Month: November 2020

  • Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağdama səfər ediblər – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər.

    Bu barədə M.Əliyeva sosial media hesabında paylaşım edib.

  • Milli Məclisin koronavirusa yoluxan deputatları – SİYAHI

    Milli Məclisin koronavirusa yoluxmuş deputatlarının əksəriyyətinin adı məlum olub.

    “Report” COVID-19-a yoluxan deputatlardan doqquzunun adını təqdim edir:

    1. Tahir Kərimli;

    2. Azər Badamov;

    3. Məşhur Məmmədov;

    4. Vüqar Bayramov;

    5. Qənirə Paşayeva;

    6. Rəşad Mahmudov;

    7. Soltan Məmmədov;

    8. Nizami Səfərov;

    9. Elnur Allahverdiyev.

  • Dağıstanda polis rəisi Moskva metrosunu partladanlarla əlbir olub

    Dağıstan İstintaq orqanları RF DİN-in Kizlyar rayonu üzrə bölməsinin rəisi, polis polkovniki Qazi İsaevi 2010-cu ildə Moskvada baş verən terror aktlarında ittiham edib.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə RF İstintaq Komitəsindən xəbər verilib.

    Bildirilir ki, o, 2009-2010-cu illərdə “Qafqaz Əmirliyi”nin üzvü olub və polisin işi barədə terrorçulara məlumat sızdırıb.

    Polis rəisi həmçinin, Moskva metrosunu partladan intiharçı qadını Kizlyar avtovağzalına özü şəxsən aparıb.

    Xatırladaq ki, “Lubyanka” və “Park Kulturı” metro stansiyaları arasında baş verən terror nəticəsində 39 nəfər həlak olub, 100 nəfərdən çox insan yaralanıb.

  • İşğaldan azad edilmiş rayonlarımızda dövlət strukturları fəaliyyətə başladı – RƏSMİ

    Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilini davam etdirir.

    Bununla bağlı nazirlik məlumat yayıb.

    Bu istiqamətdə növbəti addım olaraq, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.

  • Rusiya mətbuatı Dağlıq Qarabağ barədə həqiqətləri etiraf etdi – VİDEO

    Rusiyanın “Rossiya 1” telekanalı Dağlıq Qarabağ barədə həqiqətləri etiraf edib.

    Bu barədə “Haber Global” məlumat verib.

    Bildirilir ki, 1994-cü ildə ermənilərin idarəçiliyinə keçən Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon bu günə qədər Beynəlxalq hüquqa görə Azərbaycan torpaqları olaraq qalıb:

    “Qondarma Dağlıq Qarabağ Respublikası heç kim tərəfindən tanınmadı. Hətta Ermənistan tərəfindən də. Məsələyə yenidən baxmaq üçün heç bir səbəb yoxdur.

    Vladimir Putin İlham Əliyevlə telefon danışığında Azərbaycanın nəzarətinə keçən bölgələrdə xristian məbədlərinə diqqət çəkib. Bu məbədlərin qorunması və normal dini fəaliyyətə davam etməsini xüsusi vurğulayıb. İlham Əliyev də öz növbəsində, Azərbaycanın məhz bu cür davranacağını bildirib”.

  • В Масаллы инфицированный COVID-19 продавец задержан за нарушение карантинного режима

    Сотрудники Масаллинского РУП выявили факт нарушения инфицированным коронавирусом правил карантинного режима.

    Об этом сообщает лянкяранская региональная группа пресс-службы МВД.

    Жителю поселка Аркиван Мовсуму Кязымову ввиду положительного результата теста на COVID-19 было назначено лечение на дому и предписано соблюдать самоизоляцию.

    Тем не менее мужчина покинул место своего проживания и отправился в мясную лавку, где он работал, тем самым поставив под угрозу здоровье окружающих.

    М.Кязымов был незамедлительно доставлен домой. С ним провели профилактическую беседу и обязали не покидать место жительства до полного выздоровления.

    После соответствующих проверок со стороны управлений продовольственной безопасности и гигиены и эпидемиологии магазин был закрыт.

    В следственном отделе РУП проводится расследование с целью дачи правовой оценки действиям М.Кязымова.

