Month: November 2020

  • Neftin qiyməti qalxır

    Dünya bazarında neftin qiymətində artım qeydə alınıb.

    RT xəbər verir ki, WTI markalı neftinin dekabr fyuçersləri 2,18 faiz artaraq, bir bareli 38,48 dollara çatıb.

    “Brent” markalı neftin yanvar fyuçersləri 2,17 faiz artaraq, bir bareli 40,57 dollar olub.

    Dünya bazarında neft qiymətlərinin bahalaşması fonunda Azərbaycan neftinin qiymətində də artım müşahidə olunur. Hazırda, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,56 dollar artıb və 39,31 dollar təşkil edib.

  • Instagramın sevilən “Superzoom” effekti Facebookda

    Uzun müddətdir Instagramda istifadəçilər tərəfindən sevilən və çox istifadə olunan “Superzoom” effektinin istifadəçilər tərəfindən Facebooka əlavə olunduğu müşahidə olunur. Bu effekt sosial şəbəkənin hekayələr bölməsində istifadə üçündür. Onun vasitəsi ilə istifadəçilər kamera ilə çəkiliş edərkən kadrı çox yaxından edir və əlavə olaraq maraqlı və əyləncəli səs və görüntü effektləri verir.

  • Separatçı məmurlar Qarabağdan qaçırlar

    Qondarma Dağlıq Qarabağ rejimi casusluq və cəbhədən qaçmaq qalmaqalına görə bir çox məmuru işdən çıxarılıb.

    Ermənilərə məxsus KİV yazır ki, səfərbərlikdən yayınan, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindən müharibə qorxusu ilə qaçan məmurlar vəzifələrindən azad olunublar.

    Qondarma rejimin işdən çıxarılan məmurlarının siyahısı belədir:

    “Prezident”in köməkçisi” Rudik Martirosyan

    “Baş Prokurorun müavinləri” Erik Verdiyan və Sasun Qabrielyan

    “Dövlət Statistika Şurasının üzvü” Armen Soqomonyan

    “Mərkəzi Seçki Komissiyasının üzvü” Yeqişe Soqomonyan

    “Əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini” Arkadi Soqomonyan,

    “Şəhərsalma və arxitektura nazirinin müavini” David Avanesyan

    “Təhsil və elm naziri” Erik Qriqoryan

    “Dövlət Gəlirləri Komitəsinin Aparat rəhbəri” Qagik Ayrapetyan

    “Prezidentin inzibati işlər üzrə köməkçisi” Artak Arstamyan

    Həmçinin, bildirilib ki, işdən çıxarılan vəzifəli şəxslər biabırçı davranışlarına görə qanun çərçivəsində digər sanksiyalarla da üzləşəcəklər.

  • Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib – VİDEO

    Noyabrın 3-ü günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin üç ədəd topu məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib

  • İŞİD Vyanadakı terrora görə məsuliyyəti öz üzərinə götürdü

    İŞİD Vyanadakı terrora görə məsuliyyəti öz üzərinə götürdü.

    Bu barədə Reuters məlumat yayıb.

    Xatırladaq ki, bazar ertəsi axşam naməlum şəxslər Avstriya paytaxtının mərkəzində bir neçə hücum təşkil ediblər. Hadisə nəticəsində hücumçulardan biri və dörd mülki şəxs həlak olub. Daha 18 nəfər yaralanıb.

    Hökumət baş verənləri terror aktı kimi dəyərləndirib. Avstriyada üç günlük milli matəm elan olunub.

  • Anna Mehrabyanın oğlunu Gəncəyə atılan erməni raketi öldürdü

    Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Gəncəyə raket hücumu nəticəsində həlak olan 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Mayakovun anası Stavropol sakini Anna Mehrabyan oğlunun cəsədinin Yessentuki şəhərinə göndərilməsinə təkid edir.

    Bu barədə “Bloknot-Stavropol” nəşri yazıb.

    “Arturun atası dünyasını dəyişəndə hamiləliyin beşinci ayında idim. O, bilirdi ki, Azərbaycanda – Gəncədə nənəsi, babası və başqa qohumları var. Onu mən böyütmüşəm, özüm tərbiyə etmişəm. Qohumları Azərbaycandan gəlir və bizdə qonaq olurdular”, – deyə A.Mehrabyan bildirib.

