Month: November 2020

  • ISESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

    ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb.
    Median.Az
    xəbər verir ki, məktubda deyilir:

    “Zati-aliləri.

    Dağlıq Qarabağ bölgəsinin işğaldan azad olunması münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Bölgədəki müharibənin dayandırılması ilə bağlı xəbərləri sevinclə qarşıladıq. Azərbaycan ilə Ermənistan arasında əldə edilən və imzalanan razılaşma ölkələriniz arasındakı hərbi əməliyyatlara faktiki olaraq son qoydu. Bu nəticə beynəlxalq səviyyədə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan dünyada əlamətdar hadisə kimi qeyd olunur.

    Azərbaycan hökuməti və xalqı bu Qələbəni Sizin uzun sürən münaqişəyə davamlı həll yolu tapmaq və dünyanın bu mühüm bölgəsindəki vəziyyəti normallaşdırmaq üçün nümayiş etdirdiyiniz qətiyyət və müdrik rəhbərliyiniz sayəsində qazandı.

    ISESCO bu layiqli qələbəni Azərbaycan Respublikası ilə birlikdə qeyd edir və qarşıdakı illərdə təşkilatın imkanları daxilində ölkənizin rifah və tərəqqi istiqamətində bütün səylərini dəstəkləməyə davam edəcəkdir.

    Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

    Yaşasın Azərbaycan Respublikası!”

  • Комкор представил сыну полковника шехида государственный флаг Азербайджана – ФОТО

    Сегодня состоялась церемония похорон полковника ВС Азербайджана Бабека Семидли, который стал шехидом.

    Затем командир корпуса генерал-майор Хикмет Гасаном передал сыну Б.Семидли государственный флаг Азербайджана.

    Напомним, что замкомкора стал шехидом, от взрыва мины на территории поселка Суговушан.

  • Azərbaycan zabitinin humanistliyi – ŞƏRH

    Noyabrın 20-i Ağdam rayonu Ermənistan silahlı qüvvələrindən tamamilə azad olundu. Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın imzaladığı üçtərəfli Bəyanata əsasən Ağdam rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi.

    Təbii ki, bu torpaq Azərbayacana elə-belə verilmədi. Və yaxud sözügedən bəyanat boşuna bağlanmadı. Ermənistanın 27 sentyabr tarixində hərbi təcavüzünə cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurlu əks-hücum əməliyyatı aparıldı. Bu əməliyyatın nəticəsi olaraq, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri daxil olmaqla, 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu.

    Üçtərəfli bəyanatdan sonra isə Ağdam rayonu Azərbaycana qaytarıldı. Ermənilərin “Ruhlar şəhərinə” çevirdiyi Ağdam şəhərinə ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səfəri zamanı biz oradakı dağıntıları televiziya vasitəsilə əyani şəkildə izləmək imkanı əldə etdik.

    Ümumiyyətlə, bu müharibə bir daha Azərbaycan insani humanizm nöqteyi nəzərindən ermənilərlə bir müqayisə edilə bilməyəcəyini göstərdi. Azərbaycanın Kəlbəcər rayonunun erməni əhalisindən boşaldılması zamanı Ermənistana daha 10 gün möhlət verməsi bu dediyimizi göstərən faktdır. Uzağa getməsək, bu gün Ağdamın Gülablı kəndi zamanı görünən görüntülər Azərbaycan hərbçisinin nə qədər humanist olduğunu göstərir.

    Azərbaycanlı polkovnik Gülablıda məskunlaşmış erməni camaatını başına yığaraq onları qovmadıqlarını, ölkəmizin vətəndaşı kimi qalmalarını təklif etdiklərini xatırladır. Həmçinin ermənilərə Ağdamı tərk edərkən qoyunlarına kimi aparmağa icazə verdikləri bildirilir. Videonun sonunda isə görünür ki, azərbaycanlı hərbçilər ermənilərə öz əşyalarını və yeyinti məhsullarını götürməyə icazə verir və hətta onlara köməklik edirlər.

    İndi isə 1991-ci ilə qayıdaq. Digər polkovnikimiz, mərhum Fətullah Hüseynovun Ağdərədə erməni kolxozçularını başına yığıb nitqini xatırlayaq. “Qara polkovnik” silahlanıb azərbaycanlılara qarşı qiyam qaldıran ermənilərə mədəni formada izah edir ki, qonşularınızla mehriban davranın.

