Month: November 2020

  • Gürcüstanın baş naziri koronavirusa yoluxub

    Gürcüstanın baş naziri Giorgi Qaxarianın koronavirusla bağlı testi pozitiv nəticələnib.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidmətindən bildirilib.

    G.Qaxaria özünü yaxşı hiss edir və ev şəraitində müalicə olunur.

    Qeyd edək ki, baş nazir ötən gündən özünütəcrid rejiminə keçib.

  • Ərdoğan: “Türkiyə Bakı-Tbilisi-Qars layihəsi ilə Londondan Çinə dəmir yolu bağlantısı qurub”

    “Samsun-Sivas dəmir yolu xətti logistika nəqliyyatının inkişafına əhəmiyyətli töhfə verəcək”.

    “Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsun-Sivas dəmir yolu xəttinin modernləşdirilməsinin başa çatması ilə bağlı tədbirdə bildirib.

    Onun sözlərinə görə, ticarət baxımından Qara dənizinin qapılarını Anadoluya açan bu dəmir yolu xətti logistik nəqliyyatda yeni bir impuls olacaq: “Bu sərmayə Samsunun regional hab olaraq mövqeyini gücləndirəcək və burada yaşayan əhaliyə biznes və iqtisadi imkanlar yaradacaq. Layihə çərçivəsində Samsun ilə Sivas arasındakı 431 kilometrlik dəmir yolu xətti bütün infrastrukturu və üst quruluşu ilə yenilənib və hal-hazırda Türkiyənin bütün dəmir yolu infrastrukturu modernləşdirilib”.

    Prezident əlavə edib ki, Türkiyə sürət qatarlarının istifadəsi baxımından dünyada səkkizinci, Avropada isə altıncı yerdə qərarlaşıb.

    O, Türkiyənin yük və sərnişin daşımalarının birlikdə həyata keçirə biləcək sürətli qatar xətlərinin də inşa etdiyini söyləyib.

    Prezident vurğulayıb ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu kimi strateji layihələrlə Türkiyə Londondan Çinə fasiləsiz dəmir yolu bağlantısı qurub.

  • Trampın rəqibi qələbə qazanacağına əmindir

    ABŞ-da prezidentliyə namizəd Co Bayden qarşıdan gələn seçkilərdə qələbə qazanacağına əmin olduğunu açıqlayıb.

    Bu barədə C.Bayden “Twitter” hesabında yazıb.

    “Əmin olun ki, bu bizim qalib gələ biləcəyimiz döyüşdür və biz qalib gələcəyik”, – deyə C.Bayden bildirib.

    Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.

  • Эрдоган: Проект Баку-Тбилиси-Карс создал железнодорожную связь между Лондоном и Китаем

    Железная дорога Самсун-Сивас внесет значительный вклад в развитие логистического транспорта.

    Об этом президент Турции Реджеп Тайип Эрдоган заявил на мероприятии, посвященном завершению модернизации вышеуказанной транспортной линии.

    По его словам, данная железнодорожная линия, открывающая двери Черного моря в Анадолу с точки зрения торговли, станет новым импульсом для логистической транспортировки:

    “Данная инвестиция укрепит позицию Самсуна в качестве регионального хаба и создаст экономические возможности для местных жителей. В рамках проекта обновлена вся инфраструктура железнодорожной линии между Самсуном и Сивасом, длина которой составляет 431 километр”.

    По словам президента братской страны, с точки зрения эксплуатации скоростных поездов Турция находится на восьмом месте в мире и на шестом – в Европе.

    Он также добавил, что такой стратегический проект, как Баку-Тбилиси-Карс создал железнодорожную связь между Лондоном и Китаем.

  • “Ermənilərin haqqı deyən mediaya hücumları terror əməlidir”

    Fransada, ABŞ-da və digər ölkələrdə yaşayan ermənilərin Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən, həqiqəti əks etdirən, tərəfsiz və qərəzsiz mövqedən çıxış edən kütləvi informasiya vasitələrinin nümayəndələrini, siyasətçiləri, ictimai fəalları ölümlə hədələmələri, təhdid və təhqir etmələri, hüquqi baxımdan təkcə söz və fikir azadlığının məhdudlaşdırılmasına deyil, həm də terrorizmə cəhd kimi qiymətləndirilməlidir.

