Month: November 2020

  • Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərin interaktiv xəritəsi yenilənib – VİDEO

    Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə bağlı hazırlanan interaktiv xəritəyə yeni ərazilər əlavə edilib.

    Həmin xəritədə sentyabrın 27-dən başlayaraq bu günə kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində azad edilən bir sıra strateji yüksəkliklər, dörd şəhər, üç qəsəbə, 192 kənd və Murovdağ zirvəsi qeyd olunub.

    Xəritədə Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Azərbaycan torpaqları müvafiq tarixi ardıcıllıqla sıralanıb.

  • Azərbaycanın Los-Ancelesdəki baş konsulu ABŞ-ın nüfuzlu telekanallarına müsahibələr verib – VİDEO

    ABŞ-da fəaliyyət göstərən radikal erməni lobbisinin təşkilatçılığı ilə 1 noyabr 2020-ci ildə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun qarşısında nümayiş keçirilib. Öncədən erməni lobbisi nümayişə on minlərlə insanın qatılacağını bəyan etsə də, Los-Anceles Polis İdarəsinin rəsmi açıqlamasına əsasən, nümayişə yalnız 400-500 nəfər qatılıb.

    Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu məlumat yayıb.

    Bildirilib ki, Baş Konsulluq nümayişdən öncə Los-Ancelesdə fəaliyyət göstərən nüfuzlu televiziya kanalları, radio və qəzetlərə mətbuat açıqlaması göndərib.

    Açıqlamada Ermənistanın Azərbaycana qarşı son təcavüz aktı, ölkəmizin şəhərlərini və mülki əhalisini hədəf alması, kasetli bombalardan istifadə etməklə müharibə cinayətləri törətməsi barədə məlumat verilərək, Ermənistanın bu təcavüzü nəticəsində çoxlu sayda dinc azərbaycanlının həlak olduğu və yaralandığı diqqətə çatdırılıb.

    Bundan başqa, milyonlarla izləyicisi olan nüfuzlu “FOX” və “NBC” televiziya kanalları ermənilərin sözügedən nümayişi ilə bağlı hazırladıqları reportajda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ilə müsahibəyə də yer veriblər.

    Müsahibələrdə baş konsul Ermənistanın Bərdə şəhərinə kasetli bombalardan istifadə edərək, raket zərbələri endirdiyini və nəticədə, çoxlu sayda mülki əhalinin həlak olduğunu diqqətə çatdırır.

    N.Ağayev Ermənistanın kasetli bombalardan istifadə etməsi faktının “Amnesty International” təşkilatı tərəfindən də təsdiq edildiyini bildirir. Həmçinin, baş konsul 27 sentyabrdan bəri Ermənistan tərəfindən uşaqlar da daxil olmaqla, 91 mülki vətəndaşın qətlə yetirildiyini bildirir.

    Müsahibələrdən birini burada izləmək mümkündür:

    Qeyd edək ki, Qarabağ həqiqətlərinin ABŞ ictimaiyyətinə çatdırılması üçün Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tam şəkildə fəaliyyətini davam etdirir. Bu səpkidə sentyabrın 27-dən bəri baş konsul N.Ağayev ABŞ-ın bir sıra nüfuzlu televiziya kanallarına, o cümlədən, “ABC”, “CBS”, “NBC”, “FOX”, “KTLA”, “TELEMUNDO”, “CURRENT TIME” kanallarına və “NPR/KCRW” radiosuna 20-dən çox müsahibə verərək, Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasəti barədə məlumat verib.

    Bundan başqa, bu müddət ərzində Ermənistanın ölkəmizə qarşı son hərbi təcavüzü, Gəncə və Bərdə hücumları, kasetli bombalardan istifadə etməsi, işğal olunmuş torpaqlarımızdakı mədəni irsimizə qarşı təcavüzkarlığı ilə bağlı Baş Konsulluq tərəfindən ingilis dilində altı qısa film hazırlanıb. Filmlər sosial şəbəkələrdə geniş yayılaraq, ümumilikdə üç milyona yaxın baxış toplayıb.

  • В Измире через 91 час после землетрясения спасли четырехлетнюю девочку – ВИДЕО

    В Измире через 91 час после мощного землетрясения из-под завалов спасли ребенка, передает агентство “Анадолу”.

    Губернатор провинции Селим Кошгер сообщил, что это – четырехлетняя девочка Айла Гезгин.

    К спасательным работам на месте разрушенных домов привлечены 7 967 человек.


  • Dağıntılar altından 90 saat sonra çıxarılan möcüzə: Daha bir uşaq xilas edildi – VİDEO

    Türkiyənin İzmir şəhərində oktyabrın 30-da baş verən zəlzələnin dağıntıları altından bir azyaşlı da sağ-salamat çıxarılıb.

    “Anadolu” agentliyi məlumat verir ki, zəlzələdən 90 saat sonra azyaşlının sağ olduğu müəyyən edilib.