    90-cı illərdəki hadisələri xatırlasaq, biz bunun əksini, ermənilərin bizim əhaliyə qarşı rəftarının zorakılığını görürük. Həmin vaxt ermənilər azərbaycanlı əhalinin köçürülməsinə belə imkan verməməyə çalışmış, yaşlı, gənc, uşaq demədən hamını qovmuş, əllərinə düşənləri isə xüsusi amansızlıqla qətlə yetirmişdi. Azərbaycanlı əhali ermənilər kimi Qarabağı tərk edərkən öz evlərindən çox şey götürə bilməmiş, hətta öz doğma torpaqlarından ayağı yalın şəkildə qaçmağa məcbur edilmişdilər…

    Bu müharibə tək Paşinyanın başçılıq etdiyi Ermənistan Ordusunu məhv etmədi. Həmçinin Serj Sarqsyan və Robert Koçaryanın başçılıq etdiyi, əlləri Xocalı soyqırımı zamanı azərbaycanlı əhalinin qanına batmış erməni cəlladları bu müharibə sayəsində darmadağın edildi. Bu müharibəyə qədər ermənilərdə öz orduları barəsində formalaşmış cəsur, qüdrətli, məğlubedilməzlik mifologiyası da qırılmış oldu.

    Bütün bunlara isə Azərbaycan ordusu Ali Baş Komandanın və digər ixtisaslaşmış, savadlı zabitlərimizin hərbi planları, uğurlu hərbi strategiyası sayəsində nail oldu. Azərbaycan Ordusunun bu gücü Ermənistan zabitlərinin hərbi əməliyyatlar zamanı döyüş meydanından arxalarına baxmadan belə qaçmasına, hərbçi şərəfinə tüpürmələrinə səbəb oldu. Çətin ki, bundan sonra şərəfini itirmiş erməni ordusu bir də Qafqazda boy göstərə…

  • Rusiyada altı uşağı girov götürən kişi təslim oldu – YENİLƏNİB+VİDEO

    Rusiyanın Sankt-Peterburq şəhərində altı uşağı girov götürən şəxs təslim olub.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    O, təslim olaraq girovları azad edib. Sözügedən şəxs girov götürdüyü altı uşaqdan ikisinin bioloji atası olub.

    Azad edilən uşaqlar xəstəxanaya yerləşdirilib, onların həyatları üçün təhlükə olmadığı bildirilir.

  • Названы смертельно опасные симптомы коронавируса

    Российский врач аллерголог-иммунолог Владимир Болибок перечислил в эфире НСН смертельно опасные симптомы коронавируса.

    Специалист отметил, что посинение краешков губ, синева носогубного треугольника, возрастание частоты дыхания в состоянии покоя указывают на нехватку кислорода в крови человека.

    Врач уточнил, что эти симптомы могут быть признаками развития дыхательной недостаточности. При этом он добавил, что одышку нельзя считать специфическим симптомом COVID-19. Наиболее характерным признаком заражения Болибок назвал потерю обоняния.

    Медик подчеркнул, что лечить COVID-19 самостоятельно нельзя, нужно обязательно обратиться к врачу. Он отметил, что эта инфекция очень опасна и принимает разные формы, протекает по-разному в одной семье.

    “Медлить не нужно, нехорошие симптомы развиваются достаточно быстро. Сегодня у человека все нормально было, а завтра он уже в реанимации “на трубке” лежит”, — заключил иммунолог.

  • Elçin Cəfərov: “Ermənilər Ağdama sanki atom bombası atıb”

    “Bu böyük sevinci bizə yaşatdıqları üçün Ali Baş Komandanımıza, hərbçilərimizə eşq olsun. Hər birimiz qələbəyə görə səmimi qəlbdən sevinirik. 27 illik həsrətə son qoyuldu. Bundan böyük sevinc, fəxr ediləsi hadisə olmayıb”.

