Month: November 2020

  • Ərdoğan Putinlə Qarabağı müzakirə etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasındakı ticarət həcminin artırılması başda olmaqla ikitərəfli münasibətləri inkişaf etdirəcək addımlarla yanaşı Dağlıq Qarabağ, Suriya və Liviyadakı hadisələr müzakirə olunub.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söhbət zamanı atılan Dağlıq Qarabağdakı problemi həll etməyə və regiona davamlı əmin-amanlıq gətirməyə hesablanmış addım çərçivəsində müşahidə və yoxlama məqsədilə Türkiyənin Rusiya ilə quracağı birgə mərkəzin ən qısa zamanda fəaliyyətə başlamasını gözlədiyini ifadə edib.

    Azərbaycanın torpaqlarının bütünlüklə qaytarılması barədə həssaslığına işarə edən Prezident Ərdoğan, tətbiqetmə prosesində Ermənistan tərəfinin davamlı həlli çətinləşdirməsinə və anlaşma barədə məsuliyyətlərindən qaçmasına icazə verilməməsinin zəruriliyini vurğulayıb.

    Prezident Ərdoğan Minsk Qrupunun digər həmsədrlərinin sülh cəhdlərini tənqid etməsini başa düşməyin mümkün olmadığını dilə gətirib.

  • İran millisinin sabiq futbolçusu Bakı klubuna keçidinin səbəbini açıqladı

    “Hamı mənim hekayəmi bilir. İstədiyim vəziyyətin yaranmasını gözləyirdim. Ailə problemlərinə və ölkə xaricində oynamaq istəyimə görə legioner olmağa qərar verdim”.

    “Report”un məlumatına görə, bu fikirləri “Səbail”in yeni transferi Bəxtiyar Rəhmani “Parsfootball” nəşrinə saçıqlamasında Bakı klubuna keçidi barədə danışarkən deyib.

    İran millisinin sabiq üzvü koronavirus pandemiyasına görə Azərbaycan Premyer Liqasını seçdiyini bildirib: “Əsas heyətə düşmək üçün uzun müddət gözləsəm də, bunun baş verməyəcəyini gördüm. Başqa ölkələrdən də 100 faizlik təkliflərim var idi. Amma koronavirus problemi üzündən viza ala bilmədim və buraya gəldim”.

    Azərbaycan futbolunda yaxşı şərait olduğunu söyləyən 29 yaşlı yarımmüdafiəçi çempionatın gərgin keçdiyini vurğulayıb: “Burada İran liqasında olmayan xarakter var. İstənilən halda, çempionat asan deyil. 1-2 komanda Avropada uğurlu çıxış edir. Bizim kimi ortabab klubların da şəraiti yaxşıdır və rəqiblərimizlə başabaş mübarizə aparırıq. Buraya gələndə müqavilə şərtlərini uzun müddət müzakirə etdik. Çünki mənim üçün əsas olan ailəmdir”.

    Təcrübəli oyunçu pandemiya başa çatdıqdan sonra başqa kluba keçə biləcəyini istisna etməyib: “Fasiləyə hələ 4 tur qalıb. Şərtlər yaxşı olsa, burada qala bilərəm. Amma hər şey vəd edilən kimi olmasa və koronavirus başa çatsa, başqa ölkəyə də gedə bilərəm. Koronavirus imkan versə, özüm və ailəm üçün daha yaxşı yol seçəcəyəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Bura gələndən əzmlə çalışıram. Müqaviləmin sonuncu gününədək də belə olacaq. Qalan şeylər Allahın əlindədir”.

    Qeyd edək ki, Bəxtiyar Rəhmani “Səbail”lə 2020/2021 mövsümünün sonunadək müqavilə imzalayıb.

  • Азербайджанская армия направилась в Кельбаджар – ВИДЕО

    Вооруженные силы покидают Кельбаджарский район Азербайджана.

    В соответствии с трехсторонний заявлением, подписанным лидерами Азербайджана, России и Армении, азербайджанская армия входит в освобожденный от оккупации район.

    В социальных сетях распространены соответствующие кадры.

    Наши подразделения едут в Кельбаджар из села Тогана Гейгельского района.

  • Azərbaycan ordusu Kəlbəcərə yola düşüb – VİDEO

    Erməni silahlı qüvvələri Kəlbəcəri tərk edirlər.

    Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanata əsasən işağldan azad edilən Kəlbəcərə Azərbaycan ordusu daxil olur.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

    Videoda Azərbaycan hərbi kortejinin Göygöl rayonu, Toğana kəndi istiqamətindən Kəlbəcərə yollanması əks olunub.