    Bir dəfə Artur onu tətilə Azərbaycana buraxmağımı istədi. O, atasının yaşadığı şəhəri görmək və onun qəbrini ziyarət etmək istəyirdi. Anna Mehrabyan oğlunu onun arxasınca gələn nənəsi ilə Azərbaycana göndərib.

    “O mənə dedi ki, “ana, əgər Azərbaycan xoşuma gəlsə, orada qalacam”. Cavabında ondan soruşdum: “bəs mən necə olacam?”. Artur deyirdi ki, Gəncədə ona daha yaxşdır, atasının olduğu yerlərdə olmaq istəyir”, – deyə qadın bildirib.

    Artur iki il yarım Gəncədə yaşayıb və oxuyub. O, Yessentukiyə qayıtmalı olsa da, pandemiya başlayıb. Sərhədlər bağlanıb, daha sonra döyüşlər başlayıb. Narahat olan Anna Mehrabyan səfirliyə və nazirliyə müraciət edib.

    “Həmin vaxt bir aydır ki, oğlumu görmürdüm. Məni əmin etdilər ki, vəziyyət nəzarət altındadır, hər şey yaxşıdır və yerli sakinlərə toxunmurlar. Arturun xalası deyir ki, mütləq onunla gələcək”, – deyə A.Mehrabyan qeyd edib.

    Oktyabrın 17-də ailə böyük faciə ilə üzləşib. Gecə yaşadıqları evə mərmi düşüb və ev dağılıb. Artur ağır yaralanıb və komaya düşüb. 24 oktyabra qədər komada qalan Arturun həyatını xilas etmək mümkün olmayıb.

    “Mən təsadüfən öyrəndim ki, övladım ölüb. Mən son ana qədər inanmadım. Düşünürdüm ki, düz deyil. Sonra isə onun adını gördüm. O, oktyabrın 17-dən komada olub”, – deyə A.Mehrabyan söyləyib.

  • Sergey Lavrov Qarabağ münaqişəsinin həlli barədə: “Türk tərəfdaşlarımızla birlikdə çalışacağıq”

    Danışıqlar formatı, o cümlədən onun genişlənməsi, dəyişikliklər və.s ilə bağlı bir çox təkliflər var. Bu mövzu həmçinin Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə müzakirə olunub.

    Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Kommersant” nəşrinə müsahibəsi zamanı bildirib.

    “Problemin hərbi yolla həllinin mümkünlüyü mövqeyini dəstəkləmədiyimizi gizlətmirik. Həm erməni, həm də Azərbaycan xalqına dost və qardaş xalq kimi baxaraq, biz bu cür fikirləri bölüşə bilmərik. Rusiya, ABŞ və Fransa prezidentləri yalnız siyasi tənzimləmənin lehinə çıxış ediblər. Məhz bu həmsədrlər “üçlüyü” konfliktin aradan qaldırılması üçün hər kəs tərəfindən tanınan vasitəçilik formatıdır”, – deyə S.Lavrov bildirib.

    S.Lavrov bildirib ki, Rusiya problemin həlli üçün bütün tərəfdaşlarla, o cümlədən tərəflərin qonşu dövlətlərlə işləmək mövqeyindən çıxış edir.

    “Rusiyanın XİN rəhbəri həmçinin Rusiya rəsmilərinin Ankaranın yürütdüyü siyasətə müsbət yanaşması ilə bağlı suala da cavab verib.

    Moskva və Ankara çevik, praqmatik bir yanaşma göstərməyi bacaran və bir-biri ilə qarşılıqlı əlaqə zamanı strateji baxışları rəhbər tutan tərəfdaşlardır.

    Rusiya və Türkiyə ən müxtəlif regionlarda böhranların tənzimlənməsi üzərində gərgin işləyirlər. Suriyadakı qarşılıqlı fəaliyyətimiz rus və türk diplomatlar, hərbçi və xüsusi xidmət orqanları arasında işgüzar,maraqların qarşılıqlı nəzərə alınmasına əsaslanan əməkdaşlığın aşkar nəticəsi olaraq qalır. İranla birlikdə bu gün ən uyğun tənzimləmə mexanizmini – Astana formatını yaratmağı bacardıq. İdlib və Fərat kimi problemli bölgələrdə Rusiya-Türkiyə ortaq patrul dəstələri yaradıldı, terror qruplarının zərərsizləşdirilməsi istiqamətində işlər aparılır və suriyalı qaçqınların vətənlərinə qayıtması üçün lazımi şərait yaradılır.