    Median.Az bildirir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

    O bildirib ki, erməni diasporunun davranışları növ etibarilə mütəşəkkil, istiqamət etibarilə isə ultra-millətçi ideoloji əsaslara malik terrorizm nümunəsidir:

    “Məlum olduğu kimi, Azərbaycanın işğal altında olan əraziləri, həmçinin Azərbaycan Ordusunun əks-hücum və sülhə məcburetmə əməliyyatları ilə bağlı obyektiv informasiya siyasəti yürüdən, yaxud mövqe nümayiş etdirən KİV-lərə, ayrı-ayrı jurnalistlərə, siyasi və ictimai fəallara qarşı həyata keçirilən ölümlə təhdid, yaxud təhqir aksiyaları mütəşəkkil qruplar, indiki halda erməni diaspor təşkilatları tərəfindən həyata keçirilir ki, bu da onların terror fəaliyyətlərinin xarakterinin kollektiv terror kimi tövsif olunmasına əsaslı zəmin yaradır.

    Şübhəsiz ki, bu kimi hallara qarşı ilk növbədə ölümlə təhdid və təhqir, söz və fikir azadlığının məhdudlaşdırılmasına cəhd faktlarının baş verdiyi ölkələrin siyasi hakimiyyətləri, təhlükəsizlik və məhkəmə orqanları münasibət bildirməli, öz vətəndaşlarının fundamental hüquq və azadlıqlarına, həyatlarının təhlükəsizliyinə təhdid yaradan amilləri aradan qaldlrmaq istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirməlidirlər. Söz və fikir azadlıqları fundamental azadlıqlardır və bu azadlıqlara Ümumdünya insan hüquqları bəyannaməsinə qoşulan bütün dövlətlər tərəfindən təminat verilir. Baş verənlər başqa bir reallığı da ortaya qoyur və sübuta yetirir ki, erməni diaspor təşkilatları, mahiyyət etibarilə terror təşkilatlarıdır və onların fəaliyyəti öz milli mədəniyyətini qoruyub saxlamaq məqsədilə yaradılan bütün digər diaspor qurumlarından fərqlənir.

    Ermənilər yaşadıqları ölkənin qanunlarına hörmətlə yanaşmır, bu ölkənin vətəndaşları kimi deyil, Ermənistanın xüsusi xidmət orqanlarının təmsilçiləri kimi davranırlar. Yəni erməni diaspor təşkilatları ən yaxşı halda Ermənistanın nüfuz müvəkkilləri, cəsus şəbəkələridir. Düşünürəm ki, bütün bunlar ermənilərin kompakt yaşadıqları ölkələrin özü üçün də ciddi siqnal olmalıdır. Çünki Ermənistanın faşist ideologiyasından bəhrələnən bu təşkilatların missiyası ermənilərin yaşadıqları cəmiyyətlərə inteqrasiyasının qarşısını almaq, onları Ermənistanın, yaxud başqa bir ölkənin maraqlarının ifadəçisinə çevirməkdən ibarətdir. Bu təşkilatlar təlimatla hərəkət edir və ehtiyac duyulduqda “yumşaq güc”dən “dağıdıcı güc”ə – mütəşəkkil cinayətkar qruplara çevrilə bilirlər”.

  • Mən vətənim uğrunda ölməyə hazıram! – “Reuters”in Bakıdakı qaçqın şəhərciyindən reportajından

    Dünyanın nüfuzlu “Reuters” İnformasiya Agentliyi azərbaycanlı qaçqın və məcburi köçkünlərlə reportaj edib. Reportajda uzun illərdir vətən həsrəti ilə yaşayan insanların təəssüratları və Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması ilə bağlı məlumatlar yer alıb.

