Month: November 2020

  • Azərbaycan millisinin daha 2 güləşçisi koronavirusa yoluxdu

    Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 2 üzvündə koronavirus aşkarlanıb.

    Bu barədə “Report”a Azərbaycan Güləş Federasiyasının sözügedən güləş növü üzrə vitse-prezidenti Elçin Cəfərov məlumat verib.

    Onun sözlərinə görə, yığmanının güləşçilərindən başqa, daha bir idmançının testi müsbət nəticə verib: “Həmin şəxs sparrinq-rəqibdir. Heç kim bu xəstəlikdən sığortalanmayıb. Məncə, hamı bu virusa yoluxacaq. Kim bundan necə çıxacaq, bunu gələcək göstərəcək. Güləşçilər də bu cəmiyyətin nümyəndələridir. Məşqlərə gəlib-gedirlər, ictimai nəqliyyatdan istifadə edirlər. Virusa yoluxanlar təlim-məşq toplanışından kənarlaşdırılıblar. Hər üçünün müalicəsinə başlanılıb. O qədər də qorxulu bir şey yoxdur”.

    Federasiya rəsmisi virusa yoluxmamaq üçün gördükləri tədbirlərdən də danışıb: “Federasiyada bu ilin martından hamıya ciddi nəzarət var. Bunun nəticəsidir ki, virusa ən az yoluxan bizim idmançılardır. Məşqə gələndə maka taxmalarına, dezinfeksiyaedici məhlullardan istfadələrinə nəzarət edirik. Amma sonrakı vaxtlarını harada keçirdiklərini bilmirik. Hər şeyə məsuliyyətlə yanaşmaq, ciddi qəbul etmək lazımdır. Bunların çoxu gənc olduqları üçün vəziyyətə ciddi yanaşmırlar. Ətrafımızda olan insanlardan dünyasını dəyişənlər oldu. Bəziləri xəstəxanalardadır. Hər gün xəstə sayı artır. Hamı təhlükəsizlik tədbirlərinə tam əməl etməlidir. Maskanı yalnız yolda polis görəndə taxmamalıdır. Qərar qəbul olunubsa, deməli, hamıya aiddir. Kim əməl edirsə, xəstəlik ondan uzaq olur”.

    Qeyd edək ki, daha əvvəl sərbəst güləş üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma baş verib.

  • Nazirlik: “Evində huşsuz vəziyyətdə tapılan əməkdar artist müayinə olunub”

    “Səfurə xanım uzun illərdir, Könül xanımın himayəsindədir”.

    Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavabda deyilir.

    Bildirilib ki, Nazirliyin İncəsənət şöbəsinin əməkdaşı Xalq artisti Səfurə İbrahimovanın qardaşı qızı Könül xanımla əlaqə saxlayıb.

    “Son günlər Səfurə xanımın qardaşının səhhətində problemlər yarandığı üçün Könül xanım atasının yanında qalıb. 23 noyabr tarixində Səfurə İbrahimova müayinə olunmaq üçün xəstəxanaya aparılıb, müayinə zamanı səhhətində ciddi problem aşkarlanmayıb. Səfurə İbrahimova hazırda qardaşı qızının evindədir”, – deyə məlumatda deyilir.

    Qeyd edək ki, bir neçə gün əvvəl Xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.

    Onu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilas edib.

  • Кюбра Магеррамова поделилась впечатлениями от поездки в Физули – ВИДЕО

    После визита Президента Азербайджана Ильхама Алиева в освобожденные от оккупации Физулинский и Джебраильский районы была организована поездка группы журналистов в Физули.

    Сотрудники ряда азербайджанских СМИ своими глазами увидели последствия оккупации.

    Посетившая Физули журналистка Кюбра Магеррамова поделилась своими впечатлениями от поездки в ходе передачи Sabahın xeyir, Azərbaycan! на Общественном телевидении (ITV):

  • Создана самая маленькая в мире атомная единица памяти

    Инженеры-физики создали самое маленькое устройство хранения данных с производительностью в сто раз больше современных устройств флэш-памяти. Как передает Report, результаты исследования опубликованы в журнале Nature Nanotechnology.

    Два года назад исследователи из Техасского университета в Остине в сотрудничестве с китайскими учеными из Пекинского университета разработали сверхтонкое устройство высокоемкой памяти толщиной в один атом, названное ими “атомристором”.
    В новой статье американские физики вместе с коллегами из Великобритании и Тайваня описывают еще более компактную разработку — самое миниатюрное из известных запоминающих устройств площадью всего в один квадратный нанометр. В процессе исследования авторы также выяснили физическую динамику, которая открывает возможности плотного хранения памяти для этих крошечных устройств.

    Уменьшение размеров микросхем снижает их потребность в энергии и увеличивает емкость, что означает мощность и удобство. Более быстрые и умные процессоры позволяют создать более компактные компьютеры и смартфоны.

    Новое устройство относится к категории мемристоров — микроэлектронных элементов, способных изменять свое сопротивление в зависимости от протекшего через них заряда. При этом оно не нуждается в третьем выводе в центре, известном как затвор.

