Month: November 2020

  • Messi üç aydır ancaq penaltilər sayəsində fərqlənə bilir

    Son vaxtlar “Barselona”nın hücumçusu Lionel Messinin nəticələri ürəkaçan deyil.

    “Championat” xəbər verir ki, ulduz futbolçu artıq üç aydır adi oyun vəziyyətindən qol vura bilmir və rəqiblərin qapısına yalnız penalti vasitəsilə yol tapır.

    Argentinalı hücumçu sonuncu dəfə avqustun 8-də Çempionlar Liqasında “Napoli”yə qarşı keçirdiyi oyunda adi vəziyyətdən fərqlənə bilib.

    O vaxtdan bəri L.Messi “Barselona”da doqquz, Argentina millisinin heyətində isə iki oyuna çıxıb.

    1057 dəqiqə meydanda olan futbolçu dörd qol vurub ki, onların da hamısı 11 metrlik cərimə zərbəsinin nəticəsində baş verib.

  • Армения подтверждает: уничтожен начальник штаба Шакарян

    27 октября Минобороны Азербайджана сообщило о том, что в ходе боевых действий был уничтожен передовой пункт управления 18-й мотострелковой дивизии вооруженных сил Армении.

    Среди убитых на этом передовом пункте был и начальник штаба дивизии полковник Сергей Шакарян.

    Сегодня минобороны Армении опубликовало очередной список военнослужащих, уничтоженных в ходе боев в зоне карабахского конфликта. В этом списке среди убитых числится и Шакарян Сергей Славикович, 1974 г.р.

  • Araiklə bağlı heç bir məlumat verilmir (FOTO)

    Özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın prezidenti kimi təqdim edən Araik Arutyunyandan bir neçə gündür ki, xəbər yoxdur.

    Median.Az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, A.Arutyunyanın yeganə fəaliyyət sahəsi olan Feysbuk hesabı da son günlərdə aktiv deyildi və paylaşımlar edilmirdi.

    Dünəndən xarici mətbuatda Arutyunyanın Azərbaycan Ordusunun aviassiyası tərəfindən vurulması haqda məlumat yayılıb. Ardınca isə Azərbaycan Müdafiə Nazirliyi düşmənə məxsus hərbi kortejə daxil olan avtomobilin vurulması anının videogörüntülərini yayımladı. Burada Araikin adı çəkilməsə də, kortejdə yüksək rütbəli məmurun olması dəqiqdir.

    Araik Arutyunyanın məhv edilməsi xəbəri sosial şəbəkələrdə və mediada tirajlansa da, rəsmilər bununla bağlı açıqlama verməyib. Lakin Ermənistan separatçıların müdafiə naziri Cəlal Arutyunyanın ölümünü pərdələdiyi kimi bunu da gizlətməyə çalışır. Bu gün Araik Arutyunyanın adından iki nazirin işdən çıxarılması haqda sərəncam yayılıb.

    Ermənistan ictimaiyyəti Araikin canlı yayımda müraciət edərək ölmədiyini təsdiqləməsini gözləsə də, bir saat əvvəl Araikin guya öz yaxın adamlarına təlimat və mükafat verdiyi video Feysbuk səhifəsində yayımlanıb. İstifadəçilərin əksəriyyəti videonun köhnə olduğu qənaətinə gəlib. Videoda görünənlər arasında olan Suren Alaverdyan iki gün əvvəl Xocavənd istiqamətində döyüşlərdə məhv edilib.

    Araik Arutyunyanın Feysbuk səhifəsini bu günədək 7 nəfər idarə edirdi və onların hər biri Qarabağdan olan şəxslər idi. Feysbuk platforması da həmin ərazini qanuni olaraq Azərbaycan torpağı kimi tanıdığı üçün saxta prezidentin səhifəsinin Azərbaycandan idarə olunduğunu göstərirdi. Bu gün isə Araikin hesabının idarəetməsinə daha 4 nəfər qoşulub, onlar isə Ermənistandadır və səhifəni oradan idarə edirlər. Bu da onu deməyə əsas verir ki, zərərsizləşdirilən Araiki “yaşatmaq” üçün erməni adminlər onun səhifəsinə can verməyə çalışırlar.

  • ANAMA-nın əməkdaşı minaya düşdü

    ANAMA-nın minaaxtaranı – Zeynalov Telman Bəbir oğlu minatəmizləmə əməliyyatı həyata keçirərkən Ermənistan tərəfindən basdırılmış piyada əleyhinə minaya (PMN-Э) düşüb.

    Bu barədə ANAMA-dan bildrilib.

  • Düşmən qorxu və təşvişi aradan qaldırmaq üçün dezinformasiya yayır – RƏSMİ

    Bu gün Ermənistan Müdafiə Nazirliyinin rəsmilərinin cəbhənin müxtəlif istiqamətlərində gedən gərgin döyüşlər zamanı guya bəzi sahələrdə öz mövqelərini irəli çəkməsi, hətta Azərbaycan ordusunun bir qrup hərbçisinin “məhv” edilməsi barədə yaydıqları xəbər tamamilə yalandır.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, buna bənzər məlumatlar erməni hərbçiləri arasında hökm sürən qorxu, təşviş və ruh düşkünlüyünü, ümumilikdə isə xaos və özbaşınalığı qismən də olsa aradan qaldırılmasına yönəlib.

