Month: November 2020

  • Xalq artisti vəfat etdi

    Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.

    Bu barədə APA-ya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

    O, Əjdər Həmidovun bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə vəfat etdiyini deyib: “Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi, insultdan əziyyət çəkirdi”.

    Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynayıb.

    Onun Vəzir (“Lənkəran xanının vəziri” M.F.Axundov), (“Tamahkar” S.S.Axundov), Milis (“Bəxt üzüyü” V.Səmədoğlu), Məlik (“Adamın adamı” Anar), Sərsəri (“Bütün Şərq bilsin” N.Həsənzadə), Dursunəli (“Dursunəli və ballıbadı” S.M.Qənizadə) və s. kimi obrazları tamaşaçı rəğbəti qazanıb.

    Ə.Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Bu illər ərzində o, Şeytan (“Özümüzü kəsən qılınc” B.Vahabzadə), 1-ci kafir (“Burlaxatun” N.Xəzri), Daşdəmir (“Bu dünyanın adamları” Hidayət), Vanya Koxa (“Hökmdar və qızı” İ.Əfəndiyev), Məşədi Oruc (“Ölülər” C.Məmmədquluzadə), Şou-Zəli (“Hələ “sevirəm” deməmişdilər…” R.Novruz), Dito (“Kaş araba aşmayaydı” O.İoseliani) kimi müxtəlif janrlı obrazlar yaradıb.

    Aktyor “Azərbaycanfilm”in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaradıb. “Kişi sözü”ndə Qasım, “Lətifə”də Əhməd, “Hacı Qara”da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirmişdir. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən “Yoxlama” adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.

    Əjdər Həmidov 2002-ci ildə Əməkdar Artist, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

    Allah rəhmət eləsin.

  • Ermənistan hökumətində növbət istefa

    Ermənistan Müdafiə nazirinin müavini Makar Qambaryan istefa verib.

    Bu barədə “Sputnik Ermənistan” ölkənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

    Qambaryanın bu gün nazirliyə gəlmədiyi bildirilir.

    Mətbuat xidmətindən deyiblər ki, onun istefası barədə məlumatları yoxdur.

    Qambaryan 2018-ci ilin mayından bəri Ermənistan müdafiə nazirinin müavinidir.

    Qeyd edək ki, Ermənistan Müdafiə naziri David Tonoyan, müavini Qabriel Balayan da istefa verib.

  • Фильм Вагифа Мустафаева о трагедии в Ходжалы будет впервые представлен на международном кинофестивале

    Впервые фильм, посвященный событиям в Ходжалы, будет представлен на престижном международном фестивале.

    Картина азербайджанского режиссера Вагифа Мустафаева Dərdimi çəkirəm (“Снимаю свое горе”), посвященная Ходжалинской трагедии, включена в основной конкурс 16-го Тегеранского Международного кинофестиваля сопротивления.

    Данный момент можно расценивать как логическое продолжение последовательных успехов Азербайджана в информационной войне. Демонстрация фильма, рассказывающего о Ходжалинской трагедии и масштабах армянского зверства, наряду с обычными зарубежными кинокартинами имеет большое значение с точки зрения пропаганды.

    Международный кинофестиваль сопротивления считается одним из самых престижных форумов Ирана. Отметим, что для участия в нем в этом году было представлено более 3 700 фильмов различных жанров, но отобраны – только 145.

    Первая часть фестиваля прошла 27 сентября. Второй этап проходит с 21 по 27 ноября. Ожидается, что в рамках мероприятия будут продемонстрированы фильмы производства Ирана, Индии, США, Турции, Бразилии, Испании, Англии, Италии, Франции, Аргентины, Мексики, России, Индонезии, Азербайджана, Грузии, Японии и других стран.

    Фильм Dərdimi çəkirəm был снят в поддержку кампании Лейлы Алиевой “Справедливость для Ходжалы”.

  • Vaqif Mustafayevin Xocalı faciəsindən bəhs edən filmi ilk dəfə beynəlxalq festivalda

    Kinorejissor Vaqif Mustafayevin Xocalı faciəsindən bəhs edən “Dərdimi çəkirəm” filmi 16-cı Tehran Beynəlxalq Film Festivalının əsas müsabiqəsində iştirak edir.

    Filmin bu festivalda iştirakını Azərbaycanın informasiya savaşındakı ardıcıl uğurlarının məntiqi davamı kimi qiymətləndirmək olar.

    Xocalı faciəsinin ağrı-acılarını, erməni vəhşiliyinin miqyasını özündə ehtiva edən sənət əsərinin dünya ölkələrinə aid filmlərlə birgə nümayişi, təbliğat baxımından olduqca əhəmiyyətlidir. İlk dəfə Xocalı hadisələrinə həsr olunmuş hansısa əsər belə nüfuzlu irimiqyaslı beynəlxalq festivalda nümayiş etdirilir.

    “Resistance” Beynəlxalq Film Festivalı İranın ən nüfuzlu beynəlxalq festivallarından biri hesab olunur.