    Milli.Az Trend-ə istinadən bildirir ki, “Vətən həsrətini çəkən, Qarabağın sürgündəki azərbaycanlıları qayıtmaq üçün can atırlar” başlıqlı reportajda deyilir:

    “Həsən Əhmədovun son bir arzusu var – anadan olduğu torpağa, 25 ildən çoxdur işğal altında olduğunu söylədiyi torpağa qayıtmaq.


    Azərbaycanın paytaxtındakı bir qaçqın məhəlləsinin 80 yaşlı ağsaqqalı Həsən Ahmedov 29 oktyabr 2020-ci il tarixində evinin qarşısında müxbirlə danışır.
    “Bu xəyal bir az daha yaxınlaşdı” deyən məcburi köçkün Cəbrayıl rayonunun işğaldan azad olunduğunu vurğuladı. Ağsaqqal Əhmədov “Doğma kəndimiz azad edildi” dedi:

    “Ərazilərinn minalardan təmizləməsini və evlərimizi yenidən qurub geri qayıtmağımızı gözləyirik. Atalarımızın və babalarımızın məzarları oradadır”.

    Reportajda vurğulanır ki, Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır, lakin etnik ermənilər tərəfindən məskunlaşdırılıb.

    Qeyd olunub ki, Bakıda sakinlər Azərbaycanın 1990-cı illərdə itirdiyi ərazilərin bir hissəsinin geri alındığından və hərbi qazanclardan danışırlar. Şəhərdə reklam lövhələrində və vitrinlərdəki plakatlarda birmənalı bir mesaj var: “Qarabağ Azərbaycandır. Qarabağ bizimdir”.

    Reportaj zamanı yeganə oğlunu döyüşlərdə itirdiyini vurğulayan başqa bir müsahib Olga İsmayılova “oğlanlarımız üçün ağrı hiss edirəm, lakin torpaqlarımızı geri almalıyıq” deyir.

    İnşaat işçisi, 42 yaşlı Ramin Əliyev isə yaşına baxmayaraq, Səfərbərlik xidmətinə hərbi xidmətə çağırılmasını və hərbi xidmətdə olarkən qazandığı təcrübədən istifadə etməsini xahiş edən bir çox məktub göndərdiyini söyləyib:

    “Mən vətənim uğrunda ölməyə hazıram. Qoy, uşaqlarım mənimlə fəxr etsinlər.”

    Reportajla BURADAN tanış ola bilərsiz.

  • Gürcüstan müxalifəti parlamenti boykot etdi

    Gürcüstanın müxalif “Aqmaşenebeli strategiyası” birliyi və Leyboristlər Partiyası da yeni parlamentdə təmsil olunmaqdan imtina edib.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, hər iki siyasi təşkilat seçkilərin nəticələrini tanımadığını bildirib.

    “Vətəndaşlar – Eliko Elisaşvili” hərəkatı da deputat mandatlarından imtina barədə qərar verib.

    “Aqmaşenebeli strategiyası” seçkilərdə 3,15% səs (4 mandat), “Leyboristlər” 1% (1 mandat), “Vətəndaşlar – Eliko Elisaşvili” hərəkatı isə 1,33% (2 mandat) əldə edib.

    Beləliklə, qanunverici orqanı bütün müxalifət partiyaları boykot edib.

  • Шесть игроков киевского “Динамо” заразились коронавирусом перед матчем с “Барселоной”

    Шесть игроков киевского “Динамо” заразились коронавирусом перед матчем Лиги чемпионов с каталонской “Барселоной”, сообщает официальный сайт клуба.

    Тестирование выявило положительный результат у Георгия Цитаишвили, Дениса Гармаша, Миккеля Дуэлунда, Александра Караваева, Тудора Бэлуцэ и Николая Шапаренко.

    Также положительный тест сдали ассистент главного тренера Эмила Караса и четыре представителя персонала команды.

