Month: November 2020

  • Üzeyir Hacıbəyovun anım günüdür

    Azərbaycanın görkəmli bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, milli operanın banisi Üzeyir Hacıbəyovun vəfat etməsindən 72 il ötür.

    Sənətkar 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub.

    O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyov Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynayıb. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olub.

    1905-1907-ci illər inqilabı ərəfəsində Rusiyadan Bakıya gəlib, Bibiheybətdə, sonra isə “Səadət” məktəbində dərs deyib. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində “Hesab məsələləri” və “Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti”ni nəşr etdirib.

    1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya gedib, Moskva Filarmoniya Cəmiyyəti nəzdində Aleksandr İlyinskinin (1859-1920) xüsusi musiqi kursunda təhsil alıb. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar “İqbal” qəzetində dərc olunub.

    Maddi ehtiyac səbəbindən Hacıbəyov Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur olub. Bəstəkar Bakıya qayıdır və burada yaradıcılıq fəaliyyətini davam etdirərək, yazdığı operaları səhnəyə qoymaqla məşğul olur.

    Dahi bəstəkar bədii yaradıcılığa publisistika ilə başlayıb. O, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və başqa başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” kimi gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürləri ilə çıxış edib.

    1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasının qoyulması da Ü.Hacıbəyovun adı ilə bağlıdır. Operanın librettosu Füzulinin eyniadlı poeması əsasında yazılır.

    Ü.Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşudbanu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazıb.

    O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazıb). Onun “Ər və arvad” (1909, ilk tamaşası: 1910), “O olmasın, bu olsun” (1910, ilk tamaşası: 1911), “Arşın mal alan” (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb.

    Ü.Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya gedib, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq Konservatoriyasında oxuyub.

    1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Ü.Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir.

    Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək, bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər ərsəyə gətirib.

    O, 1948-ci ilin 23 noyabrında, 63 yaşında vəfat edib.

    Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən sayılır.

    Qeyd edək ki, Üzeyir Hacıbəyovun doğum günü uzun illərdir Azərbaycanda Milli Musiqi günü kimi qeyd olunur.

  • В Астаре 54-летний мужчина утонул в реке

    На территории села Шиякеран Астаринского района в реке Пенсар утонул Исмаил Гуламов (1966 г.р.).

    Как сообщили в МЧС, к поискам тела привлечена подводно-поисковая группа Государственной службы по контролю над маломерными судами и спасению на водах.

  • Astarada 54 yaşlı kişi çayda batdı

    Pensər çayının Astara rayonu, Şiyəkəran kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, həmin şəxs 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğludur. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.

  • Мировые цены на нефть растут

    Мировые цены на нефть растут в понедельник, 23 ноября. Об этом свидетельствуют данные торгов, передает RT.

    Январские фьючерсы на нефть WTI выросли на 0,24%, составив 42,52 доллара за баррель.

    Фьючерсы на нефть марки Brent с поставкой в январе увеличились на 0,47% – до 45,17 доллара за баррель.

  • Neftin qiyməti artır

    Dünya bazarında neftin qiymətində artım müşahidə olunur.

    RT xəbər verir ki, WTI markalı neftin dekabr fyuçersləri 1,4 faiz artaraq, bir bareli 40,69 dollara çatıb.

    “Brent” markalı neftin yanvar fyuçersləri 1,08 faiz artaraq, bir bareli 43,24 dollar təşkil edib.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 23 ноября, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 58 985 804.

    Суточный прирост составил 491 003.

    За весь период пандемии скончались 1 393 677 человек, выздоровели – 40 767 253.

    Больше всего инфицированных в США – 12 588 661. На 2-м месте – Индия (9 140 312), на 3-м – Бразилия (6 071 401). В первую пятерку также входят Франция (2 140 208) и Россия (2 089 329).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 262 696, а по количеству выздоровевших – Индия – 8 562 641.

    Иран с 854 361 заболевшим занимает 15-е место, Турция (446 822) – 25-е.

    В Армении коронавирусом заболели 126 224 человека, в Грузии – 104 732.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 44 802 летальных исхода.

    На сегодня в Азербайджане подтверждены 93 094 случая инфицирования коронавирусом, 63 841 человек вылечился, 1 131 – скончался.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 58 985 500 nəfərdə koronavirus aşkar edilib.

    Virusdan 1 393 671 xəstə ölüb, 40 766 904 nəfər sağalıb.

