Month: November 2020

  • Dmitri Kiselyov: “Qarabağ birmənalı şəkildə Azərbaycan ərazisidir” – VİDEO

    Dağlıq Qarabağ və onun ətraf rayonları 94-cü ildən sonra erməni silahlı qüvvələrinin işğalında qalsa da, beynəlxalq aləmə görə, birmənalı şəkildə Azərbaycan Respublikasının qanuni ərazisidir.

    Bu sözləri “Vesti nedeli” proqramında məşhur rusiyalı jurnalist Dmitri Kiselyov deyib.

    O, Qarabağ müharibəsi haqqında danışarkən bunları bildirib:

    “Ona görə də işğal edilmiş ərazilərdə qurulmuş dırnaqarası dövləti, “Dağlıq Qarabağ Respublikası”nı heç bir dövlət, hətta Ermənistan da tanımadı.

    İndi isə əsas məsələ məcburi köçkünlərin doğma torpaqlarına qayıtması və sülh içində yaşamasıdır. Beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidirsə, şübhəsiz ki, o ərazilərdə təhlükəsizliyin təminatçısı da Azərbaycan olacaq.

    Rus sülhməramlıları isə hazırda ona görə ordadırlar ki, əldə olunmuş sülh pozulmasın və siyasi həllə maneə yaranmasın”.

    Məşhur jurnalist həmçinin qeyd edib ki, Rusiya və Azərbaycan Prezidentləri arasında köhnə və möhkəm bir ənənə var:

    “Onlar arasındakı danışıqlar həmişə çətin keçir, amma qeyd edim ki, hər iki lider hər zaman sözlərində dururlar. Bu, hər kəsin bildiyi faktdır. Əminəm ki, bu dəfə də belə olacaq”.

  • Экс-глава спецслужб Армении: “Будет новая война. Азербайджан заберет Зангезур”

    «Я требовал отставки Никола Пашиняна с первого же дня, как он занял кресло премьер-министра Армении. Все это время я непрерывно информировал общественность нашей страны о том, в каком контексте развивается переговорный процесс». Об этом в интервью изданию «Спутник Армения» заявил экс-глава СНБ и бывший специальный представитель президента Армении по карабахскому урегулированию (1994-1995) Давид Шахназарян.

    «Рассказывал, какие внутренние изменения происходили. Пытался объяснить, как целенаправленно разрушались силовые структуры – причем речь шла не только о службе нацбезопасности. Речь шла и о правоохранительных органах, и об армии. Рассказывал о противозаконных процессах, которые запускались в государственном механизме», – сказал он.

    Что касается Карабаха, Давид Шахназарян отметил, что уже тогда было понятно – Пашинян не добьется даже того проекта урегулирования, от которого в свое время отказался Серж Саргсян. По большому счету, не удалось реализовать даже «тот самый, злосчастный поэтапный проект, который нам предлагали в 1997 году».

    «Я тогда предупреждал, что Пашинян целенаправленно и последовательно придерживается той политики, согласно которой Азербайджан получает все больше и больше поводов для разворачивания войны. Чему, собственно, мы и стали свидетелями», – сказал он.

    Шахназарян добавил: «То, что с нами случилось – это самое трагическое, случившееся в истории нашего народа после геноцида 1915 года».

    По словам Давида Шахназаряна, первого октября он уже был в Степанакерте (Ханкенди).

    «Какую-то информацию о состоянии фронта уже имел, однако там, на месте, понял, что с организацией есть проблемы. Уже тогда это было очевидно. Добровольцев, например, использовали так плохо, что это было откровенно преступно. Преступным было и то, как руководство страны информировало население о ситуации на передовой.

    Второго-третьего октября мы уже потеряли Джебраил и уже знали, что из Москвы Пашиняну поступало предложение какой конкретной ценой остановить военные действия. Кстати, опережая самого себя, скажу – я знаю как минимум о 4 предложениях, поступавших по ходу военных действий из Москвы. Это тот минимум, о котором я знаю точно.

    И чем дальше продвигался противник, тем хуже с каждым разом становились условия. Все это время ситуация преподносилась обществу так, что мы выигрываем, наступаем… Уже тогда было очевидно, что в командном бункере принимаются политические, а отнюдь не военные решения. Грубо говоря, армией рулили политики…

    Помню, где-то шестого октября премьер министр громко заявил, что мы готовим контрнаступление и находимся на пороге великой победы. Пообещал скорый разгром противника. Речь шла о той самой контратаке, которая готовилась в Джебраиле. Это был откровенно политический заказ, давление на Генштаб, на генералитет со стороны Пашиняна. Некоторые из генералов упорно возражали, говоря о том, что ни в коем случае подобное делать нельзя.

