Month: November 2020

  • Milli Məclisin sədri deputatları diqqətli olmağa çağırıb

    Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsinin ikinci oxunuşda səsverməsi zamanı deputatları diqqətli olmağa çağırıb.

    “Report”un xəbərinə görə, S.Qafarova “bilirsiniz ki, çox adam yoxdur. Ona görə diqqətli olmalıyıq” deyib.

  • İcra başçısına yeni birinci müavin təyin olundu

    Quba Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

    “Report” xəbər verir ki, Tariyel Daim oğlu İbrahimov Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.

    O, bu təyinata qədər Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləyib. Bu ilin oktyabrın 22-dən icra hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edirdi.

  • Porye – Makqreqor döyüşünün vaxtı açıqlandı

    UFC-də 2 çəki dərəcəsi üzrə sabiq çempion Konor Makqreqorla Dastin Porye arasındakı görüşün vaxtı müəyyənləşib.

    Bu barədə yarışın rəsmi “Twitter” səhifəsi məlumat yayıb.

    Bildirilib ki, döyüş yanvarın 23-də “UFC 257” turniri çərçivəsində baş tutacaq. Qarşılaşmanın yeri barədə məlumat verilməsə də, onun Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcəyi gözlənilir.

    Qeyd edək ki, Mokqreqor 2014-cü ildə Porye ilə qarşılaşıb və həmin görüşdə irland döyüşçü ABŞ-dan olan rəqibini ilk raundun 2-ci dəqiqəsində texniki nokautla məğlub edib.

  • “Dünya müflis olmaq həddinə çatıb“ – İqtisadçıdan bədbin proqnoz

    “Dünya ölkələrinin borc yükü 272 trilyon dollara çatıb, bu da dünyanın 1 ildə yaratdığı ÜDM-in 364%-dir”.

    Bnu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, bu, faciəvi durumdur:

    “Dünya Bankını və BVF-nin kriterlərinə görə hər hansı bir ölkənin borcu ÜDM-nin 80%-nə çatırsa, bu ciddi təhlükə deməkdir, 100%-ni keçirsə, bu artıq müflisləşməyə yol açan durum sayılır. Məsələn, Yunanıstanın müflisləşməsi zamanı borcu ÜDM-nin 180%-nə çatmışdı, AB ölkələri, əsasən də Almaniya kömək etməsəydi, Yunanıstan düşdüyü durumdan çıxa bilməzdi və müflis elan ediləcəkdi”.

    Ekspert bildirib ki, dünya müflislik səviyyəsinə çatıb, borclar silinməli, kimlərsə dünyada bankrot elan edilməlidir:

    “Təəssüf ki, belə böyük borc yükünü müharibələrsiz (regional, geniş) silmək mümkün olmayacaq, ümumiyyətlə, dünyada yığılan və açılması mümkün olmayan düyünlər var, onlar da geniş müharibə olmadan çözülməyəcək. Beləliklə, hər bir gedişata hazır olmalı, güclü, hüquqi dövlət qurmalıyıq, çünki başqa yol yoxdur. Dünyanın “çivisi çıxıb”, ədalət hüququn yox, gücün yanına keçib, indiki durumda zəiflərin ayaqlar altında qalması ehtimalı çox güclüdür. Necə deyərlər, ağır günlər bitir, indi bizi daha ağır günlər-illər gözləyir”.

  • Ceyhun Bayramov BMT Baş katibi ilə telefonla danışdı

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

    Bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik bildirib.

    Onun sözlərinə görə, Baş katib BMT-nin ölkəyə humanitar yardım göstərməyə hazır olduğunu vurğulayıb:

    “Ümid edirik ki, hərbi əməliyyatların dayandırılması humanitar işçilərin bütün ehtiyacı olan insanlara və münaqişədən təsirlənən bütün bölgələrə çıxışını təmin edəcəkdir” – deyə, o bildirib.

  • Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb

    Azərbaycanda bu il ərzində mobil rabitə operatorlarının gəlirləri açıqlanıb.

    Trend-in məlumatına görə, Azərbaycanda rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2020-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 1,4 faiz artaraq 1 milyard 801,1 milyon manat təşkil edib ki, onun da 73,2 faizi əhali tərəfindən istehlak olunub.

    Xidmətlərdən əldə edilən gəlirin 41,9 faizi və ya 754,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

  • Teymur Rəcəbov Levon Aronyana qalib gəlib – FOTO

    Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

    Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

    Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

    Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

  • Polad Rzayev: Ayaqlarımın topuqdan qopduğunu gördüm

    Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən Polad Rzayev cəbhədə yaşanan hadisələr barədə danışıb.

    “Report”un məlumatına görə, Polad Rzayevin atası Birinci Qarabağ müharibəsində şəhid olub.

    Vətən Müharibəsi başlayan ilk gündən döyüşlərdə iştirak edən qazimiz bildirib ki, iki minaya düşüb. Belə ki, birinci minanın partlayışı onu ikinci minanın üzərinə atıb.

  • Лавров обсудил с главой МИД Иордании урегулирование в Нагорном Карабахе

    Министр иностранных дел России Сергей Лавров обсудил в понедельник по телефону с главой МИД Иордании Айманом ас-Сафади нагорно-карабахское урегулирование.

    Как передает Report со ссылкой на ТАСС, об этом говорится в сообщении МИД РФ.

    “Сергей Лавров проинформировал коллегу по его просьбе о посреднических усилиях, предпринятых Россией в целях полного прекращения огня и всех военных действий в зоне нагорно-карабахского конфликта с 10 ноября. Иорданский министр приветствовал решающую роль России в создании условий для прекращения огня и перехода к долгосрочному урегулированию”, – указали в министерстве.

  • Sergey Lavrov iordaniyalı nazirlə Qarabağı müzakirə edib

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İordaniya Haşimilər Krallığının xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında telefon danışığı baş tutub.

    Bu barədə “Report” Rusiya XİN-ə istinadən məlumat verir.

    Nazirlər arasında bölgədəki son vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və iki ölkə arasında mövcud münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

    Tərəflər habelə Suriya, İsrail – Fələstin arasındakı münasibətlər daxil olmaqla qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.