  • Fransa sərhəd nəzarətini gücləndirir

    Fransada son bir ay ərzində baş verən bir sıra terror hücumları ilə bağlı hökumət sərhəd nəzarətini gücləndirmək və islam fundamentalizmində şübhəli əcnəbiləri ölkədən çıxartmaq qərarına gəlib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Jerald Darmanın BFM TV-yə müsahibəsində son bir ayda islam fundamentalizmində şübhəli sayılan 16 nəfəri ölkədən çıxartdıqlarını, həmçinin şübhəli vəziyyət yarandıqda başqa əcnəbiləri həbs etmək üçün yerlərə göstəriş göndərildiyini qeyd edib.

    Nazir həmçinin yaxın günlərdə Tunis, Əlcəzair və Rusiyaya səfər edərək bu ölkələrdən olan islamçıların Fransadan geri qəbul etmələrinə dair danışıqlar aparacaqlarını da diqqətə çatdırıb.

    “Terrorçuluğun milliyyətə və ya irqə dəxli yoxdur”, – nazir vurğulayıb.

    Qeyd edək ki, Fransa prezidenti Emanuel Makron Tunis və Əlcəzair prezidentlərilə telefon söhbətləri zamanı bu məsələni müzakirə edib.

    Ötən cümə axşamı Nis şəhərindəki kilsədə 21 yaşlı tunisli miqrant İbrahim İsəvi tərəfindən üç nəfərin qətlə yetirildiyi hadisəsindən sonra ölkədə terrorla bağlı ən yüksək hazırlıq səviyyəsi elan edilib, ölkədə strateji məkanlarda keşik çəkmək üçün 3 mindən 7 minədək hərbçi, 3 500 polis və jandarma cəlb edilib.

  • Ermənilər Ağdamda məktəb və muzeyə top atdı – FOTO

    Noyabrın 2-də, səhər saat 06:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonu ərazisini artilleriya atəşinə tutur.

    Bu barədə Report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

    Düşmənin atdığı növbəti top mərmisi rayonun Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinə və məktəbin muzeyinə düşüb.

    Nəticədə, məktəbə və muzeyə külli miqdarda ziyan dəyib.





  • Məhv edilən polkovnik separatçıların “müdafiə nazirinin müavini” imiş

    Ermənistan Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirinin müavini”, polkovnik Artur Sarksiyanın öldüyünü etiraf edib.

    Bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.

    O, bu ilin iyulun 4-də bu “vəzifəyə” təyin olunmuşdu.

    Xatırladaq ki, Artur Sarqisyanın məhv edilməsi ilə bağlı məlumatı Azərbaycanın Müdafiə Nazirliyi oktyabrın 29-da yaymışdı. Onun 1-ci ümumqoşun ordusu komandanın müavini olduğu məlum idi. “Sputnik Armeniya”nın yaydığı məlumatdan isə aydın olur ki, o, həm də separatçıların “müdafiə nazirinin müavini” imiş.

  • Dağıstanda sərhədin açılmasını gözləyən azərbaycanlılar müvəqqəti yaşayış mərkəzinə köçürülüb

    Dağıstanın Dərbənd və Məhərrəmkənd rayonlarının sərhədində, Kullar kəndi yaxınlığında müvəqqəti düşərgədə sərhədlərin açılmasını gözləyən Azərbaycan vətəndaşları, soyuq hava səbəbindən respublikanın Kaytaq bölgəsində uşaq düşərgəsi bazasında müvəqqəti yaşayış mərkəzinə (MYM) köçürülüb.

    Bu barədə TASS xəbər yayıb.

    Bildirilir ki, hazırda MYM-də 280-dən çox insan var.

    “Müvəqqəti yaşayış mərkəzində yaşamaq üçün bütün lazımi şərait yaradılıb”, – deyə agentliyə mənbədən məlumat verilib.

    Kaytaq rayonunun rəhbərliyi məlumatı təsdiqləyib.

    “Onlar (Azərbaycan vətəndaşları – red.) düşərgəyə yerləşdiriliblər”, – deyə administrasiya rəsmisi təfərrüatı açıqlamadan xəbər verib.

    Qeyd edək ki, vaxtında vətənlərinə qayıda bilməyən Azərbaycan vətəndaşları üçün Rusiya Fövqəladə Hallar Nazirliyi Kullar kəndi yaxınlığında müvəqqəti yaşayış mərkəzi təşkil edib.

    Onlar hər həftə mütəşəkkil qruplar halında evlərinə göndərilirlər.

  • Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər – VİDEO

    Gəncədə dağıdılan binalardan birinin tarixi fakt kimi saxlanılması bərədə Milli Məclisdə təklif irəli sürülüb.

    Baku Tv xəbər verir ki, bu barədə millət vəkili Müşfiq Cəfərov bildirib. Onun sözlərinə görə sözügedən təklif parlamentdə diqqətə çatdırılıb.

    Dağıdılan binalardan birinin hazırkı vəziyyətdə saxlanılması, terrorçu Ermənistan hakimiyyətinin əsl simasının bütün dünyaya çatdırılması üçün mühüm əhəmiyyət daşıyacaq.