Month: November 2020

  • Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb

    Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağda yerləşdirilməsi tamamilə başa çatıb.

    “RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.

    “Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda yerləşməni tam şəkildə başa çatdırıb və qarşıya qoyulmuş tapşırıqların icrasına başlayıb”, – deyə S.Şoyqu bildirib.

    Müdafiə naziri bildirib ki, ümumilikdə 250 təyyarə uçuşu icra olunub, 1960 hərbçi və 552 texnika daşınıb, 23 müşahidə postu yerləşdirilib. Laçın dəhlizi və yolun Xankəndiyə qədər olan 28 kilometrlik hissəsi tam şəkildə partlayıcı predmetlərdən və vurulmuş texnikalardan təmizlənib.

    Bizimlə əlaqə saxlayın

  • Путин предупредил о последствиях подрыва соглашений по Карабаху – ВИДЕО

    Пытающиеся затормозить исполнение трехстороннего соглашения между Москвой, Ереваном и Баку по Карабаху должны понимать, что альтернатива этому документу – война, заявил президент РФ Владимир Путин, передает РИА Новости.

    “Неожиданно для меня сейчас прозвучало то, что вы сейчас сказали – о тенденции затормозить исполнение трехстороннего заявления президентов России, Армении и Азербайджана. Люди, которые пытаются это сделать, должны понимать, что альтернативой этому может быть только одно – война”, – сказал президент на совещании о российской миротворческой миссии в Карабахе.

    “И если, не дай бог, это произойдет, то кровь пострадавших будет на их руках. Тех, кто пытается торпедировать эту договоренность. Это все должны понимать и отдать себе в этом отчет”, – добавил Путин.

  • Putin: “Üçtərəfli bəyanatın icrasını heç kim ləngidə bilməz” – VİDEO

    Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın icrasını ləngitmək istəyən insanlar başa düşməlidirlər ki, bunun alternativi yalnız müharibədir.

    Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı iclasda bildirib.

    O qeyd edib ki, belə bir şey baş versə, müharibədə ölənlərin qanı həmin adamların əlində qalacaq:

    “Hər kəs bunu dərk etməlidir və öz-özünə bununla bağlı hesabat verməlidir”.

  • В Тбилиси вооруженный захватчик освободил шестерых заложников – ВИДЕО

    Вооруженный захватчик здания микрофинансовой организации в Тбилиси освободил шестерых из девяти заложников, передает телекомпания “РИА Новости”.

    Ранее МВД Грузии сообщило, что вооруженный мужчина взял в заложники девять человек в здании микрофинансовой организации в Тбилиси.

    В специальном видеообращении он заявил, что требует понижения банковских процентов, снижения цен на медикаменты и запрета азартных игр.

    “Шесть заложников из девяти уже освобождены. В результате переговоров с захватчиком часть заложников поэтапно покинули здание”, – говорится в сообщении.

  • Tbilisidə silahlı şəxs girov götürdüyü şəxslərin altısını azad etdi – VİDEO

    Gürcüstanın paytaxtı Tbilisi şəhərində naməlum silahlı şəxs mikromaliyyə təşkilatı binasında doqquz nəfəri girov götürüb.

    Bu barədə “RİA Novosti” yazıb.

    Sözügedən şəxsin girovları azad etmək üçün tələbləri sosial sahəni əhatə edib. Belə ki, o, bank faizlərinin və dərman preparatlarının qiymətinin endirilməsini tələb edib.

    Silahlı şəxslə aparılan danışıqlardan sonra polis altı nəfərin azad olunmasına nail olub.

  • “Mübariz postu”na bayrağımızı sancan baş leytenantın xanımı: “Onun qisası alındı” – FOTO/VİDEO

    Erməni silahlı qüvvələri sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı təxribatlar törədiblər. Həmin təxribatlara cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatları həyata keçirib. Əks hücum nəticəsində 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Azərbaycanın qələbəsi ilə sona çatdı.

    Bu 44 gün ərzində Azərbaycan ordusunda xidmət edən bütün əsgərlər böyük şücaət göstərərək, Vətənin müdafiəsinə qalxdılar. Azərbaycanın Vətən müharibəsində öz canından keçən qəhrəmanlarımız qanı ilə tarix yazdılar.

    Vətəni üçün canından keçənlərdən biri də baş leytenant Əhmədli Şahid oldu. Şəhidlik zirvəsinə ucalan Əhmədli Şahid Gülməmməd oğlu 1992-ci ildə Saatlı rayonunun Qaracalar kəndində dünyaya gəlib.

    Qəhrəmancasına şəhid olan Şahid Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan posta Azərbaycan bayrağı sancan igid olub.

    Bu barədə Oxu.Az-a onun həyat yoldaşı Dilşad Əhmədli məlumat verib.


