Month: November 2020

  • Bakıda kafe və mağazalardan oğurluq edən üç qardaş saxlanılıb – FOTO

    Səbail rayonu 20-ci sahə ərazisində yaşayan Ramin Tağıyev polisə müraciət edərək bildirib ki, ona məxsus mağazanın giriş qapısı naməlum şəxslər tərəfindən sındırılaraq içəridən 300 manat pul və 1700 manat dəyərində müxtəlif tütün məmulatları oğurlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı dərhal Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

    Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri Vüsal, Namiq və Zamiq Vəliyev qardaşları saxlanılıblar. Onlar ifadələrində Səbail rayonunda daha iki mağaza və bir kafedən kosmetik vasitələr, ətirlər, televizor və ərzaq məhsulları oğurladıqlarını bildiriblər. Qardaşlar oğurluq etdikləri dörd obyektə ümumilikdə 6000 manata yaxın maddi ziyan vurublar.

    Faktlarla bağlı saxlanılan şəxslər barəsində 8-ci Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Vüsal, Namiq və Zamiq Vəliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bu şəxslərin digər qanunsuz əməllərindən zərərçəkən vətəndaşlar varsa Səbail RPİ-nin 8-ci Polis Bölməsinə və ya ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

  • Cəbrayılda yaralanan əsgər: “Döyüşə yenə gedərəm” – VİDEO

    Lənkəran sakinləri yaralı əsgərimizi böyük coşqu ilə qarşılayıblar.

    Baku TV xəbər verir ki, gecə saatlarında evinə qayıdan Rəşid Əzimzadənin gəlişini yaxınları təntənəli şəkildə qarşılayıblar.

    O, Cəbrayıl istiqamətində döyüşlərdə olduğunu bildirib:

    “Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəlpə yarası aldım. Hazırda evdəyəm çox şükür. Prezdentimiz sərəncam versə, yenə gedərəm.”

  • Азербайджан объявил в международный розыск швейцарца за участие в разграблении природных ресурсов Карабаха

    Ранее сообщалось, что по фактам незаконной предпринимательской деятельности иностранных граждан армянского происхождения на оккупированных территориях Лачинского, Кельбаджарского и других районов Азербайджана в Следственном управлении Генеральной прокуратуры АР 21 октября 2015-го и 30 марта 2018 года были возбуждены уголовные дела по статьям 192.2.3 (незаконное предпринимательство) и 318.2 (незаконное пересечение государственной границы) УК.

    Об этом сообщает азербайджанская Генпрокуратура.

    Одно из уголовных дел касалось села Вежнали Зангиланского района, которое было оккупировано, но недавно освобождено в результате успешных операций нашей армии.

    Так, на основании постановления Следственного управления Генпрокуратуры Министерством налогов АР было установлено, что филиал Vallex Group, ЗАО Base Metals, официально зарегистрированный в Швейцарии, в 2009-2017 годах получил незаконный доход в размере 301 918 000 манатов от эксплуатации месторождений драгоценных металлов в селе Вежнали.

    По указанным статьям обвиняются инвестор Vallex Group, гражданин Швейцарии Вартан Сирмакес, глава компании Валерий Меджлумян, а также исполнительный директор Base Metals Артур Мкртумян. В отношении них судом была избрана мера пресечения в виде ареста, все трое объявлены в международный розыск следственным органом.

    С целью выяснения размера ущерба, нанесенного государству и гражданам Азербайджана, и других обстоятельств, имеющих значение для следствия, сотрудниками прокуратуры проводятся следственные действия с осмотром территорий освобожденного 30 октября 2020 года села Вежнали, на которых в течение многих лет эксплуатировались месторождения золота.

    Кроме того, Генпрокуратура АР обратилась в компетентные органы Швейцарии с запросом об оказании международной правовой помощи для осуществления необходимых следственных действий по уголовному делу.

    Надзорное ведомство Азербайджана заявляет, что принимаются все необходимые меры в рамках международного права для привлечения к ответственности и введения санкций в отношении физических и юридических лиц, занимающихся незаконной экономической и иной деятельностью на оккупированных Арменией и освобожденных от оккупации территориях Азербайджана.

  • Zəngilandan 301 milyon manat qanunsuz gəlir əldə edən isveçrəlilər beynəlxalq axtarışa verildi – RƏSMİ

    Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının işğal olunan Laçın, Kəlbəcər və digər işğal olunan rayonların ərazilərində erməni əsilli xarici dövlətlərin vətəndaşları olan şəxslərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində 21.10.2015 və 30.03.2018-ci il tarixlərdə Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) cinayət işləri başlanıb.