  • İlham Əliyev və Putin arasında telefon danışığı olub

    Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə Bəyanatının bəndlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib, davamlı atəşkəs rejimindən, Rusiya sülhməramlı missiyasının rəhbərliyi ilə Azərbaycanın müvafiq strukturlarının rəhbərliyi arasında sıx əlaqələrin yaradılmasından məmnunluq bildirilib.

    Dövlət başçıları, həmçinin azərbaycanlı və erməni əhaliyə humanitar yardım göstərilməsi məsələlərini müzakirə ediblər. Söhbətin gedişində 10 noyabr tarixli birgə Bəyanatın bəndlərinə müvafiq olaraq nəqliyyat infrastrukturunun inşası və nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə edilib. Regionda uzunmüddətli sülhün təmin ediləcəyinə əminlik bildirilib.

  • Abşeronda avtomobil yeniyetmə qızları vurub

    Abşeron rayonunda iki yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, avtomobil 2006-cı il təvəllüdlü Musayeva Nailə Niyaz qızını və onun həmyaşıdı Mikayılzadə Vüsalə Vüsal qızını vurub.

    Hər iki yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı N.Musayevaya bud sümüyünün sınığı, V.Mikayılzadəyə isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

  • SON DƏQİQƏ! Hər kəsin narahat olduğu əsgər sağ tapıldı – VİDEO

    II Vətən Müharibəsi başlayandan bir müddət sonra haqqında məlumat olmayan hərbiçimiz tapılıb.

    Median.Az xəbər verir ki, bu barədə onun döyüş yoldaşı məlumat yayıb. O, qeyd edib ki, əsgər yoldaşları Tovuz Rayon Aşağı Quşçu kəndində qeydiyyatda olan Tağıyev Eşqin İlqar oğlu onların sıralarına qoşulub.

    E.Tağıyev özü də tapılması haqqında məlumat verib.//oxu24.com

  • Ağdamı Qafqazın Dubayına çevirmək olar

    İşğaldan azad edilmiş hər bir rayon ölkə iqtisadiyyatında xüsusi paya malik olsa da, Agdam bu rayonların içində xüsusilə seçiləcək. Çünki bu rayon təkcə özünün deyil, Qarabağ iqtisadi rayonunun iqtisadi inkişafında lokomotiv rolunu oynaya biləcək potensiala malikdir.

    Median.Az bildirir ki, bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

    Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi zamanı digər rayonlar kimi Ağdama da böyük zərər vuruldu:

    “Lakin hazırda işğaldan tam azad edildiyi üçün növbə onun iqtisadi inkişafının təmin edilməsindədir. Düşünürəm ki, bu missiyanın icrası o qədər də çətin olmayacaq. Çünki orada yenidən iqtisadi inkişafa nail olmaq üçün bu rayon geniş iqtisadi potensiala malikdir. Bu potensialı təsnifatlaşdırsaq, birinci növbədə buranın kənd təsərrüfatı üçün mövcud potensialını qeyd etməliyik”.

    Ekspert hesab edir ki, Ağdamın Şimal-Şərq istiqamətində Qarabağ düzənliyinin yüksəkliyinin tədricən azalması, meyilliyin az olması ilə əlaqədar düzənliyin səthinin çox zəif parçalanması, çay qollarının əlverişli paylanması və digər əlverişli xüsusiyyətlər bu ərazilərin əkinçilik üçün yararlı olmasını təmin edir. Bu relyef həm kənd təsərrüfatı maşınlarının istifadəsini, həm də suvarma işlərini asanlaşdırır, eyni zamanda, torpaqları erroziya proseslərindən qoruyur, onların münbitliyini və məhsuldarlığını artırır:

    “Azad edilmiş digər ərazilərimizdə olan su ehtiyatlarının da bu istiqamətə yönəldilmə imkanlarının olması da bizə onu deməyə imkan verir ki, qısa müddət ərzində Ağdamda əkinçilik və maldarlığın sürətli inkişaf etdirilməsinin şahidi olacağıq. Kənd təsərrüfatı istehsalından danışarkən bu sahənin yeyinti və yüngül sənayeyə vərə biləcəyi töhfəni unutmaq olmaz. Ağdamda olan şərab zavodlarının istehsal etdiyi məhsullar bütün post-sovet ərazisində məşhur idi. Niyə də o nostalji dad yenidən qayıtmasın?! Yeni şərab zavodlarının inşası uzun illər əvvəl tanınmış bir brendin geridönüşü demək olacaq. Hətta bura bir məlumatı da əlavə edim ki, Ağdam rayonu ərazisində Üzərliktəpə qədim yaşayış yerindən e.ə. II minilliyin ortalarına aid “Vitis Vinifera” üzüm növünə mənsub tumlar aşkar edilmişdir. Bu faktlar göstərir ki, Ağdamda şərabçılığın sürətli inkişafı üçün böyük marketinq işinin qurulması baxımından xüsusi imkan var”.