    В сложившейся ситуации нужно было готовить новые защитные позиции, первую, вторую, третью линии обороны. Это было очевидно. И самое главное – небо над полем боя мы уже уступили противнику целиком. Израильские беспилотники напрочь уничтожили нашу бронетехнику.

    Я уверен, и не только я, но и специалисты-эксперты, что хребет нашей армии был сломан именно во время этой политической операции. Она откровенно противоречила всем законам ведения войны.

    Армия все время отступала. Однако на третий-четвертый день, если не ошибаюсь, у нас уже было порядка 600 жертв. Все время поступали предложения… И даже если бы тогда тут, в Ереване, во время совещания непарламентских политических сил Пашинян остановил бы военные действия, мы бы не имели такие катастрофические последствия», – сказал он.

    Давид Шахназарян признается, что ожидал массовых протестов в Ереване.

    «Я думал, что Ереван забурлит. Но нет. Этого не случилось… На днях знакомые меня попросили подробно и четко объяснить, что же в итоге случилось на самом деле? Говорю им, в Шуше вот уже звучит мугам. Что еще объяснять?

    Это действительно позорная капитуляция, однако самое страшное то, что даже сейчас Пашинян со своей командой цепляются за власть. Стараются остаться у руля. Затеяли целую цепь политических преследований. Нашему обществу кажется, что на этом война закончена. На самом деле в войне объявлен перерыв. Приветствую русских миротворцев, они молодцы. Но настоящей темой для войны все равно остается Сюник (Зангезур – ред.)», – сказал он.

  • DIQQƏT! Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara – ŞAD XƏBƏR

    Azərbaycanda ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığortahaqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub.

    Bunu “Xalq qəzeti”nə müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

    O, hazırda İTS-in baza zərfinə 1829 adda tibbi xidmətin daxil olduğunu bildirib: “Bunlardan 480-i ambulator, 677- si stasionar, 18-i ilkin səhiyyə, 6-sı təcili və təxirəsalınmaz tibbi yardım, 23-ü isə fizioterapevtik xidmətlərdir. Baza zərfi həmçinin 459 adda laborator müayinəyə və 166 adda həyati vacib-dəyəri yüksək olan xidmətlərə də təminat verir”.

    Z.Əliyevin sözlərinə görə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən isə icbari tibbi sığortanın xidmətlər zərfi iki hissədən ibarət olacaq: baza və əlavə hissələrdən. Baza hissəyə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, əlavə hissəyə isə ixtisaslaşdırılmış tibbi yardım aiddir.

    “Baza hissədən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər. Baza hissədən istifadə pulsuzdur və bu xidmətlər üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək.

    Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığortahaqqı ödənilməlidir. Burada bir məqamı qeyd edim ki, ölkə əhalisinin 45 faizini təşkil edən uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar (Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda) üçün sığortahaqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub. Nəzərinizə çatdırım ki, hazırda xidmətlər zərfi üzərində agentlik tərəfindən ciddi işlər həyata keçirilir. Yaxın zamanlarda xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq”, – deyə agentlik rəhbəri əlavə edib./ Sfera.az

  • Xocalı canilərindən biri 28 il sonra Şuşada yaxalandı – Azərbaycanın axtarışa verdiyi Conik ələ keçdi – FOTO

    Bu günlərdə erməni tərəfi Azərbaycan əsgərlərinin Şuşanı azad edəndən sonra şəhərdən çıxmağa imkan tapmamış yaşlı şəxsin qolundan tutub apardıqlarını əks etdirən videokadrları yayıb. Həmin qoca azərbaycan dilində əsgərlərə “mən sizə neyləmişəm axı?” deyir. Və erməni tərəfi Azərbaycan hərbçilərinin “80 yaşlı erməni mülki şəxslə qəddar davranışı” barədə dərhal hay küy qaldırıblar. Əslində, bu kadrlarda hər hansı qəddarlıqdan söhbət gedə bilməz və əsgərlər sadəcə olaraq yaşlı erməninin qolundan tutub aparırlar, vəssalam.

