Month: November 2020

  • Serj Sarqsyanın arvadı öldü

    Ermənistanın eks-prezidenti Serj Sarqsyanın arvadı ölüb.

    Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

    Qeyd edək ki, Rita Sarqsyan iki həftədən artıq müddətdir ki, koma vəziyyətində idi.

    Xatırladaq ki, yaxınları onun hansı səbəblə bağlı xəstəxanada olduğunu gizli saxlasa da, bəzi Ermənistan mətbuatı tibbi mərkəzdəki mənbələrə əsasən Rita Sarqsyanın koronavirus xəstəsi olduğunu qeyd edib.

  • Cəbhədəki Baku TV əməkdaşlarının təəssüratları – VİDEO

    İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. 44 günlük müharibədə hər kəs öz sahəsində əsgər oldu.

    Baku TV-nin əməkdaşları da informasiya cəbhəsində xüsusi operativliyilə seçildi.

    Onlar öz həyatlarını təhlükəyə ataraq gecə-gündüz demədən çalışdılar. Atəş altında çəkilişlər apardılar, ən qaynar nöqtələrdən operativ xəbərləri təqdim etdilər.

    44 günlük müharibədə güllə altında fədakarlıq edən həmkarlarımızın indi arzuları başqadır.

    Onların arzularını öz dillərindən eşidək:

  • Naxçıvanın yüksək dağlıq zonalarında etibarlı müdafiə sistemi qurulub – VİDEO

    Naxçıvan Qarnizonu Qoşunlarında hərbi təyinatlı obyektlərin tikintisi, şəxsi heyətin xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri 2020-ci ilin ötən dövrü ərzində də uğurla davam etdirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

    Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, hərbi şəhərciklərində yeni binalar inşa olunub, istirahət parkları salınıb, hərbi obyektlərdə əsaslı və cari təmir işləri aparılıb.

    Hər tərəfdən dağ silsilələri ilə əhatə olunan Naxçıvan Muxtar Respublikasının qışı soyuq və qarlı keçən yüksək dağlıq zonalarında etibarlı müdafiə sistemi qurulub.

    Hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq 2020-ci ilin ötən dövrü ərzində 8 müdafiə mövqeyində yeni əsgəri-məişət kompleksi tikilib.

  • Naxçıvanın yüksək dağlıq zonalarında etibarlı müdafiə sistemi qurulub – VİDEO

    Naxçıvan Qarnizonu Qoşunlarında hərbi təyinatlı obyektlərin tikintisi, şəxsi heyətin xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri 2020-ci ilin ötən dövrü ərzində də uğurla davam etdirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb

    Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, hərbi şəhərciklərində yeni binalar inşa olunub, istirahət parkları salınıb, hərbi obyektlərdə əsaslı və cari təmir işləri aparılıb.

    Hər tərəfdən dağ silsilələri ilə əhatə olunan Naxçıvan Muxtar Respublikasının qışı soyuq və qarlı keçən yüksək dağlıq zonalarında etibarlı müdafiə sistemi qurulub.

    Hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq 2020-ci ilin ötən dövrü ərzində 8 müdafiə mövqeyində yeni əsgəri-məişət kompleksi tikilib.

  • Российская межведомственная делегация посетит Баку и Ереван

    Межведомственная делегация из России в ближайшее время посетит Баку и Ереван.

    Об этом сообщает российский МИД.

  • Rusiyanın nümayəndə heyəti Bakı və İrəvana səfər edəcək

    Rusiyanın bir neçə dövlət qurumdan ibarət nümayəndə heyəti yaxın günlərdə Bakı və İrəvana səfər edəcək.

    Russia Today-nin məlumatına görə, bu barədə RF XİN-in məlumatında deyilir.

    Xatırladaq ki, noyabrın 20-də Xankəndidə İdarələrarası Humanitar Müdaxilə Mərkəzi işinə başlayıb.

  • Şuşan Stepanyan istefa verdi

    Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan istefa ərizəsi yazaraq vəzifədən gedib.

    Ş. Stepanyan bu barədə öz “Facebook” səhifəsində məlumat yayıb.

    Qeyd edək ki, Ş. Stepanyan 2020-ci ilin mart ayında Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın əmri ilə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.

    Ş.Stepanyan Azərbaycanın Hadrut rayonunda anadan olub.