    Qeyd edək ki, 16-cı Tehran Beynəlxalq Film Festivalına bu il 3700-dən çox müxtəlif janrda film təqdim olunub və onlardan yalnız 145-i iştirak hüququ qazanıb. Festivalın birinci hissəsi sentyabrın 27-də baş tutub. İkinci mərhələ isə 21-27 noyabr aralığında həyata keçirilir.

    Festivalda əsasən İran, Hindistan, ABŞ, Türkiyə, Braziliya, İspaniya, İngiltərə, İtaliya, Fransa, Argentina, Meksika, Rusiya, İndoneziya, Azərbaycan, Gürcüstan, Yaponiya və digər ölkələrin filmləri nümayiş etdirilir. “Dərdimi çəkirəm” filmi Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasına dəstək olaraq çəkilib.

  • Həftə sonu ictimai iaşələrdə çatdırılma və “takeaway” xidmətlərinin göstərilməsi bərpa oluna bilərmi?

    Hotellər və Restoranlar Assosiasiyası ictimai iaşə sektoru həftə sonu ictimai iaşə sektoruna çatdırma və “takeaway” xidmətlərinin göstərilməsinə icazə verilməsi haqqında Nazirlər Kabinetinə müraciət ünvanlayıb.

    Bu barədə Hotellər və Restoranlar Assosiasiyasının yaydığı məlumatda qeyd olunub.

    Belə ki, noyabrın 24-də Assosiasiyaya daxil olan çox saylı müraciətəri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə (sürəti: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) müraciət ünvanlayıb.

    Müraciətdə qeyd olunub:

    “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 Noyabr, 2020-ci il tarixli, 450 saylı Qərarında göstərildiyi kimi “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında bir sıra dəyişikliklər edilib.

    Dəyişikliklərdən biri, Qərarın 2.4. bəndində qeyd edilmiş “2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasıdır”.

    Həmin Qərarın “Fəaliyyətinə icazə verilən sahələr” adlanan 1 nömrəli Əlavəsinin 5-ci bəndində “fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti” qeyd edilib.

    Bildiyimiz kimi ictimai iaşə müəsissələri qeyd edilən sahələrə aiddirlər, bilavasitə qida məhsullarının istehsalı, tədarükü və təchizatı ilə məşqul olurlar. Onu da qeyd etməliyik ki, ictimai iaşə müəsissələri pandemiya dövründə uzun müddət boşdayanmaya məruz qalmış və bir çoxu fəaliyyətlərini tam dayandırmamaq məqsədilə çatdırma və “takeaway” xidmətlərinə keçmiş, yəni yerində xidmət göstərməklə yanaşı, əhaliyə qida məhsullarının tədarükü və təchizatı ilə bilavasitə məşğuldurlar.

    Yalnız son iki gün ərzində bir sıra ictimai iaşə müəsissələrindən daxil olan müraciətlər onu göstərir ki, istirahət günləri onlara yerində xidmətin dayandırılması ilə yanaşı, onlayn sifarişlər əsasında çatdırılma və “takeaway” xidmətlərinin göstərilməsinə də qadağa qoyulub.

    Müşahidələrimiz onu göstərir ki, “catering” usulu ilə iaşə xidmətləri göstərən, şirniyyat, qəlyanaltı, yarımfabrikat, təndir yeməkləri və digər ərzaq və qida məhsullarının istehsalı və satışı ilə məşğul olan müəsissələr həftə sonu günlərində heç bir məhdudiyyətsiz çalışırlar.
    Bunları nəzərə alaraq sual çıxır ki, çatdırma və “takeaway” xidmətləri göstərən ictimai iaşə müəsissələrinə (restoran və kafelər) hansı məntiqlə həftə sonu günlərində fəaliyyət göstərməyə icazə verilmir. Onu da nəzərə alsaq ki, restoran biznesı pandemiya dövründə ən çox zərər çəkmiş sahələr sırasında olmuş, uzun müddət məcburi boşdayanma yaşamış, sonradan yalnız çatdırma xidmətilə fəaliyyət göstərmişdirlər və hal-hazırda çətinliklə biznesı yaşadırlar, onların vəziyyətinin nə qədər ağır olduğu məlum olar.

    Bunu da qeyd etmək istərdik ki, ictimai iaşə sahəsində, xüsusilə bu sahənin kiçik və orta biznes seqmentində, təkçə Bakı şəhərində on minlərlə insan çalışır, məvacib alırlar və ailə dolandırırlar. Həftə sonu fəaliyyətlərinin dayandırılması çox saylı ixtisarlara gətirib çıxara bilər və bunun qarşısının alınması xüsusilə önəmli hesab edilir.

    Digər tərəfdən restoran və kafelərin fəaliyyətinin həftə sonu tam dayandırılması tədarük olunmuş ərzaq və qida məhsullarının xarab olması, ay ərzində 7-8 gün boşdayanma, bununla yanaşı icarə, kommunal və digər xərclərin ödənilməsində yeni problemlərin yaranması ilə nəticələnə bilər. Bu isə biznesın itkilərə getməsi, bir çox hallarda kiçik və orta biznesın müflüsləşməsi kimi fəsadlara gətirib çıxarır.