    O bildirib ki, həyat yoldaşı vətən uğrunda canından keçən Azərbaycan oğullarından biridir və onun xatirəsinin daim yaşaması istəyir:

    “Həyat yoldaşım bundan əvvəl 2016-cı il Aprel döyüşlərində də iştirak edib. Öz cəsarəti və mərdliyi ilə seçilib. Buna görə mükafatlandırılıb. O qədər vətənpərvər insan idi ki, torpaqlarımızın azad olunması üçün Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirdi. İkinci Qarabağ Müharibəsi başlayan ilk gündən həyat yoldaşım ön cəbhəyə yollanıb. Sentyabrın 26-sı bizimlə vidalaşıb döyüşlərə qatıldı və Tərtərin Talış kəndində gedən döüyşlər zamanı snayper gülləsinə tuş gələrək şəhid oldu.

    Şahid haqqında danışmaq mənim üçün çox çətindir. Onun eləcə də digər şəhidlərimizin qisası alındı. Torpaqlarımız azad olundu. İstəmirəm ki, nə Şahid, nə də onun kimi qanı, canı ilə tarix yazan igidlər unudulsun. Hər birimiz onları tanımalı, xatirələrini əziz tutmalıyıq. Bu bizim mənəvi borcumuzdur”.


    “Onu da demək istəyirəm ki, Ş.Əhmədli Suqovuşanın alınması əməliyyatında, eləcə də Murov dağı silsiləsindəki Murov zirvəsinin azad edilməsi istiqamətində gedən döyüşlərdə də iştirak edib. Göstərdiyi qəhrəmanlığa görə, Murov dağ silsiləsindəki zirvələrdən birinə həyat yoldaşımın adı veriləcək – Şahid zirvəsi. Xoşbəxtəm ki, onun xanımı, övladlarını anasıyam. Onun yoxluğu nə qədər ağır gəlsə də, şəhidlik zirvəsinə ucalması ilə fəxr edirəm”, deyə D.Əhmədli bildirib.


    Xatırladaq ki, 28 yaşlı baş leytenant Şahid Əhmədlinin iki qız övladı var.


    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • Bakıda Əməkdar artist intihar etdi – FOTO

    Əməkdar artist Rəşid Səməndər özünü binadan ataraq intihar edib.

    Bu barədə APA-ya aktyorun yaxınları məlumat verib.

    O, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru idi.

    Qeyd edək ki, Rəşid Səməndər 1975-ci ildə unudulmaz aktyor Səməndər Rzayevin ailəsində anadan olub.

  • Единственная церковь РПЦ на территории Карабаха стала жертвой армянского вандализма – ФОТО

    Армянский вандализм распространяется не только на историко-культурное и религиозное наследие мусульман, но и на религиозные святыни христиан.

    Как сообщает Report, печальная участь разрушения не обошла стороной и Русскую Православную Церковь в честь Преображения Господня, возведенную в Куропаткино в 1894 году.

    Как известно, это единственная церковь РПЦ на территории Нагорного Карабаха. Она находится на территории Ходжавендского района, который был оккупирован в феврале 1992 года ВС Армении.

  • Qarabağda yeganə Rus Pravoslav Kilsəsi də erməni vandalizminin qurbanı olub – FOTO

    Erməni vandalizmi yalnız azərbaycanlıların tarixi-mədəni və dini irsinə deyil, həm də xristianların dini ziyarətgahlarına qarşı tətbiq olunub.

    “Report” xəbər verir ki, bu baxımdan 1894-cü ildə Xocavənd rayonunda inşa edilmiş Rus Pravoslav Kilsəsi də bu acı taleyi yaşayıb.

    Bilindiyi kimi, bu, Rus Pravoslav Kilsəsinin Dağlıq Qarabağ ərazisindəki yeganə kilsəsidir. Xocavənd rayonu isə 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

  • Rüstəm Orucov Avropa çempionatında bürünc medalla kifayətləndi

    Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.

    Avropa çempionumuz, Olimpiya Oyunları və dünya çempionatlarının mükafatçısı Rüstəm Orucov (-73 kq) ikinci dəfə qitənin ən güclüsü ola bilməyib.

    O ardıcıllıqla Klaudio Nuneş dos Santos (Lüksemburq) və Aleksandru Raykuya (Rumıniya) qalib gəlsə də, Olimpiya və Avropa çempionu Laşa Şavdatuaşviliyə (Gürcüstan) uduzub.

    Belədə Rüstəm təsəlliverici yarışda bürünc medal üçün yarışıb. O burada Tohar Butbul (İsrail) və Nils Ştumpa (İsveçrə) qalib gələrək üçüncü dəfə (bunlardan biri komanda yarışıdır) Avropa çempionatının bürünc medalını qazanıb.

    Bu gün yarışan iki idmançımız – Telman Vəliyev (-73 kq) və Murad Fətiyev (-81 kq) isə medal qazana bilməyib.

    Xatırladaq ki, dünən Orxan Səfərov 66 kq çəki dərəcəsində Avropa çempionu olub.