    “Результаты, полученные в этой работе, открывают путь для разработки приложений будущего поколения, таких как сверхплотное хранение, нейроморфные вычислительные системы, системы радиочастотной связи и многое другое”, — говорит еще один автор исследования Пани Варанаси, менеджер программ Исследовательского управления армии США, финансировавшего это исследование.

  • Ən yığcam yaddaş qurğusu yaradıldı

    Mövcud flash yaddaş qurğularından yüzqat daha böyük tutuma malik, eyni zamanda ən yığcam məlumat saxlama qurğusu yaradılıb.

    “Report” xəbər verir ki, ABŞ, Böyük Britaniya, Tayvan alimlərinin “Nature Nanotechnology”də dərc edilmiş birgə tədqiqatında bir kvadrat nanometr (1 nanometr 1 millimetrin milyonda biridir) ölçülü ən yığcam yaddaş qurğusu təqdim olunur.

    Araşdırma müəlliflərinə görə, daha kiçik ölçülü mikrosxemlərin tətbiqi enerji sərfini azaldaraq tutumunu artırır. Beləliklə də, daha sürətli prosesorlar ən yığcam kompüter və smartfon cihazlarını yaratmağa imkan yaradır.

    Tədqiqata maliyyə ayıran ABŞ-ın Ordu Tədqiqat Ofisinin (ARO) proqram meneceri, araşdırma müəlliflərindən biri Çakrapani Varanasi qeyd edib: “Bu araşdırmada əldə edilən nəticələr neyromorf hesablama sistemləri, radiotezlik rabitə sistemləri və s. gələcək nəsil proqram tətbiqlərini yaratmaq üçün geniş imkanlar açır”.

  • Sahibə Qafarova miqrant problemində beynəlxalq təşkilatların təsirsizliyini səbəb kimi görür – FOTO

    Beynəlxalq ictimaiyyətin səssizliyi və cəza tədbirləri görməməsi Ermənistanın 30 il boyunca Azərbaycan torpaqlarının işğalının davam etdirməsinə gətirib çıxarıb.

    Bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisi və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin birgə təşəbbüsü ilə bu gün keçirilən “Miqrant uşaqların qorunması və itkin düşən uşaqların xilas edilməsi” adlı beynəlxalq konfransda çıxışı zamanı ifadə edib.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentop və AŞPA Prezidenti Rik Daemsin də qatıldığı konfransda Milli Məclis sədri müzakirə edilən mövzunun beynəlxalq ictimaiyyət üçün əhəmiyyətindən və aktuallığından söz açıb. Sahibə Qafarova AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinə sədrlik etdiyi 2016-2018-ci illərdə də miqrant uşaqların problemlərini diqqət mərkəzində saxladığını, beynəxalq ictimaiyyətin bu məsələyə daha çox diqqət ayırmasına çalışdığını xatırladıb.

    Spiker, sözügedən problemin ciddiliyini ifadə edən bəzi rəqəmləri təbdir iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, 2018-ci ilin sonu etibarilə qlobal miqyasda 31 milyon uşaq öz doğma yurd-yuvalarından didərgin düşüb: “Təkcə 2014-2018-ci illər arasında 1600 miqrant uşaq həyatını itirib ki, bu da hər gün bir uşaq deməkdir və əminəm ki, reallıqda bu rəqəmlər daha qorxuncdur, çünki bir çox miqrant uşağın ölümü qeydə alınmır”.

    Milli Məclisin sədri daha sonra BMT-nin 2020-ci ilin may ayında açıqladığı hesabatına diqqəti çəkib və bildirib ki, təkcə 2019-cu ildə 19 milyon uşaq münaqişələr və zorakılıq səbəbindən öz evlərini tərk etmək məcburiyyətində qalıb. Bu dünyada olan miqrantların 12 faizi deməkdir. Başqa sözlə, hər 8 miqrantdan biri uşaqdır: “Bu rəqəmlər qorxuncdur, son dövrlər COVID-19 pandemiyasının geniş vüsət alması isə vəziyyəti daha da qorxunc edir”.

    Sahibə Qafarova AŞPA və digər beynəlxalq təşkilatların miqrant uşaqlarla bağlı problemə daha çox diqqət ayırmasından məmnun olduğunu ifadə etsə də, vəziyyətin yaxşıya doğru dəyişməməsindən təəssüfləndiyini bildirib. 2017-ci ilin oktyabr ayında “Avropada itkin düşmüş qaçqınlar və miqrant uşaqlar” adlı qətnamə layihəsinə imza atan 22 AŞPA üzvündən birinin özü olduğunu xatırladan spiker, bu sahədə görülən işlərin az effektiv olmasınının səbəbini “nəticə ilə mübarizə”də gördüyünü diqqətə çatdırıb. Səbəblər isə müharibələr, hərbi münaqişələr, iqlimlə bağlı çağırışlar, yoxsulluq və digər qlobal problemlərdir. Bunlara qarşı isə effektiv mübarizə aparılmır.

