Month: November 2020

  • Бинали Йылдырым: Турция намерена использовать все возможности для прекращения этой несправедливости – ФОТО

    Общенациональный лидер азербайджанского народа Гейдар Алиев говорил, что мы – одна нация, два государства.

    Об этом в своем аккаунте в Twitter написал бывший премьер-министр Турции Бинали Йылдырым.

    “Как сказал президент Турции Реджеп Тайип Эрдоган, Карабах обязательно вернется к своему настоящему хозяину. Слава Всевышнему, каждый день приходят радостные вести с фронта. Турция нацелена использовать все возможности для прекращения этой несправедливой игры. Мы надеемся, что карабахская проблема найдет свое решение”, – говорится в публикации.

  • Binali Yıldırım: “Türkiyə bu haqsız oyunu pozmaq üçün bütün imkanlarından istifadə etməyə qərarlıdır” – FOTO

    Mərhum Heydər Əliyevin dediyi kimi biz bir millət, iki dövlətik. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın dediyi kimi Qarabağ bir gün mütləq əsl sahibinə geri dönəcəkdir.

    Bu sözləri ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binali Yıldırım “Twitter” hesabında yazıb.

    “Həmd olsun, bölgədən hər ötən gün yeni müjdələr gəlməyə başladı. Türkiyə bu haqsız, hüquqsuz oyunu pozmaq üçün əlindəki bütün imkanları istifadə etməyə qərarlıdır. Ümidimiz Qarabağ probleminin sona çatmasıdır”, – deyə B.Yıldırım bildirib.

  • Azərbaycanın bir həftə əvvəl məhv etdiyi polkovnikləri ermənilər indi açıqlayır

    Ermənistan tərəfi daha iki rütbəli şəxsinin məhv edildiyini açıqlayıb.

    11 nəfərdən ibarət siyahıya separatçı rejimin “müdafiə nazirinin müavini” və “Müdafiə ordusu Komandanı”nın müavini, polkovnik Artur Sarkisyan “başçılıq edir”. Onun Azərbaycan Ordusu tərəfindən məhv edildiyi bildirilib.

    Qeyd edək ki, 45 yaşlı polkovnik Artur Sarkisyan iyulun 4-də qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə nazirinin müavini və Müdafiə Ordusu Komandanının müavini təyin edilmişdi.

    Həmçinin, açıqlanan 11 nəfərlik siyahıda Sergey Şakaryanın da adı var. Şakaryan Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargah rəisidir. 46 yaşlı polkovnikə oktyabrın 4-də qondarma respublikanın prezidenti Araik Arutyunyanın fərmanı ilə “Artsax Qəhrəmanı” adı verilmişdi.

    Bundan əvvəl Ermənistan mətbuatı oktyabrın 27-si səhər saatlarında qondarma respublikanın keçmiş komandanı, general-leytenant Cəlal Harutyunyanın yaralandığını açıqlamışdı. Bu üzdən o, vəzifəsindən uzaqlaşdırılıb və onu Mikael Arzumanyan əvəzləyib.

    Onu da bildirək ki, ermənilər rəsmi olaraq itkilərinin sayını 1177 hərbçi göstərsə də, düşmənin itkilərinin sayı 10 minlərlədir. Artıq Ermənistan tərəfi dəfələrlə itkilərini gizlətməyə çalışdığını sübuta yetirib. Məsələn, Sergey Şakaryanın məhv edilməsi xəbərini Azərbaycan Müdafiə Nazirliyi hələ oktyabrın 27-si səhər saatlarında – yəni bir həftə əvvəl bəyan etmişdi.

    Artur Sarkisyanın isə hərbçilərimiz tərəfindən öldürülməsi xəbərini Müdafiə Nazirliyi oktyabrın 29-da, yəni beş gün əvvəl bildirmişdi. Həmçinin həmin məlumatda nazirlik bəyan etmişdi ki, 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Qazaryan məhv edilib, artilleriya idarəsinin polkovnik-leytenantı B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb, 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.

  • ВС Азербайджана уничтожили живую силу врага и обстреляли штаб противника – ВИДЕО

    Точными ударами уничтожена живая сила противника, находящаяся в пункте постоянной дислокации, в окопах и на огневых позициях.

    Об этом сообщает Министерство обороны Азербайджана.

    В то же время был обстрелян вражеский штаб в направлении села Гырмызы Базар.

  • Qırmızı Bazar istiqamətində düşmənin qərargahı atəşə tutulub – VİDEO

    Düşmənin daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərində yerləşən canlı qüvvəsi dəqiq zərbələrlə məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat verib.

    Eyni zamanda Qırmızı Bazar istiqamətində düşmənin qərargahı da atəşə tutulub.

  • Враг вновь обстреливает Губадлы с территории Армении – ОФИЦИАЛЬНО

    Начиная с полудня 2 ноября, вооруженные силы Армении подвергают обстрелу Губадлы и села района.

    Об этом сообщает Министерство обороны Азербайджана.

