Month: November 2020

  • İnsanlıq əleyhinə yönəlmiş silahlar: Düşmənin daha bir mənfur planı – VİDEO

    Müdafiə Nazirliyinə İşğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.

    Hərbi ekspertlərin sözlərinə görə, fosfor tərkibli silahlar keçən əsrin 50-ci illərinə qədər istehsal olunub. Lakin sonradan hərbi qlobal güclər bu silahların insanlığa, bəşəriyyətə ziyanını nəzərə alaraq, qadağan edən konvensiyalar qəbul ediblər.

    Hərbi ekspert Ədalət Verdiyev Baku TV-yə bildirib ki, bu konvensiya 1983-cü ildə Cenevrədə qəbul olunub. Həmin konvensiyada adını sadaladığım bir çox silahlar, o cümlədən, kimyəvi, bioloji və başqa silahların qadağan olunması öz əksini tapıb.

    “Yəni onların hərbi istifadəsi qadağan olunduğu halda, yatmış körpələrə qarşı düşmən bu silahlardan istifadə edir. Bu sursatlar yandırıcı silah sistemlərinə aiddir. Onlar atıldıqdan sonra uzun müddət ətrafda ağ tüstü qalır. Ağ fosforun təhlükəliliyi ondan ibarətdir ki, onun alışması üçün sadəcə oksigenlə təmasa girməsi yetərlidir.

    Alışdıqdan sonra isə 1300 dərəcə tempratur əmələ gətirir. Silahın öldürücülüyündən başqa, insanın bədənində dərin deşiklər açır və soyuyana qədər yandırır. Digər tərəfdən, maddənin alışmasından əmələ gələn tüstü insanda ürək çatışmazlığı və boğulmaya səbəb olur”.

    Fosfor tərkibli döyüş sursatının Xocavənd istiqamətinə gətirilməsində məqsəd ilk növbədə onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Düşmənin digər məqsədi isə həmin sursatın guya bölmələrimiz tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.

  • Армяне ведут интенсивный обстрел Тертера и Геранбоя – ОФИЦИАЛЬНО

    Подразделения вооруженных сил Армении ведут интенсивный артиллерийский обстрел поселка Шихарх, сел Газьян и Гапанлы – Тертерского и села Еникенд – Геранбойского районов.

    Об этом сообщает Министерство обороны Азербайджана.

  • Ermənilər Tərtər və Goranboyu intensiv atəşə tutur – RƏSMİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəzyan və Qapanlı kəndləri, Goranboy rayonun Yenikənd kəndi intensiv artilleriya atəşinə tutulur.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

  • Təhsil Nazirliyindən XƏBƏRDARLIQ

    Noyabrın 11-dən Təhsil Nazirliyi tərəfindən https://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərin qəbulu prosesi dayandırılacaq.

    Bu barədə nazirliyin yaydığı məlumatda bildirilib.

    Qeyd edilib ki, müraciətlər üçün son tarix 10 noyabr 2020-ci il nəzərdə tutulur.

    Tələbələrin qeyd edilən tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərini yekunlaşdırması, natamam müraciətləri tamamlayaraq təsdiq etməsi xahiş olunur. Təhsil müəssisələri tələbələrin bu barədə təkrar məlumatlandırılmasını təmin etməli, müraciətlərə müəyyən edilmiş qaydada baxmalı, hüququ yaranan tələbələr üzrə müraciətləri təsdiq etməlidir.

    Qeyd edək ki, Təhsil Nazirliyi 30 sentyabr 2020-ci il tarixindən https://e-telebe.edu.azhttps://e-telebe.edu.az elektron portalı vasitəsilə cari tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib. Hazırda müraciətlərin qəbulu və emalı prosesi davam edir.

  • Azərbaycan ordusu düşmənin dörd “Qradı”nı məhv etdi – VİDEO

    Noyabrın 2-si saat 00:30-dan 02:25-dək cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin dörd ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi bölmələrimiz tərəfindən məhv edilib.

    Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

  • İlham Əliyev: “Biz erməni faşizminin belini qırırıq”

    “Baxmayaraq ki, bizim ordumuz çox uğurlu əməliyyatlar həyata keçirirdi, beynəlxalq vasitəçilərin təklifləri nəzərə alınaraq üç dəfə atəşkəslə bağlı Ermənistanla razılığa gəlindi. Lakin hər dəfə onlar atəşkəsi kobud şəkildə pozdu”.