    Baş Prokurorluqdan verilən məlumata görə, həmin cinayət işlərindən biri – işğal olunmuş, lakin Milli Ordumuzun uğurlu əməliyyatları nəticəsində son günlərdə işğaldan azad olunmuş Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı olub.

    Belə ki, istintaq zamanı Baş Prokurorluğun İstintaq idarəsinin qərarı əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilib ki, Zəngilan rayonu Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan “Base Metals” Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib.

    Qeyd edilən cinayət faktları ilə əlaqədar “Vallex Group” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə Konfederasiyasının vətəndaşı Vartan Sirmakes və rəhbəri Valeriy Mejlumyan, o cümlədən, həmin şirkətlər qrupuna daxil olan “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində məhkəmənin müvafiq qərarları ilə qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.

    Həmin cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş ziyanın məbləğinin dəqiqləşdirilməsi və digər istintaq üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə 30.10.2020-ci il tarixdə işğaldan azad olunan Vejnəli kəndində yerləşən uzun illər ərzində istismara məruz qalmış qızıl yataqlarının yerləşdiyi əraziyə hadisə yerinə baxış da daxil olmaqla digər zəruri istintaq hərəkətləri həyata keçirilir.

    Həmçinin, cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri istintaq hərəkətlərinin icrası məqsədi ilə İsveçrə Konfederasiyasının səlahiyyətli dövlət orqanlarına beynəlxalq hüquqi yardımın göstərilməsi haqqında vəsatətlə müraciət olunub.

    Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş və artıq işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasında məsuliyyətə cəlb olunmaqla sanksiyaların tətbiq edilməsi məqsədi ilə beynəlxalq hüquq normaları çərçivəsində bütün mümkün olan tədbirlərin görülməsi təmin ediləcəkdir.

  • Eldar və Nigar Gəncə terroruna biganə qalmamağa çağırdı – VİDEO

    2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Nigar Camal və Eldar Qasımov Gəncə terroru ilə bağlı müraciət ünvanlayıblar.

    Onlar Gəncə şəhərində erməni işğalçılarının hücumu nəticəsində dağıdılan ərazilərdə olublar. İngilis dilində edilən müraciətdə Gəncə şəhərində sakinlərin yatdıqları yerdə öldürülməsini, cavan, yaşlı, qadın, eləcə də azyaşlıların həlak olmasını təəssüf hissi ilə qeyd ediblər. Və dünya ictimaiyyətini bu terrora biganə qalmamağa çağırıblar.

  • Binali Yıldırım Bakıda: “ATƏT-in Minsk qrupunun həmsədrləri 30 ildə problemi unutdurmağa çalışıblar”

    Noyabrın 2-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binali Yıldırımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Görüşdə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, AK Parti ilə ittifaqda olan Milliyətçi Hərəkat Partiyasının TBMM-də fraksiyasının sədri Celal Adan, Binali Yıldırımın oğlu Erkam Yıldırım və Bozok Universitetinin rektoru, professor Kürşad Zorlu iştirak ediblər.

    Qonaqları salamlayan Əli Əhmədov bu səfərdən məmnunluğunu bildirərək onun iki ölkə arasında yüksək əlaqələrin nümunəsi kimi dəyərləndirib. Ümummilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Əli Əhmədov qeyd edib ki, bu gün bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının, tarixi dostluğunun bir daha şahidi olur.

    Xüsusilə indiki dövrdə Türkiyənin Azərbaycanın yanında olması, haqq savaşımızı dəstəkləməsi tarixdən gələn qardaşlığımızın və dostluğumuzun ən bariz ifadəsidir.

    YAP Sədrinin müavini söyləyib ki, bütün dünya bu gün haqq mübarizəsi aparan Azərbaycanın yanında Türkiyə kimi böyük dövlətin olduğunu görür və bu fakt həmçinin dünyaya bir mesajdır:

    “Türkiyə Prezidentinin, dövlət rəsmilərinin, bütün türk cəmiyyətinin bizə verdiyi mənəvi və siyasi dəstək Azərbaycanın gücünü və qüdrətini daha da artırır. Hesab edirəm ki, sizin bu səfəriniz də Azərbaycan-Türkiyə qardaşlığının bariz ifadəsidirsə, digər tərəfdən Türkiyənin 27 sentyabrdan indiyə kimi ölkəmizə ifadə etdiyi dəstəyin əyani göstəricisidir. Buna görə Azərbaycan xalqı bu dəstəyi çox yüksək qiymətləndirir”.

