusalim Post” nəşrinə müsahibəsində Paşinyan İsraili terrora dəstək verməkdə ittiham etməklə yanaşı, həm də guya Azərbaycanın və Türkiyənin simasında yəhudi dövlətinə qarşı təhlükə alyansının yarandığını bildirir, bununla İsraili də bu münaqişəyə cəlb etməyə çalışır.

    Son statuslarına gəlsək, sonuncu cümləsində Vyanada baş tutan terroru Qarabağa calayır. Bildirmək istəyir ki, bu terrorun yeri, məmləkəti yoxdur, hamı üçün təhlükədir. Amma özünün ordusunun döyüşməkdən qaçdığı meydanda önə PKK terrorçularını verdiyini unudur. Ən əsası, özündən başqa hamıda günah axtaran Paşinyan Azərbaycan Ordusunun hər hansısa muzdlulara ehtiyacı olmadığını bilə-bilə bunu dilinə gətirməkdən çəkinir.

    Məhz onun siyasətdə qalmasının yeganə yolu da bu yalanlardan keçir. Qarabağ münaqişəsində məğlubiyyət onun erməni xalqı tərəfindən siyasət aləmindən qovulması demək olacaq. Ona görə də Paşinyan son variantlarını işə salıb. Görünən odur ki, beynəlxalq ictimaiyyət də artıq Azərbaycanın haqlı mübarizəsini qəbul etdiyindən, Ermənistanın bütün istəkləri rədd edilir, ölkəmizə birbaşa dəstək olmasa da, önümüzə çəpər çəkən də olmur.

  • Nazirlər Kabineti aqrar sığorta qaydalarını AÇIQLAYIB

    Nazirlər Kabineti 431 nömrəli Qərarını izah edib.

    Nazirlər Kabinetindən verilən məlumata görə, “Aqrar sığorta Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə qəbul olunub.

    Qərarla təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”na əsasən, kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortası üzrə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıq, kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar, akvakultura məhsulu kimi balıqlar, o cümlədən mayalanmış kürülər, sürfələr və körpə balıqlar aqrar sığorta predmeti hesab olunur.

    Qaydaların tətbiqi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının bu sahədə üzləşdikləri risklərin azaldılması, onlara dəymiş zərərin və itkilərinin aradan qaldırılması, aqrar sektorun investisiya cəlbediciliyinin yüksəldilməsi, kənd təsərrüfatı sahəsində sabit biznes mühitinin yaradılması, aqrar sahədə sığortanın inkişaf etdirilməsi, o cümlədən bu sahə üzrə dövlət dəstəyi mexanizminin praktiki cəhətdən tənzimlənməsi təmin ediləcək.

  • Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları məhv edilib

    Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib.

    Bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib.

    Düşmən tanklarının məhv edilməsi anlarını əks etdirən videosujeti təqdim edirik.

  • Ermənistan müdafiə nazirliyi yenidən öz ampluasında – Yenə də yalan uydurur – MN

    Ermənistan Müdafiə Nazirliyi ictimaiyyəti yanlış məlumatlandırmaqda davam edir.

    Ermənistan tərəfinin erməni mövqeləri istiqamətində artilleriya zərbələri endirməsi nəticəsində guya bir neçə mərminin İran ərazisinə düşməsi barədə xəbər “boş patronla havaya güllə atmaq” kimidir.

    Birincisi, döyüş əməliyyatları çoxdan sərhəddən şimal istiqamətində və İran ərazilərindən xeyli uzaqlıqda aparılır.

    İkincisi, nəzərə alsaq ki, Azərbaycan Ordusu döyüş əməliyyatlarını şimal istiqamətində keçirir, yəni İranla həmsərhəd ərazilərdən işğal altındakı ərazilərin dərinliyinə doğru, hətta nəzəri cəhətdən belə bölmələrimizin atdığı mərmilər İran ərazisinə heç cürə düşə bilməz.

    Göründüyü kimi, Ermənistan müdafiə nazirliyinin nümayəndəsi məlumat mətnini yenidən səhv salıb.

    Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

  • “Ermənistan müharibənin müddətini muzdlularla, terrorçularla uzatmaq istəyir”

    “Ermənistan müharibənin müddətini uzatmağa çalışır, məğlubiyyətlə razılaşmaq istəmir”.

    Bunu Milli.Az-a açıqlamasında geosiyasət və konfliktologiya üzrə ekspert Ramiz Sevdimalıyev deyib.

    Ekspert qeyd edib ki, Ermənistan partizan-terrorçu müharibəsinə keçmək istəyir:

    “Ermənistan ənənəvi olaraq həmişə muzdluların, terrorçuların xidmətindən istifadə edib, yararlanıb və bu gün də o yolla gedir. Ona görə, Amerikadan, Fransadan, Argentinadan, Livandan, Suriyadan, Kanadadan və s. dünyanın müxtəlif yerindən tək erməni əsilli yox, həmin ölkələrin radikal partiyalarının irqçi çağırışları əsasında Qarabağda döyüşlər üçün müəyyən miqdarda pul müqabilində döyüşçülər cəlb edilir. Ermənistan müharibənin müddətini hansısa formada könüllülərlə, ya muzdlularla, ya terrorçularla uzatmaq istəyir. Onlar çalışırlar ki partizan-terrorçu müharibəsinə keçsinlər. Amma məsələ burasındadır ki, partizan-terrorçu müharibəsi aparmaq üçün gərək yerli xalqdan da ona dəstək olsun. Amma Dağlıq Qrabağda heç bir dəstək olmayacaq. Ona görə, hər hansı bir partizan müharibəsindən söhbət gedə bilməz. Çünki yerli əhali dəstək verməyəcək və onların niyyəti alınmayacaq. O ki qaldı terror müharibəsi, ermənilər dünyanın hər bir yerindən yığışıb gəlirlər. Güya ki, onlar “erməniçilik təhlükədədir” adı altında güya Dağlıq Qarabağda erməniçiliyi xilas etmək istəyirlər. Mənə elə gəlir ki, bunun heç bir perspektivi yoxdur. Çünki bu gün uzunmüddətli partizan-terror müharibəsi aparmaq üçün texniki imkanları onlara imkan vermir”.

    R. Sevdimalıyev onu da qeyd edib ki, Ermənistan höküməti bu faciədən üzüağ çıxmaqla öz cəmiyyətini, öz dövlətini xilas etmək əvəzinə müharibə yolunu seçib:

    “Azərbaycan Ordusu çox müasir silahlarla, uçuş aparatları ilə silahlanıbdır və onların hamısını nöqtəbənöqtə harada gizlənməyindən asılı olmayaraq tapıb məhv etmək mümkün olacaqdır. Sadəcə olaraq Ermənistan bu gün bu yolu seçməklə bir daha göstərir ki, regiona ən böyük təhdiddir, ən böyük təhlükə mənbəyidir. Çox maraqlıdır ki, Ermənistan özü başa düşür ki, erməni cəmiyyəti bu gün faciə yaşayır. Ermənistan höküməti bu faciədən üzüağ çıxmaqla öz cəmiyyətini, öz dövlətini xilas etmək əvəzinə daha da vəziyyət gərginləşdirmək, daha da ağır təxribatlar, riyakarlıq, müharibə yolunu seçib. Təəssüf olsun ki, bu gün biz Ermənistan cəmiyyətində bir dənə də olsun siyasi partiya və ya onun liderlərini görmürük ki, onlar elan etsinlər ki, dayanmaq, Azərbaycanla sülhə getmək lazımdır. Ermənistanda bunu bu şəkildə dilə gətirən heç bir siyasi qüvvə yoxdur, əksinə bütün siyasi qüvvələr, könüllülər, idmançılar bu prosesdə iştirak edirlər, xarici dövlətlərdən silah daşımaqla məşğuldurlar. Hətta Ermənistan parlamentində könüllülər dəstəsinə legitimlik, hüquqi don geydirmək üçün qanun layihəsi qəbul etdilər. Güya ki, könüllülər dəstəsi Ermənistanın silahlı qüvvələrini tərkib hissəsində Azərbaycana qarşı Dağlıq Qarabağda vuruşacaqlar. Yəni ki, Ermənistan üçün vəziyyət gərgin, ağır olaraq qalır, getdikcə bu kəskin vəziyyət dərinləşir. Amma əfsuslar olsun ki, Ermənistanın siyasi elitası, Ermənistan cəmiyyəti bundan düzgün nəticə çıxarmaq istəmir, ya da nəticə çıxaracaq qabiliyyətdə deyillər”.