  • Masallıda COVID-19 xəstəsi dükanda ət satarkən yaxalandı

    Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk edərək işlədiyi ət dükanında olduğu müəyyən edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbə sakini Mösüm Kazımova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

    Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o işlədiyi Ərkivan qəsəbəsində yerləşən ət dükanında aşkarlanıb.

    M.Kazımov polis əməkdaşları tərəfindən nəzərdə tutulmuş qaydalara uyğun olaraq dərhal təcili tibbi yardım vasitəsilə yaşadığı evə aparılıb.

    İşlədiyi mağaza isə Qida təhlükəsizliyi İdarəsinin əməkdaşları və Gigiyena və Epidemiologiya İdarəsinin əməkdaşları tərəfindən baxış keçirildikdən sonra bağlanıb.

    COVID-19 infeksiyasının daşıyıcısı olan M.Kazımovla profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

    Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

  • FHN koronavirus təhlükəsi ilə bağlı əhaliyə müraciət etdi – VİDEO

    Fövqəladə Hallar Nazirliyi koronavirus təhlükəsi ilə bağlı əhaliyə müraciət edib.

    Müraciətdə bildirilir ki, son günlər ölkəmizdə yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının artması və hava şəraitinin infeksion və respirator xəstəliklərin yayılması üçün əlverişli olmasını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhalini ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, bu təhlükəli virusdan qorunmaq üçün müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

    Belə ki, özünüzün və yaxınlarınızın sağlamlığı və təhlükəsizliyi naminə çox sadə üç qaydaya əməl etmək kifayətdir:

    – bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskadan istifadə edin;

    – başqa şəxslərlə minimum iki metr sosial məsafə saxlayın;

    – əllərinizi tez-tez sabunla yuyun və ya spirt tərkibli məhlulla dezinfeksiya edin.

    Özünüzdə və yaxınlarınızda koronavirusa yoluxmanın əlamətlərini (hərarətin yüksəlməsi, boğazda qıcıqlanma və ağrı, quru öskürək, təngənəfəslik) müşahidə etdikdə dərhal təcili tibbi yardıma müraciət edin. Unutmayın: qaydalara biganəlik – həyatımıza təhlükədir!

  • К российским миротворцам в Карабахе присоединятся саперы – ВИДЕО

    Специалисты подразделений Международного противоминного центра прибудут в Карабах для выполнения саперных работ, сообщает Минобороны РФ.

    “Самолеты Ан-124, Ил-76 и Ту-154 Военно-транспортной авиации Воздушно-космических сил России из подмосковного аэродрома Чкаловский доставили специалистов, технику и вооружение, а также служебных собак Международного противоминного центра Минобороны России для выполнения задач в зоне миротворческой операции в Нагорном Карабахе”, – говорится в информации, которую цитирует РИА Новости.

    Личный состав готов проследовать из Еревана в Ханкенди. По прибытии в пункт назначения специалисты приступят к выполнению задач по инженерной разведке, разминированию и уничтожению взрывоопасных предметов.

  • Qarabağdakı Rusiya sülhməramlılarına minaaxtaranlar da qoşulacaq – VİDEO

    Rusiya Beynəlxalq Mina Əməliyyat Mərkəzi bölmələrinin mütəxəssisləri Qarabağa gələcəklər.

    Bu barədə “RİA Novosti” ölkənin Müdafiə Nazirliyinə istinadla xəbər yayır.

    “Çkalovski hava limanından Rusiyanın “An-124” , “İl-76” və “Tu-154” Aerokosmik Qüvvələrinin Hərbi Nəqliyyat Aviasiya təyyarələri Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssislərini, texnika və silahlarını, eləcə də, xidməti itləri bölgədəki sülhməramlı əməliyyat zonasında tapşırıqları yerinə yetirmək üçün Dağlıq Qarabağa çatdırıb”, – deyə məlumatda qeyd olunur.

    Bildirilir ki, xüsusi heyət İrəvan – Gorus – Xankəndi marşrutu ilə irəliləməyə hazırdır.

    Mütəxəssislər təyinat yerinə çatdıqdan sonra partlayıcı obyektlərin mühəndis kəşfiyyatı, minalardan təmizlənməsi və məhv edilməsi üçün tapşırıqları yerinə yetirməyə başlayacaqlar.