Month: November 2020

  • Prezident: “Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək”

    “Vətən müharibəsi gedir. Yaxşı yaxşı nəticələr var. Bir çox şəhərlər, kəndlər işğaldan azad edilib”.

    Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman bildirib.

    “Demək olar ki, hər həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm. Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək.

    İlkin məlumatlar gəlib. İnşallah, sona qədər bu haqlı davamızı davam etdirəcəyik. İşğalçıları torpaqlarımızdan qovacağıq”, – deyə Prezident bildirib.

  • İzmirdə zəlzələdən ölənlərin sayı artdı

    Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 83-ə yüksəlib.

    Bu barədə məlumatı “Anadolu” yayıb.

    Məlumata görə, yeraltı təkan nəticəsində 962 nəfər xəsarət alıb.

    Xatırladaq ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ olub. Hadisə nəticəsində şəhərin bir sıra binaları dağılıb.

  • Yevlaxda kişi ehtiyatsızlıqdan bacısı oğlunu güllələdi

    Yevlax sakini ehtiyatsızlıqdan bacısı oğlunu güllələyib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində şəhər sakini E.Mahmudov pnevmatik idman tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən bacısı oğlu M.Bəkirov qarın nahiyəsindən xəsarət alıb. Xəstəxanaya yerləşdirilən M.Bəkirovun vəziyyəti qənaətbəxşdir.

    Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mahmudov saxlanılıb, hadisə yerindən “Kral” markalı pnevmatik tüfəng götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanın haqq savaşında yeni mərhələ: Hərbi aviasiya işə salındı – VİDEO

    Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar davam edir.

    “Caliber” “Youtube” kanalında yayımlanan xüsusi süjetdə son günlər Azərbaycan Silahlı Qüvələrinin hərbi aviasiyadan, konkret olaraq qırıcı təyyarələrin xidmətindən istifadə etməsinin səbəblərinə toxunulub.

    Müəllif qeyd edir ki, Azərbaycanın qırıcı təyyarələrdən istifadə etməyə başlaması və bunun hərbi rəhbərlik tərəfindən bəyan edilməsi yaxın günlərdə düşmənin növbəti xüsusi qruplaşmalarının məhv edilməsi məqsədini daşıyır.

    Eyni zamanda, qeyd olunur ki, qırıcıların hücumları nəticəsində düşmənin nəzarəti altında olan ərazilərin işğaldan azad edilməsi xəbərlərini də eşidəcəyik.

  • Прогноз погоды на 3 ноября

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 3 ноября.

    В Баку и на Абшеронском полуострове прогнозируются переменная облачность, пасмурная погода без осадков, ночью и утром местами туман, умеренный северный ветер.

    Температура воздуха в Баку и на Абшероне составит ночью 13-15, днем – 19-21 градус тепла.

    Атмосферное давление – 767 мм ртутного столба, относительная влажность ночью – 70-80%, днем – 50-55%.

    В районах Азербайджана завтра ожидаются дождливая погода, восточный ветер.

    Температура воздуха составит ночью 10-14, днем – 20-24, в горах ночью – 7-12, днем – 17-22 градуса тепла.

  • Sabahın havası: Duman, külək, yağış…

    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

    Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 20-24, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza görə, noyabrın 3-4-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Məkkə və Mədinənin qapıları xarici zəvvarların üzünə açıldı – FOTO/VİDEO

    Səudiyyə Ərəbistanı hökuməti həcc ziyarətinin üçüncü mərhələsini həyata keçirməyə başlayıblar: Məkkə və Mədinə məscidləri krallıq xaricində yaşayan müsəlmanların üzünə açılıb.

    Bu barədə “Haber Global” məlumat verib.

    Xarici zəvvarlar Səudiyyə Ərəbistanında 10 gün qala bilərlər. Ölkəyə girişdən dərhal sonra koronavirus testindən keçiriləcək zəvvarlar üç günlük təcrid olunacaqlar.

    Ziyarətə yalnız 50 yaşa qədər olan insanlar buraxılıb. Zəvvarlar mütəmadi həkim nəzarətində olacaqlar.

    Həcc və ümrə işləri üzrə nazir müavini Əmr əl-Mədda krallığa artıq 10 min zəvvarın gəldiyini bildirib. Onlar 20 nəfərlik 500 qrupa bölünüblər. Nazir müavini həmçinin, həcc ziyarətinə gələn zəvvarın ölkəsində epidemioloji vəziyyət pisləşərsə, onun vizasının ləğv oluna biləcəyi barədə də xəbərdarlıq etdi.

    Məscidlərin hər birini 24 saatda 20 min zəvvar və 60 min mömin ziyarət edə bilər. Bu tədbirlərin koronavirus pandemiyasının sonuna və bununla əlaqəli məhdudiyyətlərin tamamilə götürülməsinə qədər qüvvədə olacağı ehtimal edilir.





  • В Сумгайыте устанавливают личность мужчины, чье тело обнаружено у клиники

    В Сумгайытскую городскую прокуратуру 1 ноября, около 11:00, поступила информация об обнаружении возле клиники Hippokrat, расположенной в 5-м микрорайоне города, тела неизвестного мужчины.

    Его личность пока не установлена. На теле не обнаружено каких-либо повреждений или следов насилия.

    По данному факту возбуждено уголовное дело по статье 124.1 (убийство по неосторожности) УК АР.

    Выясняются обстоятельства смерти мужчины.

  • Sumqayıtda klinikanın zirzəmisində meyit tapıldı

    Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Sumqayıt şəhərində yerləşən “Hippokrat” klinikasının zirzəmisində naməlum kişi meyitinin aşkar edilməsi barədə məlumatlar yayılıb.

    Baş Prokurorluqdan verilən məlumata görə, noyabrın 1-də, saat 11:00 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Hippokrat” klinikasının yaxınlığında naməlum kişi meyitinin aşkar edilməsi barədə Sumqayıt Şəhər Prokurorluğuna məlumat daxil olub.

    Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Naməlum meyitə baxış zamanı onun üzərində heç bir xəsarət və ya xəsarət izi aşkar edilməyib.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə naməlum meyitin şəxsiyyətinin və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Fransada koronavirus kabusu: Hər 30 saniyədə bir nəfər xəstəxanaya yerləşdirilir

    Fransa Baş naziri Jan Kasteks koronavirus səbəbindən ölkədə hər 30 saniyədə bir nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

    O, bu barədə Fransanın ictimai televiziyası TF1-ə danışıb.

    Kasteks xalqı, xüsusən də satıcıları COVID-19 tədbirlərinə riayət etməyə çağırıb.

    Avropada və Fransada koronavirusa yoluxma sayında böyük artım müşahidə olunduğuna diqqət çəkən nazir bildirib ki, epidemiya başlayandan bəri 37 min nəfər itiriblər.

    O vurğulayıb ki, lazımi addımlar atılmasa, ölkədəki reanimasiya bölmələri 15 gündə dolacaq.

    Qeyd edək ki, Fransa 1 413 915 nəfər yoluxma sayı ilə ölkələr arasında beşincidir, ölkədə koronavirusa görə oktyabrın 30-dan dekabrın 1-dək ümummilli karantin elan edilib.