    Milli Məclis sədri Azərbaycanın da çoxsaylı qaçqın və məcburi köçkünlərə sahib olan və illər boyunca bu problemdən əziyyət çəkən bir ölkə olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə məruz qalmış və nəticədə 1 milyon qaçqın və məcburi köçkünün problemi ilə üzləşib: “Lakin bütün bunlara baxmayaraq, beynəlxalq ictimaiyyətin səssizliyi və Ermənistanın cəzasız qalması 30 il boyunca ölkənin 20 faiz torpaqları üzərində işğalının davam etməsi ilə nəticələndi”.
    Spiker dolayısı ilə beynəlxalq ictimaiyyətin, xüsususilə də beynəlxalq təşkilatların səssizliyi və təsirsizliyinin son nəticədə qlobal xarakterli məsələlərin, o cümlədən miqrantlar probleminin daha da mürəkkəb hal almasına səbəb olduğunu ifadə edib.

    Sahibə Qafarova Suriya, İraq, Liviya, Yəmən kimi ölkələrdə və bütövlükdə Aralıq dənizi regionunda mövcud olan qeyri-sabitliyin də, bunun Türkiyəyə üçün yaratdığı çətinliklərin də beynəlxalq təşkilatların fəaliyyətinin effektsizliyinin nəticəsi olduğunu dilə gətirib. Hazırda Türkiyənin ancaq Suriyadan 3,6 milyon nəfərə evsahibliyi etdiyini xatırladan spiker, buna görə Türkiyənin ən böyük təşəkkürə layiq olduğunu, lakin beynəlxalq ictimaiyyətin oturub düşünməli olduğunu vurğulayıb.

  • В Гяндже осмотрено около 1300 домов, квартир и нежилых объектов, пострадавших в результате ракетных ударов

    Нам предстоит осмотреть более 2000 частных домов, квартир в многоэтажных зданиях и нежилых объектов в Гяндже. На сегодня проведен осмотр около 1300 объектов, по его результатам составлены технические акты.

    Об этом сообщил АПА руководитель рабочей группы по Гяндже Адалят Алиев.

    По его словам, делается все возможное для завершения работы в кратчайшие сроки.

    “Мы находимся здесь уже 12 дней. В Гяндже очень много разрушенных объектов. Мы должны провести предварительный осмотр и оценивание. Составляются акты технического осмотра, их подписывают и владельцы разрушенных домов”, – сказал А.Алиев.

    Отметим, что распоряжением Президента Азербайджана Ильхама Алиева от 6 ноября 2020 года “О мерах по оценке и ликвидации ущерба, причиненного гражданскому населению, государственному имуществу, в том числе инфраструктурным объектам, а также субъектам предпринимательской деятельности в результате начавшейся с 27 сентября агрессии вооруженных сил Армении против АР” создана Государственная комиссия по оценке и устранению ущерба.

    Рабочие группы, в которые вошли сотрудники различных государственных учреждений и специалисты, были командированы в пострадавшие в результате атак Армении города и районы для ознакомления с ситуацией на местах и проведения оценочных работ.

  • Kubra Məhərrəmova işğaldan azad edilmiş Füzulidə gördüklərindən danışdı – VİDEO

    Prezident İlham Əliyevin işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfərindən sonra bir qrup jurnalistin də Füzuliyə ekskursiyası təşkil olundu.

    Ölkəmizdə fəaliyyət göstərən bir sıra media orqanlarının əməkdaşları işğaldan azad edilmiş ərazilərlə tanış olub, hazırkı vəziyyəti öz gözləri ilə müşahidə ediblər.

    Həmin səfərdə olan jurnalistlərdən biri, Kubra Məhərrəmova Füzuli haqqında təəssüratlarını “İctimai TV”də yayımlanan “Sabahın xeyir, Azərbaycan!” verilişində tamaşaçılarla bölüşüb.

    Sözügedən verilşin görüntülərini təqdim edirik:

  • Vladimir Putin İlham Əliyevlə Dağlıq Qarabağdakı sülhməramlıların fəaliyyətini müzakirə edib

    Rusiya Prezidenti Vladimir Putin son iki gündə Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqlarında Rusiya sülhməramlılarının fəaliyyəti, Dağlıq Qarabağda humanitar yardımın göstərilməsi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib.

    Bu barədə TASS Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.

    “Rusiyalı sülhməramlıların Dağlıq Qarabağ bölgəsində fəaliyyətinin modallığı və əhaliyə humanitar yardımın göstərilməsi üçün əlavə addımlar nəzərdən keçirildi. Həmçinin qarşılıqlı iqtisadi əlaqələr və regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərinə də toxunuldu”, – deyə Kremldən bildirilib.

    Bundan əlavə, Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Paşinyanla Qarabağda münaqişəsinin tənzimlənməsi ilə bağlı razılaşmaların həyata keçirilməsini, habelə Rusiyanın qurumlararası nümayəndə heyətinin 21 noyabr tarixində Bakı və İrəvana səfərinin nəticələrini müzakirə edib.

  • Аэросъемка города Шуши – ВИДЕО

    Минобороны Азербайджана распространило кадры аэросъемки города Шуши.