    Bu fikirləri “Report”a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov Ağdam rayonunun erməni işğalından tamamilə azad olunması ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

    Əslən Ağdamdan olan federasiya rəsmisi mənfur düşmənlərimizin bölgədə törətdiyi vəhşiliklərdən söz açıb: “Hamımız gördük ki, bu vandallar işğal altındakı rayonları nə günə qoyublar. Dünyanın heç bir yerində qəbul olunmamış əməllər törədiblər. Məscidlər, tarixi abidələr bərbad gündədir. İnanıram ki, bunlar layiqli cavabını alacaq. Artıq dünya da erməniləri tanıyıb. Ərazini zəbt edirsənsə, gərək, orada iş görəsən, islahat aparasan. Bunlar ancaq özləri üçün səngərlər, keçilməz yerlər qazıblar. Müharibə üçün hazırlıq görülüb. Ermənilər həmin yerləri yaşamaq üçün işğal etməmişdi. Bilirdilər ki, torpağın əsl sahibi nə vaxtsa öz yurduna qayıdacaq. Ona görə oraları xaraba qoyublar”.

    E.Cəfərov Ağdamın Xirosimanı xatırlatdığını söyləyib: “Rayona sanki atom bombası atıblar. Görün, Abdal və Gülablı kəndlərini, şəhərin mərkəzini nə günə qoyublar. İşğaldan azad olunmuş digər rayonlar da bu gündədir. Lazım olan yerləri guya özləri üçün götürüblər, digərlərini isə xaraba vəziyyətinə salıblar ki, orada yaşayış olmasın. Bunlar sırf işğalçılıq niyyəti ilə o yerləri tutmuşdular. Orada yaşamayacaqsansa, niyə bu qədər camaatı öz yurdundan etdin”?

    Vitse-prezident işğaldan azad edilən ərazilərin yenidən çiçəklənəcəyini vurğulayıb: “Bu günə şükür ki, məcburi köçkünlər 27-28 ildən sonra öz evlərinə qayıdacaqlar. Təbii ki, Cənab Prezidentimizin rəhbərliyi altında oralarda yenidən evlər tikiləcək, infrastruktur qurulacaq, hər rayonunun özünə uyğun ictimai yerləri bərpa olunacaq”.

    Qeyd edək ki, Ağdam rayonu erməni işğalından noyabrın 20-də tamamilə azad olunub.

  • Gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək – FOTO

    Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədə işin əlaqələndirilməsi məqsədi ilə yaradılmış, bir sıra dövlət qurumlarının təmsil olunduğu Komissiyanın iclasında 2020-ci il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasına dəyişiklik və 2021-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər müzakirə olunub.

    Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkənin əmək bazarında da müsbət meyillərin davamlı xarakter almasına, məşğulluq imkanlarının artmasına şərait yaratdığını vurğulayıb. O, dayanıqlı inkişaf proseslərinin mövcud olduğu ölkəmizin xarici əməkçi miqrantlar üçün cəlbedici olduğunu deyib.

    Nazir bildirib ki, Azərbaycanda miqrasiya siyasətinin vacib prinsipləri ölkənin sosial-iqtisadi maraqlarının qorunması, eyni zamanda miqrantların, o cümlədən də əməkçi miqrantların həyatı və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasıdır. Əcnəbi işçilərə iş icazələrinin verilməsi üçün hər il əmək miqrasiyası kvotası təsdiq edilir. Kvotanın müəyyən olunması üçün təkliflər hazırlanarkən respublikadakı demoqrafik inkişaf, əmək bazarında mövcud vəziyyət, ölkənin əmək ehtiyatları və işəgötürənlərin işçi qüvvəsinə tələbləri ciddi şəkildə nəzərə alınır. Daxili əmək bazarının qorunması, yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması, mövcud vakansiyaların ilk növbədə yerli işçi qüvvəsinin məşğulluğu üçün istifadə edilməsi prinsipləri diqqətdə saxlanır.

    S.Babayev qeyd edib ki, 2021-ci ilin əmək kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması məqsədilə müvafiq təhlillər artıq aparılıb. Bu təhlillərə əsasən, Azərbaycanda ixtisaslı kadrların sayının ilbəil artdığı nəzərə alınmaqla qeyd etmək olar ki, gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək. Eyni zamanda, təkliflərin hazırlanması zamanı əmək bazarının hansı sahələrində əcnəbi işçi qüvvəsinə tələbatın olduğu da nəzərə alınıb. Yalnız hansı sahələrdə ki, xarici işçi qüvvəsinə ehtiyac yaranır, kvota da o sahələri əhatə edir.

    İclasda 2020-ci il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasına dəyişiklik nəzərdən keçirilməklə, gələn il üçün kvotanın müəyyən olunması ilə bağlı təkliflərə baxılıb, müzakirələr aparılıb.