  • Sahibə Qafarova Qətərin səfiri ilə Dağlıq Qarabağı müzakirə edib

    Azərbaycan dost Qətər dövləti ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına böyük önəm verir.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova noyabrın 3-də Qətərin ölkəmizdəki səfiri Feysəl Bin Abdullah Əl-Hinzabla görüşündə deyib.

    Bildirilib ki, dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir. Qeyd olunub ki, bugünədək iki ölkə arasında 32 sənəd imzalanıb. Azərbaycanla Qətər arasında mövcud siyasi dialoq iqtisadi münasibətlərimizə də öz müsbət təsirini göstərir. Təkcə ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2 milyard ABŞ dolları həcmində olub.

    Milli Məclisin Sədri deyib ki, ölkələrimizin ali qanunvericilik orqanları arasında xoş münasibətlər mövcuddur. Bu gün Milli Məclisdə Qətərlə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Deputatlarımız nüfuzlu beynəlxalq parlament təşkilatlarında fəal iştirak edir, mühüm məsələlərin müzakirəsində bir-birilərinə dəstəklərini əsirgəmirlər.

    Görüşdə Spiker Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, cəbhə bölgəsində mövcud durumdan danışıb. Sahibə Qafarova Azərbaycanın haqlı mübarizəsində ölkəmizə verdiyi dəstəyə görə Qətər dövlətinə və xalqına təşəkkürünü ifadə edib.

    Səmimi qəbul üçün minnətdarlığını bildirən Qətərin Azərbaycandakı səfiri Feysəl Bin Abdullah Əl-Hinzab ölkəsinin Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini söyləyib. Bildirilib ki, yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizin daha da dərinləşməsi üçün yaxşı zəmin yaradıb.

    Qonaq, parlamentlər səviyyəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin dostluq və strateji tərəfdaşlıq münasibətlərimizin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib. Bildirilib ki, Qətər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində və digər prinsipial məsələlərdə dost və qardaş Azərbaycanın mövqeyini dəstəkləyir.

    Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Azərbaycanda qızıl və gümüş bahalaşır

    Azərbaycanda qızıl və gümüş bahalaşıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, noyabrın 3-də qızılın qiyməti noyabrın 2-i ilə müqayisədə 19,176 manat (0,6 faiz) artaraq 1 unsiya üçün 3 216,3065 manat təşkil edib.

    Gümüş 0,3213 manat (0,79 faiz) bahalaşaraq 1 unsiya üçün 40,897 manata bərabər olub.

    Platinin qiyməti 20,5445 manat (1,42 faiz) artaraq 1 463,207 manat, palladiumun qiyməti 34,8075 manat (0,91 faiz) azalaraq 3 799,2195 manat təşkil edib.

    Bir ay ərzində bir unsiya qızıl 0,9945 manat (0 faiz) bahalaşıb, gümüş 0,7607 manat (1,9 faiz) bahalaşıb, platin 46,104 manat (3,1 faiz) ucuzlaşıb, palladium 136,8925 manat (3,5 faiz) ucuzlaşıb.

    Bir il ərzində isə bir unsiya qızıl 648,2015 manat (25,2 faiz) bahalaşıb, gümüş 10,212 manat (33,3 faiz) bahalaşıb, platin 120,598 manat (7,6 faiz) ucuzlaşıb, palladium 743,2825 manat (24,3 faiz) bahalaşıb.