    Lakin çox keçmədən həmin qocanın əslində günahsız mülki şəxs deyil, 28 il əvvəl, 1992-ci ilin fevralında Xocalıda dinc azərbaycanlıları, qadınları, körpələri qətlə yetirən canilərdən biri Conik Tevosyan olduğu üzə çıxıb. 28 il əvvəl çəkilmiş fotolarda Conik Tevosyan əlində iki ov tüfəngi, damağında siqaret, mülki paltarda dayanıb, onun qarşısında isə körpəsini qucağına alıb qarın içində oturmuş azərbaycanlı qadın var. Digər erməni cəlladları isə həmin qadının ərinin yaxasından tutublar. Azərbaycan hüquq-mühafizə orqanlarının Xocalı soyqırımına görə axtarışa verdiyi canilərin siyahısında Tevosyan 45-ci sırada dayanır.


    Conik Tevosyan Sumqayıt ermənisidir, sonradan Dağlıq Qarabağa köçüb və oradakı erməni separatçılarına qoşulub. Xocalı qətliamında iştirak edib və müharibədən sonra Şuşada yaşamağa başlayıb.

    Median.Az bildiri ki, vəkil Cavad Cavadov “Yeni Müsavat”a açıqlamasında deyib ki, 80 yaşlı Conik Tevosyanın saxlanılması tam qanunidir və onun tezliklə Azərbaycan məhkəməsi önünə çıxarılması perspektivi var.


    “Ortada fotolar var və həmin fotolardan Conik Tevosyanın 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımda iştirakı əks olunub. Ermənistan mətbuatı və teleqram kanalları Conik Tevosyanı dinc sakin kimi təqdim etməklə hay-küy salır ki, guya onun saxlanılması əsassızdır. Əslində isə məqsədləri budur ki, tez bir zamanda onu azad etdirməklə soyqırım miqyasına və qeyri-insani cəza üsullarına görə tarixə ən dəhşətli cinayət aktı kimi daxil olan cinayətdəki əməllərinə görə cəzadan kənar saxlasınlar. 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş cinayət idi. Azərbaycan Conik Tevosyan üzərində açıq məhkəmə prosesi keçirməklə bütün dünyaya göstərməlidir ki, vətəndaşlarına qarşı cinayət törədənlər gec-tez layiq oluqları cəzaya çatdırılırlar”, – vəkil deyib.

  • Gürcüstanda seçki məntəqəsində ölüm faktı qeydə alınıb

    Gürcüstanın Helvaçauri rayonunda parlament seçkilərində iştirak etmək məqsədi ilə seçki məntəqəsinə yollanan 60 yaşlı kişi orada vəfat edib.

    Bu barədə “Ajaratv” məlumat yayıb.

    Dairə komissiya məntəqəsindən verilən məlumata əsasən, seçici qutuya bülleteni atıb və seçki məntəqəsindən çıxarkən ürək tutmasından vəfat edib.

    Hadisə ilə əlaqədar araşdırma aparıldığı bildirilir.

  • Azərbaycanda 20 yaşlı tələbə vəfat edib

    Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi vəfat edib.

    “Report” xəbər verir ki, Sumqayıt şəhər sakini, 2000-ci il təvəllüdlü Elməddin İslamzadə vəfat edib. Onun leykoz xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

    Qeyd edək ki, mərhum ADİU-nin Biznes və menecment fakültəsinin 3-cü kurs tələbəsi idi.

  • Youtube-da yeni reklam formatı istifadəyə veriləcək

    Youtube videoservisindəki reklam elanları artıq hamıya məlumdur. Təbii ki, istifadəçi öz istəyinə uyğun olaraq reklam elanlarından yan keçə bilər. Lakin Google şirkəti belə bir ehtimal üçün də hazır ssenari fikirləşib. Şirkətin verdiyi məlumata əsasən hətta ekrana baxmayan istifadəçini də əhatə edəcək yeni reklam formatının Youtube-da aktiv testinə artıq start verilib. Bu barədə Engadget saytı xəbər verib. Google şirkətinin rəsmi bloqunda yenilənmiş reklam elanları standartı barəsində məlumat təqdim olunub. Yeni reklam standartında əsas diqqət reklamın səsinə ayrılır.