    Əli Əhmədov, həmçinin, İzmirdə baş verən zəlzələ nəticəsində çoxsaylı insan itkisi ilə bağlı xalqımızın kədərləndiyini bildirib.

    Qardaş Azərbaycana səfər etməsindən məmnunluğunu bildirən Türkiyənin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binali Yıldırım torpaqlarının işğaldan azad edilməsi yolunda böyük mücadilə aparan Azərbaycan xalqına uğurlar arzulayıb.

    Binali Yıldırım bu yolda şəhid olan hərbçilərə və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

    Problemin 30 ildir həll olunmadığını deyən B.Yıldırım qeyd edib ki, bu illər ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı davam edib.

    Türkiyə olaraq biz hər zaman Qarabağ torpaqlarının erməni işğalından azad olunmasının və azərbaycanlı qaçqın-köçkünlərin öz doğma torpaqlarına qayıtmasının tərəfdarı olmuşuq. Bu məqsədlə indiyə kimi aparılan diplomatik danışıqlar heç bir nəticə verməyib.

    Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənisana qarşı heç bir addım atmayıb, işi zamana buraxaraq problemi unutdurmağa çalışıblar. Ona görə də iş bu həddə çatdı ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün haqq savaşına başlayıb və bu savaşda can Azərbaycan bir dastan yazır.

    Türk xalqının hər zaman Azərbaycana dəstək verdiyini deyən B.Yıldırım 102 il öncə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun göstərdiyi dəstəyi də xatırladıb. O, Türkiyənin bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağını deyərək, səfərin məhz Azərbaycana dəstək xarakteri daşıdığını vurğulayıb.

    B.Yıldırım həmçinin, İzmirdə baş verən zəlzələ ilə əlaqədar Azərbaycan xalqının dəstəyini yüksək dəyərləndirib.

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

  • Распространились новые кадры вероломной атаки армянских оккупантов на Барду – ВИДЕО

    Обнародованы новые видеокадры ракетного удара по Барде со стороны ВС Армении.

    Противник подверг обстрелу мирное население и гражданские объекты азербайджанского города.

    В соцсетях распространились кадры, зафиксированные камерами видеонаблюдения.

    Следует отметить, что в результате ракетных атак на мирный город со стороны ВС Армении 28 октября погиб 21 человек и более 70 получили ранения.

  • İşğalçı ermənilərin Bərdəyə xain hücumunun yeni görüntüləri yayıldı – VİDEO

    Ermənistanın Bərdə şəhərini raket atəşinə tutmasının yeni görüntüləri yayılıb.

    Düşmən növbəti dəfə Bərdə şəhərində dinc əhalini, mülki obyektləri raket atəşinə tutub.

    Bərdədə küçədə qoyulan təhlükəsizlik kameraları tərəfindən qeydə alınan raket hücumunun anbaan görüntüləri sosial şəbəkələrdə yayılıb.

    Qeyd edək ki, oktyabrın 28-də Ermənistan silahlı bölmələrinin dinc sakinləri hədəfə alaraq, Bərdəni atəşə tutması nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.

  • Противник предпринял попытку атаковать наши позиции на зангиланском направлении фронта

    В течение дня 1 ноября подразделения армянских вооруженных сил предприняли попытку атаковать на зангиланском участке армяно-азербайджанской государственной границы.

    Об этом сообщает Министерство обороны АР.

    Отмечается, что противник подверг обстрелу позиции наших подразделений из минометов и различного крупнокалиберного оружия с целью захвата ряда важных высот на этом направлении.

    “Замысел врага атаковать был своевременно разгадан нашими подразделениями, и в результате проведенной успешной операции противник понес большие потери.

    В ходе боев враг, потеряв до 30 военнослужащих, был вынужден отступить на территорию Армении”, – говорится в информации.

  • Düşmən Zəngilan istiqamətində hücuma cəhd göstərdi: Canlı qüvvəsi məhv edildi – RƏSMİ

    Noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib.

    Bu barədə azərbaycanın Müdafiə Nazirloiyi məlumat yayıb.

    Bildirilib ki, düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini atəşə tutub.

    Düşmənin hücuma keçmək niyyəti bölmələrimiz tərəfindən vaxtında aşkar edilib və həyata keçirilən uğurlu əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb.

    Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən, Ermənistan ərazisinə çəkilməyə məcbur edilib.