    Xilasedicilər onu dağıntıların altından çıxara biliblər. Onlar ətrafdakı insanların alqış sədaları ilə balaca Ayla Gezgini tibbi yardım maşınına qoyaraq xəstəxanaya yola salıblar.

    Xatırladaq ki, dağıntılar altından 65 saat sonra üç yaşlı Elif Perinçek sağ çıxarılıb.


  • Назначен новый директор Центральной райбольницы Шамахы – ФОТО

    Приказом председателя правления Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамина Байрамлы директором Центральной районной больницы Шамахы назначен Эхтирам Рустамзаде.

    Э.Рустамзаде в 1989-1995 годах учился в Азербайджанском государственном медицинском институте. В 1993-1998 годах работал медбратом и врачом-педиатром в Объединенной детской инфекционной больнице №5 Баку, занимался лечением детей, находящихся в критическом состоянии, в отделении интенсивной терапии.

    В 1996-1997 годах Э.Рустамзаде в качестве врача общей практики принимал участие в программе по оказанию первичных медицинских услуг в гуманитарной организации “Врачи без границ”, был организатором и руководителем ряда международных проектов.

    Также занимал различные должности в Агентстве продовольственной безопасности Азербайджана и его институте.

    Э.Рустамзаде – председатель общественного объединения “Группа интеграционного развития”.

  • Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT – FOTO

    Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

    Bu barədə TƏBİB idarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.

    Onun əmri ilə Ehtiram Feyzullah oğlu Rüstəm-zadə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

    Ehtiram Rüstəm-zadə 1989-1995-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 1993-1998-ci illərdə Bakı şəhər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasında tibb qardaşı, həkim-pediatr vəzifələrində çalışıb, xəstəxananın intensiv terapiya şöbəsində sağlamlığı kritik vəziyyətdə olan uşaqların müalicəsini həyata keçirib.

    1996-1997-ci illərdə Sərhədsiz Həkimlər Təşkilatında İlkin Səhiyyə Xidmətləri Proqramında ümumi həkim kimi iştirak edən Ehtiram Rüstəm-zadə bir çox beynəlxalq tibbi layihələrin təşkilatçısı və rəhbəri də olub.

    O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda bir çox vəzifələrdə çalışıb.

    “İnteqrasiyalı İnkişaf Qrupu” İctimai Birliyinin sədridir.

  • Vyana hücumunda əli olan terror qruplaşması açıqlandı

    Cihadçılar Vyanadakı hücumda iştirak etdiklərini açıqlayıblar.

    Bu barədə ekstremistlərin informasiya fəaliyyətini izləyən ABŞ şirkəti “SITE Intelligence Group” xəbər yayıb.

    Qeyd edilir ki, hadisə ABŞ-ın İŞİD terror qruplaşmasına qarşı mübarizə koalisiyasında iştirakı üçün Avstriya ilə “hesablaşma hissəsi”dir.

    Xatırladaq ki, bazar ertəsi Vyananın mərkəzində bir qrup naməlum şəxs silahla atəş açaraq, insanlara hücum edib.

    Avstriya kansleri Sebastian Kurz hadisənin terror hücumu olduğunu deyib.

    Hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, hadisə nəticəsində biri terrorçu olmaqla, üç nəfər ölüb, 15 nəfər yaralanıb.

  • Мировые цены на нефть снижаются

    Мировые цены на нефть снижаются в ходе торгов во вторник, 3 ноября, передает RT.

    Декабрьские фьючерсы на нефть WTI снизились на 0,14%, составив 36,76 доллара за баррель.

    Фьючерсы на нефть марки Brent с поставкой в январе уменьшились на 0,26% – до 38,87 доллара за баррель.

  • Neftin qiyməti düşür

    Dünya bazarında neftin qiyməti azalır.

    RT xəbər verir ki, WTI markalı neftin dekabr fyuçersləri 0,14 faiz azalaraq, bir bareli 36,76 dollar təşkil edib.

    “Brent” markalı neftin yanvar fyuçersləri 0,26 faiz azalaraq, bir bareli 38,87 dollara enib.

  • Число вылечившихся от коронавируса в мире превысило 34 млн

    По данным на утро 3 ноября, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 47 326 715.

    Суточный прирост составил 503 145 человек.

    За весь период пандемии скончался 1 211 421 человек, выздоровели – 34 035 878.

    Больше всего инфицированных в США (9 567 543). На 2-м месте – Индия (8 267 623), на 3-м – Бразилия (5 554 206). В первую пятерку также входят Россия (1 655 038) и Франция (1 466 433).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 236 997, а по количеству выздоровевших – Индия – 7 603 121.

    Иран с 628 780 заболевшими занимает 14-е место, Турция (379 775) – 24-е.

    В Армении коронавирусом заболели 93 448 человек, в Грузии – 42 579.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 35 738 летальных исходов.

    На сегодня в Азербайджане подтверждены 57 040 случаев инфицирования коронавирусом, 44 479 человек вылечились, 753 – скончались.