    Tripoli, Tobruk və Liviyadakı digər güc mərkəzlərində mövcud təsir rıçaqlarından istifadə edərək, ölkələrimiz BMT-nin himayəsi altında uzanan kəskin böhrandan çıxmaq və hərtərəfli Liviyadaxili dialoq qurmaq üçün şərait yaratmağa kömək edir.

    Dağlıq Qarabağ məsələsində vəziyyət kökündən fərqlidir, bunu əvvəlki sualların cavabında qismən dedim. Təkrar edirəm: gizlətməmişik və gizlətmirik ki, problemin güc yolu ilə həllini dəstəkləmirik, hərbi fəaliyyətlərin tezliklə başa çatması üçün çalışırıq.

    Tərəflər kimi, həm də onların bütün xarici tərəfdaşlarının da atəşkəsə dair müqavilələrə, nəzarət mexanizminin yaradılmasına və müəyyən bir cədvəllə məzmunlu danışıqlar prosesinin bərpasına ciddi şəkildə riayət etməsi vacibdir. Davamlı atəşkəsə nail olmaq dərhal mümkün olmasa da, bölgədəki bütün təsir gücümüzdən istifadə etməyə davam edəcəyik, hərbi ssenarinin gələcək inkişafını dayandırmaq, tərəflər arasında dialoq qurmaq və Bakı ilə İrəvanı danışıqlar masasına oturmağa razı salmaq üçün türk tərəfdaşlarımızla birlikdə çalışacağıq”, – S.Lavrov bildirib.

  • Təhsil Nazirliyi özəl məktəblərə xəbərdarlıq etdi

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarı ilə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulub. Pandemiya ilə əlaqədar olaraq, dərslər “Virtual məktəb”, eləcə də digər onlayn platformalar üzərindən keçirilir, həmçinin şagirdlərə “Dərs vaxtı” teledərsləri izləmək tövsiyə olunur.

    Təhsil Nazirliyindən verilən məlumata görə, bununla belə Nazirliyə bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin əyani formada tədrisə cəlb olunması ilə bağlı müraciətlər daxil olur:

    “Bildiririk ki, bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda adıçəkilən Qərarına ziddir. Göstərilənləri nəzərə alaraq, tərəfinizdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən Qərarına əməl edilməsi tələb olunur. Əks təqdirdə, Azərbaycan Respublikası qanunlarının tələblərinə riayət edilməməsi nəticəsində müvafiq tədbirlər görüləcək”.

  • Strasburq Universitetinin prezidenti azərbaycanlı tələbələrə müraciət etdi

    Strasburq Universitetinin prezidenti Mişel Deneken Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinə və həmkarlarına müraciət edib.

    Bu barədə UFAZ-ın rəsmi saytında bəyanat dərc olunub.

    Tələbələrə və həmkarlarına müraciət edən professor Mişel Deneken Bakı ilə Strasburq arasında məsafəyə baxmayaraq, ölkəmizdə insanların müharibədən və onun faciəvi nəticələrindən, Fransanın isə terror və pandemiyadan əziyyət çəkdiyi bir vaxtda onlara dəstəyini ifadə edib.

    Mişel Deneken xüsusən Bərdə və Gəncə şəhərlərinə hücumların günahsız qurbanları ilə bağlı UFAZ tələbələri, əməkdaşları və onların ailələrinə başsağlığı verib.

    Professor zorakılığa tezliklə son qoyulacağına və bunun sülhlə nəticələnən dialoq və danışıqlarla əvəzlənəcəyinə ümid etdiyini bildirib.

  • В боях вокруг Ходжавенда уничтожены танки врага – ВИДЕО

    Во время боев в направлении Ходжавенда 3 ноября армия Азербайджана заставила танковые подразделения врага бежать с поля боя.

    Как сообщает Минобороны, в результате точных ударов вместе с личным составом уничтожены несколько танков армянской армии.

    Представляем вам соответствующие видеокадры.