    Şirkət bildirib ki, bu cür kontentin dinlənilməsi zamanı istifadəçi səs vasitəsilə təsvir olunan məhsulu və ya hansısa xidməti hətta gözləri qapalı şəkildə canlandıra biləcək. Güman olunur ki, bu cür reklam elanlarının xronometrajı 15 saniyə təşkil edəcək, hərəkətsiz foto və ya sadə animasiyaya sahib olacaq. Youtube təmsilçiləri bildiriblər ki, audio elanlar auditoriyanın əhatə dairəsini genişləndirəcək. Artıq bir neçə ay ərzində aparılan ilkin test nəticələrinə əsasən bu cür yeni reklam standartı sayəsində Youtube-da yoxlanışdan keçmiş reklam kampaniyalarının 75%-i brendlərin məşhurluğunu qaldırıb.

  • 2020-ci ilin ən etibarsız şifrələrinin reytinqi təqdim olunub

    İnsanlar demək olar bütün şəxsi məlumatlarını internetdə saxlayırlar. Lakin həmin insanların çox az hissəsi öz məlumatlarının təhlükəsizliyi barəsində düşünür. Bu məsələdə ən geniş yayılmış səhv qərar etibarsız şifrələrdən istifadədir. NordPass adlı şifrələr menecerinin tərtibatçıları insanlar tərəfindən hansı şifrələrin daha çox istifadə olunduqlarını söyləyiblər. Bu barədə Gizmochina saytı xəbə verib.

    NordPass tərtibatçılarının sözlərinə əsasən milyonlarla insan öz istifadəçi hesablarına daxil olmaq üçün hələ də “123456” və “password” kimi etibarsız şifrələrdən istifadə edir. Bu cür şifrələr hər il ən etibarsız şifrələr kimi reytinqlərdə birinci pillələrdə qərarlaşırlar. Bu isə onu sübut edir ki, insanlar bu cür şifrələrin istifadəsindən imtina etmək niyyətində deyillər. NordPass tərtibatçılarının fikirlərinə əsasən 2020-ci ilin ən etibarsız şifrələr reytinqi aşağıdakı kimidir:

    – 123456

    – 123456789

    – picture1

    – password

    – 12345678

    – 111111

    – 123123

    – 12345

    – 1234567890

    – senha

    – 1234567

    – qwerty

    – abc123

    – Million2

    – 000000

    – 1234

    – iloveyou

    – aaron431

    – password1

    – qqww1122.

    İstifadəçilərin əksəriyyəti öz şəxsi məlumatlarını qorumaq üçün qəliz kombinasiyaya sahib şifrələri yadda saxlamaq istəmir. Bu problemi isə şifrələrin menecerləri artıq çoxdan aradan qaldırıblar. Bu cür servislər şifrə kombinasiyalarının hamısını özündə saxlayır və beləliklə istifadəçilər qəliz şifrə kombinasiyalarını yadda saxlamaq zəruriyyətindən azad olurlar. Bundan əlavə olaraq istifadəçilər öz şəxsi məlumatlarını qorumaq üçün mütləq iki faktorulu autentifikasiyadan istifadə etməlidirlər.

  • Parisdə etiraz aksiyası keçirilir

    Fransanın paytaxtı Parisdə vətəndaşlar “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı etiraz aksiyası keçirir.

    “RİA Novosti” agentliyi xəbər verir ki, nümayiş jurnalist həmkarlar ittifaqlarının çağırışı ilə keçirilir.

    Qeyd edək ki, “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə əsasən, əməliyyat zamanı polis və ya jandarma nümayəndəsinin kimliyini müəyyənləşdirilməyə kömək edəcək üz və ya bədənin digər hissələrinin şəklinin yayılması qarşılığında cərimə, yaxud bir il müddətinə həbs cəzası nəzərdə tutulur.

    Jurnalistlərin həmkarlar ittifaqları və hüquq müdafiəçiləri isə bu müddəanın jurnalistlərin və sadə vətəndaşların polis məmurlarını lentə almasını və polis zorakılığını qeydə almalarını mümkünsüz edəcəyini düşünür.

  • Türkiyədə koronavirusa yoluxmada rekord qeydə alındı – FOTO

    Türkiyədə ötən sutka ərzində 5 532 nəfər COVID-19 virusuna yoluxub ki, bu da rekord sayılır.

    Faktı ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

    Məlumatda bildirilir ki, gün ərzində 135 nəfər COVID-19-dan vəfat edib.

    Bununla da Türkiyədə ümumilikdə 440 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 825 nəfər müalicə olunaraq sağalıb, 12 219 nəfər isə vəfat edib.