  • Муниципалитеты Неаполя приняли документы, осуждающие политику геноцида Армении

    Муниципалитет Оттавиано итальянского города Неаполь принял документ под названием “Резолюции Совета Безопасности ООН по армяно-азербайджанскому нагорно-карабахскому конфликту № 822, 853, 874 и 884 должны быть немедленно исполнены”. Документ с таким же названием был принят муниципалитетом Ливорно в Неаполе.

    Об этом сообщили в посольстве Азербайджана в Италии.

    В документах осуждается ракетный обстрел городов Гянджа и Барда, а также намеренный обстрел гражданских объектов и гражданских лиц, в период новой военной агрессии Армении, начавшейся 27 сентября, и выражается солидарность с жителями городов Гянджа и Барда, а также с азербайджанским народом в целом.

    Также подчеркивается, что соответствующие муниципалитеты поддерживают нормы и принципы международного права и осуждают оккупационную политику Армении. Отмечается, что вооруженные силы Армении должны быть незамедлительно, безоговорочно и полностью выведены со всех оккупированных земель Азербайджана, соответствующие резолюции Совета Безопасности и Генеральной Ассамблеи ООН по конфликту должны быть незамедлительно выполнены, а также должно быть обеспечено право азербайджанских беженцев и вынужденных переселенцев вернуться на родные земли.

  • Neapol bələdiyələri Azərbaycanı dəstəkləyən sənəd qəbul edib

    İtaliyanın Neapol şəhərinin Ottaviano bələdiyyəsi “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir” adlı sənəd qəbul edib. Eyni adlı sənəd, habelə Neapol şəhərinin Liveri bələdiyyəsi tərəfindən də qəbul edilib.

    Bununla bağlı Azərbaycanın İtaliyadakı səfirliyi məlumat yayıb.

    Məlumatda bildirilir ki, sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycanın 20% ərazilərinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilir.

    Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını tələb etdiyi vurğulanır.
    Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli Çıraqov və digərləri Ermənistana qarşı işi ilə bağlı qərarında da Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən işğal edildiyinin təsdiqləndiyi ifadə olunur.

    Sənədlərdə, həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqət çəkilir və bu xüsusda, Azərbaycan Respublikası Prezidentinin cari ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”yə istinad edilir.

    Münaqişə ilə bağlı mövcud hüquqi əsaslara və 30 ilə yaxın müddətdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində aparılan danışıqlara baxmayaraq, Ermənistanın destruktiv siyasəti nəticəsində danışıqların bloklandığı, Azərbaycan xalqının böyük ədalətsizliklə üzləşdiyi və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıda bilmədiyi, ailə üzvlərinin məzarlarını belə ziyarət edə bilmədikləri vurğulanır.

    Sənədlərdə 27 sentyabr tarixindən etibarən Ermənistanın yeni hərbi təcavüzü zamanı qəsdən mülki obyektləri və mülki şəxsləri hədəf alaraq Gəncə və Bərdə şəhərlərini bombalaması pislənilir və bu xüsusda, Gəncə və Bərdə şəhərlərinin sakinləri, habelə bütünlükdə Azərbaycan xalqı ilə həmrəylik ifadə edilir.

    Sənədlərdə aidiyyəti bələdiyyələrin daima beynəlxalq hüququn norma və prinsiplərini dəstəklədiyi və bu xüsusda, Ermənistan Respublikasının təcavüz siyasətini pislədiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və bütünlüklə çıxarılmalı olduğu, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinin dərhal yerinə yetirilməli olduğu, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.

  • Трамп пообещал подать крупный иск о фальсификациях на выборах

    Президент США Дональд Трамп 24 ноября пообещал, что скоро будет подан некий крупный иск, который раскроет подробности фальсификаций на выборах, пишет РИА Новости.

    “Наш большой иск, который раскрывает в мельчайших деталях все фальсификации на выборах и более того, скоро будет подан. Подтасованные выборы!”, – написал он в своем Twitter.

    Так президент прокомментировал результаты опроса, проведенного изданием Politico и компанией Seven Letter Insight, который показал, что 79% сторонников Трампа считают, что выборы были “украдены”.

    “Они на 100% правы, но мы бьемся изо всех сил”, – добавил глава государства.

    Опрос проводился с 10 по 19 ноября 2020 года среди 1500 избирателей по всей стране.