    Məlum olduğu kimi pandemiya dövründə içtimai iaşə müəsissələrinin işini tənzimləyən bir sıra metodik göstərişlər və xüsusi nəzarət mexanizmları tətbiq ediliblər. Əminliklə demək olar ki, restoranlar, kafelər və digər ictimai iaşə obyektləri, o cümlədən onların müştəriləri metodik göstərişlərin qaydalarına ciddi şəkildə əməl edirlər və bu məsələyə hamı məsuliyyətlə yanaşır.
    Qeyd olunanları nəzərə alaraq xahiş edirik ictimai iaşə müəsissələrinin həftə sonu çatdırma və “takeaway” xidmətlərinin göstərilməsinə icazə verilməsi mümkünlüyünə bir daha baxılsın. Müsbət qərarın verilməsi restoran biznesının hazırkı vəziyyətində fəaliyyətinə yardımçı olar, onların çətin günlərdə ayağ üstə qalmalarına, iş yerlərinin saxlanmasına və daimi məvaciblərin verilməsinə, icarə, kommunal və digər cari xərclərin ödənilməsinə böyük köməklik göstərmiş olar.

  • Şuşanın havadan görüntüsü – VİDEO

    Şuşa şəhərinin havadan görüntüsünü yayılıb.

    Bununla bağlı Müdafiə Nazirliyi video paylaşıb.

    Sözügedən videonu təqdim edirik:

  • Лавров: Все обязательства по Карабаху полностью выполняются

    Жизнеспособность достигнутого при участии лидеров РФ, Азербайджана и Армении трехстороннего соглашения по Нагорному Карабаху подтверждается ежедневно, прекращение огня в регионе соблюдается полностью, заявил 24 ноября глава российского МИД Сергей Лавров, пишет РИА Новости.

    По его словам, все обязательства, под которыми подписались лидеры Азербайджана, Армении и РФ, выполняются.

    “Российские миротворцы активно и в самые сжатые сроки развернули соответствующую операцию, тесно сотрудничают и с азербайджанской, и с армянской общинами, помогают решать гуманитарные проблемы”, – указал глава МИД.

  • Lavrov: “Qarabağla bağlı bütün öhdəliklər tam icra edilir”

    “Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Dağlıq Qarabağla bağlı əldə edilmiş üçtərəfli razılaşmanın funksionallığı hər gün təsdiqlənir, bölgədəki atəşkəsə tam əməl olunur”.

    TASS-ın məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyan edib.

    O, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan sazişin bütün öhdəliklərinə əməl edildiyini vurğulayıb.

    “Rusiya sülhməramlıları fəal şəkildə və ən qısa müddətdə müvafiq əməliyyatlar həyata keçirdi, həm erməni, həm də Azərbaycan icmaları ilə sıx əməkdaşlıq edir və humanitar problemlərin həllinə kömək göstərirlər”, – deyə RF XİN rəhbəri vurğulayıb.

  • Koreyanın beynəlxalq agentliyi Azərbaycana 2 milyon dollar qrant ayırıb

    İnnovasiyalar Agentliyi 2 milyon ABŞ dolları məbləğində qrant alıb.

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyindən verilən məlumata əsasən, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Azərbaycan nümayəndəliyinin səlahiyyətli şəxsləri ilə birgə onlayn görüş keçiriblər.

    Görüşün məqsədini İnnovasiyalar Agentliyi tərəfindən təklif olunan “Azərbaycanda innovasiya siyasəti üzrə yol xəritəsinin inkişafı vasitəsilə innovasiya tutumunun gücləndirilməsi” layihəsinin gələcək icrası üçün “İclas protokolu”nun müəyyənləşdirilməsi təşkil edib.

    Layihə ilə innovasiya üzrə baş planın yaradılması, pilot layihənin həyata keçirilməsi və Azərbaycanda müvafiq sahə üzrə kadr potensialının gücləndirilməsi planlaşdırılır.

    Layihənin icrası üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi 2 milyon ABŞ dolları məbləğində qrant alıb.

    Qeyd edilib ki, “Azərbaycanda innovasiya siyasəti üzrə yol xəritəsinin inkişafı vasitəsilə innovasiya tutumunun gücləndirilməsi” layihəsinin 2021-2024-cü illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.

  • Vladimir Putin: “Dağlıq Qarabağda vəziyyət stabilləşir” – VİDEO

    Qarabağda münaqişə ilə bağlı əldə olunan əsas məsələ qan tökülməsinin qarşısının alınması oldu.

    “Sputnik”in məlumatına görə, bu barədə RF prezidenti Vladimir Putin Rusiyaya yeni gələn xarici səfirlərin etimadnamələrini qəbul edərkən bildirib.

    O, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üç tərəfli bəyanatı xatırladaraq, saziş çərçivəsində regiona Rusiya sülhməramlılarının göndərildiyini və onların atəşkəs rejiminə nəzarət etdiyini xatırladıb.

    “Dağlıq Qarabağda vəziyyət ümumilikdə stabilləşir”, – deyə o, vurğulayıb.