  • Ombudsman beynəlxalq ictimaiyyətə çağırış etdi

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinə raket hücumları nəticəsində baş vermiş uşaq itkiləri barədə aralıq hesabat hazırlayaraq beynəlxalq təşkilatlara ünvanlayıb.

    Aparatdan verilən məlumata görə, sözügedən hesabatın göndərilməsində əsas məqsəd Ermənistan silahlı qüvvələrinin 27 sentyabr – 9 noyabr 2020-ci il tarixlərində Azərbaycanda mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş verən insan tələfatları, xüsusən uşaq ölümləri ilə bağlı faktları beynəlxalq insan hüquqları təşkilatları da daxil olmaqla beynəlxalq ictimaiyyətə təqdim etmək olub.

    Bu hesabat Ombudsman tərəfindən müxtəlif vaxtlarda Ermənistanın silahlı hücumlarından zərər çəkmiş Azərbaycanın rayonlarında kobud insan hüquqları pozuntusu faktlarını yerində araşdırmaq məqsədi həyata keçirilmiş 6 faktaraşdırma missiyasının nəticələrinə əsaslanaraq hazırlanıb. Habelə, hesabatda həmin hərbi təxribatlar nəticəsində ümumilikdə 12 uşağın öldüyü və 50-sinin isə ağır bədən xəsarətləri alaraq yaralandığı vurğulanıb.

    Eyni zamanda hesabatda kobud insan hüquqları pozuntularının gələcəkdə bir daha baş verməməsi, habelə bu cür halların beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi və sərt reaksiyanın bildirilməsi məqsədilə beynəlxalq ictimaiyyətə çağırış edilmişdir.

  • Azərbaycanda dövriyyədəki nağd pulun həcmi 52 faiz artıb

    2020-ci ilin 9 ayında pul təklifinin dinamikası aylar üzrə dəyişkən olub.

    Oxu.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, əsasən dövlət büdcəsində profisitin əmələ gəlməsilə bağlı I rübün son ayında əhəmiyyətli azalan pul təklifi, II rübdən başlayaraq tədricən bərpa olunub və mülayim artım meyili III rübün bütün ayları üzrə davam edib.

    Doqquz ay ərzində manatla pul bazası 0,6 faiz artıb və dövrün sonuna 12,2 milyard manat təşkil edib.

    Hesabat dövründə manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 52 faiz artıb, manatla müxbir hesabların qalığı isə 7,2 faiz azalıb.

    Manatla geniş pul kütləsi hesabat dövründə 1 faiz artaraq 9 ayın sonuna 18,4 milyard manat təşkil edib.

  • Вернут ли в Азербайджане SMS-разрешения? – Официальный ответ

    “Ситуация с коронавирусом стала намного серьезнее не только в Азербайджане, но и во всем мире. Если мы обратим внимание, то увидим резкий рост числа зараженных. Трудно сказать, как долго продлится эта ситуация”.

    Как передает Median.Az, об этом Baku.ws сказал депутат Милли Меджлиса Вахид Ахмедов.

    По его словам, в нынешней ситуации шаги, предпринятые в нашей стране, правильные: “Нужны жесткие меры, потому что люди не соблюдают правила. В последнее время было много массовых собраний в связи с войной и шехидами. Это сильно повлияло на распространение инфекции. Наш народ должен однозначно использовать маски. Независимо от того, где вы находитесь, вам следует носить маску, соблюдать дистанцию и дезинфицировать руки. Что касается ограничений, в карантинные выходные разрешена работа аптек и продуктовых маркетов. Лицензированные такси также могут работать.”

    Он добавил, что если в ближайшее время потребуется система SMS-разрешений, ее также следует применить: “Здесь нет ничего необычного. Это лучшая система, которая была реализована на данный момент, и нам нужно посмотреть, какие результаты будут через неделю. Если рост инфицирования пойдет на спад, то в системе SMS-разрешений не будет необходимости.

    Теперь у нас есть шехиды и раненые во время войны. Мы должны посветить себя удовлетворению их потребностей. Это наша социальная ответственность и долг. Следовательно, надо работать в этом направлении и пока в SMS-разрешениях нет необходимости. Но карантин остается, эти правила нарушать нельзя”.