    Напомним, что 31 октября вратарь киевского клуба Денис Бойко сдал положительный повторный тест на коронавирус. До этого положительные тесты сдавали вратарь Георгий Бущан, защитник Виталий Миколенко и тренер Виталий Кулыба.

    “Динамо” сыграет с “Барселоной” в рамках третьего тура группового этапа Лиги чемпионов. Игра состоится 4 ноября в столице Каталонии.

  • Kiyev “Dinamo”sunda koronavirusa 11 yoluxma

    Ukraynanın Kiyev şəhərinin “Dinamo” komandasında koronavirusa 11 yoluxma qeydə alınıb.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Yoluxma komandanın altı futbolçusu və 5 əməkdaşı arasında qeydə alınıb.

    Sözügedən şəxslər karantinə yollanıb.

    Xatırladaq ki, Kiyev “Dinamo”su noyabrın 4-də Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Barselona” ilə səfərdə qarşılaşacaq.

  • Fransız deputat: “Məni ASALA kimi terror təşkilatları ilə hədələyiblər”

    “Təxminən 10 gün bundan əvvəl Fransanın “Figaro” qəzeti Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi haqqındakı müsahibəsini dərc etmişdi. Mən də öz növbəmdə həmin məqaləni öz şərhlərimi bildirərək “Facebook” səhifəmdə paylaşmışdım və bildirmişdim ki, Fransanın mövqeyi beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini qəti şəkildə dəstəkləməkdən ibarətdir”.

    Bunu Oxu.Az-a Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber deyib.

    O, ölkə başçısı İlham Əliyevin müsahibəsini özünə məxsus “Facebook” səhifəsində dərc etdiyi üçün təzyiqlərlə üzləşib. 63 yaşlı fransız millət vəkili Fransa hökumətinin mövqeyini əks etdirən fikirlər ortaya qoysa da, ölüm təhdidi ilə qarşılaşdığını bildirib:

    “Qeyd etmişdim ki, İlham Əliyevin müsahibəsi azərbaycanlıların nöqteyi-nəzərini və hazırkı vəziyyətlə bağlı ən ideal fikri öyrənməyə imkan verir. Əlimizdə erməni tərəfindən də gələn bir sıra informasiyalar mövcuddur. “Facebook” üzərindən yazdığım bu mesaj bir çoxlarını, xüsusilə erməni əsilli fransızları qıcıqlandırıb və onlar mənə təhqir və təhdid dolu mesajlar göndərmiş, məni ASALA kimi terror təşkilatları ilə hədələyiblər.

    Mən bütün bu təhdidlərə cavabımı verib, parlamentdəki missiyamı yerinə yetirməyə və ölkəmin məsələ ilə bağlı mövqeyini müdafiə etməyə davam etdim. Ölkəmin mövqeyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın 30 ildir işğal altında olan torpaqlarından çıxarılmasını tələb edən qətnamələri dəstəkləməkdir. Ölkəmin mövqeyi dəyişməzdir və mən bunu dəstəkləyirəm. Bu təhdidlər bizim mövqeyimizi dəyişməyəcək. Eyni zamanda bu təhdidlər göstərir ki, bəzi ekstremist ermənilər sülh, ədalət və BMT TŞ qətnamələrinin icra olunması tərəfdarı deyillər”.

    Jerom Lamber onu da bildirib ki, Fransanın TF1 telekanalının jurnalisti Liseron Budulun da Azərbaycanla bağlı reportajına görə təzyiqlə üzləşdiyini xatırladıb:

    “Mən həmçinin TF1 kanalının jurnalistinin Azərbaycan ərazisindən hazırladığı reportajın milliyətçi ermənilər tərəfindən necə kəskin şəkildə tənqid olunduğunu da gördüm. Həmin jurnalist də təhdidlər alıb və TF1 kanalına da Ermənistanı dəstəkləyən fanatik milliyyətçilər tərəfindən etiraz olunub. Sözügedən vəziyyət dözülməzdir. Fransa kimi mətbuat və söz azadlığının qorunduğu bir ölkədə belə təhdidləri qəti şəkildə qınamalıyıq”.