    Asiyada 15 789 298, Avropada 15 636 657, Şimali Amerikada 14 720 000, Cənubi Amerikada 10 712 584, Afrikada isə 2 082 709 nəfərdə koronavirus aşkarlanıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (12 588 661 nəfər), Hindistan (9 140 312 nəfər), Braziliya (6 071 401 nəfər), Fransa (2 140 208 nəfər) və Rusiyadır (2 089 329 nəfər).

    İranda 854 361, Türkiyədə 446 822, Ermənistanda 126 224, Gürcüstanda isə 104 732 nəfərdə koronavirus müəyyən edilib.

    Azərbaycanda koronavirusa yoluxan 93 094 nəfərin 1 131-i ölüb, 63 841-i sağalıb.

  • Dünyanın ən böyük neft-qaz şirkəti raket atəşinə tutuldu

    Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən neft-qaz dövlət şirkəti “Saudi Aramco”nun stansiyası raket atəşinə tutulub.

    Bu barədə “Reuters” xəbər yayıb.

    Bildirilir ki, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən xarici şirkətlərə bu cür əməliyyatların davam edəcəyi üçün diqqətli olmaları tövsiyə edilib.

    Bundan əvvəl də Səudiyyə Ərəbistanında “Saudi Aramco”nun dünyanın ən böyük neft emalı zavodlarından birinə hücum etmək üçün husi qruplaşması 10 pilotsuz təyyarədən istifadə etmişdi.

    Eyni zamanda, ölkənin ikinci ən böyük neft yatağı olan Xurayisə hücum da həyata keçirilib. Nəticədə, həm zavodda, həm də neft yatağında böyük yanğın baş verib.

  • Paşinyan mühafizəçilərinin sayını artırdı – VİDEO

    Ermənistanın baş naziri Nikol Paşinyan mühafizəçilərinin sayını artırıb.

    Bu barədə yerli mətbuat məlumat yayıb.

    Bildirilib ki, Paşinyan və xanımı Anna Akopyan Müqəddəs Eçmiadzin kilsəsinə xeyli sayda mühafizəçinin müşayiəti ilə gedib.

    Ancaq baş nazirin mühafizəçilərinin sayını xeyli artırması mətbuatın diqqətindən yayınmayıb.

    Qeyd edilib ki, Paşinyan və xanımı kilsənin ərazisinə girən kimi mühafizəçilər onun qapılarını bağlayıblar.

    Əlavə edək ki, Ermənistan müxalifəti artıq bir neçə gündür ölkə hakimiyyəti əleyhinə kütləvi etiraz aksiyaları keçirir. Paytaxt Yerevan və digər şəhərlərdə keçirilən aksiyalarda etirazçılar Paşinyanın hakimiyyət komandasının istefasını tələb edirlər.

  • Дмитрий Киселев: Нагорный Карабах является неотъемлемой частью Азербайджана – ВИДЕО

    Вчера в эфире передачи “Вести недели”, транслируемом телеканалом “Россия 1”, была обсуждена отечественная война Азербайджана в Карабахе.

    В ходе еженедельной передачи были приведены цитаты из выступления президента России Владимира Путина в связи с Карабахом.

    Как отметил российский лидер, с точки зрения международного права, и Нагорный Карабах, и все прилегающие к нему районы являлись и являются неотъемлемой частью Азербайджана.

    Подтверждая слова В.Путина о принадлежности Нагорного Карабаха и прилегающих районов Азербайджану, ведущий программы Дмитрий Киселев подчеркнул, что главное сейчас не статус, а возвращение на эти территории беженцев с обеих сторон и налаживание совместной жизни.

    “Принимая во внимание тот факт, что Нагорный Карабах является территорией Азербайджана, то и вся ответственность лежит на Азербайджане. Российские миротворцы там сейчас лишь для того, чтобы не сорвался хрупкий мир”, – добавил он.

    Далее Д.Киселев приводит слова Президента Азербайджана Ильхама Алиева в связи с будущим Нагорного Карабаха.

    В своем выступлении глава государства подчеркнул, что ни при каких обстоятельствах Азербайджан не даст согласия на независимость Нагорного Карабаха.

    По словам Президента Ильхама Алиева, в будущем азербайджанская и армянская общины должны мирно сосуществовать, как это происходит в других населенных пунктах Азербайджана, а также за рубежом.

    Ведущий программы отметил, что между лидерами России и Азербайджана существует старая и крепкая традиция.

    “Переговоры между ними всегда проходят сложно, но следует отметить, что оба лидера всегда стоят на своих словах. Этот факт известен всем. Уверен, что это будет так и в этот раз”.