Month: November 2020

  • Ermənistan işğaldakı ərazilərimizdə terror təşkilatı yaradıb – RƏSMİ + FOTO

    Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən digər dövlət qurumları ilə birgə zəruri tədbirlərin görülməsi davam etdirilir.

    Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat yayıb.

    Həyata keçirilən bu tədbirlərin davamı kimi, Ermənistan Respublikasının vətəndaşı Vladimir Vartanov və qeyrilərinin Ermənistan Respublikasından kənarda yaşayan müxtəlif millətlərdən olan digər ölkə vətəndaşlarını cəlb edərək, həmin şəxslərdən ibarət “VoMa” (“Voxj Mnalu Arvest” – sağ qalmaq sənəti) adı altında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, həmin silahlı birləşmə tərkibində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində terrorçuluq əməllərini törətmələri və sair cinayət əməllərinə dair Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş materiallar əsasında Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb.

    Araşdırmalarla, Vladimir Vartanov və digərlərinin Azərbaycan Respublikasına və vətəndaşlarına qarşı terror aktları törətmək məqsədilə 2014-cü ildə Ermənistan Respublikası ərazisində “VoMa” adlı hərbiləşdirilmiş təşkilat təsis edərək internet resurslarından istifadə etməklə xarici ölkələrin erməni əsilli vətəndaşlarını, eləcə də, “Asala”, “PKK” və digər terror təşkilatlarının üzvlərini “VoMa”nın üzvülüyünə cəlb edib hərbi təlimlərdə iştiraklarını təşkil edərək, “Dağ-atıcı ehtiyat batalyonu”nun (“VoMA batalyonu”) tərkibində cinayətkar birlik halında birləşmələri müəyyən edilib.

    Həmçinin, qeyd olunan şəxslərin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, “Dağlıq Qarabağ Respublikası” adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

    Bundan başqa, həmin təşkilat üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, habelə terrorçuluq əlaqədar Azərbaycan Respublikasının ayrı-ayrı rayonlarında yaşayan hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərinə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmələri, habelə həmin məqsədlərlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.

    Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

    Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının öz işğalçı ordusuna muzdluları və terrorçuları cəlb etməsi beynəlxalq qanunvericiliyə zidd olduğundan, Azərbaycan Respublikası Baş Prokurorluğu beynəlxalq təşkilatları işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması üçün bütün lazımi tədbirlərin görülməsini təmin edir.







  • Nazirlik düşmənin ekoloji terroru ilə bağlı hərəkətə keçdi – RƏSMİ

    “Erməni separatçılarının törətdikləri cinayətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə beynəlxalq konvensiyaların katibliklərinə müraciət edilib”.

    Bunu mətbuata açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova məlumat verib.

    O bildirib ki, son günlərdə işğalçı Ermənistan dövləti döyüş bölgəsindən kənarda yaşayan mülki əhaliyə, ekoloji mühitə, təbii sərvətlərə, regionun ümumdünya əhəmiyyətinə malik bioloji müxtəlifliyinə, zəngin meşə sahələrinə yenidən qəsd etməyə başlayıb:

    “Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq cəbhə xəttindən kənarda yerləşən rayonları mütəmadi artilleriya atəşinə tutması nəticəsində xüsusi mühafizə olunan və beynəlxalq səviyyədə tanınan təbiət ərazilərinə, o cümlədən, Ağgöl və Göygöl milli parklarına geniş miqyaslı yanğınlara səbəb olan bir neçə raket mərmisi düşüb.

    Ermənistanın ekoloji terrorunun davamı olaraq qiymətli Şuşa meşələrinə zəhərli, söndürülməsi mümkün olmayan və qadağan olunmuş ağ fosfor maddəsindən istifadə olunmaqla od vurulub”.

    Təcavüzkar Ermənistanın 30 ildir işğal altında saxladığı Azərbaycan ərazilərində təbiət abidələrinə, bioloji müxtəlifliyə, meşə sahələrinə, yeraltı və yerüstü təbii sərvətlərə ciddi zərər vurmaqla böyük miqyaslı ekoloji terror aktları törətdiyini vurğulayan A.Səmədova qeyd edib ki, təcavüzkar Ermənistan tərəfindən qəsdən törədilən bu terror aktları nəticəsində bölgədə ciddi ekoloji fəsadlar yaranıb:

    “Təbii bitki örtüyü, min illərlə əmələ gələn torpağın üst qatı tamamilə yanıb, Azərbaycanın “Qırmızı Kitab”ı və Beynəlxalq Qırmızı Siyahıya daxil olmuş nadir, sayı kritik həddə azalan bitki və heyvan növləri məhv olub, heyvanların yaşayış arealları dağıldılıb, ekosistemin tarazlığı pozulub, ətraf mühit komponentlərinə ciddi ziyan dəyib.

    Ermənistan tərəfindən təbiətə qarşı törədilən bu ağır cinayətlər ətraf mühit sahəsində mövcud olan “Bioloji Müxtəliflik”, “Ramsar” və “Bern” beynəlxalq konvensiyalarının tələblərinin kobud surətdə pozulmasıdır.

    Azərbaycan ərazisində işğalçı Ermənistan dövləti tərəfindən mütəmadi həyata keçirilən ekoloji terror aktlarına son qoyulması və erməni separatçılarının törətdikləri cinayətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidməti sözügedən konvensiyaların katibliklərinə müraciət edib”.