    Bu sözləri Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

    Prezident bildirib ki, Ermənistan öz faşist əməllərindən əl çəkmir:

    “İlk olaraq Gəncə şəhəri ballistik raketlərlə atəşə tutdular. İkinci dəfə atəşkəsdən cəmi 4-5 dəqiqə sonra atəşkəsi pozdu. Üçüncü dəfə isə Bərdəyə “Smerç” raketi atıblar. Nəticədə 21 nəfər mülki şəxs həlak olub, 70 insan isə yaralanıb. Gəncəyə isə iki ballistik raketlə edilən hücum nəticəsində mülki şəxslər həlak olub. Bu erməni faşizminin eybəcər sifətidir. Biz, nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz erməni faşizminin belini qırırıq”.

    İ.Əliyev qeyd edib ki, əgər Ermənistan bu gün atəşi dayandırıb danışıqlar masası arxasında konstruktiv mövqe göstərsə, biz dayanmağa hazırıq:

    “Biz hesab edirik ki, Qarabağ münaqişəsinin həlli hərbi-siyasi müstəviyə keçməlidir. Biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları ciddi düşünüb bu qərara gəlməyə vadar edəcək”.

  • В Азербайджане выявлены 596 новых случаев инфицирования COVID-19, скончались еще 13 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 596 новых случаев инфицирования коронавирусом, еще 322 человека вылечились и были выписаны домой.

    Об этом 2 ноября сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 13 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 57 040 человек, 753 из них скончались, 44 479 – излечились, 11 808 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 1 368 620 тестов (за последние 24 часа – 5 081) на COVID-19.

  • Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü: 596 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 596 yeni yoluxma faktı qeydə alınıb, 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 13 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 11808 nəfərdir.

    Ölkədə son sutka ərzində 5081, hazırkı dövrədək isə 1368620 test aparılıb.

    Ümumi ölənlərin sayı 753 nəfərdir.

    Ümumi yoluxanların sayı 57040 nəfər, ümumi sağalanların sayı 44479 nəfərdir.

  • İlham Əliyev: “Region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq”

    “Bir aydan çoxdur ki, müharibə gedir. Biz işğalçılara dərs veririk, onları torpaqlarımızdan qovuruq”.

    Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edən zaman bildirib.

    Prezident qeyd edib ki, Azərbaycan ordusu artıq bir çox yaşayış məntəqəsini işğaldan azad edib:

    “Hər həftə onlarla yaşayış məntəqəsi – kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilir. Müzəffər Azərbaycan ordusu öz uğurlu əməliyyatlarını davam etdirir. İşğal edilmiş ərazilərdə vəziyyət acınacaqlıdır. Tarixi abidələrimiz dağıdılıb, təhqir edilib”.

    “Döyüş meydanında qarşımızda dayana bilməyən Ermənistan silahlı qüvvələri hər gün şəhər, kəndlərimizi atəşə tutur. Bir ay ərzində hücumlar nəticəsində 91 mülki şəxs həlak olub, onlardan 10-u uşaqdır”, – deyə dövlət başçısı qeyd edib.

    Prezident əlavə edib ki, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq:

    “Heç kim bizim qarşımızda dayana bilməz və bu yoldan çəkindirə bilməz. Ermənistan atəşi dayandırsa, qalan torpaqlarımızdan qoşunlarının çıxarması ilə bağlı konkret öhdəliyi üzərinə götürsə, dayanmağa hazırıq”.

  • Президент Ильхам Алиев: Сегодня будет объявлено об освобождении очередных сел

    Отечественная война продолжается. Есть хорошие результаты. Ряд городов и сел освобождены от оккупантов.

    Об этом заявил 2 ноября Президент Азербайджана, Верховный главнокомандующий Вооруженными силами Ильхам Алиев на встрече с делегацией, возглавляемой бывшим премьер-министром Турции Бинали Йылдырымом.

    “Практически каждую неделю я сообщаю об этом азербайджанскому народу. И сегодня будет объявлено об освобождении очередных сел от оккупации. Уже получены предварительные данные. Надеюсь, мы доведем эту справедливую борьбу до конца и изгоним оккупантов с наших земель”, – сказал Президент Ильхам Алиев.