Month: November 2020

  • Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir

    Ağdam Rayon İcra Hakimiyyəti işğaldan azad olunan ərazilərdən məcburi köçkün düşmüş ailələrin say tərkibini müəyyənləşdirməyə başlayıb.

    Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hazırda həmin məcburi köçkün ailələrinin hansı ərazilərdə məskunlaşdırılması barədə məlumatlar toplanır:

    “Həmin ailələlərin evlə təmin olunması, mənzillə təmin olunmayan şəxslərin hansı ərazilərdə yerləşdirildiyi barədə dəqiqləşdirilmələr aparılır. Bununla yanaşı, həmçinin sentyabrın 27-dən noyabrın 10-na qədər Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində dağılan və zərər çəkən evlər və digər obyektlərin siyahısı, hadisə nəticəsində rayona dəymiş ziyan müəyyən edilir”.

    İşğaldan azad olunmuş ərazilərdə görüləcək işlərə gəlincə isə qurumdan bildiriblər ki, hazırda həmin ərazilər Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında minalardan təmizlənir. Əməliyyatlar tam başa çatandan sonra həmin ərazilərdə quruculuq işləri başlana bilər.

  • İlon Mask dünyada ən varlı ikinci şəxs oldu

    “SpaceX” şirkətinin təsisçisi və “Tesla”nın baş direktoru İlon Mask planetin ən varlı adamları sıralamasında ikinci pilləyə yüksəlib.

    Bu barədə “Bloomberg” xəbər yayıb.

    Agentlik Maskın sərvətini 127,9 milyard dollar qiymətləndirir. Bu il ərzində onun sərvəti 100,3 milyard dollar artıb, hansı ki, bu da “Bloomberg”in indiyədək qeyd etdiyi illik rekord artımdır.

    Mask 127,7 milyard dollar kapitalı olan Bill Qeytsi geridə qoyub.

    “Amazon”un qurucusu Jeff Bezos isə 182 milyard dollarlıq sərvəti ilə hələ də böyük üstünlüklə reytinqdə birincidir.

  • Dünyanın ilk antibakterial smartfonu hazırlandı

    Böyük Britaniyada hazırlanan dünyanın ilk antibakterial smartfonu gümüş ionlarla örtülüb.

    “Daily Mail” xəbər verir ki, dünyada ilk antibakterial örtüklü telefonu “Bullit Group” şirkətinin mütəxəssisləri yaradıblar.

    “Cat S42” mikrobların yayılmasının və patogenlərin böyüməsinin qarşısını almaq üçün gümüş ionları olan korpusda yerləşdirilib.

    Qeyd olunur ki, gümüş ionlar sayəsində telefonun üzərinə düşən bakteriyaların 80%-i 15 dəqiqə ərzində məhv ediləcək və 99,99 %-i 24 saat ərzində yox olacaq. Telefon suya davamlı olacaq, buna görə də süngər və kranın altında sabunlu su ilə təhlükəsiz şəkildə yuyula bilər.

    Britaniyada qiyməti 229 funt sterlinq (təxminən 518 AZN) olacaq telefonun 2021-ci ilin əvvəllərinə qədər satışa çıxarılmayacağı bildirilir.

  • Dördüncü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı – ANBAAN VİDEO

    Altı yaşlı uşaq dördüncü mərtəbədən yıxılsa da sağ qalıb. Həyətdə toplanan qar uşağın həyatını xilas edib.

    360 TV-nin məlumatına görə, hadisə Rusiyanın Tomsk şəhərində baş verib.

    Bununla belə uşaq xəstəxanaya yerləşdirilib. Ona baş-beyin travması və qarnın əziyi diaqnozu qoyulub. Uşaq bir günü reanimasiyada keçirdikdən sonra palataya köçürülüb.

  • Zaqatalada ferma və yük maşını külə döndü

    Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 2000 m² olan fermanın yanar konstruksiyaları, içərisinə yığılan 20 ton ot bağlaması, 30000 ədəd taxtadan ibarət boş tara və yaxınlıqda dayanan “QAZ” markalı yük avtomobilinin yanar hissələri yanıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • ABŞ viza girovları ilə bağlı eksperimental proqram başladır

    ABŞ İran və Suriya da daxil olmaqla bir sıra ölkələrin sakinlərinə ölkəni qoyulan müddətdə tərk etdikdə geri qaytarılacaq müəyyən bir girov ödədikdən sonra qeyri-immiqrant vizalarının verilməsi üçün eksperimental proqrama başlayır.

    Bu barədə TASS məlumat yayıb.

    “Pilot proqramın məqsədi dövlət qurumlarının iş yükünün qiymətləndirilməsinə və viza girovları ilə əlaqəli istənilən praktik problemlənlərin müəyyənləşdirilməsinə kömək etmək üçün Milli Təhlükəsizlik Departamenti ilə koordinasiyalı şəkildə viza girovlarının tətbiqi, işlənməsi və geri qaytarılmasının praktik həyata keçirilməsinin qiymətləndirilməsidir”, – deyə müvafiq sənəddə bildirilir.

    Proqram sakinləri ABŞ-da qalma müddətini “başqalarına nisbətən daha çox pozan” ölkələrdən iş və turist səyahətləri (B-1 / B-2) üçün viza istəyən əcnəbilərə şamil edilə bilər. Sənəddə qeyd edildiyi kimi, söhbət Anqola, Əfqanıstan, Burkina Faso, Burundi, Butan, Qambiya, Qvineya-Bisau, Konqo Demokratik Respublikası, Cibuti, İran, Yəmən, Kape Verde, Laos, Liberiya, Liviya, Mavritaniya, Myanma, Papua Yeni Qvineya, Suriya, Sudan, Çad, Eritreya və s.ölkələrdən gedir.

    ABŞ hökumətinin fikrincə, proqram “xarici hökumətləri vətəndaşlarının müvəqqəti səyahətlərinin bitməsindən sonra Amerika Birləşmiş Ştatlarını vaxtında tərk etmələrini təmin etmək üçün lazımi bütün tədbirləri görməyə vadar etmək üçün hazırlanmış diplomatik bir vasitə” olmalıdır. Əcnəbinin yatırdığı vəsait ABŞ-da qalma şərtlərinin pozulması halında dövlətin xeyrinə götürüləcək. Vaxtında ölkəni tərk etsə, pul geri qaytarılacaq.

    Depozitin məbləği bu və ya digər ölkədə yerləşən ABŞ konsulluğu tərəfindən müəyyən ediləcək, 5.000, 10.000 və ya 15.000 dollar ola bilər.

    Pilot proqram altı ay davam edəcək: 24 dekabr 2020-ci ildə başlayacaq və 24 iyun 2021-də başa çatacaq.

  • Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda sülhməramlılarla bağlı mübahisə

    Rusiya ilə Türkiyə arasında Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi ilə bağlı mübahisələr yaranıb.

    Bu barədə “Reuters” məlumat yayıb.

    Nəşrə danışan mənbə bildirib ki, fikir ayrılıqlarının əsasında Ankaranın regionda vahid koordinasiya mərkəzindən asılı olmayan öz müşahidə məntəqəsini yaratmaq istəməsi dayanıb.

    Rusiya isə Türkiyənin Qarabağda məntəqə yaratmasına qarşı çıxır. Bu mövzu ətrafında Moskvada danışıqlar davam edir. Ankara kompromislə qərarın qəbul ediləcəyinə ümid edir.

  • Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edib

    Azərbaycan Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi Semyon Peqovla bağlı Rusiyanın media ictimaiyyətinə müraciət ünvanlayıb.

    Müraciətdə deyilir:

    “Söz və məlumat azadlığının qorunduğu, vətəndaşların öz fikirlərini sərbəst ifadə etdiyi mühitin mövcudluğu demokratizmin mühüm göstəricisidir. Müstəqil Azərbaycan Respublikasında bu, istər hüquqi, istərsə də praktik müstəvidə qəbul edilir. Ölkəmizdə söz və ifadə azadlığına, jurnalistikanın funksiya və vəzifələrinə münasibət qanunvericiliyin tələbləri ilə yanaşı, müxtəlif situasiyaların təhlilinə, etik prinsiplərə əsasən formalaşır. Özünün qabaqcıl jurnalistika ənənələri ilə seçilən Rusiya Federasiyasında da bu kimi məsələlər fundamental əhəmiyyətə malikdir. Ancaq bizi təəccübləndirən bir sıra məqamlar var ki, müraciətimiz onlardan biri ilə bağlıdır. Söhbət “WarGonzo” layihəsinin müəllifi, Rusiya vətəndaşı Semyon Vladimiroviç Peqovdan, daha doğrusu bu şəxsin fəaliyyətindən gedir.
    Azərbaycan ictimaiyyəti, o cümlədən media ictimaiyyəti qəbul edir ki, hazırda bütün dünyanın diqqət mərkəzində dayanan Dağlıq Qarabağ münaqişəsi kimi problemə münasibətdə fikir müxtəlifliklərinin mövcudluğu təbiidir. İndiyədək ədalətsiz saydığımız çoxsaylı jurnalist məqalələri, reportajlar görmüşük. Ayrı-ayrı siyasi motivlərin aşkar duyulduğu belə yanaşmaları qeyri-obyektiv qiymətləndirsək də, hesab etmişik ki, hər kəsin bizim düşündüyümüz tərzdə düşünməməsi normaldır. Lakin Semyon Peqovun məsələyə yanaşması fikir müxtəlifliyi ilə bağlı bütün kriteriyaları və normaları aşır. O, Azərbaycan qanunlarına zidd şəkildə Dağlıq Qarabağda fəaliyyət həyata keçirməklə yanaşı, malik olduğu internet resursun köməyilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına, milli düşmənçiliyin və ədavətin qızışdırılmasına yönələn açıq çağırışlar edir, Azərbaycanın rəsmi qurumları tərəfindən yayılmış məlumatların doğruluğunu əsassız, cəfəng mülahizələrlə şübhə altına alır. Belə yanaşma ümumən Cənubi Qafqaz regionunda davamlı sülhün təminatına, sabitliyin qorunmasına yönələn təşəbbüslərə kölgə salır. Onu da düşünək ki, hazırda bu şəxsin pozmağa çalışdığı sülh və sabitliyin əldə edilməsinə Rusiya dövləti çox ciddi cəhdlə çalışır, vasitəçi missiyasını konkret işi ilə ortaya qoyur.

    Semyon Peqovun birtərəfli mövqeyinin, heç bir real fakta əsaslanmayan, təxribatçı düşüncələrinin Rusiyanın nüfuzlu media orqanlarında yayıldığını da görürük. Bu, dərin təəssüf hissi doğurmaqdadır. Bir daha bildiririk ki, onun səsləndirdikləri, irəli sürdüyü iddialar, habelə ona fikir bildirmək üçün yaradılmış şərait söz və ifadə azadlığının, plüralizmin, obyektivliyin göstəricisi sayıla bilməz. Nəzərə alaq ki, Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Belə olan halda yaranan haqlı təəssürat budur ki, jurnalist adı ilə hərəkət edən bir nəfər, konret olaraq Semyon Peqov kifayət qədər həssas bölgədə düşmənçiliyi yenidən alovlandırmaq niyyəti güdür, münaqişənin bu gün üçün əldə edilmiş ən optimal həllinə qarşı çıxır. Onun spekulyativ mövqeyi təhlükəlidir.

    Azərbaycan Mətbuat Şurası və Azərbaycan jurnalistləri Rusiyanın media ictimaiyyətini, media orqanlarını Semyon Peqov adlı şəxsin jurnalistlika adı altında gerçəkləşdirdiyi xoşagəlməz fəaliyyətə biganə qalmamağa çağırır. Bildiririk ki, Rusiya cəmiyyətinin müxtəlif təbəqələri Dağlıq Qarabağla bağlı həqiqətləri görmək, düzgün nəticə çıxarmaq üçün kifayət qədər ciddi resurslara, alternativ mənbələrə malikdir. İnanırıq istərdik ki, onlar ədalət axtarmaq istəyirlərsə, məhz bu resurs və mənbələrə üz tutacaq, Semyon Peqov, eləcə də onun kimilərinin konkret siyasi məqsədlərə hesablanmış mülahizələrindən uzaq duracaq, belələrinə münasibətdə ictimai qınaq tədbirlərini artıracaqlar. Əmin edirik ki, bu məsələdəki prinsipiallıq və qətiyyət həm söz və ifadə azadlığından sui-istifadənin qarşısını almaqdır, həm də Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətli yanaşmaya, bütövlükdə Cənubi Qafqaz bölgəsində sülhün, əminamanlığın təminatına mühüm töhfədir. Bu qətiyyət və prinspiallıq həmçinin Dağlıq Qarabağ münaqişəsi müstəvisindəki digər ziyanlı tendensiyaların aradan qaldırılmasına yönələn məqsədyönlü müştərək dəstəkdir. Biz, Azərbaycan jurnalistləri olaraq, Rusiyanın mütərəqqi ruhlu media ictimaiyyətini, kütləvi informasiya vasitələrini bu istiqamətdə həmrəyliyə çağırırıq”.

  • ООН работает над развертыванием миссии по разминированию в Карабахе

    Служба ООН по разминированию (UNMAS) совместно с другими подразделениями работает над экстренным развертыванием в Нагорном Карабахе, миссия по оценке потребностей сторон, вероятно, заработает в начале декабря, сообщил РИА Новости представитель департамента операций ООН по поддержанию мира.

    “Служба ООН по разминированию (UNMAS) в координации с другими подразделениями ООН и группой на месте работает над экстренным развертыванием в контексте оказания помощи со стороны ООН, о которой попросили стороны. Вероятно, оно (развертывание миссии UNMAS – ред.) начнется с миссии по оценке потребностей на местах в начале декабря”, – сказал собеседник агентства, отвечая на вопрос о том, не планирует ли UNMAS оказывать помощь Азербайджану в разминировании в зоне Нагорного Карабаха.

    Ранее глава Национального агентства по разминированию территорий Азербайджана (ANAMA) Газанфар Ахмедов заявил, что на полное разминирование всех территорий в Карабахе, перешедших под контроль Баку согласно трехстороннему заявлению, уйдет более десяти лет.

  • BMT Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirmək üçün çalışır

    BMT-nin Mina Aksiyası Xidməti (UNMAS) digər bölmələrlə birlikdə Dağlıq Qarabağda təcili yerləşdirmə üzərində işləyir.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin nümayəndəsi bildirib.

    Tərəflərin ehtiyaclarının qiymətləndirilməsi üzrə missiyanın dekabrın əvvəlindən fəaliyyətə başlaması gözlənilir.

    “BMT-nin Mina Aksiyası Xidməti (UNMAS) digər BMT qurumları və ərazidəki qrupla koordinasiyalı şəkildə tərəflərin tələb etdiyi BMT yardımı kontekstində təcili yerləşdirmə üzərində işləyir”, – deyə qurumun nümayəndəsi bildirib.