    İqtisadçının fikrincə, Ağdam iqtisadiyyatının hərəkətverici qüvvələrindən ikincisi ticarət sektorunda movcud potensialdır. Bu rayonun yerləşdiyi coğrafi mövqe və rayon sakinlərinin ticarət sahəsində özünəməxsus bacarıqlarının olması bu potensialı daha da artırır.

    E.Əmirov bu qənaətdədir ki, növbəti illərdə nəinki Qarabağ və ya Azərbaycanın, bütün regionun ən böyük ticarət zonasının Ağdam rayonunun ərazisində yaradılması mümkündür. Naxçıvan dəhlizinin açılması ilə yeni yaranacaq Türkiyə-Orta Asiya dəhlizi bu rayonun cənub sərhədlərindən keçəcək ki, bu da həmin ticarət zonasını Cənubi Qafqaz, Şimali Qafqaz, Orta Asiya respublikaları, İran, Türkiyə və digər ölkələrin də istifadə edəcəyi nəhəng ticarət qovşağına çevirəcək. Hətta bu zaman beynəlxalq təcrübələrdən yararlanaraq müəyyən güzəşt sistemləri yaradılarsa, buranı Qafqazın Dubayına çevirmək olar.

    Ağdamın mineral xammal, tikinti xammal ehtiyatları ilə bağlı potensialının da olduğunu nəzərə çatdıran iqtisadçı bildirib ki, Ağdam rayonunda mişar daşı istehsalına və sement istehsalına yararlı olan əhəngdaşı yataqları, zəngin gil yataqları, üzlük daşı istehsalına yararlı Gülablı əhəngdaşı yatağı, kərpic istehsalına yararlı gil yatağı, ümumi ehtiyatları, 2 qum-çınqıl qarışığı yataqları var:

    “Ən əsası isə bu yataqların ehtiyatlar həcmi yeterincə böyükdür. Bunlar da imkan verir ki, bu ehtiyatların istismarı və emalı üçün iri sənaye müəssisələri yaradılsın. Bu müəssisələr həm ətraf rayonların ehtiyaclarının ödənilməsi, həm də rayonun iqtisadi durumunun yüksəldilməsinə imkan verəcək. İqtisadi potensialdan danışarkən mütləq işğaldan əvvəlki iqtisadi fəaliyyət sahələrini xatırlamaq və hazırkı şəraitin tələblərinə cavab verən sahələri yenidən qurmaq olar. Məsələn, dəzgah avadanlıqları, asfalt, konserv, yağ-pendir, barama toxumu, xalça fabriki və s. sahələri misal göstərmək olar”.

  • Армянские подразделения покидают район Кельбаджарский район Азербайджана

    Последние армянские вооруженные подразделения покидают Кельбаджарский район Азербайджана, в который сегодня в полночь войдут подразделения азербайджанской армии, передает корреспондент РИА Новости.

    Мотострелки, располагавшиеся в Кельбаджарском районе Карабаха, подорвав казармы и постройки воинской части, покинули территорию, которая по договору должна перейти под контроль Азербайджана.

    “Мы снимаем наши передовые посты в горах и после этого подрываем оставшиеся здания воинской части, чтобы они не достались азербайджанцам. После подрыва мы уходим в Армению. На данный момент наша часть – одна из последних”, – сказал журналистам представитель командования мотострелков.

    Еще до подрыва зданий части личный состав покинул район. За ликвидацией военных объектов наблюдали представители командования подразделения.

  • Kəlbəcəri tərk edən ermənilər hərbi hissələri partladır – VİDEO

    Kəlbəcər rayonunu Azərbaycana təhvil verməli olan Ermənistan ordusunun artıq son bölmələri bölgəni tərk edir.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Bölgəni tərk edən erməni dinc sakinləri kimi, hərbçilər də təxribatlara əl atır. Belə ki, erməni hərbçilər özlərindən sonra istifadə edilməməsi üçün hərbi hissələri, yataqxanaları və postları partladaraq məhv edir.

    Bütün bu proseslərə bölgəni tərk edən birləşmələrin komandanlığı tərəfindən nəzarət olunur.