Month: November 2020

  • Vətən müharibəsində əməyi olan igidlərimizi tanıyaq

    İşğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda iştirak edən şəxslərdən daha bir neçəsi ilə bağlı məlumat paylaşılıb.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın baş mütəxəssisləri Əli Babayev və Fədai Abdullayev Vətən müharibəsində iştirak ediblər.

  • Bakıda məktəb direktoruna yarım milyon manatlıq ittiham: Cinayət işi açıldı

    Bakı şəhəri Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Мehriban Əsgər qızı Rüstəmova barəsində cinayət işi başlanılıb.

    APA-nın məlumatına görə, M.Rüstəmova dövlət əmlakını xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

    İş üzrə zərərçəkən şəxs qismində Mədəniyyət Nazirliyi tanınıb.

    Dəymiş zərər yarım milyon manatdan çoxdur.

    M.Rüstəmova barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

    Onun barəsində başlanan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

  • Утвержден новый состав Совета сертификации учителей

    Приказом министра образования Эмина Амруллаева утвержден новый состав Совета сертификации преподавателей при ведомстве.

    В него вошли: заместители главы аппарата Минобразования Фарзали Гадиров и Гасан Гасанлы, советник министра Симузар Фейзуллаева, завотделом кадров Эшги Багиров, завотделом общего образования Вафа Ягублу и начальник департамента информатизации Вусал Ханларов.

  • Təhsil nazirindən əmr: Şuranın yeni tərkibi təsdiqləndi

    Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının üzvlərinin yeni tərkibi təsdiq edilib.

    Bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

    Əmrə əsasən, Təhsil Nazirliyinin “Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında” əmrinin birinci hissəsində “Şuranın üzvləri” yeni tərkibdə təsdiq edilib.

    Şuranın üzvləri – TN-nin Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov və Həsən Həsənli, nazirin müşaviri Simuzər Feyzullayeva, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov təyin edilib.

    Əmrin icrasına nəzarəti nazir öz üzərində saxlayıb.

  • В российском детсаду заставили детей мыть унитазы

    Прокуратура Советского района города Томска (Россия) проверит данные о том, что в детском саде №39 его воспитанников заставляли мыть полы и унитазы. Об этом сообщила пресс-служба регионального надзорного органа.

    Отмечается, что таким образом воспитательница наказывала детей за плохое поведение.

    “Прокуратура проверит исполнение дошкольным учреждением законодательства об образовании”, – говорится в сообщении.

    В ведомстве указали, что при наличии оснований будут приняты “исчерпывающие меры прокурорского реагирования”.

  • Rusiyada bağçada cəza kimi uşaqlara unitaz təmizlətdiriblər

    Rusiyanın Tomsk şəhərində bağçaların birində uşaqlar döşəmə və tualet yumağa məcbur edilib.

    Lenta.ru-nun məlumatına görə, bu barədə regional prokurorluğun mətbuat xidməti məlumat verib.

    Bildirilir ki, tərbiyəçi bu yolla uşaqları pis davranışlarına görə cəzalandırırmış.

    Müəllimə hadisə ilə əlaqədar valideynlərdən üzr istəsə də, bunun xeyri olmayıb.

    Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

  • Samuxda xüsusi karantin rejimi qaydalarını pozan koronavirus xəstələrinə cinayət işi açıldı

    Samuxda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb ediliblər.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini, Fəxrəddin Quliyev və rayonun Sərkar kənd sakini Sevinc İsgəndərovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları ünvanı tərk etmələri müəyyən edilib.

    Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvana göndəriblər.

    Həmin şəxslər barəsində RPŞ-nin İstintaq Qrupunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.

  • Qubada postda saxlanılan şəxsdən narkotik götürülüb

    Qubada rayonunda postda saxlanılan şəxsdən narkotik vasitə aşkar edilib.

    DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə, Quba rayon sakini Kamal İskəndərov özünə məxsus “Niva” markalı nəqliyyat vasitəsi ilə Qusar-Quba istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Quba rayonun giriş hissəsində quraşdırılmış müvəqqəti stasionar postda Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Saxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğu üçün onun üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman ondan və nəqliyyat vasitəsindən kibrit qutusunda və sellofan bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də bir ədəd bıçaq aşkarlanaraq götürülüb.

    Dindirilmə zamanı Kamal İskəndərov narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Türkiyə MN: Kəlbəcər 27 ildən sonra gerçək sahiblərinə qovuşub

    Türkiyənin Milli Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Ermənistanın işğalından azad olunması münasibətilə Azərbaycanı təbrik edib.

    Təbrik mətni nazirliyin tvitterində paylaşılıb.

    “Qəhrəman Azərbaycan Ordusu Qarabağda qazandığı böyük zəfərdən sonra əldə olunan razılaşma çərçivəsində Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra gerçək sahiblərinə qovuşub. Şanlı ay-ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq”, – qeyd olunub.

    Nazirlik Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması fotolarını da paylaşıb.

    Qeyd edək ki, noyabrın 10-u Azərbaycan, Rusiya və Ermənistanın ölkə başçıları arasında imzalanan bəyanata əsasən, Kəlbəcər rayonu boşaldılıb.

  • Новые кадры из освобожденного Кельбаджара – ВИДЕО

    В Сети распространились новые кадры из освобожденного Кельбаджара.

    Кадры опубликованы в Телеграм.

    Как видно из видео, в некоторых местах Кельбаджара уже выпал снег.

    Median.Az представляет данное видео: