Month: November 2020

  • Porye – Makqreqor döyüşünün vaxtı açıqlandı

    Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla Dastin Porye arasındakı görüşün vaxtı müəyyənləşib.

    “Report” yarışın rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, döyüş yanvarın 23-də “UFC 257” turniri çərçivəsində baş tutacaq.

    Qarşılaşmanın yeri barədə məlumat verilməsə də, onun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcəyi gözlənilir.

    Qeyd edək ki, Mokqreqor bu ilin iyulunda karyerasını bitirdiyini açıqlayıb. İrlandiyalı idmançı 2014-cü ildə Porye ilə qarşılaşıb və həmin görüşdə ABŞ-dan olan rəqibini ilk raundun 2-ci dəqiqəsində texniki nokautla məğlub edib.

  • Ermənistan ordusunda acınacaqlı vəziyyət: Antisanitariya, elektrik və istilikdən məhrumiyyət – VİDEO

    Müharibə başa çatsa da, Ermənistan öz hərbçilərinə yenə də laqeyd yanaşmağa davam edir.

    Ermənistan KİV-də yayılan görüntülərdə işğalçı ordunun acınacaqlı vəziyyətini əks etdirən görüntülər əks olunub.

    Kadrlardan görünür ki, Ermənistan əsgərləri antisanitariya şəraitində elektrik və istilik olmadan saxlanılır, beton üzərində yatır.

  • İlham Əliyev Ağdamda bayrağımızı ucaldıb – FOTO

    Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

    İlham Əliyev Ağdamın mərkəzində Azərbaycanın üçrəngli bayrağını ucaldıb.

  • Şəhid məzarı başında dalğalanan “Qalatasaray” bayrağı – FOTO

    Sosial şəbəkələrdə şəhid məzarı başında Azərbaycan bayrağı ilə yanaşı, Türkiyənin “Qalatasaray” klubunun bayrağının ucalmasını əks etdirən foto paylaşılıb.

    Fotoya şərh kimi şəhid əsgərin klubun fanatı olduğu, bayrağın öz vəsiyyətinə əsasən asıldığı yazılıb.

  • Messi “Dinamo” ilə qarşılaşmanın iştirak ərizəsinə salınmadı

    İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi Kiyev “Dinamo”suna qarşı Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində qarşılaşmanı buraxacaq.

    Bu barədə “Barselona” klubunun “Twitter” hesabında dərc olunmuş iştirak ərizəsindən bəlli olub.

    İştirak ərizəsinə ulduz futbolçunun adı daxil edilməyib.

    Xatırladaq ki, “Dinamo” ilə “Barselona” arasında qarşılaşma noyabrın 24-də Kiyevdə keçiriləcək.

  • Samir Cəfərov Bülbülün Şuşadakı ev muzeyində “Sənsiz” romansını ifa etdi – VİDEO

    Azərbaycanın Xalq artisti Samir Cəfərov Şuşada dahi müğənni, SSRİ Xalq artisti Bülbülün ev muzeyində olub.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    O, Bülbülün güllələnmiş büstünün qarşısında Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin “Sənsiz” qəzəlinə bəstələdiyi eyniadlı romansını ifa edib.

    Qeyd edək ki, Bülbül həmin romansın ən mahir ifaçısı hesab olunur.

  • Şuşa uğrunda şəhid olan müəllim

    Daha bir müəllim Vidadi İsrafilov Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub.

    Median.Az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin feysbuk səhifəsində paylaşım edilib. Şəhidin Daşkəsən rayonu Gurbulaq kənd ümumi orta məktəbində riyaziyyat müəllimi işlədiyi bildirilir. O, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

    “Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir”,- deyə paylaşımda qeyd olunub.

  • Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdam məscidində olublar – FOTO/VİDEO

    Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

    Səfərdən geniş hesabat noyabrın 24-də veriləcək.

  • Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb – FOTO/VİDEO

    Azərbaycan Ordusunun bölmələri Ağdam rayonunun Gülablı kəndində yerləşən keçmiş orta məktəbdə üçrəngli dövlət bayrağımızı yüksəldiblər.

    AZƏRTAC xəbər verir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin əvvəllər yerləşdiyi məktəbin ərazisi mina və digər partlayıcılardan təmizlənib.

    Sonra hərbçilərimiz Gülablı kənd orta məktəbinin qarşısında sıra düzülüşündə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Dövlət Himni ifa olunub. “Qarabağ Azərbaycandır!” deyən döyüşçülər Azərbaycan bayrağını dalğalandırıb.

  • İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim olunub

    Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov UNESCO və İSESCO-nun baş direktorlarına müraciət edib.

    Müraciətdə 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan və bu günlərdə işğaldan azad edilən Azərbaycan ərazilərində mədəni irsə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı ilkin monitorinqin aparıldığı diqqətə çatdırılır. Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda Azərbaycanın tarixi, mədəni və dini abidələrinə vurulmuş ziyanla bağlı ilkin monitorinqin nəticələri qeyd olunur.

    Bildirilir ki, tarixi və mədəni irsin dağıdılması müvafiq beynəlxalq konvensiyaların tələblərinin kobud şəkildə pozulması və bəşəriyyətə qarşı törədilmiş cinayətdir.

    Müraciətdə qeyd olunur ki, Azərbaycanda tarixən mövcud olmuş multikultural və tolerant cəmiyyətin inkişaf etdirilməsi bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri dinc, yanaşı yaşayır və Azərbaycanın ümumi tərəqqisinə öz töhfələrini verirlər. Çoxsaylı müsəlman icması ilə yanaşı, xristian və yəhudi dini icmaları da cəmiyyətimizin fəal hissəsidir və bu dinlərə məxsus abidələr, ibadət yerləri mənşəyindən asılı olmayaraq Azərbaycan dövləti tərəfindən mühafizə olunur, təmir və bərpa edilir.

    Sonda işğaldan azad olunmuş ərazilərdə davam edən monitorinqin nəticələrinin hər iki təşkilatın rəhbərlərinə mütəmadi olaraq təqdim ediləcəyi bildirilib.