Month: November 2020

  • “Qarabağ” “Sumqayıt”ı böyük hesabla məğlub edib

    Futbol üzrə Azərbaycan Premyer Liqasında X turu çərçivəsində “Qarabağ” “Sumqayıt”ı qəbul edib.

    “Azersun Arena”da keçirilən qarşılaşmada “Qarabağ” rəqibini 6:1 hesabı ilə məğlub edib.

    “Qarabağ” – “Sumqayıt” – 6:1
    Qollar: Donald Gerye, 28, Abdullah Zubir, 34, Donald Gerye, 46+1 (3:0), Toral Bayramov, 54 (4:0), Mahir Emreli, 75 (5:0), Tellur Mütəllimov, 87 (5:1), Abdullah Zubir, 89 (6:1)

  • Prezident: “Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi”

    “Qırx dörd günlük silahlı mübarizədən, silahlı əməliyyatlardan sonra sənəd imzalandı. Mən həmin sənədi çox mühüm siyasi sənəd hesab edirəm, o, mahiyyət etibarilə çoxillik qarşıdurmaya nöqtə qoyur. Sizə, həmçinin Rusiyanın rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə bu mühüm siyasi sənədin hazırlanmasında və qəbul edilməsində şəxsən fəal iştirak etdiyinə görə təşəkkürümü bildirmək istərdim”.

    Bunu Prezident İlham Əliyev bu gün Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

    “Təəssüf ki, hərbi əməliyyatlar dövründə Ermənistan tərəfi müharibə aparılmasının bütün normalarını, habelə humanitar normaları kobud şəkildə pozub. Bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardmana məruz qalırdı.

    Nəticədə aralarında uşaqların və qadınların da olduğu 94 dinc Azərbaycan sakini həlak olub, 400-dən çox adam yaralanıb, 3 mindən çox ev yararsız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilib. Hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən şəhərlər praktiki olaraq hər gün atəşlərə, minaatan və artilleriya atəşlərinə məruz qalırdı, dinc əhalinin məhv edilməsi üçün Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərə ballistik raketlərlə məqsədyönlü şəkildə hücum edilirdi. Biz bütün bu hərbi cinayətləri – ballistik raketlərdən, kasetli və fosforlu döyüş sursatlarından istifadə edilməsini sənədləşdirmişik və Azərbaycan tərəfinin görəcəyi sonrakı hüquqi tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar vermişik.

    Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi. Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdluların iştirak etməsi, əlbəttə, yolverilməzdir.

    Bütün bunlara baxmayaraq, hərbi əməliyyatların nəticəsi hamıya məlumdur. Azərbaycan Ordusu parlaq hərbi qələbə qazandı və beləliklə biz siyasi nizamlama müstəvisinə keçdik. Dünən Azərbaycan Ordusu Ağdam şəhərinə, Ağdam rayonunun işğal altındakı qalan hissəsinə daxil oldu. Beləliklə, Bəyanatın bəndləri yerinə yetirilir”, – deyə prezident bildirib.

  • Azad olunmuş Ağdamdan görüntülər – VİDEO

    Xəbər verdiymiz kimi 20 noyabr tarixində imzalanmış bəyanata əsasən, ermənilər Ağdam rayonunu tamamilə tərk edib.

    Baku TV-nin əməkdaşları bir neçə gün əvvələ qədər işğal altında olan Ağdam rayonunun Evoğlu kəndində çəkiliş aparıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Hərbçimizin yaşadığı evə qaz çəkildi – VİDEO

    Cəlilabad rayonundan hərbi xidmətə çağırılan hərbçi Fariz Ağayevin yaşadığı ev qazla təmin edilib.

    Bu barədə Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.

    O deyib ki, artıq məsələ öz həllini tapıb:

    “Cəlilabad rayonundan hərbi xidmətə yollanan hərbçi Fariz Ağayev barəsində yazılı müraciət təmin olunub. Lənkəran Regional qaz istismarı İdarəsinin əməkdaşları onun ailəsinin yaşadığı evə qaz çəkilişini icra ediblər”.

    “Qaz çəkilişi zamanı daha bir xoş xəbər gəlib. Farizin əvvəlcə itkin düşdüyü deyilsə də, sonradan sağ olduğu bilinib. Əsgərimiz sağ-salamat evinə qayıtsın inşallah”, – deyə qurum rəsmisi əlavə edib.