    В настоящее время территория Губадлинского района интенсивно обстреливается с направления села Давид Бек Гафанского района Армении.

  • Düşmən növbəti dəfə Ermənistan ərazisindən Qubadlını atəşə tutur – RƏSMİ

    Noyabrın 2-də günün ikinci yarısından başlayaraq Ermənistan silahlı qüvvələri Qubadlı və rayonun kəndlərini artilleriya atəşinə tutur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Hazırda da Ermənistanın Qafan rayonunun David Bek kəndi istiqamətindən Qubadlı rayonunun ərazisi intensiv atəşə tutulur.

  • Türkiyə Gənclər Fondu Azərbaycanla həmrəyliyini bəyan etdi

    Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Türkiyə Gənclər Fondu (TÜGVA) ölkəmizdə bir neçə günlük səfərdədir.

    Məqsəd, iki ölkənin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin, Ermənistan silahlı qüvvələrinin təxribat, terror əməllərinin qardaş ölkədən olan gənclərə çatdırılması və ortaq fikir mübadiləsinin aparılmasıdır.

    Səfərin ilk günündə – 2 noyabr tarixində TÜGVA-nın idarə heyətinin üzvlərinin Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Dövlət Diaspora Komitəsinin nümayəndələri ilə görüşü baş tutub. Elə həmin gün iki ölkənin gəncləri arasında “I Azərbaycan-Türkiyə Gənclər Forumu” keçirilib.

    Görüşdə Azərbaycandan olan müxtəlif gənclər təşkilatlarının nümayəndələri və Türkiyədən olan gənclərdən ibarət nümayəndə heyəti iştirak edib.

    Bununla yanaşı, qardaş ölkədən bir qrup gənc foruma onlayn formada qatılıb. Forumda gəncləri narahat edən bir çox məsələlər, eləcə də ümummilli maraqlara dayanan mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda Türkiyə və Azərbaycandan olan gənclərin gələcəkdəki əməkdaşlığına, eləcə də Ermənistanın cinayət əməlləri pislənərək, dünya ictimaiyyətinə çatdırılmasına və bu istiqamətdə gənclərin üzərinə düşən öhdəliklərə dair bəyanat qəbul edilib.

    Qeyd edək ki, ölkəmizdə səfərdə olan Türkiyə Gənclər Fondunun nümayəndələri növbəti gün Bərdə və Gəncə şəhərlərinə səfər edəcəklər.

  • Almaniya 187 min əcnəbini ölkədən çıxarır

    Almaniyada 187 min əcnəbi ölkəni könüllü tərk etməsi ilə bağlı bildiriş alıb.

    Report-un Avropa bürosunun Almaniya Federal Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumatda deyilir ki, onların əksəriyyəti 2015-2019-cu illər ərzində Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən xarici ölkə vətəndaşlarıdır.

    “Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) sığınacaq üçün edilən müraciətləri qəbul etdikdən sonra araşdırıb və müvafiq qərar verir. Həmin şəxslərlə bağlı bir sıra qərarlar neqativ olub və onların ölkəni könüllü tərk etmələri ilə bağlı bildiriş göndərilib”, – nazirliyin məlumatında qeyd olunub.

    Ölkəni könüllü tərk etmələri ilə bağlı xəbərdarlıq alanlar arasında Azərbaycan Respublikasının vətəndaşları da var.

    Azərbaycanlıların digər əyalətlərə nisbətən yığcam yaşadığını Şimali Reyn Vestfaliya əyalətində 74 374, Bavariyada isə 36 143 əcnəbiyə ölkəni könüllü tərk etmələri ilə bağlı vaxt qoyulub.

    Müəyyən olunan vaxt bitdikdən sonra həmin şəxslərin işi idarə məhkəmələrinə göndəriləcək. Məhkəmələr isə, adətən əsaslı humanitar və siyasi səbəblər olmadığı təqdirdə, sığınacaq axtaranların ölkədən məcbur deportasiya edilməsi barədə qərar çıxarır.

    BAMF-dan verilən məlumatda isə bildirilir ki, 2020-ci il yanvarın 1-dən indiyə kimi, könüllü gedişlər də daxil olmaqla 7 212 nəfər Almaniyadan deportasiya edilib.

  • Azərbaycanın döyüş təyyarəsinin vurulması dezinformasiyadır (RƏSMİ)

    Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin “vurulması” barədə xəbər dezinformasiyadır.

    Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    “Nə qədər gülməli səslənsə də, Ermənistan tərəfinin məlumatlarına inanaraq döyüş əməliyyatları başlayan gündən indiyədək “vurulan” təyyarələrin sayını hesablasaq artıq Azərbaycan HHQ-nin aviabazalarında bir dənə də olsun uçuş aparatı qalmamalı idi. Bildiririk ki, Azərbaycan HHQ-nin bütün döyüş aviasiya vasitələri bu gün heç bir uçuş həyata keçirməyib, tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir”, – məlumatda qeyd olunub.