  • Avstriyada üç günlük matəm elan edildi

    Avstriyada üç günlük milli matəm elan edilib. Bütün Avstriya ərazisində kilsə zəngləri çalınacaq.

    “Wiener Zeitung” xəbər verir ki, bunun səbəbi dünən axşam Vyananın mərkəzində terrorçu tərəfindən insanların kütləvi güllələnməsidir.

    Federal xidmət və şöbələrin binalarında bayraqlar yarıya qədər endirilib.

    Terror aktı ilə əlaqədar bu gün yerli vaxtla saat 12:00-da Avstriyada bir dəqiqəlik sükut olacaq.

  • DSX dənizdə köməksiz vəziyyətdə qalmış şəxsi xilas etdi

    Ötən gün Çilov adası istiqamətində “SOCAR”ın “Geofizika və Geologiya İdarəsi” tərəfindən seysmik-kəşfiyyat işlərinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinə məxsus üzmə vasitəsinin mühərrikində texniki nasazlıq yaranıb və küləyin təsiri nəticəsində bir nəfər dənizin dərinliyinə doğru səmtlənib.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, üzmə vasitəsi ilə rabitə əlaqəsinin kəsilməsi səbəbindən onun dəqiq mövqeyini müəyyən etmək mümkün olmayıb.

    Üzmə vasitəsinin axtarışına köməklik göstərilməsi barədə daxil olmuş müraciətlə əlaqədar dərhal Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisinə üzmə vasitəsinin axtarışı barədə göstəriş verilib və axtarış-xilasetmə tədbirlərinə başlanılıb.

    Sərhəd gözətçi gəmisi tərəfindən qaranlıq hava şəraitində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində Çilov adasından cənub-qərb istiqamətdə, sahildən 7 mil məsafədə dənizdə estakadaya burazlanmış qayıq aşkar edilərək yedəyə alınıb, qayıqda olan şəxs – 1978-ci il təvəllüdlü Bakı şəhər sakini Balayev Həsən Böyükağa oğlu sərhəd gözətçi gəmisinin bortuna götürülüb və ona ilkin tibbi yardım göstərilib.

    Dövlət Sərhəd Xidmətinin dəniz sərhədçiləri tərəfindən xilas edilmiş şəxs “Geofizik-3” elmi-tədqiqat gəmisinə təhvil verilib.

  • Kəlbəcərdə yerləşən Qırmızı monastır məhv olmaq üzrədir – RƏSMİ

    Kəlbəcər rayonunun Qozlu kəndində yerləşən Qırmızı monastır məhv olmaq üzrədir.

    Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, tarixi abidə 1224-cü ildə inşa edilib. Alban xristiyanlıq memarlığına aid olan abidə kompleks kilsədən, narteksdən, sovmədən və digər tikililərdən ibarətdir.

    Bu abidə 1993-cü ildən Ermənistan işğalı altındadır və məhv olmaq üzrədir.

  • Daha bir qurum vətəndaş qəbulunu dayandırır

    Koronavirusun (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il dekabrın 1-dək fəaliyyətini dayandırıb.

    İdarədən bildirilib ki, qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Məlumat sorğu mərkəzi (Telefon: 012-599-12-22) vasitəsilə cavablandırılacaq.

    Vətəndaşlar, həmçinin, idarənin rəsmi info@baku.edu.gov.az, mailform@baku.edu.gov.az elektron poçt ünvanlarına müraciət edə bilərlər.

    İnternetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları və ya digər müvafiq sənədləri İdarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.

    Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

  • Враг обстрелял Дашкесан: пожар в лесном массиве

    В результате массированного артиллерийского обстрела Дашкесанского района армянскими вооруженными силами в лесной зоне возник пожар.

    Как сообщает Report, пламя охватило территорию более 5 га.

    К тушению были привлечены силы Государственной службы противопожарной охраны МЧС.

    Пожар, возникший в горной местности, был потушен спустя несколько часов.

    Напоминаем, что несколько дней назад в результате мощного артиллерийского обстрела Дашкесана в лесном массиве села Зивлан возник пожар.

  • Düşmən Daşkəsəni atəşə tutdu: Meşəlik ərazidə yanğın

    Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından Daşkəsən rayonunun ərazisini atəşə tutması nəticəsində meşəlik ərazidə yanğın olub.

    Report-un məlumatına görə, yanğın beş hektardan çox ərazini əhatə edib.

    Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

    Dağlıq ərazidə olan meşədə baş vermiş yanğın bir neçə saatdan sonra söndürülüb.

    Xatırladaq ki, düşmən bir neçə gün öncə də Daşkəsəni ağır artilleriya atəşinə tutması nəticəsində Zivlən kəndindəki meşəlik ərazisində yanğın olub.

  • Враг обстреливает Физули из РСЗО “Смерч” – ОФИЦИАЛЬНО

    Вооруженные силы Армении ведут обстрел города Физули и окрестных сел из ракетной системы залпового огня (РСЗО) “Смерч”.

    Об этом сообщает Министерство обороны Азербайджана.

  • Düşmən Füzulini “Smerç”lə atəşə tutur – RƏSMİ

    Ermənistan silahlı Qüvvələri Füzuli şəhərini və ətraf kəndləri “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutur.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.