  • İtaliyanın Kataniya şəhər Şurasından Azərbaycana dəstək

    Noyabrın 20-də İtaliyanın Kataniya Şəhər Şurasında “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir” adlı sənəd yekdilliklə qəbul edilib.

    Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib ki, sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycanın 20 faiz ərazilərinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilir.

    Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını tələb etdiyi vurğulanır.

    Sənəddə, həmçinin, rəsmi Romanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqət çəkilir və bu xüsusda, Prezident İlham Əliyevin cari ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”yə istinad edilir.

    Sənəddə 27 sentyabr tarixindən etibarən Ermənistanın yeni hərbi təcavüzü zamanı qəsdən mülki obyektləri və mülki şəxsləri hədəf alaraq Gəncə və Bərdə şəhərlərini bombalaması pislənilir və bu xüsusda, Gəncə və Bərdə şəhərlərinin sakinləri, habelə bütünlükdə Azərbaycan xalqı ilə həmrəylik ifadə edilir.

    Kataniya Şəhər Şurasının daima beynəlxalq hüququn norma və prinsiplərini dəstəklədiyi və bu xüsusda, Ermənistan Respublikasının təcavüz siyasətini pislədiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və bütünlüklə çıxarılmalı olduğu, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinin dərhal yerinə yetirilməli olduğu, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.

  • Ərdoğan: “Qələbə sevincini qardaş Azərbaycanla birlikdə yaşadıq”

    “Qardaş Azərbaycanla birlikdə 30 illik fəlakəti sona çatdıran qələbənin sevincini yaşadıq”.

    “Haber Global”ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Afyonkarahisar, Kütahya, Batman və Siirt vilayət təşkilatlarının konqresində bildirib.

    Dövlət başçısı çıxışı zamanı demokratiya və inkişaf üçün aparılan mübarizənin qarşısını ala bilməyəcəyini görənlərin son yeddi ildə onlara qarşı əllərindəki bütün kartları açdıqlarını deyib:

    “Bizi Suriya sərhədimiz boyunca terror dəhlizi ilə əhatə etməyə çalışdılar, əməliyyatlarımızla bu qanlı zənciri qırdıq… Liviyada başqa bir oyuna girdilər. Orada da həvəslərini qursaqlarında qoyduq. Ermənistanı təhrik edərək Qafqazda başqa bir şey etməyə çalışdılar. Qələbə sevincini qardaşlarımızla birlikdə yaşadıq. Millətimizə söyləyəcək heç bir sözü olmayanları bir araya gətirərək siyasət mühəndisliyinə girişiblər. Bunda da uğursuzluğa düçar olacaqlar”, – deyə o bildirib.

    Türkiyənin dövlət başçısı əsas hədəfin dostlar və müttəfiqlərlə daha güclü əməkdaşlıq qurmaq istəyi olduğunu vurğulayıb.

  • В Азербайджане выявлены 2 735 новых случаев инфицирования COVID-19, скончались еще 28 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 2 735 новых случаев инфицирования коронавирусом, еще 1 374 человека вылечились и были выписаны домой.

    Об этом 21 ноября сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 28 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 89 898 человек, 1 107 из них скончались, 62 243 – вылечились, 26 548 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 1 592 280 тестов (за последние 24 часа – 16 220) на COVID-19.

  • Azərbaycanda daha 28 nəfər koronavirusdan öldü: 2735 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirusa (COVID-19) 2735 yeni yoluxma faktı qeydə alınıb, 1374 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 28 nəfər COVID-19-dan vəfat edib.

    Aktiv xəstə sayı 26548 nəfərdir.

    Ölkədə son sutka ərzində 16220, hazırkı dövrədək isə 1592280 test aparılıb.

    Ümumi ölənlərin sayı 1107 nəfərdir.

    Ümumi yoluxanların sayı 89898 nəfər, ümumi sağalanların sayı 62243 nəfərdir.

  • Президент Ильхам Алиев принял делегацию во главе с министром обороны России

    21 ноября Президент Азербайджана Ильхам Алиев принял делегацию во главе с министром обороны России Сергеем Шойгу.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Sergey Şoyqunu qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.